Ministry of agriculture of azerbaijan republic


ET Tərəvəzçilik İnstitutun



Download 1,31 Mb.
bet16/16
Sana20.04.2017
Hajmi1,31 Mb.
#7183
1   ...   8   9   10   11   12   13   14   15   16

ET Tərəvəzçilik İnstitutun istehsal işləri üzrə direktor müavini Elmar Allahverdiyev 25 iyul – 1 avqust 2015-ci il tarixlərdə Türkiyənin Ankara şəhərində “Azərbaycanda virussuz kartof toxumçuluğunun yaradılması” layihəsi çərçivəsində keçirilmiş təlim səfərində olmuşdur.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun elmi katibi Ramil Nəbiyev Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JİCA) tərəfindən Yaponiyada Tsukuba Beynəlxalq Mərkəzində (TBİC) 12 oktyabr-28 noyabr 2015-ci il tarixlərində (48 gün müddət ərzində) “Yerli fermerlərin iştirakı ilə inteqrasiya olunmuş kənd təsərrüfatı və kənd yerlərinin inkişafı” mövzusunda keçirilmiş təlim proqramı və kursunun iştirakçısı olmuşdur. O, kursun sonunda Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JİCA) sertifikatı ilə təltif olunmuşdur.

İnstitutun direktoru Ələddin Eyvazov və Xurşud Məmmədova Daşkənd şəhərində 9-12 noyabr 2015-ci il tarixlərində “Mərkəzi Asiya və Cənubi Qafqazda tərəvəzçilik sahəsində tədqiqatlar və tərəvəzçiliyin inkişafı” şəbəkəsi üzrə keçirilmiş Rəhbər Komitənin VIII toplantısında iştirak etmişdir.

İnstitutun Fiziologiya laboratoriyasının müdiri a.e.ü.e.d., prof. Maarif Yusifov 02-06 dekabr 2015-ci il tarixlərində Rusiya Dövlət Aqrar Univerisitetinin – K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının rektorluq tərəfindən Moskva şəhərində keçirilmiş 150 illik yubileyində universitetin məzunu kimi iştirak etmişdir.



İnstitutun Biotexnologiya laboratoriyasının müdiri b.ü.f.d. Mahir Mustafayev 21-25 dekabr 2015-ci il tarixlərində “Kartofçuluq və Meyvə-tərəvəzçilik üzrə Belarus Milli Elmlər Akademiyasının Elmi-praktiki mərkəzi” Respublika Unitar müəssisənin dəvəti ilə əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin aparılması məqsədi ilə Belarus Respublikasının bir neçə elmi-tədqiqat müəssisələrində elmi səfərdə olmuşdur.

ET Bağçılıq və Subtropik Bitkilər İnstitutunda 2015-ci ildə Belarus ET Bağçılıq İnstitutu və Belarus Kənd Təsərrüfatı Akademiyası ilə bağlanılmış müqavilələrə əsasən meyvəçilik və gənc elmi kadrların hazırlanması sahəsində elmi əməkdaşlıq davam etdirilmişdir.

11-14 fevral 2015-ci il tarixlərində Rusiya Federasiyası, Dağıstan Respublikasının Dağıstan ET Kənd Təsərrüfatı İnstitutunun direktoru Zahirov Nadir Qeybetulayevic, direktor müavini Doqeyev Həsən Doqeyeviç, Məhərrəm kənd Dayaq Məntəqəsinin müdiri Maqomedov Qazımaqomed Maqomedovic institutda olmuş, institutda aparılan elmi-tədqiqat işləri, təcrübə sahələri, institutun əldə etdiyi elmi nailiyyətlərlə yaxından tanış olmuşlar.

22 aprel 2015-ci il tarixdə Türkiyənin TETRA şirkətinin general müdiri Şahin Gülər, şirkətin azərbaycan nümayəndəliyinin rəhbəri Eyyub Atabaş və meneceri Vasif Hüseynov institutda olmuş, şöbə və laboratoriyaların fəaliyyəti ilə tanış olmuşlar.

2015-ci ilin may ayının 25-28-də institutun 4 nəfər əməkdaşı (İ.Qurbanov, V.Əliyev, M.Qurbanov, Q.Hafizov) Rusiya Federasiyası, Dağıstan Respublikasının Mahaçqala şəhərində “Bağçılığın davamlı inkişaf perspektivləri və problemləri” mövzusunda keçirilən Ümumrusiya Konfransında iştirak etmiş, məruzələrlə çıxış etmiş və 3 nəfər əməkdaş konfransın təşkilat komitəsinin təşəkkür məktubuna layiq görülmüşlər.

30 may 2015-ci il tarixdə “Nova Nord Holdinq” şirkətinin icraçı direktoru Elvin Ağalarov və onunla birlikdə şirkətin əməkdaşı institutda olmuş, tingçilik üzrə institutda aparılan işlərlə tanış olmuş, tinglik sahələrinə baxış keçirilmiş, müxtəlif meyvə bitkiləri və bəzək bitkilərinin yetişdirilməsi üzrə institutla birgə layihələrin həyata keçirilməsinə yardımçı olacağını bildirmişdir.

2015-ci ilin oktyabr ayında Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə Türkiyənin Eğirdir Bahçe Kültürləri Araşdırma İnstitutu arasında qarşılıqlı elmi əməkdaşlığın yaradılması və bu sahədə əməkdaşlıq müqaviləsinin bağlanması barədə Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinin rəsmi razılığı alınmış, bu iki institut arasında qarşılıqlı elmi əməkdaşlıq müqaviləsinin imzalanması razılaşdırılmışdır.

30 oktyabr 2015-ci iltarixdə ABŞ-in İllinoys Universitetinin professoru, Bitki mühafizəsi üzrə tanınmış mütəxəssis Mohammed Babadoost instituta səfər etmiş, institutda aparılan elmi-tədqiqat işləri, eləcə də bölgədə salınmış yeni superintensiv tipli meyvə bağları ilə yaxından tanış olmuşdur. Aparılmış danışıqlar zamanı professor Mohammed Babadoost gənc elmi kadrların hazırlanması işində instituta köməklik edəcəyini bildirmiş, 2016-cı ilin aprel və ya may ayında institutun 2 nəfər gənc elmi əməkdaşının 3-4 ay müddətində təcrübə mübadiləsi keçmək üçün İllinoys Universitetinə göndərilməsinə razılıq alınmışdır.

ET Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru T.M.Pənahov 14-15 fevral tarixində Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən “Chisinau Wines & Spirits Contest 2015” XXIII-cü Beynəlxalq Şərab və Spirtli içkilər Müsabiqəsində hakim-dequstator qismində iştirak etmişdir. Adı çəkilən tədbirdə iştirak etmək təklifi Azərbaycanın şərab istehsalçılarına çatdırılmışdır. Həmin müsabiqədə KTN ÜŞETİ-nun istehsalı olan “Mədrəsə” və “Xindoqnı” şərabları təqdim edilmişdir.

İnstitutun direktoru T,M.Pənahov 29-31 may tarixində OİV-nin sponsorluğu və İtaliyanın “Citta del Vino” Milli Assosiasyasının Portuqaliyanın Lissabon şəhərində təşkil etdiyi “Selezione del Sindaco 2015” XIV Beynəlxalq Şərab müsabiqəsində hakim-dequstator qismində iştirak etmişdir.

Beynəlxalq elmi əməkdəşlıq haqqında razılaşmalara əsasən Dağıstan Dövlət Kənd Təsərrüfatı Akademiyası, Ukrayna Milli Elmlər Akademiyasının Aqroekologiya və Təbiətdən istifadə İnstitutu, “Maqaraç” Milli Üzüm və Şərab İnstitutu, Gürcüstan Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Şərabçılıq İnstitutu ilə müxtəlif sahələrdə məsləhətləşmələr və informasiya və nəşr mübadiləsi aparılmışdır.

2015-ci ildə ET Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunda Almaniya Azərbaycan Əməkdaşlığı Təşkilatının otlaqlar üzrə İsmayıllı rayonu ərazisində apardığı layihə ilə əlaqədar olaraq Almaniya DUENE institutunun işçi qrupunun üzvləri Dr.Michel Rühs, Alexandra Joseph və Almaniya Azərbaycan Əməkdaşlığı Təşkilatının əməkdaşı Tomris Bayramova 13.03.2015-ci il tarixdə institutda olmuşlar və bir sıra müzakirələr aparmışlar. Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) əməkdaşları Antonio Rota və Anton van Engelen Azərbaycanda heyvandarlığın inkişaf etdirilməsi ilə əlaqədar hazırlanacaq layihə ilə əlaqədar 20.04.2015-ci il tarixdə institutda olmuşlar. Dəyirmi masa arxasında layihə haqqında müzakirələr aparılmışdır. 5 may 2015-ci il tarixdə layihə ilə əlaqədar olaraq Anton van Engelen, Roble Sabrie və Butnaru Denisa yenidən instituta gəlmiş layihə haqqında geniş məlumat vermiş və bu layihənin hazırlanmasında institutla əməkdaşlıq etməyi təklif etmişlər.

İnstitutun direktoru Ç.S. Əliyev 15 may 2015-ci il, Bakı Park İnn Otelində keçirilən GCP/AZE/005/TUR-Azərbaycanda arıçılıq sahəsində məhsuldarlığın artırılması vasitəsilə kənd əhalisinin yaşayışının yaxşılaşdırılması layihəsinin Başlanğıc Seminarında iştirak etmişdir.

İnstitutun əməkdaşları Sevil Abbasquliyeva, Stella Əliyeva, Esmira Hacıyeva, Əminə Əlikişiyeva 14-15 oktyabr 2015-ci ildə SEM-LABSTORE-nin keçirdiyi seminarda iştirak etmişlər.

ET Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun əməkdaşları hesabat ilində Rusiya, Gürcüstan, Qazaxıstan, Moldova, Belarus, Litva və Türkiyə respublikalarının institutları və aidiyyəti qurumları ilə elmi əməkdaşlıq edir.

İnstitutun direktoru S.Salahov, baş elmi işçi R.Hüseynov və elmi işçi R.Əliyeva yanvar ayında Cənubi Koreyada olmuşlar. Mart ayında R.Hüseynov Gürcüstanda beynəlxalq elmi-konfransda, iyun ayında S.Əliyev Gürcüstanın Tbilisi şəhərində seminarda iştirak etmişdir. Aprel ayında E.Quliyev və R.Hüseynov Latviyanın Riqa şəhərində beynəlxalq konfransda çıxış etmişlər. A.Seyidova 06.08.2015-03.11.2015-ci ilədək Koreya Respublikasında təhsil məzuniyyətində olmuşdur.

Institutun baş iqtisadçısı S.Məmmədova Dağıstan respublikasının Kənd Təsərrüfatı İnstitutunda və DDA Universitetində olmuşdur.

ET Aqromexanika İnstitutunun elmi işlər üzrə direktor müavini N.Nuriyev Moskva şəhərində ezamiyyədə olmuş, qarşılıqlı əlaqələr barədə Ümumrusiya ET Mexanikləşdirmə və Ümumrusiya ET Elektrikləşdirmə İnstitutlarında danışıqlar aparmışdır.

ET Baytarlıq İnstitutu akademik K.Skryabin adına Moskva Dövlət Biotexnologiya və Baytarlıq Akademiyası, Rusiya Kuban Dövlət Aqrar Universiteti, Ümumrusiya ET Potalogiya, Farmakologiya, Terapiya, Dağıstan ET Baytarlıq İnstitutları və Ukrayna Respublikasının Sumi DAU-i ilə elmi əməkdaşlığı davam edir.

ET Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutu M.Bağırova bakterial preparatları laboratoriyasının müdiri, 15-18 mart 2015-ci il tarixlərində Niderland Krallığının Amsterdam şəhərində keçirilmiş 3-cü Beynəlxalq Vahid Sağlamlıq Konqresində iştirak etmək üçün Amsterdam şəhərinə ezam olunmuşdur.

T.Əliyeva - direktor vəzifəsini müvəqqəti icra edən, 14 - 17 mart 2015-ci il tarixlərində Almaniyanın Münster şəhərində Baytarlıq İnstitutunun laboratoriyaları ilə tanışlıq və təcrübə mübadiləsi məqsədi ilə Almaniyanın Münster şəhərinə ezam olunmuşdur.

T.Əliyeva 25-28 mart 2015-ci il tarixlərində Qazaxıstanın Astana şəhərində keçiriləcək Beynəlxaq Epizootik Büroya üzv ölkələrin dabaqla mübarizədə rəsmi milli proqramın validasiyasına həsr edilmiş regional seminarda iştirak etmək məqsədilə Qazaxıstanın Astana şəhərinə ezam edilmişdir.

T.Əliyeva 20-24 aprel 2015-ci il tarixlərində Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) tərəfindən Koreya Respublikasının Anyang şəhərində MDB ölkələri üçün baytarlıq məhsulları üzrə təşkil olunan seminarda iştirak etmək üçün Koreya Respublikasının Anyang şəhərinə ezam olunubdur.

T.Əliyeva 27-30 aprel 2015-ci il tarixlərində Qazaxıstanın Alma- Ata şəhərində keçirilən 6-cı illik Regional Qərbi Avrasiya Yol Xəritəsi və Dabaq xəstəliyi üzrə Avropa Komissiyası ilə birgə təşkil edilən toplantıda Beynəlxaq Epizootik Büronun (BEB) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə dəvət məktublarını nəzərə alaraq iştirak etmək məqsədilə Qazaxıstan Respublikasının Alma-Ata şəhərinə ezam olunmuşdur.

S.Qurbanov - elmi katib, İtaliyanın İspra şəhərində 27-29 may 2015-ci il tarixlərində keçirilmiş Avropada Sanitariya və Fitosanitariya Sistemi adlı seminarda iştirak etmək üçün İtaliyanın İspra şəhərinə ezam olunmuşdur.

T.Əliyeva 24-27 may 2015-ci il tarixlərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) Dünya Nümayəndələr Assambleyasının Paris şəhərində keçiriləcək 83-cü Baş Sessiyasında iştirak etmək üçün Fransa Respublikasının Paris şəhərinə ezam olunubdur.

K.Yusifova – virus preparatları laboratoriyasının böyük elmi işçisi, Cənubi - Qafqaz Regional Proqram çərçivəsində Tətbiqi Epidemiologiya və Laboratoriya üzrə Gürcüstanın Nəzarət Mərkəzi və Xəstəlikləri Müdafiə ofisi, Tbilisi şəhərində 25.08 - 25.09.15-ci il tarixlərində keçirilmiş yeddinci “koqorta”nın (qrupun) ikinci sessiyasında iştirak etmək məqsədi ilə, Gürcüstanın Tbilisi şəhərində yerləşən Nəzarət Mərkəzi və Xəstəlikləri Müdafiə Ofisində Tətbiqi Epidemiologiya və Laboratoriya üzrə təlim kursunda iştirak etmişdir.

T.Əliyeva 29 sentyabr - 02 oktyabr 2015-ci il tarixlərində Belçikanın Brüssel şəhərində keçirilmiş BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Heyvan Sağlamlığı Təşkilatının Trans-sərhəd Heyvan Xəstəliklərinə Nəzarət üzrə Qlobal Çərçivəsinin Avropa üzrə Regional İdarəetmə Komitəsinin altıncı iclasında iştirak etmək üçün Belçika Krallığının paytaxtı Brüssel şəhərinə ezam edilibdir.

T.Əliyeva 18-24 oktyabr 2015-ci il tarixlərində Polşa Respublikasının baytarlıq sahəsində iş təcrübəsinin öyrənilməsi və bu məqsədlə keçirilmiş təlimlərdə iştirak etmək üçün Polşa Respublikasına ezam edilibdir.



XÜLASƏ
2015-ci ildə Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi sistemində fəaliyyət göstərən 13 elmi-tədqiqat institutu tərəfindən aqrar elmin ayrı-ayrı sahələrinə dair 25 problem üzrə 104 mövzuya dair tədqiqatlar yerinə yetirilmişdir.

Tədqiqatların yerinə yetirilməsində 588 elmi əməkdaş, o cümlədən AMEA-nın 2 həqiqi üzvü, 1 nəfər müxbir üzvü, 30 nəfər elmlər doktoru, 205 nəfər fəlsəfə doktoru iştirak etmişdir.

Tədqiqatlar nəticəsində dənli, dənli-paxlalı, pambıq, tütün, tərəvəz, bostan, kartof, üzüm, yem, meyvə, sitrus va digər bitkilərin 23092 genofondu, xətt və hibridləri öyrənilmiş, təsərrüfat və digər qiymətli əlamət və xassalərə malik genetik mənbələr müəyyənləşdirilmişdir. Eyni zamanda 100 ipəkqurdu, 4 arı cinsi tədqiq edilmişdir.

Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizasi üzrə Dövlət Komissiyasına sınaq üçün 19 bitki sortu, 1 tut ipəkqurdu cinsi, 2 hibridi təqdim edilmiş, 11 patent alınmış, 5 bitki sortu rayonlaşdırılmışdır.

Kənd təsərrüfatı bitkilərinin yeni sortlarının becərmə texnologiyaları, texnoloji proseslər işlənib hazırlanaraq müxtəlif istehsal qurumları tərəfindən tətbiq olunmuş, 6 monoqrafiya, 16 kitab, 383 elmi məqalə və tezis çap olunmuşdur.

Hesabat dövründa 8 nəfər fəlsəfə doktoru, 5 nəfər elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

Azərbaycan Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi və onun struktur bölmələrinin fəaliyyəti aşağıdakı istiqamətdə davam etdirilmişdir:

- Müəyyənləşdirilmiş strateji istiqamətlər və tədqiqat prioritetləri nəzərə alınmaqla elmi işlərin davam etdirilməsi;

- Elmi kadrların hazırlanması;

- Elmi əsaslarla toxum va ting istehsalının artırılması;

- Aqrar elmi nəticələrin tətbiqi, təbliği və yayımı;

- Regional aqrar elm mərkəzlərinin maddi-texniki bazasının formalaşdırılması və burada tətbiqi təcrübələrin tədricən genişləndirilməsi;

- Beynəlxalq elmi-texniki əməkdaşlıq.
Summary
The studies carried out in 2015 by 13 research institutes functioning in the system of Agrarian Science Center under the Ministry of Agriculture of Azerbaijan have focused on 104 research topics covering 25 problems concerning various fields of agriculture.

The studies were involved 588 research officials including 2 members and 1 corresponding member of National Academy of Sciences of Azerbaijan, 30 with doctor's degree and 205 with PhD.

Research activities have covered the study of 23092 accessions, lines and hybrids of different agricultural crops including grain crops, food legumes, cotton, tobacco, vegetables, melon crops, grape, forage crops, citrus crops etc which resulted in identification of genetic sources with valuable agronomical traits and characteristics. The studies have also focused on 100 silkworm and 2 bee breeds.

During the reporting year 19 crop varieties 1 silkworm breed and 2 hybrids have been submitted to the State Commission for Testing and Protection of Selection Achievements. In the reporting year 5 crop varieties have been approved by the State Commission and 11 patent were received.

Production technology of new agricultural crops elaborated by appropriate research institutes were applied by different producer groups. 6 monographs, 16 books and more than 383 papers and thesis have been published.

In the course of reporting year 8 researchers have defended their thesis for PhD and 5 for doctor's degree.

Activities undertaken by Agrarian Science Center of Azerbaijan and its structural bodies have focused on the following directions:

• Continuing research activities focusing on strategic directions identified and research priorities;

• Human resources development;

• Promotion of scientific grounded seed production and seedlings of fruit trees;

• Propaganda, application and extension of agrarian research outputs;

• Capacity building of regional agrarian science centers and promotion of applied research outputs;

• International collaboration.

M Ü N D Ə R İ C A T



Hesabatda istifadə оlunan bəzi ixtisarlar ……………………………………

3

Giriş……………………………………………………….… ……………...

5

Bitki genetik ehtiyatları sahəsində görülən işlər …………… ………………

12

Dənli və Dənli-paxlalı bitkilər ……………………………... ………………

14

Pambıq ……………………………………… ……………………………...

21

Tərəvəz, bоstan bitkiləri və kartоf ………………………….………………

29

Bağçılıq ……………...……………………………………...………………

41

Üzümçülük ………………………………...…......................………………

56

Yem bitkiləri...……………………………...…..................... ………………

62

Ipəkçilik ………………………………...…… ..................... ………………

69

Bitki mühafizəsi ……………………………… .............................................

74

Aqrоmexanika ………………………………... .............................................

84

Kənd Təsərrüfatının Iqtisadiyyatı…………..…… .........................................

87

Heyvandarlıq …………………………………… ..........................................

92

Baytarlıq və Baytarlıq Preparatlarına Elmi Nəzarət .… .................................

102

Elmi nailiyyətlərin təbliği və tətbiqi ………………… ..................................

"Araz" Elm Istehsalat Birliyi ………………………… .................................



111

113


ADAU-nın elmi fəaliyyəti haqqında qısa xülasə …… ...................................

Regiоnal Aqrar Elm Mərkəzləri………….………… ....................................



118

122


Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Rəyasət Heyətinin fəaliyyəti haqqında .. ……………....

127

Ixtiraçılıq və Patent-Lisenziya fəaliyyəti …………………... ………………

132

Kadr hazırlığı .………………………...……………………………………..

134

Çap işləri …………………………...……………………… ……………….

135

Maliyyələşdirmə …………………………...………………………………..

136

Təsərrüfat fəaliyyətləri .......…………………………………

138

«Azərbaycan Aqrar Elmi» jurnalı ………………………… ………………..

142

Respublika Kənd Təsərrüfatı Kitabxanası ………………… ……………….

142

Respublika Kənd Təsərrüfatı Muzeyi ……………………… ………………

144

Beynəlxalq əlaqələr …………………………………………………………

145

Xülasə (Azərbaycan dilində) ..........………………………… ……………...

151

Xülasə (İngilis dilində) .......…………………........................ ……………...

152



Download 1,31 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   8   9   10   11   12   13   14   15   16




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish