Ministry of agriculture of azerbaijan republic


DƏNLİ VƏ DƏNLİ-PAXLALI BİTKİLƏR



Download 1,31 Mb.
bet2/16
Sana20.04.2017
Hajmi1,31 Mb.
#7183
1   2   3   4   5   6   7   8   9   ...   16

DƏNLİ VƏ DƏNLİ-PAXLALI BİTKİLƏR
Azərbaycan ET Əkinçilik İnstitutunun qarşısında ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli taxıl (buğda, arpa, qarğıdalı) və paxlalı (noxud, mərcimək) bitkilərin yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik amillərə davamlı sort və hibridlərin yaradılması və onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması, tətbiqi və yayımı kimi geniş və əhəmiyyətli məqsəd durur. Qarşıya qoyulan məqəsədə nail olmaq üçün institutda yerinə yetirilən 5 tədqiqat proqramı (buğda, arpa, qarğıdalı, ərzaq paxlalıları, davamlı əkinçilik və bitki diversifikasiyası) üzrə 9 mövzu və 9 tədqiqat işi yerinə yetirilir.

Bu proqramlardan 4-ü seleksiya, 1-i becərmə texnologiyası istiqamətlidir. Yerinə yetirilən 9 mövzudan 5-i tətbiq, 4-ü isə fundamental xarakterlidir. Bu tədqiqatların yerinə yetirilməsində AMEA-nın Genetik Ehtiyatlar İnstitutu, Botanika İnstitutu və Beynəlxalq seleksiya mərkəzləri olan İCARDA və CİMMYT-lə əməkdaşlıq edilir.

Aşağıdakı tədqiqat proqramları üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin qısa illik hesabatı verilmişdir:

I Buğda proqramı. “Müxtəlif stres amillərinə davamlı, ekoloji adaptiv xüsusiyyətlərə malik, yeni yüksək məhsuldar və keyfiyyətli payızlıq buğda sortlarının yaradılması, tətbiqi və yayımı” mövzusu üzrə tədqiqat işi Ə.Musayev, C.Təlai, A.Abdullayev, S.Hacıyeva, X.Rüstəmov, E.Əliyev, N.Əzizova, E.İbrahimov, Ş.Kərimova, S.Məmmədova, F.Əhmədova, Q.Həsənova, B.Əhmədov, B.Nəzərov, N.Əhmədov, K.Aslanova və T.İsmayılov tərəfindən aparılmışdır.

Beynəlxalq Seleksiya Mərkəzlərindən (CİMMYT və İCARDA) və xarici ölkələrin müvafiq institutlarından introduksiya olunmuş və özündə minlərlə dənli taxıl bitkilərini cəmləşdirən dünya genofondunun Azərbaycanın müxtəlif torpaq-iqlim şəraitinə malik bölgələrində əkilərək vacib aqronomik xüsusiyyətlərinə görə tədqiq edilməsi yüksək məhsuldar, keyfiyyətli, biotik və abiotik amillərə qarşı davamlı sort və hibridlərin alınması üçün seleksiyada geniş perspektivlər açır.

Hesabat ilində Az.ET Əkinçilik İnstitutu ilə Beynəlxalq Seleksiya Mərkəzləri arasında mövcud olan çoxillik elmi əməkdaşlıq çərçivəsində introduksiya olunmuş nümunələrdən bir qismi Abşeronda yerləşən Təcrübə Təsərrüfatında əkilmişdir.

Tarla təcrübələri 10 pitomnikdə toplanmış 753 taxıl bitki nümunəsini əhatə edir. Daxil olmuş 10 pitomnikdən 4-ü IWWIP-ə (International Winter Wheat Improvement Proqram) aid olub 289 nümunəni əhatə edir. Digər 4 pitomnik CWANA ICWIP-ə (ICARDA CIMMYT Wheat Improvement Proqram for CWANA) aid olub 344 nümunəni əhatə edir. 2 pitomnik isə CWANA IDWIP-ə (ICARDA Durum Wheat Improvement Proqram for CWANA) aid olub 120 nümunəni birləşdirir. Ümumilikdə əkilmiş 753 nümunədən 633-ü yumşaq, 120-i bərk buğdalara aiddir.

IWWIP-ə aid olan pitomniklərdəki nümunələr sahəsi 1 m2 olan ləklərdə, digər pitomniklərdəki nümunələr isə uzunluğu 2 m, cərgəarası 25 sm olmaqla 1 cərgədə əkilmişdir. Nümunələrə inkişaf fazalarında ümumi qəbul edilmiş metodikalara uyğun olaraq aqrotexniki qulluq göstərilmişdir. Əkilmiş nümunələr üzərində vegetasiya müddəti ərzində fenoloji müşahidələr aparılmışdır.

Onların həyat tərzləri, sünbülləmə müddətləri, tam yetişmə tarixi qeyd edilərək vegetasiya dövrünün uzunluğu müəyyən edilmişdir. Məhsuldarlıq vahid sahədən biçilmiş dərzlərə görə təyin edilmişdir. Yatmaya və xəstəliklərə qarşı davamlılığı öyrənilmişdir. Xəstəliklərdən sarı və qonur pas, unlu şehə görə dünya standartlarına uyğun şkalalar üzrə qiymətləndirilmə aparılmışdır. Nümunələrin boyları ölçülmüş və orta boy göstəriciləri müəyyən edilmişdir.

Əldə edilən nəticələrə görə 2014-2015-ci tədqiqat ilində Beynəlxalq Mərkəzlərdən alınan müxtəlif təyinatlı buğda pitomniklərindən xəstəliklərə və, yatmaya davamlı, məhsuldarlığı yüksək (500 q/m2-dan yuxarı) 155 nümunə gələcək tədqiqatlar üçün seçilmiş və sahəsi artırılaraq müvafiq pitomniklərdə əkilməsi nəzərdə tutulmuşdur. Seçmə bütün pitomnikləri əhatə edir və seçilmiş nümunələrin 134-ü yumşaq, 21-i bərk buğdalara aiddir.

2015-ci hesabat ilində buğdanın seleksiyası üzrə müxtəlif pitomniklərdə 8544 nümunə, hibrid, xətt, seleksiya nömrəsi və perspektiv sort müxtəlif aqroekoloji şəraitlərdə tədqiq edilmiş və hər bölgənin torpaq-iqlim şəraitinə uyğun adaptiv xüsusiyyətlərə malik transqressiv xətlər və perspektiv sortlar seçilmişdir.

Hesabat ilində 103 kombinasiyada hibridləşmə aparılmış, 190 sünbüldə 2788 çiçək axtalanmış, hibrid dənlərin sayı 1600 ədəd, dən tutma 57,4% olmuşdur.

Hesabat ilində aparılmış seleksiya işləri (vizual, fitopotoloji qiymətləndirmə, kəmiyyət və keyfiyyət əlamət və göstəricilərinin laborator tədqiqi, məhsuldarlığın müəyyənləşdirilməsi və s.) nəticəsində 9 mindən artıq xətt seleksiya, 100-ə yaxın nömrə nəzarət I, 80-dən artıq perspektiv nömrə nəzarət II pitomniklərinə, 150-dən artıq perspektiv sort müsabiqəli sort sınağına keçirilmişdir.

Tester sortnümunələrinin vasitəsi ilə aparılmiş tədqiqatlar nəticəsində ayrı-ayrı bölgələrdə pas xəstəliklərinin mövcud raslarına qarşi davamlı genlər və eyni zamanda bu xəstəliklərə qarşı davamlı yerli sortnümunələr müəyyənləşdirilmişdir.

Hesabat ilində bölgələrdə taxıl bitkiləri zərərvericiləri üzərində aparılmış müşahidələr nəticəsində müəyyən edilmişdir ki, bu zərərvericilərin ən çox növü (21 növ) ilə Tərtər bölgəsi təmsil olunmuşdur. Ikinci yerdə Qobustan bölgəsi (17 növ), üçüncü yerdə isə Abşeron bölgəsi (12 növ) təmsil olunmuşdur.

Bərk buğdanın yeni yaradılmış Zəngəzur, yumşaq buğdanın Əsgəran sortları Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilmiş, 2 yumşaq buğda sortu SNSMDK-na təqdim edilmək üçün hazırlanmışdır.

Hesabat ilində yumşaq buğdanın seleksiyası üzrə 3-illik məhsuldarlıq göstəriciləri, xəstəliklərə dayanaqlığı və digər göstəriciləri ilə fərqlənən AB 03661/1 Əzəmətli-95 (az.) x Qiymətli 2/17; ET Tərəqqi x SKAUZ/4/TJB 916.46/CB 306 //2*MHB/3/BUC perspektiv sortları SNSM Dövlət Komissiyasına təqdım etmək məqsədi ilə ilkin artırmaya keçirilmişdir.

Hesabat ilində mövzu üzrə Seleksiya Nailiyyətlərinn Sınağı və Mühafizəs üzrə Dövlət komisiyasında təqdim edilmiş 3 yumşaq, 1 bərk buğda sortlarının yüksək reproduksiyalı toxumunun sınaq məntəqələrinə göndərilməsi təmin edimişdir.

Hesabat ilində yumşaq buğdanın 63, bərk buğdanın 10 kombinasiyadan ibarət ikinci (F2) nəsil hibridləri Tərtər, Cəlilabad, Qobustan BTS-lərə və Şəki DM-ə seleksiyanın sonrakı mərhələlərinin davam etməsi üçün göndərilmişdir.

Hesabat ilində mövzu üzrə 1 yumşaq buğda sortu (Günəşli) patentləşdirilərək Dövlət reystrinə daxil edilmişdir.

“Buğda bitkisində təsərrüfat qiymətli əlamət və xüsusiyyətlərin genetik əsaslarının tədqiqi” mövzusu üzrə tədqiqat işləri E.Əliyev, Ş.Kərimova, B.Əhmədov, Q.Həsənova tərəfindən yerinə yetirilmişdir.

Hazırki tədqiqatların əsas məqsədi buğda bitkisində mühüm təsərrüfat əhəmiyyəti kəsb edən keyfiyyət və kəmiyyət əlamətlərinin genetik əsaslarının tədqiqindən, bu xüsusiyyətləri idarə edən gen sisteminin aşkar edilməsindən və onların ekspressiyasının təyin olunmasından və donor qismində praktiki seleksiyada geniş istifadəsindən ibarətdir.

Hesabat dövründə 25030 bitki tədqiq edilmişdir ki, bunlardan 23830-u yumşaq, 1200-ü bərk buğdalar təşkil edir. Öyrənilən yumşaq buğda bitkilərindən 349-u müxtəlif mənşəli sortlar, o cümlədən, 17 sort və xətləri təmsil edən 170 test bitkilər, 57 yerli sortları təşkil edən 570 bitki, 49 tezyetişən sortları təşkil edən 490 bitki, 158 hibrid kombinasiyanı təşkil edən kompleks seçmələr olmuşdur.

2015-ci ildə buğda bitkisinin vegetasiyası əlverişli optimal iqlim şəraitində baş tutmuşdur ki, bu da ilk növbədə sünbülləmə vaxtına görə təbii qısa günə kontrast həssaslıqla səciyyələnən genotiplər arasında fərqin (39 gün) çoxillik orta (40 gün) fərqə yaxın olması ilə izah edilir. Yerli yumşaq buğda sortları arasında bu fərq 20 gün təşkil etmişdir ki, bu göstərici də təkamül baxımından Azərbaycan sortları arasında təbii qısa günə güclü və supergüclü reaksiya göstərən genotiplərin olmaması ilə əlaqədardır.

Tezyetişən 48 hibrid xətlərin qısa fotoperiod rejiminə həssaslığı neytral və zəif reaksiya səviyyəsində qiymətləndirilmişdir ki, bu da onların tezyetişkənlik istiqamətində aparılan seleksiya prosesində donor qismində uğurla istifadəsinə imkan yaradır.

Hesabat dövründə kolleksiyaya cəlb olunan sortlar arasında qısa günə supergüclü həssaslıq göstərən daha 3 genotip aşkar edilmiş, onların hər birinin bütün Ppd gen sisteminin resessiv allellərinin daşıyıcıları olduqları məlum olmuş və beləliklə də təsnifatda 5-ci sinifi – təbii qısa günə supergüclü reaksiya göstərən genotiplərin sayını artıraraq 5-ə çatdırmışdır.

Həyata keçirilən yaz əkinləri zamanı daha 2 yerli yumşaq Fərahim və Fatimə buğda sortlarının bioloji “həyat tərzi” təyin edilmiş, birincisinin yazlıq, digərinin isə payızlıq xüsusiyyəti aşkarlanmışdır.

Cari hesabat dövründə uzun illər aparılan genetik tədqiqatlar nəticəsində əldə edilən bütün əlamətlərinə görə sabitləşmiş, dənin yüksək keyfiyyət göstəricilərinə malik 4 hibrid xətlər nəzarət pitomnikinə köçürülmüşdür.

“Müxtəlif buğda genotiplərinin stres şəraitində morfofizioloji, biokimyəvi və aqronomik göstəricilərinin tədqiqi və yüksək məhsuldarlığı şərtləndirən əlamətlərin müəyyən edilməsi və seleksiyada istifadəsi” mövzusu üzrə tədqiqat işləri akademik C.Əliyevin rəhbərliyi altında, C.Təlai, S.Abdulbaqiyeva, S.Hüseynov, A.Zamanov, T.Allahverdiyev, T.Təmrazov, İ.İbrahimova və Ü.İbrahimova tərəfindən aparılmışdır.

Tədqiqat ilində yüksək məhsuldarlığı şərtləndirən morfofizioloji əlamətləri yerli və introduksiya olunmuş buğda genotiplərindən təşkil olunmuş müxtəlif pitomniklərdə oyrənilmişdir. Tədqiqat ilində 66 nümunədən ibarət olan kolleksiya pitomnikində sahəsi 10m2 olan 96 və sahəsi 5m2 olan 94 pitomniklərində eləcə də müxtəlif morfofizioloji əlamətlərinə görə fərqlənən fizioloji tədqiqatlar üçün seçilmiş 22 bərk və yumşaq buğda üzərində aparılmışdır. Kolleksiya pitomnikində dəmyə və suvarılan şəraitdə becərilən 68 buğda genotiplərinin fenoloji fazaları qeydə alınmış, məhsuldarlıq və məhsul komponentləri təyin edilmişdir. Eyni zamanda su ilə təminatı müxtəlif olan aqroekoloji bölgələrdə mofofizioloji əlamətlər öyrənilərək qiymətləndirilmişdir.

Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, torpaqda su çatışmazlığı qaz mübadiləsi göstəricilərini, assimilyasiya səth sahəsini, quru biokütləni azaldır. Su stresinə məruz qalmış bitkilərdə flaq yarpaqda xlorofil a, b və karotinoidlərin miqdarı azalır. Nəticədə Su stresi məhsuldarlığın və məhsulun komponentlərinin azalmasına gətirib çıxarır.

Tədqiqat ilində beynəlxalq seleksiya mərkəzlərindən alınmış pitomniklərdən 19th FAWWON-SA, 19th FAWWON-IR və 35rd IDYT-MD 14th IWWYT-CWANA-SA yerli şərait üçün məqsədyönlü olmuş, əsasən bunlardan seçilmiş nümunələrin fizioloji tədqiqatlara daxil edilməsinə üstünlük verilmişdir.

Xlorofilin qiyməti bərk buğdalarda və üfiqi yarpaqlara malik sortlarda yumşaq buğdalara və şaquli yarpaqlara malik sortlara nisbətən yüksək olmuşdur.

Bitkilərin əkin səthindəki температурu inkişaf fazalarından asılı olaraq gec sünbülləyən sortlarda tez sünbülləyənlərə nisbətən aşağı olmuşdur.

“Buğda bitkisinə stres amillərin təsirinin molekulyar mexanizmlərinin tədqiqi və praktiki istifadəsi” akademik C.Əliyevin rəhbərliyi altında S.Süleymanov, Y.Feyziyev tərəfindən aparılmışdır.

Ətraf mühitin digər əlverişsiz amilləri kimi şoranlıq da bitkilərin inkişafı və məhsuldarlığına ciddi təsir göstərən amildir. Bunu nəzərə alaraq yüksək məhsuldarlıqlı T. durum Desf. və T. aestivum L. növlərinə aid bəzi genotiplər (Bərəkətli-95, Qaraqılçıq-2, Əzəmətli-95 və Qiymətli-2/17) laboratoriya şəraitində müxtəlif qatılıqlı (0; 50; 100 və 200 mM) NaCl duzu mühitində cücərdilərək inkişafları izlənilmişdir. Müxtəlif növlərə aid olmalarına baxmayaraq ilkin cücərtilərin müxtəlif duz mühitində böyümə tendensiyası demək olar ki, bütün genotiplər üçün eyni olmuşdur. Tədqiq olunan bütün genotiplərdə NaCl duzunun 50 mM qatılığında 10 günlük cücərtinin boyu distillə suyunda cücərdilmiş nəzarət bitkilərindən çox az fərqlənmişdir. Bitkilərin inkişafının ciddi ləngiməsi öyrənilən genotiplərdə 100 mM duz qatılığında müşahidə olunur. Bu zaman nəzarət bitkilərinə nisbətdə cücərtilərin boyları Bərəkətli-95 ˂ Qaragılçıq-2 ˂ Qiymətli 2/17 ˂ Əzəmətli-95 istiqamətində 40-60% aralığında dəyişir. Duzun 200 mM qatılığında isə cücərtilərin boy artımı çox cüzi olur. Bununla belə təcrübə müddətində həm 100, həm də 200 mM duz qatılıqlarında cücərtilərdə xarakterik həyat əlamətləri, o cümlədən fotosintez əlamətləri müşahidə etmək mümkün olmuşdur.

Tədqiqat ilində fotosintetik aparatda xlorofil flüoressensiyasının əsas hissəsi FS II tərəfindən şüalandırılır (>90%). Xlorofillin flüoressensiyasının çıxımı fotosistem II-də elektron daşınması ilə tənzimlənir. Başqa sözlə, flüoressensiyanın çıxımı FS II-nin oksidləşmə-reduksiya statusu ilə müəyyən olunur.

FS II reaksiya mərkəzində (RM) elektron akseptoru Qa (plastoxinon) neytral olduqda xlorofilin flüoressensiyasının intensivliyi çox aşağı olur. Flüoressensiyanın bu səviyyəsi sabit və ya başlanğıc (Fo kimi işarə edilir) flüoressensiya adlandırılır və onun çıxımı fotokimyəvi proseslərdən asılı deyil. Flüoressensiyanın bu səviyyəsi FS II-ni piqment və membran səviyyəsində zədələyə bilən ətraf mühit amillərinin təsirinə çox həssasdır. Fv=Fm‒Fo fərqi xlorofilin dəyişən flüoressensiyası adlanır. Dəyişən flüoressensiya Fv, eləcə də nisbi flüoressensiya (Fm‒Fo)/Fm ikinci fotosistemdə elektron daşınmasının effektivliyinin xarakterizə edir və onun fotokimyəvi fəallığının tədqiqində müvəffəqiyyətlə istifadə olunur. Bu flüoressensiyanın çıxımı və dəyişmə kinetikasına əsasən elektron nəqliyyat zəncirinin müxtəlif mərhələlərində elektron daşınma sürəti və xarakteri haqqında mühakimə yürütmək mümkündür.

Bunları nəzərə alaraq NaCl duzunun müxtəlif qatılıqlı məhlullarında böyümüş T. durum Desf. və T. aestivum L. genotiplərinin cücərtilərində (Fm‒Fo)/Fm ‒ nisbi flüoressensiya çıxımının duzun miqdarından asılılığı təcrübi yolla öyrənilmişdir. Cücərtilərin aktiv inkişaf etdiyi NaCl duzu qatılıqlarında (0-100 mM) görmək olar ki, xlorofil flüoressensiyasının nisbi çıxımı Qiymətli-2/17 > Əzəmətli-95 ≈ Qaraqılçıq-2 ≈ Bərəkətli-95 = istiqamətində dəyişir. NaCl duzunun 200 mM qatılığında bu azalma müxtəlif genotiplər üçün nisbi flüoressensiyanın maksimal qiymətinin 6-8%-ni təşkil edir. Göründüyü kimi bərk və yumşaq buğda növlərinə aid olmalarından asılı olmayaraq Bərəkətli-95, Əzəmətli-95 və Qaraqılçıq-2 genotiplərində FS II-nin fəallığı yaxın olaraq qalır. Yalnız T. aestivum L. növünə aid Qiymətli-2/17 genotipində FS II fəallığı nisbətən yüksək olmuşdur.

Tədqiqatlarla müəyyən edilmişdir ki, duz stresinin başlanması və davamlı təsiri zamanı bitkilərin həyatının əsas prosesləri- fotosintez, zülal sintezi, energetik və lipid metabolizmi kimi proseslər ciddi təsirə məruz qalır.

İn vitro şəraitində müxtəlif buğda genotiplərində siqnal sistem əsasında hüceyrə səviyyəsində adaptivliyin öyrənilməsi” akademik C.Əliyevin rəhbərliyi altında S.Əsədova, M.Məmmədova, T.Qaragözov tərəfindən aparılmışdır.

Yetişməmiş rüşeym model sisteminin in vitro şəraitində istifadəsi vasitəsilə buğda genotiplərində stresə qarşı olan adaptiv potensial daha dəqiq təyin edilir.

Buğda bitkisində in vitro şəraitində rezistentliyin hüceyrə səviyyəsində öyrənilməsi üçün model sistem istifadə olunub.

Pasaj müddətində 2 genotipdə inkişaf göstəriciləri öyrənilib.

Duzlaşmaya qarşı rezistentliyin oyrənilməsi üçün aparılan tədqiqatlarda hüceyrə kulturasının istifadə müddəti təyin edilib.

Hüceyrə səviyyəsində aparılan işlərdə NaCl duzunun qatılıq diapozonu təyin edilib.

Steril şəraitdə stressor əlavə olunan qida mühitində inkubasiya edilən və inkubasiyanın optimal dövrü (72 saat) təyin olunan metodik yanaşma işlənib hazırlanmışdır.

İn vitro şəraitdə NaCl duzunun stres təsirinə kallus hüceyrələrinin ilkin reaksiyası və prolinin təyin edilmə metodikası işlənilmişdir.

II ARPA PROQRAMI. “Müasir innovativ əkinçiliyin tələblərini ödəyən, müxtəlif biotik və abiotik amillərə tolerantlı, istifadəsinə görə fərqlənən kompleks təsərrüfat-qiymətli əlamətlərə malik, yüksək məhsuldar arpa sortlarının yaradılması, ilkin toxumçuluğunun təşkili, tətbiqi və yayımı” mövzusu üzrə tədqiqat işi respublikanın müxtəlif torpaq-iqlim bölgələri üçün stres faktorlara (duza, quraqlığa və s.) davamlı, yüksək məhsuldar və keyfiyyətli arpa sortlarının yaradılması, ilkin toxumçuluğunun təşkili, tətbiqi və yayımı mövzusu Q.Novruzlunun rəhbərliyi altında Z.Qəribov, S.Şərbətov, B.Əhmədov, N.Əhmədov, H.Həşimova, Q.Həsənova, İ.Hacıməmmədov, A.Əliyev, N.Əzizova, E.İbrahimov tərəfindən aparılmışdır.

Tədqiqat işləri Abşeron YTT, Tərtər BTS, Cəlilabad BTS, Qobustan BTS, Şəki DM və Az ET Pİ-nun Şirvan TS-da yerinə yetirilmişdir. Tarla təcrübələrində yerli nümunələrlə yanaşı, İCARDA-dan introduksiya olunmuş 2066 arpa rüşeym plazması öyrənilmişdir. Rüşeym plazmalarından 544-ü kolleksiya, 110-u seleksiya, 307-si nəzarət, 96-sı müsabiqəli sort sınağı və 9-u artırma pitomniklərində tədqiq edilmişdir.

Tədqiqat ilində beynəlxalq təşkilatlardan (ICARDA, CIMMYT və s.) introduksiya olunmuş və yerli arpa rüşeym plazmalarının öyrənilməsi nəticəsində, seleksiyanın aktual problemləri üzrə (quraqlığa, duza, yerəyatmaya və xəstəliklərə davamlı, yüksək yemlik keyfiyyətli, məhsuldar) perspektivli arpa sortları seçilmişdir.

Seleksiyanın müxtəlif mərhələləri üzrə müsbət aqro-bioloji əlamətlərinə görə seçilmiş arpa rüşeym plazmalarının, kompleks qiymətləndirilməsi nəticəsində stres faktorlara (duza, quraqlığa və s.) davamlı tez və orta tezyetişkənliyə malik genotiplər, valideyn forma kimi hibridləşmə proqramına daxil edilmişdir.



III QARĞIDALI PROQRAMI. “Azərbaycanın müxtəlif aqroekoloji bölgələrində biotik və ekstremal amillərə davamlı yüksək yaşıl kütlə və dən məhsulu verən qarğıdalı sort və hibridlərinin yaradılması, qruplaşdırılması, fermer təsərrüfatlarında tətbiqi və yayımı” mövzusu S.Dünyamalıyevin rəhbərliyi altinda İ.Hacıməmmədov S.Məmmədova, S.Abdulbagiyeva, E.İbrahimov, E.Əliyev, H.Məmmədova tərəfindən aparılmışdır. 2014-2015-ci vegetasiya ilində ümumilikdə pitomniklər üzrə 437 nümunə tədqiq edilmişdir.

Tədqiqat ilində müəyyən edilmişdir ki, qarğıdalı bitkisinin ilk inkişaf mərhələlərindən süpürgələmə fazasına kimi torpaqda olan asan mənimsənilən qida maddələrinin miqdarı torpaq iqlim şəraitindən və bitkinin tələbatından asılı olaraq 25,5-33,8% azalmışdır.



Qarğıdalı nümunələrindən yeni davamlı, məhsuldar və tezyetişkən formaların seçilməsi məqsədilə 2015-ci ildə 120 nümunədən ibarət seleksiya və seçmə pitomnikində təcrid edilmiş şəraitdə təsərrüfat əhəmiyyətli göstəricilərinə görə müəyyən edilərək 20 yeni nümunələr seçilmışdır.

Qarğıdalı sortlarının valideyn formaları üzərində təcrid edilmiş şəraitdə 30 kombinasiyada hibridləşmə aparılmışdır. Nəzərdə tutulan süni tozlanmalar üçün nümünələr və bitkilər seçilmiş və tərtib olunmuş sxem əsasında 16 kombinasiyada yeni hibridlər alınmışdır.

İlkin sortyoxlama pitomnikində 2015-ci ildə alınan 35 yeni hibridə tarla xarakteristikası verilib, məhsuldarlıq elementləri öyrənilib və daha çox fərqlənən 13 hibrid seçilmişdir ki, olanların da sınağı davam etdiriləcəkdir.



Müsabiqəli sort yoxlama pitomnikində 26 nümunə Zaqatala 68 sortu ilə müqayisədə sınaqdan keçirilmiş, təsərrüfat əhəmiyyətli göstəricilərə görə 6 hibrid və sort fərqlənib, onların sınağı davam etdiriləcəkdir.Bu pitomnikdə becərilən 26 qarğıdalı nümunələrinin 42%-də 0.01-0.1% qovuqlu sürmə xəstəliyinə meyillilik müşahidə edilmişdir. Tədqiq edilən nümunələr arasında qonur ləkəlilik xəstəliyi 1-3%, həmçinin helmintosporioz xəstəliyi 1-3 bal arasında sirayətlənmə müşahidə edilmişdir. Havaların isti keçməsi xəstəliklərin inkişafı üçün əlverişli olmadığından bitkilərin inkişafına və məhsuldarlığa ğüclü təsir etməmişdir.

Tezyetişən populyasiyalarda fizioloji göstəricilərdən yarpaq səthi, quru biokütlə, yarpaqlarda xlorofilin miqdarı təyin edilmişdir. Zaqatala 68,Ümüd, Qürur, Fəxri, Yaxşılaşdırılmış Zaqatala, Mirvari və Populyasiya 2008H sortlarında vəUGSH 176, UGSH 367, EHM 410, EHM 423 hibridlərində bu göstəricilər yüksək olmuşdur.

Bölgədə becərilən qarğıdalı sort və nümunələrin 30%-i qovuqlu sürməyə, 54%-i qonur ləkə və 10% isə helmintosporioz xəstəliyinə yoluxmuşdur. Bu il bölgədə törədicilərin inkişafı üçün əlverişli şərait zəif olduğundan xəstəliklərin sirayətlənmə faizi aşağı olmaqla bikinin inkişafına və məhsuldarlığına təsiri olmamışdır.



Biokimyəvi göstəricilərə görə tədqiq edilən qarğıdalı hibrid və sortları FAO-ya görə qruplaşdırılmışdır.

IV ƏRZAQ PAXLALILARI PROQRAMI. “Respublikanın müxtəlif bölgələri üçün stres amillərə davamlı, yüksək məhsuldarlığa və texnoloji göstəricilərə malik yeni noxud və mərcimək sortlarının yaradılması, ilkin toxumçuluğunun təşkili, tətbiqi və yayımı” mövzusu L.Əmirovun rəhbərliyi altında R.Mirzəyev, A.Cahangirov, H.Məmmədov, Q.Həsənova tərəfindən aparılmışdır.

Tədqiqatlar suvarma şəraitində Abşeron YTT və güclü kontinental iqlimli dəmyə şəraitində Qobustan BTS-də aparılmışdır. Seleksiya pitomniklərində noxudun 225, mərciməyin isə 79 nümunəsi öyrənilmişdir.

Tədqiqat ilinin nəticələrinə əsasən SNSMÜDK-da sınaqlarına təqdim edilmiş yeni “NƏZRİN” noxud sortunun toxum materialları bölgələrə göndərilmişdir.

Qırmızı dənli mərciməyin yeni, yüksək məhsuldar (11,0 s/ha), quraqlığa davamlı “ZƏFƏR” sortunun dövlət sınaqları müvəffəqiyyətlə davam edir.

Yeni yaradılmış “NƏZRİN” noxud və yeni yaradılan “ZƏFƏR” mərci sortlarının toxumçuluq işləri təşkil edilmişdir.

V. DAVAMLI ƏKİNÇİLİK VƏ BİTKİ DİVERSİFİKASİYASI PROQRAMI. “Respublikanın bölgələri üzrə tarla bitkilərinin becərilməsinin və torpaq münbitliyinin idarə olunmasının elmi və praktiki əsaslarının öyrənilməsi” mövzusu M.Rzayevin rəhbərliyi altinda Z.Abdullayeva, S.Əhmədov, B.Abbasov, S.Dünyamalıyev, S.Quliyeva, İ.Cümşüdov, M.Məhərrəmov, İ.Eminov, Ə.Əliyeva, N.Hümmətov tərəfindən aparılmışdır.

Tədqiqat ilində müəyyən edilmişdir ki, Qarabağ düzənliyi şəraitində adi səpinlərə nisbətən tirəli səpinlərdə qidalanma şəraitindən asılı olaraq payızlıq buğdanın Fatimə sortu 2,4-5,0 s/ha, Zirvə-85 sortu 0,8-8,5 s/ha, Şəfəq sortu 1,0-7,8 və Qarabağ-33 arpa sortu isə 1,5-3,8 s/ha artıq dən məhsulu vermişdir. Tirəli səpinlərdə adi səpinlərə nisbətən buğda və arpa sortlarının dən məhsuldarlığı yüksəlməklə yanaşı toxumun səpin normasına xeyli qənaət olunur. Belə ki, adi səpinlərdə ən yüksək dən məhsulu hektara 4 mln ədəd toxum normasında alındığı halda, tirəli səpinlərdə hektara 3mln ədəd toxum normasında alınmışdır.

Zaqatala rayonunun nəmliklə təmin olunmuş dəmyə şəraitində payızda qaldırılmış dondurma şumunun qarğıdalı səpini üçün yazda 18-20 sm dərinlikdə pərşum, Şəki rayonunun suvarma şəraitində isə 14-16 sm dərinlikdə kultivasiya edilməsi ən yaxşı nəticə verir. Hər iki şəraitdə taxıl sələfi qarğıdalı sələfinə nisbətən üstünlük təşkil etmişdir. Belə ki, bölgələrdən və becərmə üsullarından asılı olaraq qarğıdalı sələfindən sonra qarğıdalının dən məhsuldarlığı 70.8-84.2 s/ha təşkil etdiyi halda, taxıl sələfindən sonra 75,0-89,0 s/ha təşkil etmişdir.

Qarabağ düzənliyi şəraitində arpadan sonra torpağı becərmədən tirəyə Braziliya istehsalı olan toxum səpənlə bir başa qarğıdalı səpini aparılmışdır. Səpin üçün qarğıdalının tezyetişən (90 gün) MAS-70 hibridindən istifadə edilmişdir. Bu hibrid sıfır becərmə şəraitində hektardan 51,2 sentner 2-ci dən məhsulu vermişdir. Sıfır becərmə variantında torpağın əsas və səpinqabağı becərmələrinə və bir vegetasiya suyuna çəkilən xərclər aşağı düşdüyü üçün maya dəyəri aşagı düşməklə rentabellik səviyyəsi yüksəlir.


PAMBIQ
2011-2015-ci hesabat illərində ET Pambıqçılıq İnstitutunun təsdiq edilmiş mövzular planı əsasında “Yüksək potensiallı aborigen və əlverişsiz xarici mühit amillərinə davamlı sortlar yaratmaq, toxumçuluq işini elmi əsaslarla qurmaq, torpağın mün­bit­liyini yaxşılaşdıran səmərəli becərmə texnologiyalarının işlənib hazırlanması” istiqamətində 2 problem üzrə 2011-ci ildən etibarən aparılan 9 mövzuya aid 11 fundamental xarakterli tədqiqat işi beş illik nəticəyə görə yekunlaşmışdır.

Download 1,31 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   16




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish