_______________ Milli Kitabxana _______________
230
827 B. Birinci misra Adəmin ən parlaq göz-nəzər sahibindən, yəni Həzrət
Məhəmməd peyğəmbərdən peyğəmbərlik nuru almasına işarədir. Ən uca ağac –
cənnət.
828 B. Cənnət quşları - mələklər. Dən aldı - bilik aldı. Mələklər Adəmə ona
görə minnətdardırlar ki, Adəm Tanrıdan öyrəndiklərini onlara öyrətmişdir.
831 B. Beytin məzmunu Qurani-şərifdən gəlmədir: "Bütün mələklər ona
(Adəmə) səcdə qıldılar. İblisdən başqa".
832 B. Beytin mənası Qurani-şərifdən gəlmədir: "O (Tanrı) dedi: - Ey iblis, sənə
nə olub ki, baş əyənlərlə birlikdə secdə qılmırsan?
O cavab verdi: - Mən sənin quru torpaqdan, dağılmış qara gildən yaratdığına heç
vaxt səcdə qılmaram".
838 B. Adəmin atasız, anasız yarandığına işarədir.
840 B. Cənnətdən qovulduqdan sonra Adəmin Günəş altında yanması və dərisinin
saman rənginə düşməsi nəzərdə tutulur.
845 B. Cəzalandırmaq məqsədilə buğda ağız açır ki, insanları udsun. Buğdanın
ağzı - onu iki hissəyə bölən orta xətt.
853 B. Onun günahı ucbatından solmuş ismət gülünü canlandırmaq üçün Adəm
yağış yağdırdı, buna görə Sərəndibə köçüb çadır qurmağı lazım bildi. Sərəndib -
Seylon.
855 B. Rəvayətə görə əməlindən peşman olub tövbə qılmış Həzrət Adəm
Hindistanı qırx il dolaşaraq göz yaşları tökmüş, yas, matəm rəmzi olaraq nil (lil)
rəngli paltarını daim əynində daşımış və başına bəla kəsilmiş nil çöhrəli fələk yalnız
bundan sotra ondan əl çəkmiş, Adəmin tökdüyü göz yaşları yerində yaşıl çəmənlər
göyərmişdir.
856 B. Fələk vuran ləkə - yeməyə məcbur edildiyi buğda sayəsində cənnətdən
qovulması.
857 B. Turan dünyasının bir hissəsi olan Xəta (Xətay, Kitay, Xütən, Qara Kitay,
qədim Türklərin iki qitəni qapsayan (ehtiva edən) məskənlərindən biridir. Dəqiq
xəritəsini vermək çətindir. Ancaq hər halda Himalay dağlarından başlayaraq
Əfqanıstanın şimal hüdudlarına, Xorasanın cənubunadək uzandığı, Tibet (türkcə:
tanqut), Qaraqurum, Pamir (türkcə ham yer – hamar yer), əsası türklər tərəfindən
qoyulmuş Xanbalıq (Pekin) ərazilərini qapsadığı şəksizdir.
Nizami Gəncəvi bütün türklərin o sırada Xəta türklərinin cismani və əxlaqi hüsnü
ilə fəxr etdiyini bildirir. Üzüqara Adəmin Xəta türkləri kimi üzüağ olduğunu, Ay kimi
şölə saldığını və qüsurlarını, xətalarını tövbə papağı altında gizlətdiyini vəsf edir.
860 B. Altıqapılı ev - dünyanın altı cəhəti: alt, üst, ön, arxa, sağ, sol. Dini rəvayətə
görə Adəm cənnətdə olarkən cənnət xəzinəçisinin ona verdiyi gül
Do'stlaringiz bilan baham: |