_______________ Milli Kitabxana _______________
227
705 B. Yəni Günəşin üzünü gillə suvamaq mümkün olmadığı kimi ürəkdəki
kədəri də meyin, şərab içməyin gətirdiyi ani nəşə ilə silib aparmaq mümkün deyil.
706 B. Yeni şərab düşkünlərinin əlacı şərabda, acı meydə olduğu kimi
dərdlilərin də çarəsi acı dərdi, qəmi çəkməyi bacarmasındadır.
İKİNCİ XƏLVƏT - GECƏ GÖRÜŞÜ
717 B. Gecə şahı - darğa, şihnə. Gecə bəkçisi - keşikçi, qarovulçu. Çırpınan
böcək - şirəyə batıb qanadsız qalan pərvanə, milçək.
Beytin mənası: Darğa keşikçilərinin qanını tökmüş və pərvanələri qanadsız
qoymuşdu ki, məclisin gedişatına mane ola bilməsinlər.
718 B.
Pərdə dalındakılar - hərəm sakinləri, həyalı məşuqələr.
719 B. Burada Süheyl - mey paylayan saqi, yetim dürr və şeh damlası kimi
parlaq görünən - büllur piyalə, ləl və mirvari isə rənginə və dəyərinə görə onlara
bərabər tutulan gül rəngli meydir.
720 B. Cigərin şamı - ciyərin şam kimi alışıb-yanması. Şamın ciyəri - şamın
piltəsi, fitili. Atəşin ürəyi - od.
721 B. Ud ağacı şəkərsiz yana bilmir, odur ki, yandıranda ona şəkər qatırlar. Elə
bir ülvi məclis açılıb ki, burada ud ağacı özü yanmağa can atır,buna görə şəkər saçır
və bu şəkər onu alovlandırır.
722 B. Keçmiş toylarda gəlin ilə bəyin başına qızıl səpilməsinə, etrafa noğul,
şəkər yağdırılmasına işarədir.
725 B. Şirin vədə - vüsal vədəsi. Dirilik suyu — məşuqənin şirin dodaqlarının
həyatverici qüvvəsi.
726 B. Tülkünün göbək xəzi onun bədəninin ən yumşaq hissəsi sayılır.Qaplan
bu xəzi altına salıb, yəni məşuqəsini aşiq qucaqlayıb. Ceyranın (məşuqənin) vüsal
yatağında göbəyinə düşən hörükləri isə aslanın (məşuqun) belində kəmərə
çevrilmişdir.
728 B. Burada şamın nuru ilə dolmuş şamdanlar saqilərin dolu qədəhinə
bənzədilir. Bu halda şamın başına dolanan pərvanələr şərab qoxusundan məst olmuş,
bayılmışdır.
730 B. Musiqi və şənlik ilahəsi olan Zöhrə (Venera) bu məclisə o qədər
vurulmuşdu ki, səmadan enib məclisə gəlmişdi. Sazını elə bir şövq ilə çalırdı ki,
dürüst bir ahəng ilə çalan əlləri az qala mizrabı sındırırdı.
731 B. Məclis elə qızışıb ki, uyğusuzluqdan xumar olanlar belə yata bilmir, bir-
birinə şölə verən çıraqlar kimi nur saçırlar.
735 B. Sürəyya yeddi ulduz toplusundan ibarət Ülkər bürcüdür, yaxud Sur
bürcüdür. Şənlik fərəh və musiqi ilahəsi olan Zöhrə ulduzu da həmin bürcdə yerləşir.
Məclisindən, gözəlliyindən vəcdə gələn şadlıq quşu elə qanadlanır ki, qanadlanıb
ərşdə onların hamısından yuxarı qalxır.
Do'stlaringiz bilan baham: |