_______________ Milli Kitabxana _______________
226
Beytin mənası: Dan yeri söküləndə yasəmənlər çiçək açdı, şüalar çiçəkləri bürüdü.
675 B. Keçmişdə yəhudilər dini qaydalara əməl edərək, müsəlmanlardan
seçilsinlər deyə sarı paltar geyər, yaxud geyimlərinin üstünə "qiyar" deyilən sarı
mahud parça, çit tikərmişlər. İkinci misra sudan Günəşin doğmasına işarədir ki, bu
halda suyun qüdrəti Həzrət Musa peyğəmbərin möcüzə göstərən ağ əlinə oxşadılır.
Burada Günəşin sudan çıxıb, suda batmasına dair qədim təsəvvürə də işarə olunur.
676 B. Torpaq içdiyi suyun sayəsində qazandığı bütün möcüzələri: ormanları,
gülüstanları, zəmiləri... dünyaya göstərdi.
678 B. Söhbət kölgə ilə işığın bir-birilə əylənməsindən, öpüşüb görüşməsindən,
yarpaqlar və budaqlar arasından düşən şüaların kölgə yanında gözəlliyindən gedir.
Do'stlaringiz bilan baham: |