Magistr dissertasiyasi



Download 0,59 Mb.
bet6/8
Sana10.04.2017
Hajmi0,59 Mb.
#6437
1   2   3   4   5   6   7   8

Məhz bu meqamda bir fakt daha qabarıq formada özünü biruze verir. O da dəfələrlə müxtəlif səviyyələrdə səsləndirilməsinə baxmayaraq hələ də yaradılmayan informasiya təhlükesizliyi və informasiya texnologiyaları ilə meşğul olan dövlət qurumunun olmamasıdır. Bundan əlavə qlobal komunikasiya şəbəkələrinə inteqrasiya edən Azərbaycanın informasiya müharibələri və informasiya təhlükəsizliyinə tab gətirməsi üçün, hərtərəfli işlənmiş dəqiq strategiya işlənib hazırlanmalıdır.

Ölkədə mühüm prioritet sahələrdən biri də kosmik sənayenin yaradılmasıdır. Ölkəmizdə yüksək texnoloji tutumlu və yüksək rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolunu genişləndirmək, infrastrukturun modernləşdirilməsi, sahə üzrə iqtisadi-təşkilati islahatların aparılması, Milli Superkompüter Mərkəzinin yaradılması, e-hökumətin formalaşdırılması üçün müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edəcək daha bir neçə perspektiv layihəyə də hazırda baxılmaqdadır. Onların sırasında olan milli süni peyk layihəsi ölkəmizin telekomunikasiya və teleradio yayımı tələbatını ödəməklə yanaşı, region ölkələrinə xidmətlər göstərməyə imkan verəcək, ölkəmizdə kosmik sənayenin inkişafı üçün əlverişli şərait yaradacaqdır.

Ölkəmizdə telekomunikasiya xidməti göstərən kosmik peykin idarə olunması, yeni bir sənaye sahəsinin dövriyyəyə daxil olması, kosmik xarakterli informasiyaların qəbul edilməsi habelə emal edilməsi sahəsində ilkin olaraq xarici ölkələrdə, daha sonra isə ölkə daxilində müvafiq sahədə fəaliyyət göstərəcək kadr potensialının hazırlanmasına yönəlik qəbul edilmiş dövlət proqramı müvafiq sahədə ciddi keyfiyyət dəyişikliyinə səbəb olacaqdır.

3.2. Telekomunikasiya sferasindaki münasibətlərin tənzimlənməsində

beynəlxalq təcrübədən istifadə istiqamətləri

Sosial-iqtisadi inkişaf sahəsəində əsas göstəricilərindən olan informasiyalaşma sahəsində müşahidə olunan inkişaf tendenddensiyaları insanların vaxt amilindən daha məqsədəuyğun istifadəsinə əlverişli şərait yaratmışdır. Müasir dövrdə yüksək templə inkişaf edən elmi-texniki tərqəqqi cəmiyyətin fəaliyyətinin hər bir sahəsində öz müsbət təsirini göstərməklə, biliyə əsaslanan iqtisadiyyat, yeni məzmunlu iqtisadiy­yat, yaxud da internetə əsaslanan iqtisadiyyat kimi yeni-yeni anlayışların meydana gəlməsinə ssəbəb olmuşdur.

Elmə, biliyə əsaslanan və rabitə sahəsində baş verən mütərəqqi dəyişikliklər məhsul və xidmətlər, habelə maliyyə institutlarının aktiv iştirakçısı olduğu bazarların ayrı-ayrı ölkələrin sərhədlərini keçərək dünya səviyyəsinə çıxmasına imkan yaratmışdır. Ticarət əməliyyatlarının və sosial-iqtisadi həyatın inkişaf etməsi, xüsusilə də şəhər yerlərində ciddi müşahidə edilən demoqrafik dəyişikliklərin sürətlə artımı, nəticədə etibarlı və effektiv məlumat əldə etmənin əhəmiyyətini zaman keçdikcə daha da artırmaqdadır. Belə ki, klassik formada müşahidə edilən sosial-iqtisadi inkişaf modelləri öz yerini biliyə əsaslanan fərqli bir inkişaf modelinə verərdiyi zaman İEÖ-in iqtisadi sistemi “kapital və əmək” əsaslı dövlətlərdən “biliyə əsaslanani” bir yeni quruluşa çevrilməkdə davam edir.

Müasir şəraitdə biliyin bir subyekdən digər bir subyektə ötürülməsi zamanı xəbərləşmə baxımından çox kiçik bir paya malik olan mərhələ hesab edilir. Buna görə də xəbərləşmə subyektiv informasiyaa əldə etməni təmin eləməklə bərabər, biliyə əsaslanan cəmiyyətin əsas elementlərindən birini təşkil edən və öz hesabına iqtisadi fəaliyyət nəticəsində dəyər yarada bilən strateji bir sahə halına gəlib çatmışdır.

Xəbərləşmə anlayışı “insanlar, qrup yaxud da müxtəlif təşkilatlar arasında fərqli düşüncə, elm, bilik və müəyyən hisslərin keçirilməsi ilə əlaqədar olan, ortaq bir anlayış təşkil etməklə və qarşılıqlı olaraq öz təsiri təmin eləməklə əsas məqsədi səslərin, görüntünün və yaxud da ötürülmə kimi qiymətləndirilə bilən ünsürlərdən hər-hansı birindən yararlanaraq reallaşdırılan bilik alışə və verişi” olmaqla müəyyənləşdirilə bilər.

Ötən əsrin son onilliklərində texnoloji sahədə meydana gələn sürətli inkişaf tendensiyaları biliyin və bilik axınının əhəmiyyəti ciddi bir şəkildə yüksəltmişdir. Xüsusilə də dünya miqyasında müşahidə edilən qloballaşma prosesinin surətini şərtləndirən azad bazar iqtisadi sisteminin aktiv fəaliyyət reallaşdırmasının təmin olunmassı üçün kifayət dərəcədə biliklərin etibarlı bir formada və zamanında qərər qəbul edən subyektlərə ötürülə bilinməsini obyektiv zərurətə çevirir. Telekomunikasiya sahəsində gerçəkləşən servisin belə bir formada qəbul edilmiş iqtisadi quruluşa, ölkə üzrə müvafiq sahədə mənbələrin daha səmərəli paylanılmasında ən vacib vasitələrdən olan maliyyə birjalarının ayrılmaz bir tərkib hissəsi olduğu kimi, istehsal və istehlak zənciri sahəsində biliyin axınının təmin olunmasına hər formada məhsul və xidmət sahəsində bazarın tələbnin və ona müvafiq də təklifinin dəyişməsinə müvafiq olaraq işləməsi prosesində mühüm bir funksiya yerinə yetirmişdir.

Telekomunikasiya sahəsində iqtisadi və ictimai xarakterli təsir effektləri səbəbi ilə yaranan və bütün dövlətlərdə strateji hesab edilən investisiya qoyuluşları sahəsi kimi qəbul edilmişdir. Müvafiq texnologiyaların məqsədyönlü şəkildə doğru istifadə olunması ayrı-aayrı ölkələr, habelə beynəlxalq təşkilatlar səviyyəsində təşviq olunmaqdadır. Biliyə əsaslanan cəmiyyətin formalaaşdırdığı iqtisadiyyat bütün ölkə üzrə telekomunikasiya sisteminin formlaşdırılmasını obyektiv zərurətə çevirir.

Telekomunikasiya xidməti ötən əsrin sonlarına daha doğrusu 1980-ci illərin ortalarına qədər bir çox dövlətlərdə ictimai xidmət kimi xaraakterizə olunmuş və birbaşa dövlət institutu ilə əlaqəsi olan, yaxud da dövlətə aid edilən strukturlar formassında təbii inhisar subyektləri kimi fəaliyyət göstərmişlər. Müvafiq sahənin dövlət tərəfindən inhisarda saxlanılmasınn əsas səbəblərindən biri məhz tələb elastikliyi yetərincə olmayan telekomunikasiya xidmətinin gəlir əldə olunması mənbəyi kimi görülməsi və beynəlxalq səviyyəli xidmət olmasından irəli gəlmişdir. Beləliklə, telekomunikasiya sahəsində reallaşdırılan xidmətlərin əhatə olunduğu iqtisadiyyatın formalaşdırılması üçün əsasən poçt vasitəsilə həyata keçirilən xidmətlər infrastruktur kimi qiymətləndirilmişdir.

Bununla yanaşı olaraq informasiya texnologiyalarında əldə edilən inkişaf prosesləri və xüsusilə də bank sektorunda, habelə digər servis sahələrində beynəlxalq əməkdaşlıq telekomunikasiyanın poçt əməliyyatlarından fərqləndirilməsi işində mühüm rol oynamışdır. Bu sahədə bir tərəfdən bazar məhdudiyyətləri aradan qaldırıldığı halda, digər tərəfdən bütünlükdə telekomunikasiya sahəsində rəqəmsal dünya ilə ciddi əlaqələndirmə baş vermişdir. Artıq elm, mədəniyyət, təhsil, səhiyyə, maliyyə, bank və s. bu kimi sahələrdə nailiyyətlərin əladə edilməsində əsas amillərdən biri məhz telekomunikasiya sahəsidir.

Ümumilkdə insanlar arasında müxtəlif ölçülü məsafədən əlaqənin yaradılmasına imkan yaradan şəraitin təmin olunmasında bəsit alətlərdən imtina edilməsi və bunun əvəzinə elektrik dövrünün başlaması ilə əlaqəar olmuşdur. Belə ki, 1729-cu ildə məşhur İngilis kimyagarı Stephan Grayin təcrübədə mis naqil üzərində elektrik enerjisinin ötürməsinin mümkün olmasını subut etməklə telekomunikasiyanın yaradılmasına xidmət edəcək mühüm addımın atılmasına səbəb olmuşdur. Telekomunikasiya fəaliyyətinin ilkin təzahür forması olan telegraf uzun dövr ərzində bilavasitə dövlətin nəzarəti altında olmuş, bürokratik səbəblərdən qaynaqlanan, habelə hərbiməqsədlərə xidmət etmək məqsədilə istifadə edilmişdir. Sırf əhali tərəfindən mülki məqsədlərdən irəli gələn ehtiyacların ödənilməsi istiqamətindəi isə XIX əsrin ikinci yarısından sonra meydanaa gəlməyə başlamış və istifadə olumuşdur.

Dünya miqyasında isə 1844-cü ildən başlayaraq Samuel Morzenin telegrafdan istifadə etməklə xüsusi kodlaşdırılmış mesajının Vaşinqton şəhərindən Balti­mor şəhərinə ötürməsinin təmin olunması telekomunikasiya dövrünün başlanğıcı kimi tarixə düşmüşdür. Bu dövrdən başlayaraq müasir dövrə qədər beynəlxalq və milli səviyyələrdə bu sahənin normal fəaliyyətini təmin etmək məqsədilə müxtəlif xarakterli normativ-hüquqi aktlar qəbul edilmişdir. 1988-ci ildə Nəqliyyat Nazirliyinin rəhbərliyi altında yerinə yetirilmiş TUENA hesabatında telekomunikasiya sahəsindəki tənzimləyici təşkilatların qurulması ilə dövlət idarəetmə orqanlarının münasibətləri aspektindən dörd formada fərqli təsnifat həyata keçirilmişdir:



  1. dövlətdən asılı vəziyyətdə olmayan və öhdəliklərin böyük bir hissəsini icra edənlər.

  2. dövlətdən asılı vəziyyətdə olmamaqla birgə, öhdəliklərin bir hissəsini nazirliklər və ya digər müstəqil qurumlar arasında bölünənlər.

  3. müxtəlif mərkəzi icra orqanları daxilində yarı müstəqil statusda təsis edilən qurumlar.

  4. mərkəzi icra orqanları daxilində tam asılı statusda yaradılan tənzimləyici təsisatlar.

Müasir dövrdə dövlətdən asılı olmayaraq fəaliyyətdə olan tənzimləyici qrumlara aşağıdakılar aid edilir:

- (İTU) - Beynəlxalq Telekomunikasiya İttifaqı;

- (FCC) - Federal Komunikasiya Komissiyası.

Tənzimləyici funksiyasını hökumətdən asılı olmadan nazirlik və ya digər statuslu müstəqil qurumlarla paylaşanlara ən bariz nümunə kimi Böyük Britaniya xəbər sahəsini tənzimləyən Telekomunikasiya Idarəsi olan - OFTE misal olaraq qqeyd oluna bilər. Bunla yanaşı olaraq Avstraliya qitəsinddə xəbərləşmə təsisatı kimi tanınan - ACA, Kanada da informasiya komissiyası olan – CRTC, habelə Türkiyə Respublikasında yaradılmış - Telekomunikasiya Qurumu nümunə kimi gətirilə bilər.

Digər bir halda isə məsələn, Koreya Komunikasiya komitəsi müvafiq olaraq Cənubi Koreya üzrə İnformasiya və Rabitə Nazirliyinin tabeliyində olan və səlahiyyətlərinə görə yarım müstəqil tənzimləyici orqandır. Nazirliklərin strukturunda tam tabeli olmaqla fəaliyyət göstərən təsisatlar gəldikdə ona ən tipik nümunələri Yaponiyada genişmüşahidə olunur. Orada Poçt və Telekomunikasiya Nazirliyi nəzdində müvafiq oaraq Telekomunikasiya Komissiyası yaradılmış və səlahiyyət bölgüsü aparılmışdır.

Dünyada telegraf sisteminin kəşf edilməsindən sonra növbəti onilliklər ərzində informasiyalaşma şəbəkələri ölkələrin öz daxiılində də yayılmışdır. Buna baxmayaraq, telegraf magistrallarının sadəcə dövlətin hüdudları nəzərə alınaraq formalaşdırılması səbəbindən, beynəlxalq səviyyədə müvafiq fəaliyyətin reallaşdırılmasına maneçilik törədən biramil kimi ortaya çıxmışdır. Bu problemin aradan qaldırılması məqsədilə 20 Avropa məkanında olan dövlətin Paris şəhərində bir araya gəlməsi əsasında 1865-ci ildən “Beynəlxalq Teleqraf Birliyi” bir tənzimləyici orqan kimi yaradılmışdır. Bununla da telekomunikasiya sferasında ilkin beynəlxalq səviyyəli saziş statusunda qəbul edilən və ilk Telegraf Nizamnaməsinin nəşr etdirilməsi mümükün olmuşdur.

Qeyd olunan təşkilati vahidin xidmət sferası əsasən peyk üzərindən reallaşdırılan telekomunikasiya vasitələri sırasına daxil olması ilə yeni bir məzmun kəsb etmişdir. Beləliklə də elmi-texniki tərəqqinın telekomunikasiya xidmətləri sırasında əlaqələndirmə yaratması, bazarlarda müşahidə olunan ciddi rəqabət mübarizəsində müvafiq sahənin yeni trendləri meydana gəlmişdir. Bu səbəbdən yuxarıda qeyd olunan təşkilatın başlıca məqsədləri sırasında aşağıdakılar öz yerini tapmışdır:


  • beynəlxalq komunikasiya infrastrukturunun xarici şəbəkələrə bağlanması ilə sadəcə telefon görüşmələrindən müxtəlif məqsədlərlə fərli informasiyanın ötürülməsinə kimi beynəlxalqq miqyasında effektiv və daha etibarlı bir komunikasiyanın yaradılması üçün ümumilikdə məcburu hesab edilən müvafiq standartların yaradılması və inkişaf etdirilməsi;

  • müasir texnika və texnologiyanın mövcud beynəlxalq telekomunikasiya şəbəkəsilə əlaqələndirilməsi üçün zəruri fəaliyyəti reallaşdırmaq;

  • telekomunikasiya sahəsində inkişaf eləməkdə olan dövlətlərdə inkişafın sürətləndirilməsi üçün konssultasiya, texniki dəstək, proyekt idarəetməsi, təhsil və mədəniyyət xidmətləri və məlumat bazası ilə təmin etmək;

  • telekomunikasiya strukturları, maliyyə bazası və özəl təşkilatlar arasında birgə fəaliyyətin qurulmasına dəstək göstərmək;

  • müxtəlif istiqamətlərdə reallaşdırılan fəaliyyətlər üçün zəruri olan qanunvericilik aktları sistemini, o cümlədən də nizamnamələr, əsasnamələr, idari rəhbərliyi reallaşdırmaq.

Radio və komunikasiya sahəsində, müxəlif radio dalğaların, mövcud radio və komunikasiya xidməti sahələri tərəfindən proporsional, efffektiv, habelə qənaətli istifadənin təmin edilməsi kifayət qədər məsuliyyətli bir işdir. Qeyd olunan təşkilat bu sahədə nisbətən az inkişaf etmiş və yenicə inkişaf etməkdə irəlililəyən dövlətlərdə telekomunikasiya sahəsinin inkişafına naail olmaq məqsədilə hər formada texniki dəstək və əməkdaşlığın təminatı üçün telekomunikasiya inkişafetdirmə sahəsini vəzifələndirmişdir.

Ümumilikdə inkişaf bölməsinin başlıca məramı, telekomunikasiya ektorunda inkişafda olan dövlətlərə texniki xarakteerli ddəstək göstərilməsinə yardım etməkdən, eyni zamanda onların icrasının təmin olunması üçün zəruri olan pul və maddi resursların səfərbər edilməsinə, eləcə də telekomunikasiya sektorunda yeni texnika və texnologiyaların üstün cəhətlərini planetin bütün üzvlərinin maraqları naminə yayılmasına kömək etməkdir.

Müasir dövrdə standartların müəyyən edilməsi sahəsində dünya səviyyəli telekomunikasiya sektoru üzrə, yenilikci texnologiya tətbiqinə dəstək verilməsi məqsədilə xidmət göstərilməsinə, müvafiq sahədə beynəlxalq standartlrın müəyyən edilməsi prosedurunun təkmilləşdirilməsi, obyektiv reallıq olan qloballaşma proseslərinin təzahürü kimi internetin yayılmasının sürətləndirilməsi kimi məsələlər aiddir. Bununla yanaşı olaraq, standartlaşdırma bölməsi başlıca fəaliyyət qaydalarını öyrənir, müəyyən edir, reallaşması üçün qətnamələr formalaşdırır, sahə ilə bağlı istək və təqdimatları lokanik formada və dəqiqliklə ifadə edir, habelə telekomunikasiya sektoru üzrə informasiyaları toplayaraq dərc etdirir.

Amerika Birləşmiş Ştatlarında telekomunikasiya sahəsinin tənzimlənməsi, telekomunikasiya xidmətlərinin hökumət inhisarında olduğu başqa dövlətlərdən çox-çox əvvəllər başlanmışdır. A.Bellin tərəfindən petentləşdirilməklə ABŞ-da yradılmış telekomunikasiya firmasına dair tənzimləyici tədbirlər 1920-ci ildə “Federal Radio Komissiyası” adlanan qrumun təsis edilməsi ilə start götürmüşdür. Yaradılmış bu komissiyanın başlıca vəzifəsi ondan ibarətdir ki, o teleradio yayımının planlanması ilə məşğul olur.

Müstəqil tənzimləyici qurum olan FKK Amerikan Prezidentinin təyin etdiyi, habelə ABŞ Senatı tərəfindən təsdiqlənməklə fəaliyyət göstərən beş nəfərdən ibarət komissiya üzvü tərəfindən müvafiq qrum idarə edilir. Onun əsas vəzifələri sırasında aşağıdakılar qeyd oluna bilər:


  • regionlararası və beynəlmiləl xidmətlərin tənzim edilməsi;

  • radio yayımının təxsis edilməsi;

  • yayım sahəsində qaydalara əməl olunmasının monitorinqi;

  • müvafiq xidmət sahəsində standartların formalaşdırılması;

  • telefon və telegraf vasitəsilə reallaşdırılan xidmətlərin qiymət tənzimlənməsi və s.

Qeyd olunan komissiya üzvlərinin fəaliyyəti əsasında FKK-nın bütövlükdə ün fəaliyyətini reallaşdırmaq üçün müvafiq olaraq on qərargah struktur idarəsinə və altı büroya xüsusi səlahiyyətlər verilmişdir. Bu təsisatlar özünəməxsus funksiyalara malik olmasına baxmayaraq, müvafiq qrumun iclaslarında mütəmadi olaraq ekspert qismində iştirak edirlər. Komissiyada hal-hazırda fəaliyyətdə olan idarələr aşağıdakılardır:

  • İdarəetmə ilə bağlı yaaranan Hüquqi işlər İdarəsi;

  • Komunikasiyanın İdarə edilməsi İdarəsi;

  • Texniki, texnoloji və Mühəndis idarəsi;

  • Ümumi konsultasiya İdarəsi;

  • Ümumi Nəzarəti həyata keçirən İdarə;

  • Qanunvericilik məsələləri İdarəsi;

  • İdarəetmə məsələləri direktoru İdarəsi;

  • Mətbuatla əlaqələr İdarəsi;

  • Strateji araşdırma və planlaıdırma idarəsi;

  • Siyasətin təhlili üzrə məsul idarə;

  • insan resursları idarəsi.

Analoji fəaliyyət Ingiltərədə də xüsusi təsis edilmiş idarə tərəfindən həyata keçirilməkdədir. Belə ki, telekomunikasiya xidmətləri ümumilikdə 1980-cı ilə qədər mövcud olmuş Ümumi Poçt qrumu tərəfindən həyata keçirilmişdir. Daha ssonra isə qəbul edilmiş xüsusi bir qanunvericilik aktı ilə, başqa sözlə ifadə etmiş olsaq “Telekomunikasiya qanunu” ilə mövcud olan idarə iki yerə - Poçt və Telekomu­nika­siyaya ayrılmışdır. Bununla da İngiltərədə bütünlükdə telekomuni­kasiya xidmətləri təkmil rəqabətə açıq elan edilmişdir.

Bu islahat son olmamışddır. Daha sonralar Britiş Telekom və OFTEL kimi qrumlar yaraddılmışdır. Onlar rabitə sahəsində rəqabətin yüksək səviyyədə təmin olunmasına yönəlik fəaliyyət göstərməklən təşviq işləri ilə bərabər, eyni rəqabət şəratinin təmin olunması məqsədilə OFTEL bu sahədə tənzimləyici bir orqana çevrilmiş vvə rəsmi status almışdır. Onun əsas vəzifələri aşağıdakılardır:

- ölkədə lisenziya almış şəxslərin lisenziya tələblərinə riayət etməsinin təmin edilməsi;


  • lisenziya şərtlərinin zərurət yarandığı zaman dəyişdirilməsinə prosedur olaraq şərait yaratmaq;

  • istehlakçıların qanunla müəyyən olunmuş hüquqlarının qorunmasını təmin etmək;

  • sahə üzrə təkmil rəqabəti qoruyub saxlamaq;

  • müvafiq nazirliklər vasitəsilə dövlətə telekomunikasiya sahəsində lisenziyalara dair tövsiyə etmək;

  • xidmət istehlakçılarının müxtəlif məqsədlərlə praktik fəaliyyətlərində yaralı olan hər cür informasiyanı toplamaq və yayımını təmin etmək;

  • telekomunikasiya sahəsində reallaşdırılanm xidmətlərə dair edilən narazılıqların tədqiqatını aparmaq;

  • telekomunikasiya sahəsindəki xidmətin beynəlxalq təşviqinə dair və onların sistemli təqdim edilməsi baxımından xidmətləri hərtərəfli təmin etmək, habelə istehlakçılara qiymət və xidmət səviyyəsinin keyfiyyəti aspektindən zəruri olan dəstəyi vermək;

  • telekomunikasiya sahəsində hökumət tərəfindən reallaşdırılan siyasətin icra edilməsi ilə əlaqədar rəqabətin təşviq edilməsi;

  • rəqabət mühitinin məhdud olduğu sektorlarda əsas bazar payına malikm subyektə verilmiş lisenziyalarda müəyyən olunmuş şərtlərə əməl edilib-edilməməsinə dair yoxlama aparmaq.

Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Yaponiya kimi inkişaf etmiş ölkələrdə telekomunikasiya sektorunda atılan addımlar, AB-nin telekomunikasiya fəaliyyəti sahəsində müəyyən edilən siyasətini müəyyən işlək mexanizmlərlə nəzarətdə saxlamağa, habelə zərurət yarandığı təqdirdə onları koordinasiya etmək məqsədilə formalaaşdırılmışdır.

Avropa məkanında 1987-ci ildən başlayaraq telekomunikasiya sahəsində orta təbəqənin təmssil olunduğu bazarın tərəqqisi istiqamətində çox əhəmiyyətə malik olmuş addımlar atılmışdır. Bu addımlar içərisində ən əhəmiyyətlisindən biri 1987-ci ildə işıq üzü görən “Dinamik Avropa İqtisadiyyatına doğru” kimi adlandırılmış olan yaşıl hesabatın tərtib olunması olmuşdur. Həmin hesabat Avropa Birliyinə üzv olan ölkələrr arasında olan kəskin fərqlərin aradan qaldırılmasına yönəlmişdir.

AB-nin ən əsas səlahiyyətə malik və mühüm qərar qəbul etmə səlahiyyətinə malik olan orqanı, yəni Nazirlə Şurasının 1993-cü ildən başlayaraq əsas telefon rabitəsi sahəsində göstərilən xidmətlərin cəmiyyət miqyasında bütövlükdə rəqabətli bir sahəyə çevrilməsi sahəsində qərar alması xüsusi əhəmiyyət kəsb etmişdir. Lakin telekomunikasiya sahəsində Birliyə daxil olan üzv ölkələr arasında ciddi ffərqli məqamlar da müşahidə olumuşdur. Belə ki, İsveç, Norveç və İngiltərə müvafiq sahədə dünya səviyyəli ikən, Avstriya, Portuqaliya, İspaniya və Yunanıstan kimi ölkələrdə rəqabətin səviyyəsi heç də istənilən formada deyildir və kifayət qədər gerisində qalmışdır. Bu səbəbdən irəli gələrək Birlik, ona üzv olan dövlətlər arasında bir xüsusi saziş bağlanmasının təmin edilməsi məqsədilə həmin bu üzv ölkələrə 2003-cü ilə qədər möhlət vermişdir.

Son illər ərzində müxtəlif vasitələrlə, məsələn Bangeman Hesabatında rəqabətli bazarın səmərəliliyinin yüksəldilməsi üçün intellektual mülkiyyətin qorunmasına dair hüquqlar, şəxsi həyatın təhlükəsizliyi və kütləvi informasiya vasitələrinə sahiblik sahəsində müşahidə olunan problemlərlə bağlı Avropa İttifaqı səviyyəsində tənzimləyici institutlar yaradılaraq bu kimi hallarda xüsusi rəy bildirməsi vasitəsilə münasibət göstrəilməsi üçün əlverişli şəraitin yaradılmasına nail olunmuşdur. Bundan əlavə olaraq həmin hesabatda:



  • Avropa İqttifaqı miqyasında həlli zəriri hesab olunan icazə-lisenziya, telekomunikasiya sisteminə bağlantıların təşkili, resursların müştərək istifadə olunması (teleradio dalğaları, abunəçi ünvanları və s. bu kimi) sahəsində üzv olan dövlətlərə məsləhətlər vermək;

  • iqtisadiyyatın bütün təsərrüfat növləri üzrə fəaliyyət göstərən sahibkarlara, həmçinin də və xidmət sektorunda çalışanlar üçün məcburu olan və müxtəlif bazarlara daxil olmada qeyri-bərabərlik və ya diskriminasiya hallarına qarşı vahid tənzimləmə çərçivəsi təmin edilmişdir.

Telekomunikasiya sahəsində şövcud olan şəbəkə texnika və texnologiyası ilə yanaşı olaraq, müvafiq texnologiyalarda əldə olunan nailiyyətlər və telekomunikasiya informasiya servisinin qarşılıqlı əlaqələndirilməsi, müvafiq şəbəkə vasitəsilə təklif olunan xidmətlərlə bərabər dolayı vergi nöxləri içərisində xüsusi yer tutan ƏDV-nin tətbiq edildiyi xidmət olaraq tanınan intellektual xidmətlərin də inkişafına xüsusi bir təkan vermişdir. Xüsusilə də əlavə dəyər vergisinin tətbiq olunduğu xidmətin cəmiyytt tərəfindən yüksək tələblə qarşılanması, müvafiq xidmətlərin təklifinin təmin olunması üçün zəruri vasitələrdən istehsalda çevik texnoloji tərəqqiyə gətirib çıxarmışdır. Bununla da telekomunikasiya sahəsində təqdim olunan xidmətlərin spesifikliyi nəzərə alınmaqla, onlar üç alt qrup şəklində təsnifləşdirilmişdir və onlara aşağıdakılar daxildir:

  • ümumilikdə təqdim olunan telekommunikaisya xidmətləri;

  • ƏDV-li telekomunikasiya xidmtələri;

  • Telekomunikasiya fəaliyyəti sahəsində istifadə olunan texnika və texnologiyanın istehsalı.

Müasir baza telekomunikasiya sahəsindəki xidmət, həm kütləvi sayda olan müştərilərin, həm də ayrı-ayrı subyekt kimi qeydiyyata alınan fərdi müştərilərin təlabat yaratdığı informassiyanın bir məkandan digər bir ixtiyari məkana ötürülməsini özündə əks etdirir. Başlıca xidmətlər sırasında özünə yer alan fəaliyyət malgöndərənlərlə istehlakşılar arasında informasiyanın müxtəli formalarda məlumatları və ya səslərin ötürülməsi kimi xarakterizə oluna bilər. Bu formaya əsaslanmaqla, müxtəlif coğrafi məkanlarda yerləşən istehlakçılar arasında audio və məlumat xarakterli informasiyanın iki subyekt arasında qarşılıqlı mübadiləsi təmin edilmiş olur.

Amerika Birləşmiş Ştatalarında fəaliyyət göstərən telekomunikasiya sahəsin­dəki fəaliyyəti tənzimləyən orqan olan Federal Komunikasiya Komissiyasının başlıca əhəmiyyəti “bir informasiyalaşma dövrəsi üzərindən istehlakçıların qarşılıqlı təsiretmə aspektindən çox aydın olan servislər” kimi təqdim olunmasırır. Bu baxımdan, başlıca telekomunikasiya xidmətləri çeşidinə müxtəlif istiqamətli xidmətlərə xüsusi önəm verilir.

Informasiya və komunikasiya texnologiyaları sahəsində müşahidə edilən problemlər, qlobal baxımdan bütünlükdə dünya üçün müasir dövrün ən başlıca aktual problemlərindən sayılır. Məhz buna yanaşma nöqteyi nəzərindən ETT-nin bütün istiqamətlərdə perespektiv inkişafı meylləri kordinasiya edilməkdədir. Inkişaf etmiş dövlətlərin maliyyə-kredit, iqtisadi-idarəetmə sistemlərinin işlərinin təmini baxımından yeni-yeni informasiya texnologiyalarının işlənib ortaya qoyulmasına daha üstün formada diqqət ayrılır. Hal-hazırda ən mühüm hesab edilən məsələlər sırasında telekomunikasiya texnologiyalarının yaranmasından qaynaqlanan problemlərdir ki, bunlar da məlumat əldə edilməsinin və onun əlaqələndirilməsinin təmin edilməsi ilə əlaqədar olan məsələlərdir.

Beynəlxalq hüquq çərçivəsində formalaşdırılmış olan hüquq mənbələrindən hesab edilən 2000-ci ildə beynəlxalq informasiya cəmiyyəti tərəfindən Yaponiyanın Okinava şəhərində qəbul edilmiş xartiyada qeyd olunur ki, informasiya-komunikasiya texnologiyası müasir cəmiyyətin yaratmış olduğu və onun onkişafına ciddi təsir imkanına malik olan ən mühüm faktorlardandır. Onun inqilabi effektləri cəmiyyət üzvlərinin həyat tərzinə, onların təhsil və praktik fəaliyyətinə, habelə hökumətlə vətəndaşlar arasında yaranan müxtəlif xarakterli münasibətlər sisteminin dəyişməsinə təsir edir. İnformasiya komunikasiya texnologiyasının iqtisadi inkişafda ən vacib təkanverici stimul elementinə çevrilir.


Download 0,59 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish