QAZ HİDRAT YATAQLARININ DÜNYA
OKEANLARINDA İSTİFADƏ PERSPEKTİVLƏRİ
Tələbə: Elmi rəhbər:
Babayeva Leyla Füzuli qızı Pənahov R.Ə.
IV kurs, qrup 289.5S
İnsan hər gün 0,02%-dən çox enerji sərf edir və
energetikanın inkişafı həm ölkənin iqtisadi vəziyyətini, həm də
insanların rifahının göstəricisidir. Buna görə də bütün ölkələr
diqqətlərini əlavə enerjiyə yönəldiblər. Hazırda əsas enerji
mənbəyi qaz hidrat hesab edilir.
Çerksiy və Makogon (1970) təbii qaz hidrat ehtiyatının
“nəhəng” olduğunu təklif etmişlər. İlkin hesablamalara görə
okean dibində metan karbonatının miqdarı 1.7-dən 4100
exaqrama (exagram = 10
18
g) kimi, qütblərdə isə 0,0075-18
exaqrama qədərdir. (1981-ci ildə Potensial Qaz Komitəsi
tərəfindən yekunlaşdırılıb). 2001-ci ildən bəri Mərkəzi Geoloji
Kəşfiyyatı (MOEA, Tayvan) cənub-qərbi Tayvan sahillərində
hidrat haqqında bir çox araşdırmalar və axtarışlar aparılmış,
geoloji, geofiziki, geokimyəvi məlumatlara əsasən ümumi
metanın miqdarının 500-2700 milyard m
3
olduğu ehtimal
edilmişdir.
Bottom Simulation Reflector (BSR) tərəfindən göstərilən
xüsusiyyətlərə görə Yaponiya ətrafı dənizlərdə, xüsusilə də
cənub-qərb hissədə yerləşən çökəklik hissələrdə, Nankai Pit,
Boşo Yarımadası şərq bölgəsi daxil olmaqla, ark adalarının
sualtı çuxurları və hövzələrində, Kuril Xəndəyi, Tatar Çuxuru
91
və Oxot bölgəsində (Ümumi sahəsi 44.000 m
2
təşkil edir )
metan hidrat vardır.
Hazırda Çin tam olaraq fikrini Tibetan tavası və Cənub
Çin dənizində metan hidratı axtarışına yönəltmişdir. Ehtimal
edilir ki, Çin torpaqlarında qaz hidratın ehtiyatı ən az 35
milyard ton neft ekvivalentə, Cənub Çin dənizində isə metan
ehtiyatı 64 milyard ton neft ekvivalentinə bərabərdir.
Kanadanın
qütb
və
kontinental
şelf
zonaları
hidratyaranma üçün əlverişli zona olduğundan bu sahələrdə qaz
hidratı yaranmışdır. Kanadada coğrafiya üzrə metan hidrat
həcminin
paylanması
belədir: Bosfor dənizi-Makenzi
deltasında
0.24–8.7 10
13
m
3
, Arktik arxipelaqda
0.19–6.2 10
14
m
3
, Atlantik okeanı sahillərində
1.9–7.8 10
13
m
3
və Sakit
okeanı sahillərində isə 0.32–2.4 10
13
m
3
–dir.
Hindistan da Yaponiya kimi təbii ehtiyat qıtlığı çəkir.
Lakin Hind okeanında mövcud olan metan-hidrat təbii qaza
çevrilərsə, 100 illərlə təbii qaz ehtiyacı ödənilə bilər.
Yaponiyadan fərqli olaraq Hindistan tam təchizatlı deyil və
metan-hidratın çıxarılması zamanı atmosferə çox miqdarda
metan atılması ilə nəticələnə bilər ki, bu, karbon qazı sayəsində
yaranan istixana qazından daha ciddi problemdir. Əldə olunan
geoloji, geofiziki, geokimyəvi və paleontoloji məlumatlara
əsasən Meksika Körfəzinin təxminən 450000 m
2
sahəsinin
təzyiq və temperaturun hidratyaranma şəraitinə uyğun olduğu
müəyyənləşdirilmişdir və hidrat ehtiyatının miqdarı 315-975
trilyon m
3
olduğu təxmin edilir.
Do'stlaringiz bilan baham: |