AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE
UNİVERSİTETİ
Akademik Azad Xəlil oğlu Mirzəcanzadənin
90
illiyinə həsr olunmuş
TƏLƏBƏLƏRİN 67-ci ELMİ-TEXNİKİ
KONFRANSININ
M A T E R İ A L L A R I
BAKI-2018
3
AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE
UNİVERSİTETİ
Akademik Azad Xəlil oğlu Mirzəcanzadənin
90
illiyinə həsr olunmuş
ADNSU TƏLƏBƏLƏRİN
67
-ci ELMİ-
TEXNİKİ KONFRANSININ
M A T E R İ A L L A R I
BAKI-2018
4
KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ
Sədr:
ADNSU-nin rektoru,
professor Mustafa Babanlı
Sədr müavini:
Elmi katib:
Elm və texnika işləri üzrə
prorektor,
professor R.Əliyarov
Tələbə Elmi Cəmiyyətləri Şurasının
sədri
professor Y.Qəhrəmanlı
Üzvlər:
Dosent Q.Məmmədov
Tədris işləri üzrə prorektor;
Dosent R.Camalov
Beynəlxalq əlaqələr üzrə
prorektor;
A.Xəlilov
Dosent M.İbrahimli
İnzibati-təsərrüfat işləri üzrə
prorektor
Elm və ixtiraçılıq şöbəsinin rəisi
Dosent N.Paşayev
GKF-nin dekanı;
Professor Q.İsmayılov
QNMF-nin dekanı;
Professor S.Məmmədxanova KTF-nin dekan v.m.i.e.;
Dosent Ə.Əhmədov
NMF-nin dekanı;
Dosent Z.Həsənov
EF-nin dekanı;
Dosent S.Yusifov
İTİF-nin dekanı;
Dosent İ.Rüstəmov
İ və MF-nin dekanı;
Dosent Ə.Qurbanov
Magistratura bölməsinin dekanı;
E. Səfərli
B.Nəzərov
İT departamentinin direktoru;
İctimaiyyətlə əlaqələr və marketinq
departamentinin direktoru
N.Gəncəyev
Tələbələrin Həmkarlar İttifaqı
Komitəsinin sədri;
A.Məmmədəlizadə
Mətbəənin direktoru.
5
“GEOLOGİYA VƏ GEOFİZİKA” BÖLMƏSİ
QUBA-SİYƏZƏN ZONASININ HİDROGEOLOJİ
ŞƏRAİTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Magistr: Elmi rəhbər:
Salmanova Bahar Elxan qızı prof. Pənahi Ş.A.
I kurs, qrup A1318
Quba-Siyəzən zonasına Böyük Qafqazın cənub-şərq
enməsi və Xəzəryanı düzənliyin Qudiyalçay-Ataçay arası
sahəsi daxildir.
Cənub-şərqi Qafqaz dağ sisteminin mürəkkəb qalxımı,
süxurların yatım xüsusiyyəti və həm də hipsometrik
yüksəkliklərin yerləşməsi şimal-şərq və şərq yamacı boyu
Babadağdan (3637m) Xəzər dənizi (-28,0 m) istiqamətində
aşağı düşür.
Müasir dövrümüzdə Azərbaycan Respublikasında
sənayenin və kənd təsərrüfatının inkişaf etməsi mütləq şəkildə
yüksək keyfiyyətli sulardan istifadə edilməsiylə sıx bağlıdır.
Başqa sözlə desək, yəni, kənd təsərrüfatı obyektlərinin, sənaye
müəssisələrinin və həmçinin də əhalinin suya olan
tələbəbatının təmin olunması məqsədiylə yeraltı su
resurslarının səmərəli istifadəsi əsas məsələlərdən sayılır.
Tədqiqat aparılmış ərazidə Altıağac, Dizavar, Giləzi,
Qasımkənd, Ağdərə və digər yaşayış məntəqələri yerləşmişdir.
Burada yaşayan əhali, əsasən kənd təsərrüfatı işləriylə məşğul
olur. Lakin kənd təsərrüfatının inkişafına bir sıra amillər mane
olur ki, bunlardan biri də su təchizatının yararsız vəziyyətdə
olmasıdır. Həmçinin sənaye sahələri rayonda çox az inkişaf
etmişdir və bu məqsədlə tədqiqat ərazisinin hidrogeoloji
şəraitinin öyrənilməsi qarşıda duran mühüm məsələlərdən
hesab edilir.
Quba-Siyəzən zonasının fiziki-coğrafi şəraiti, həm
geoloji quruluşu, həm də hidrogeoloji şəraiti bu zonada yeraltı
6
su ehtiyatlarının formalaşmasında çox mühüm rol oynayır.
Tədqiqat ərazisinin hidrogeoloji şəraiti bu ərazinin
mürəkkəb tektonik quruluşu, relyefin mürəkkəbliyi, bundan
başqa süxurların aşınma dərəcəsi, çatlılığı, yağıntıların miqdarı
həmçinin, digər təbii-süni amillərlə əlaqədardır.
Tədqiqat ərazisində yeraltı sular Yura, Təbaşir, Neogen
və Dördüncü dövr sulu komplekslərində formalaşmışdır.
Yüksək susaxlayan sulu kompleks Dördüncü dövr
kompleksləridir. Tədqiqat ərazisində təzyiqli və təzyiqsiz
içməyə, həmçinin də istifadəyə yararlı yeraltı sular intişar
etmişdir.
Tədqiqat ərazisində rast gəlinən qrunt suları isə qeyd
olunan strukturların periklinal hissələrində intişar etmişdir.
Təzəkənd, Tıxlı, Dizavar kəndlərində və Ağdərəçay,
Tığçay, Qarabulaq dərələrində aparılmış tədqiqatlar nəticəsində
alınan quyu məlumatlarına, əsasən, bulaqların sərfi 2,43-3,24
l/san, temperaturu 9-15
0
C təşkil edir. Bu dəyişkənlik isə
ərazidə atmosfer yağıntılarının miqdarından daha çox asılıdır.
Bu ərazidə yeraltı suların yatma dərinliyi 5-143 metr
intervalında dəyişməsi müəyyən edilmişdir.
Ərazinin qrunt suları, əsasən, Dördüncü dövr çöküntüləri,
həmçinin Maykop və Təbaşir çöküntüləriylə əlaqədardır.
Ədəbiyyat
1. ETSN-nin Kompleks hidrogeologiya və mühəndisi geologiya
ekspediyası idarəsinin hesabatı. 2016-cı il.
2. S.Ş.Salahov, T.D.Muradov, S.B.Səfərov, M.Ə.Əsədova 2002-
2004- cü illərdə Cəngi-Siyəzən-Xızı-Giləzi sahəsində yeraltı suların axtarışı
işlərinin hesabatı. Bakı. 2005.
3. Алиев Ф.Ш. Отчет о результатах поисков пресных вод как
источник водоснабжения сельских населенных пунктов Алтыагадж-
Хызынской зоны, Хызынского административного района. ТГФ, Баку,
1991.