380
müvafiq olaraq 48078 və 9611 şagird təhsil alırdı.Bu mürəkkəb
şəraitdə təhsil sistemini saxlamaq və inkişaf etdirmək çox asan
məsələ deyildi. Hökumət hər şeydən əvvəl təhsil müəssisələrini
milliləşdirməyə başladı.Nazirlər Kabineti 1918-ci il 28
avqustda bütün ibtidai təhsil müəssisələrində dərslərin ana
dilində aparılması və dövlət dilinin icbari qaydada tədris
olunması haqqında qərar qəbul etdi.Bu siyasət çox ciddi
çətinliklərlə üzləşdi. Lakin hökumət öz qərarlarının həyata
keçirilməsində israrlı idi.Uzun illər həyata keçirilmiş
müstəmləkə siyasətindən fərqli olaraq azərbaycanlıların təhsilə
cəlb edilməsinə xüsusi diqqət verilirdi.Nəticədə 1919-1920-ci
tədris ilində şagirdlərin demək olar ki, üçdə birindən çoxu
azərbaycanlı idi. Bir çox qərarlarda yeni məktəblər açılmasına
dair vəsait ayrılmışdı.Köhnə məktəb binaları təmir edilirdi.
Qadınların təhsilinə xüsusi diqqət yetirilirdi. Təhsil sahəsində
ən mühüm addım əlifba islahatı keçirmək üçün komissiyanın
yaradılması idi.1919-cu ilin martında yaradılan bu komissiya
AXC-nin milli təhsil siyasətinə uyğun əlifba layihəsi
hazırlamalı idi. Müəllim kadrlar hazırlamaq üçün dörd bölgədə
seminariyalar açılması nəzərdə tutulurdu.Qori Müəllimlər
Seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüldü və
müstəqil seminariya oldu.1919-cu ilin sentyabrında Bakıda kişi
seminariyası işə başladı.Lakin bunlar müəllim kadrlarına olan
ehtiyacı tam ödəmirdi.Qısa müddətli pedaqoji kurslar açmağa
zərurət yaranmışdı.Parlamentin 1919-cu il iyulun 19-da qəbul
etdiyi qanunla Qazax, Nuxa, Şuşa, Quba, Zaqatala, Salyan,
Gəncə və Bakıda hər birində ən azı 50 müəllim hazırlanan
belə kurslar açıldı.Türkiyədən də müəllimlər dəvət olundu.
Peşə məktəbləri yaratmaq istiqamətində də müəyyən təkliflər
irəli sürülmüşdü.Kənd Təsərrüfatı üzrə orta ixtisas məktəbi və
pedaqoji institut yaratmaq haqqında hökumətə Maarif Nazirliyi
tərəfindən təkliflər təqdim edilmişdi. Bakı Musiqi Məktəbi
əsasında konservatoriya açılması məsələsi də müzakirə
olunurdu. Hökumətin təhsil siyasətində ən mühüm yeri
381
Bakıda ilk dəfə universitet açılması tuturdu.Universitetin
nizamnaməsini, qanun layihəsini və digər sənədləri hazırlayıb
hökumətə təqdim etmək üçün professor V.İ.Razımovski başda
olmaqla komissiya yaradılmışdı.Komissiya işini qurtaran kimi
1919-cu ilin sentyabr ayında parlament Bakı şəhərində Dövlət
Universitetinin yaradılması barədə qanun qəbul etdi.Qanunda
Universitetin dörd fakültədən ibarət olması göstərilirdi. İlk
tədris ili üçün universitetin maddi ehtiyaclarının ödənilməsinə
dövlət büdcəsindən 5 milyon manat vəsait ayrıldı. Bütün
fakültələrdə Azərbaycan türk dilinin məcburi fənn kimi tədrisi
icbari idi.Bakı universiteti 1919-cu tədris ilində fəaliyyətə
başladı.Həmin ildə universitetdə oxuyan tələbələrin sayı 877
nəfər idi.
Beləliklə mövcud olduğu qısa tarixi dövr ərzində AXC
hökuməti milli dövlətçilik mənafelərinə xidmət etməyə
yönəlmiş təhsil siyasəti həyata keçirmişdir.
Do'stlaringiz bilan baham: