373
“İCTİMAİ ELMLƏR” BÖLMƏSİ
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN
İRANLA DİPLOMATİK MÜNASİBƏTLƏRİ
Tələbə:
Elmi rəhbər:
Abdullayev Mübariz Bəhruz oğlu baş müəllim:Əliyev İ.F
II kurs,qrup 635.7
AXC xalqımızın çar müstəmləkəsinə qarşı azadlıq
mübarizəsinin gedişində yaratdığı müstəqil dövlətimizdir.
Onun yaranması üçün zəruri şərait Birinci dünya müharibəsinin
gedişində formalaşmışdır.
AXC apardığı xarici siyasətində qonşularla o cümlədən
İranla münasibətlər yaradılmasına önəm verirdi. Lakin İran
Azərbaycan adlı bir dövlətin yaranmasına çox ehtiyatla
yanaşırdı. Bütün dünya dövlətlərinə olduğu kimi İrana da
İstanbuldakı İran konsulluğu vastəsilə müstəqilliyimiz
haqqında bəyyanamə verildikdə İran tərəfi bunu rədd etdi.
Hətta çox keçmədən İran tərəfi hər iki dövlətin vahid dövlət
halında birləşməsi təklifini irəli sürdü. 1918-ci ilin sonunda
verilən bu təklif təbii ki, AXC dövləti tərəfindən rədd edildi.
Eyni zamanda Azərbaycan tərəfi İranla mehriban qonşuluq
münasibətləri yaratmaqdan imtina etməmişdir.
Paris sülh konfransında Ə.Topçubaşov başda olmaqla
Azərbaycan nümayəndə heyətinin səmərəli fəaliyyəti
konfransda ki, İran nümayəndə heyətinin Azərbaycana dair
münasibətinin dəyişməsinə səbəb oldu. İranın xarici işlər naziri
Firuz Mirzə bəyan etdi ki, müstəqil Azərbaycan dövlətinin
mövcudluğunu qəbul edirik və İranın AXC-yə qarşı heç bir
ərazi iddiası yoxdur.
Paris sülh konfransından sonra da Azərbaycanla İran
arasında ikitərəfli danışıqlar davam etdirilmişdir. Bu
danışıqlarda məqsəd iki dövlət arasında qarşılıqlı əməkdaşlıq
374
haqqında müqavilə layihəsini hazırlamaq idi. Layihəni
hazırlamaq üçün 1919-cu ilin oktyabr ayında hər iki dövlətin
xarici işlər nazirliklərinin nümayəndələrindən ibarət xüsusi
kamisiyya işə başladı. Qərara alındı ki, hər iki dövlətin
nümayəndələri saziş hazırlamaq üçün müntəzəm görüşlər
keçirsinlər. AXC İran nümayəndələrinin yekun görüşü 1920-
ci il martın 20-sində keçirildi. Nəticədə bir sıra ikitərəfli
müqavilələr və sənədlər imzalandı. Ən başlıcası İranla AXC
arasında diplomatik münasibətlər yaradılması və səfirliklər
açılmasına həsr edilmiş müqavilə idi. Bu müqaviləyə görə tez
bir zamanda Bakıda və Tehranda səfirliklər, Təbrizdə isə
konsulluq açılmalı idi.
Həmin müqavilə Azərbaycan Parlamentin müzakirəsindən
sonra aprel ayının əvvəllərində təsdiq olundu. Lakin aprelin
sonun da Azərbaycanda yaranan yeni Sovet höküməti
Rusiyadakı Sovet hökümətinin göstərişi ilə
Azərbaycan Xalq Cümhuriyyətinin İranla imzaladığı bütün
müqavilələri və sazişləri tanımaqdan imtina etdi.
Do'stlaringiz bilan baham: