SƏNAYE MÜƏSSİSƏLƏRİNDƏ İNVESTİSİYA VƏ RİSK
AMİLLƏRİNİN XÜSUSİYYƏTLƏRİ
Magistr: Elmi rəhbər:
Əfəndiyeva Zəhra Fazil qızı dos. A.M.İmranzadə
I kurs, qrup A7218
Azad rəqabət və bazar iqtisadiyyatı şəraitində davamlı
inkişafı təmin etmək üçün hər bir müəssisə mütəmadi olaraq
istehsal-təsərrüfat fəaliyyətinə lazım olan qədər investisiya
resursları cəlb etməlidir. Bu bir tərəfdən müəssisəyə dinamik
xarici mühitə uyğunlaşmağa imkan verir, digər tərəfdən isə
müəssisənin
təsərrüfat
fəailyyətinin
səmərəliliyinin
yüksəldilməsinə şərait yaradır.
Xüsusilə, istehsal texnologiyalarının digər sahələrlə
müqayisədə çox böyük sürətlə dəyişdiyi neft–kimya sahəsində
fəaliyyət göstərən müəssisələr üçün investisiyaların yatırılması
çox böyük əhəmiyyətə malikdir. Çünki, bu sahədə rəqabətə
davam gətirən hər hansı istehsal tenologiyasından faydalı
istifadə müddəti ən yaxşı halda 5-10 ildən artıq olmur. Buna
görə də, bu sferaya aid olan müəssisələr daim istehsal
texnologiyalarını təkmilləşdirmək və ya tamamilə dəyişdirmək
üçün investisiya resursları cəlb etməli və bu investisiyaların
həyata keçirilməsi ilə əlaqədar olan təsərrüfat risklərini aşağı
salaraq, müəssisənin fəaliyyətinin maliyyə nəticələrinin
yüksəlməsinə nail olmalıdırlar.
İnvestisiya layihələrinin makroiqtisadi səviyyədə
əhəmiyyətini nəzərə alaraq ölkəmizdə sənaye sahələrinin
inkişafına yönəldilən irimiqyaslı investisiya layihələri
reallaşdırılır. Belə layihələrin reallaşdırılması sahəsində
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin böyük
təcrübəsi vardır. Həmin təcrübədən istifadə edərək başqa
sahələrin də inkişafında dönüş əldə etmək olar. Lakin buna
baxmayaraq neft-kimya sənaye sahəsinin müəssisələrinin
368
investisiya fəallığı lazımi səviyyədə təşkil olunmamışdır.
Halbuki, neft sektoru ilə neft-kimya sahəsinin birbaşa istehsal-
təsərrüfat əlaqələri vardır və onların xammala olan təlabatını
dolğun ödəməklə neft-kimya məhsullarının istehsalını
genişləndirmək olar. Gec də olsa artıq neft-kimya sahəsinin
yenidən qurulması məsələsi gündəmdədir və bu məqsədlə
irimiqyaslı investisiya layihəsinin həyata keçirilməsi üçün
dövlət səviyyəsində qərar qəbul edilmişdir.
Belə bir vacib məsələnin həll edilməsi layihələrin həyata
keçirilməsi ilə bilavasitə əlaqəli olan təsərrüfat risklərinin
dairəsinin müəyyən edilməsini və onların son nəticəyə mənfi
təsirinin azaldılmasını tələb edir. Bildiyimiz kimi müəssisələrin
təsərrüfat fəaliyyəti birbaşa risklə bağlı olduğundan
müəssisələr uğursuzluğa düçar olmamaq üçün belə riskləri
mütləq nəzərə almalı və mümkün olduqda, risklərin istehsal-
təsərrüfat fəaliyyətinə təsirinin azaldılması yolu ilə öz
fəaliyyətinin səmərəliliyinin artırılmasını təmin etməlidirlər.
Riskli vəziyyətlər yarada bilən daxili və xarici amillərin
təsiri nəticəsində investisiya fəaliyyətinin rentabelliyi xeyli
aşağı düşür, bu isə sonda özünü müəssisənin maliyyə
nəticələrində mənfi istiqamətdən daha qabarıq göstərir.
Müəssisə investisiya faəliyyətinin nəticələrinə mənfi təsir edə
biləcək risk amillərini daim nəzarətdə saxlamalı, bu risklərin
idarə olunması nəticəsində maddi itkilərin minumuma
endirilməsi yolu ilə investisiyların səmərli təşkilinə nail
olmalıdır.
Do'stlaringiz bilan baham: |