AZƏRBAYCANÇILIQ MILLI ISTIQLAL
MƏFKURƏSIDIR.
Tələbə: Elmi rəhbər:
Nağıyeva Dünya Firdovsi baş müəllim: N.V.Qasımova
qızı, IV kurs, qrup 676.3
XX
əsrin I yarısından etibarən azərbaycançılıq
ildeyasının formalaşma tarixi başlamışdı. Azərbaycançılıq
ideyası o dövr üçün Azərbaycan mühitində baş vermiş milli
azadlıq hərəkatının nəzəri əsasını təşkil etmişdir. Milli
istiqlal və siyasi müstəqilliyi özündə əks etdirən
azərbaycançılıq
məfkurəsi
Azərbaycan
Demokratik
Respublikasından bizlərə miras qalan ən qiymətli sərvətdir.
Məzmunca milli özünüdərki özündə əks etdirən bu ideyanı
xalqımızın dəyərli oğlu, bütün qəlbi ilə ən böyük azərbaycanlı
olan, müstəqil Azərbaycan Respublikasının yaradıcısı Heydər
Əliyev milli dövlətçiliyimizin ideoloqiyasına çevrildi.
Azərbaycançılıq ideoloqiyasının dövlətçiliyə tətbiqi məhz
xalqımızın görkəmli və uzaqgörən siyasətçi Heydər Əliyevin
adı ilə tariximizə yazıldı. Onun siyasi qüdrəti ilə
azərbaycançılıq ideoloqiyası müstəqil Azərbaycan dövlətinin
milli və siyasi strateqiyasının əsas aparıcı istiqamətini təşkil
etdi. Müstəqilliyimizin ciddi təhlükə qarşısında olduğu bir
vaxtda 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə ikinci dəfə
qayıdışından sonra istiqlal liderimizin səyləri nəticəsində bu
nəzəriyyə xalqımızın istiqlal amalına çevrilməklə, milli
dövlətçiliyimizin ideoloji-siyasi əsaslarının tarixçilik və
millilik prinsiplərini önə çıxardı.
Tariximizin, mədəni dəyərlərimizin, ana dilimizin
384
nümayədarı olan Heydər Əliyevin siyasi fəaliyyəti ilə milli
özünüdərk prosesini sürətləndirdi.
Milliliklə ümumbəşərliyi vəhdətdə mənimsəyən azərbay-
cançılıq ideoloqiyası xalqımızın milli-mənəvi dəyərlərinə
qayıdışı, milli ruhumuza uyğun düşüncə tərzini formalaşmaqla
milli özünüdərk prosesində böyük önəm daşıyır. Hər bir
xalqın nümayəndəsi öz milli mənsubiyyəti ilə öyünməlidir. Bu
baxımdan biz xöşbəxt xalqlardan biriyik. Hələ 2001-ci il
noyabrın 10-da keçirilən Dünya Azərbaycanlılarının I qurul-
tayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əli-
yevin öz nitqində çox böyük qürur hissi ilə bu sözləri
söyləmişdir: «Hər bir insan üçün milli mənsubiyyəıti onun
qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm
ki,mən azərbaycanlıyam».
Mən də Azərbaycan gəncliyinin bir nümayəndəsi
olaraq milli liderimizdən bizlərə miras qalan azərbaycançılıq
ideoloqiyasının hörmətli Prezidentimiz cənab İlham Əliyevin
rəhbərliyi altında bundan sonra da uğurla davam etdirilməsini
dəstəkləyəcəm.
Do'stlaringiz bilan baham: |