44
işçilər üçün məlumat kitabı (BAKI 2014)
3.AzDTN 1.7-1 “Bina və qurğuların yükdaşıyan inşaat
konstruksiyalarının müayinəsi qaydaları”
4.MS 1669347-13-2009 “Xəzər dənizində neftqazmədən
hidrotexniki qurğuların istismarı”
5.Ultrasonic testing (UT) useful formulae (Trinity NTD
www.trinityntd.com
)
DƏNİZ NEFT-QAZ YATAQLARININ
MƏNİMSƏNİLMƏSİNDƏ SUALTI İSTİSMAR
SİSTEMLƏRİNİN TƏTBİQİ
Magistr:
Elmi rəhbər:
Məmmədov Nicat Tahir o.
İsmayılov R.Ə.
I-ci kurs, A2128
Dənizdə neft və qazın ənənəvi üsullarla çıxarılması üçün
dəniz hidrotexniki qurğularından və ya estakalardan istifadə
olunurdu. Lakin suyun dərinliyinin artması, hər bir qrup
quyulara görə əlavə platforma tikilməsi və ya üzən
platformanın istifadə olunması zərurəti ənənəvi üsülların
iqtisadi və texniki cəhətdən səmərəsini azaltmağa başladı.
Həmçinin, iri yataqları azalması, yeni tapılan yataqların neft-
qaz infrastrukturu olmayan yerlərə təsadüf etməsi mühəndisləri
yeni üsul və qurğulardan istifadə etməyə sövq etdi.
İlk sualtı istismar quyularının tamamlanmasından 40
ildən çox bir zaman keçib. İlk sualtı tamamlama sistemi 1961-
ci ildə Qərbi Kameron yatağında 17 metr dərinlikdə
quraşdırıldı. Bu zamandan bəri, yüzlərlə sualtı sistem
quraşdırılıb və hal hazırda da bu sistemlərdən istifadə edilir.
Çoxquyulu mürəkkəb sualtı sistemlər quraşdırılıb istifadəyə
verilib və heyətsiz sualtı aparatlar quraşdırma və istismar
dövründə bu sistemin bir tərkib hissəsinə çevrilmişdir. Xüsusilə
dalğıcların sualtı əməliyyatlar apara bilmədiyi yerlərdə geniş
45
istifadə olunurlar və dənizin çox böyük dərinliklərində
əməliyyatlar aparmağa imkan verirlər. Amerikada Mensa qaz
yatağında 1997ci ildə dünyanın ən uzaqdan (63 mil) idarə və
istismar xəttinə malik olan sualtı istismar sistemi dənizin 1645
metr dərinliyində quraşdırıldı.
Sualtı İstismar Sistemləri dənizdə platformalar vasitəsilə
neftin qazın hasil edilməsi iqtisadi səmərəli olmayan və ya
inkişaf etdirilməsi çətin olan yerlərdə istismar imkani yaradır.
Sualtı sistemlərin layihələndirilməsinin ənənəvi sistemlərə
nəzərən daha çətin olmasına baxmayaraq, yaratdığı böyük
imkan və istifadə genişliyi sayəsində neft-qaz sənayesində
müxtəlif tip və dərinlikli yataqların istismarı zamanı tətbiq
olunur. Texnologiyanın tərəqqisi sayəsində bu sahənin də
imkanları genişlənir, səmərəliliyi artır. Bu səbəbdəndir ki,
dünyanın qabaqcıl və iri neft-qaz avadanlığı istehsalçıları və
servis şirkətləri bu sistemlərinin istehsalı və istismarı ilə iri
həcmdə məşğuldurlar. Ölkəmizdə Şahdəniz-2 qaz yatağının
işlənməsində məhz sualtı istismar sistemlərindən istifadə
olunacaqdır. Bu məqsədlə artıq sualtı quraşdırma işləri yerinə
yetirilir.
Do'stlaringiz bilan baham: