HƏyatin gerçƏK



Download 1,74 Mb.
bet49/72
Sana02.05.2017
Hajmi1,74 Mb.
#7953
1   ...   45   46   47   48   49   50   51   52   ...   72

Bakteriya qamçısı


Sadələşdirilməz komplekslik anlayışını elm dünyasının gündəminə gətirən ən mühüm şəxs ABŞ-dakı Lihay Universitetindən biokimyaçı Maykl C.Behedir. Behe 1996-cı ildə nəşr olunmuş “Darvinin qara qutusu: Təkamülün biokimyəvi təkzibi” (Darwin’s black box: The biochemical challenge to evolution) adlı kitabında canlı hüceyrəsinin və digər bəzi biokimyəvi formaların sadələşdirilməz kompleks quruluşunu təhlil edir və bunların təkamüllə açıqlanmasının qeyri-mümkün olduğunu açıqlayır. Behenin fikrinə görə, canlıların mənşəyinin həqiqi açıqlaması “yaradılışdır”.

Behenin kitabı darvinizmə böyük zərbədir. Belə ki, Notr Dam Universitetindən fəlsəfə professoru Piter van İnvagen bu kitabın əhəmiyyətini belə vurğulamışdır:

Əgər darvinistlər elmi həqiqətlərlə dolu olan bu kitaba əhəmiyyət verməyərək, səhv anlayaraq və ya ona gülüb keçərək qarşılayarlarsa, bu vəziyyət

bu gün darvinizmin elmi nəzəriyyə olmaqdan çox ideologiya olduğu haqqında getdikcə yayılan şübhələr üçün mühüm dəlil olacaqdır.348

Behenin kitabında sadələşdirilməz kompleks sistemlərə aid çəkdiyi misallardan biri bakteriya qamçısıdır.

Bu orqan bəzi bakteriyalar tərəfindən maye mühitdə hərəkət etmək üçün istifadə edilir. Orqan bakteriyanın hüceyrə qılafına yapışmışdır və canlı ritmik şəkildə dalğalandırdığı bu qamçıdan fırça kimi istifadə edərək istədiyi istiqamətdə və sürətlə üzə bilir.

Bakteriyaların qamçısı olduğu uzun müddətdən bəri məlumdur. Ancaq son 10 il ərzindəki müşahidələr bu qamçının quruluşunu aşkar etdikcə elm dünyası təəccüb içində qalmışdır. Çünki qamçının əvvəlcə hesab edildiyi kimi, bəsit titrəmə mexanizmi ilə deyil, çox mürəkkəb “orqanik (üzvi) motor” ilə işlədiyi məlum olmuşdur.

Bakteriyanın hərəkətli motoru elektrik motorları ilə eyni mexaniki xüsusiyyətə malikdir. Burada iki əsas hissə var: hərəkətli hissə (rotor) və sabit hissə (stator)

Bu üzvi motor mexaniki hərəkətləri əmələ gətirən digər sistemlərdən fərqlidir. Hüceyrə içindəki ATF molekulları şəklində saxlanılan hazır enerjidən istifadə etmir. Bunun əvəzinə xüsusi enerji mənbəyi var: bakteriya qılafdan gələn turşu axınından aldığı enerjidən istifadə edir. Motorun öz daxili quruluşu isə həddindən artıq kompleksdir. Qamçını təşkil edən təqribən 240 ayrı zülal var. Bu qüsursuz mexanik hissələr öz yerlərinə yerləşdirilmişdir. Elm adamları qamçını təşkil edən bu zülalların motoru bağlayıb açan siqnalları göndərdiklərini, atom səviyyəsində hərəkətə imkan verən buğumlar əmələ gətirdiklərini və ya qırmancı hüceyrə qılafına bağlayan zülalları hərəkətə gətirdiklərini müəyyən etmişlər. Motorun fəaliyyətini sadələşdirərək izah etmək məqsədi ilə aparılan modelləşdirmələr belə sistemin mürəkkəbliyinin başa düşülməsi üçün kifayətdir.

Sadəcə bakteriya qamçısının bu kompleks quruluşu bütün təkamül nəzəriyyəsini məhv etmək üçün kifayətdir. Çünki qamçı heç cür sadələşdirilə bilinməyən quruluşdadır. Qamçını təşkil edən molekulyar hissələrin bir dənəsi belə olmasa və ya qüsurlu olsa, qamçı işləməz və ona görə bakteriyaya heç bir faydası olmaz. Bakteriya qamçısı ilk dəfə mövcud olduğu andan etibarən tam şəkildə işləməlidir. Bu həqiqət qarşısında təkamül nəzəriyyəsinin “mərhələ-mərhələ” inkişaf iddiasının mənasızlığı bir daha açıq şəkildə üzə çıxır. Belə ki, bu günə qədər heç bir təkamülçü bioloq bakteriya qamçısının mənşəyini açıqlamaq üçün cəhd belə etməmişdir.

Bakteriya qamçısı təkamülçülərin “ən ibtidai canlılar” hesab etdikləri bakteriyalarda belə qeyri-adi dizayn olduğunu göstərən mühüm həqiqətdir. Canlıları hərtərəfli tədqiq etdikcə Darvinin XIX əsrin ibtidai elmi səviyyəsi çərçivəsində sadə hesab etdiyi orqanların nə qədər kompleks olduğu məlum olur.

İnsan gözünün yaradılışı


İnsan gözü təqribən 40 ayrı həssas hissənin birləşməsindən ibarət kompleks sistemdir. Bu hissələrdən sadəcə birinin üzərində düşünək. Məsələn, göz bülluru... Biz çox vaxt fərqinə varmırıq, amma cisimləri aydın görməyimizi təmin edən şey göz büllurunun hər saniyə heç dayanmadan “avtomatik fokuslama” etməsidir. İstəsəniz, bununla bağlı kiçik təcrübə keçirə bilərsiniz: şəhadət barmağınızı havada tutun. Sonra bir barmağınızın ucuna, bir də arxasındakı divara baxın. Baxışınızı barmağınızdan divara doğru hər çevirdikdə “tənzimləmə” olduğunu hiss edəcəksiniz.

Bu tənzimləməni göz büllurunun ətrafındakı kiçik əzələlər yerinə yetirir. Hər baxış dəyişdirdikdə bu əzələlər işə düşür və göz büllurunun qabarıqlığını dəyişdirərək işığın düzgün bucaq altında qırılmasını və istədiyiniz cismi aydın görməyinizi təmin edir. Göz bülluru bu tənzimləməni həyatınız boyu heç səhv etmədən hər saniyə həyata keçirir. Fotoqraflar eyni tənzimləməni fotoaparatlarda əl ilə edirlər və düzgün fokuslamanı əldə etmək üçün bəzən uzun müddət çalışırlar. Müasir texnologiya son 10-15 ildə avtomatik fokuslama edən kameralar istehsal etmişdir, amma heç bir kamera göz qədər sürətli və qüsursuz şəkildə fokuslaya bilmir.

Gözün görməsi üçün isə bu orqanı təşkil edən təqribən 40 əsas hissənin hamısı eyni anda birlikdə mövcud olmalı və ahəng içində işləməlidir. Göz bülluru bunlardan sadəcə biridir. Buynuz qişa, gözün selikli qişası, gözün qüzehli qişası, göz bəbəyi, gözün tor qişası, orta qişa, göz əzələləri, göz yaşı vəzləri kimi bütün digər hissələr olsa və fəaliyyət göstərsə, amma bircə göz qapağı olmasa, göz qısa müddət ərzində zərər görər və görmə funksiyasını itirər. Eyni şəkildə bütün orqanoidlər mövcud olsa, amma göz yaşı ifraz olunmasa, göz bir neçə saat ərzində quruyar, yapışar və kor olar.

Gözün bu kompleks quruluşu qarşısında təkamül nəzəriyyəsinin “sadələşdirilə bilən” iddiası bütün mənasını itirir. Çünki göz işə yararlı olması üçün eyni anda bütün hissələri ilə birlikdə mövcud olmalıdır. Təbii seçmə və mutasiya mexanizmlərinin gözün bu qədər müxtəlif orqanoidini, bu orqanoidlərə son mərhələyə qədər heç bir “üstünlük” təmin etmədən əmələ gətirmələri, əlbəttə, qeyri-mümkündür. Prof. Əli Dəmirsoy bu həqiqəti aşağıdakı sətirləri ilə qəbul edir:

Üçüncü etiraza cavab vermək çox çətindir. Kompleks bir orqanın, faydalı olsa da, birdən-birə əmələ gəlməsi necə mümkün olmuşdur? Məsələn, onurğalılardakı göz bülluru, tor qişa, optik sinir və görmək üçün lazımlı olan digər hissələr birdən-birə necə əmələ gəlmişdir? Çünki təbii seçmənin görmə sinirindən ayrı şəkildə tor qişa üzərində seçici təsiri ola bilməz. Göz bülluru əmələ gəlsə belə, tor qişa olmadan faydası olmaz. Görmə üçün bütün orqanoidlərin birlikdə eyni anda təkmilləşdirilməsi labüddür. Ayrı-ayrı təkmilləşdirilən hissələr istifadəyə yararlı olmadığı üçün həm faydasız olar, həm də bəlkə zaman ərzində məhv olar. Eyni zamanda hamısını birdən təkmilləşdirmək də təxmin edilməyəcək qədər kiçik ehtimalların eyni anda mövcud olmasını tələb edir.349

Prof. Dəmirsoyun “təxmin edilməyəcək qədər kiçik ehtimallar” sözü ilə ifadə etdiyi həqiqət əslində “qeyri-mümkünlükdür”. Gözün təsadüflərin məhsulu olması qeyri-mümkündür. Darvin də bu həqiqət qarşısında sıxıntı keçirmiş və hətta bu səbəbdən, bir məktubunda: “Gözləri düşünmək çox vaxt məni nəzəriyyəmdən soyudur”, -deyə bunu etiraf etmişdir.350

Darvin “Növlərin mənşəyi” kitabında gözün kompleks yaradılışı qarşısında ciddi çətinliyə düşmüş, yeganə həll yolu kimi bəzi canlıların ibtidai, bəzilərinin isə kompleks göz quruluşu olduğuna istinad edərək kompleks gözlərin ibtidai gözlərdən təkamül yolu ilə əmələ gəldiyini iddia etmişdir. Ancaq bu iddia da həqiqətə uyğun deyil. Paleontologiya canlıların yer üzündə olduqca kompleks quruluşları ilə birlikdə ortaya çıxdığını göstərir. Məlum olan ən qədim görmə sistemi trilobit gözüdür. 530 milyon illik bu pətək göz sistemi əvvəlki bölmələrdə dediyimiz kimi cüt mərcək sistemi ilə işləyən “optik möcüzədir”. Bu vəziyyət Darvinin “kompleks gözlər ibtidai gözlərdən təkamül ilə törəyib” fərziyyəsini də tamamilə əsassız edir.


Download 1,74 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   45   46   47   48   49   50   51   52   ...   72




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish