Bitki hüceyrəsinin mənşəyi
Bitkilərin və heyvanların hüceyrələri “eukariot” kimi tanınan hüceyrə tipini təşkil edir. Eukariot hüceyrələrin ən əsas xüsusiyyətləri bir hüceyrə nüvəsinə malik olmaları və genetik məlumatlarını kodlayan DNT molekulunun da bu nüvənin içində yerləşməsidir. Digər tərəfdən, bakteriyalar kimi bəzi təkhüceyrəli canlıların isə hüceyrə nüvəsi yoxdur və DNT molekulu hüceyrənin içində sərbəst
halda yerləşir. Bu ikinci tipdən olan hüceyrələrə “prokariot” hüceyrə deyilir. Bu hüceyrə quruluşu bakteriyalar üçün ideal formadır, çünki bakteriya populyasiyalarının həyatları baxımından olduqca mühüm proses olan “plazmid ötürülməsi” (hüceyrədən hüceyrəyə DNT ötürülməsi) prokariot hüceyrənin sərbəst DNT quruluşu sayəsində mümkün olur.
Təkamül nəzəriyyəsi isə canlıları “ibtidaidən aliyə” doğru ardıcıllığa düzmək məcburiyyətində olduğu üçün prokariotların “ibtidai” hüceyrə olduğunu, eukariotların isə bu hüceyrələrdən təkamül yolu ilə törədiyini güman edir.
Bu iddianın əsassızlığına keçməzdən əvvəl prokariot hüceyrələrin heç də “ibtidai” olmadığını bildirməkdə fayda var. Bir bakteriyanın 2000-ə yaxın geni var. Hər bir gen isə 100-ə qədər hərfdən (şifrə) təşkil olunmuşdur. Bu da bakteriyanın DNT-sindəki məlumatın ən az 200 000 hərf uzunluğunda olması deməkdir. Bu hesablamaya əsasən, bir bakteriyanın DNT-sindəki məlumat hər biri 10 min sözdən ibarət 20 romana bərabərdir.325 Ona görə də hər bir bakteriyanın DNT-sində şifrəli olan bu məlumatlardakı hər hansı bir dəyişiklik bakteriyanın bütün iş sistemini pozacaq qədər təhlükəlidir. Bakteriyaların gen şifrələrində bir çatışmazlığın olması isə iş sistemlərinin pozulması və beləliklə, onların ölümü deməkdir.
Təsadüfi dəyişiklikləri təkzib edən bu həssas quruluşdan əlavə, bakteriyalar ilə eukariot hüceyrələr arasında heç bir “ara forma” olmaması da təkamülçü iddianı əsassız edir. Prof. Əli Dəmirsoy bakteriya hüceyrələrinin eukariot hüceyrələrə və bu hüceyrələrdən ibarət kompleks canlılara çevrilməsi ssenarisinin əsassızlığını bu sözləri ilə etiraf edir:
Təkamüldə açıqlanması ən çətin olan mərhələlərdən biri də bu ibtidai canlılardan orqanoidlərdən ibarət kompleks hüceyrələrin necə meydana gəldiyini elmi cəhətdən açıqlamaqdır. Bu iki forma arasında heç bir həqiqi ara keçid forma tapılmamışdır. Təkhüceyrəlilər və çoxhüceyrəlilər bu kompleks formaya bütünlükdə malikdirlər, hər hansı şəkildə daha sadə formalı orqanoidləri olan və ya bunlardan birinin daha ibtidai olduğu bir qrupa və ya canlıya rast gəlinməmişdir. Yəni hüceyrələrin orqanoidləri tamamilə təkmil formadadır. Sadə və ibtidai formaları yoxdur.326
“Təkamül nəzəriyyəsinin israrlı müdafiəçisi olan prof. Əli Dəmirsoyu bu qədər açıq etiraflar etməyə məcbur edən şey nədir?” sualı doğa bilər. Bu sualın cavabı bakteriya hüceyrəsi ilə bitki hüceyrəsi arasındakı böyük quruluş fərqlərinə baxdıqda açıq şəkildə görünür:
1) Bakteriya hüceyrəsinin hüceyrə divarı polisaxarid və zülaldan ibarətdir, bitki hüceyrəsinin hüceyrə divarı bunlardan tamamilə fərqli forma olan sellülozadan təşkil olunmuşdur.
2) Bitki hüceyrəsində qılafla əhatə olunmuş kompleks quruluşa malik bir çox orqanoid var ikən bakteriya hüceyrəsində heç bir orqanoid yoxdur. Bakteriya hüceyrəsində sadəcə sərbəst halda hərəkət edən çox kiçik ribosomlar var. Bitki hüceyrəsindəki ribosomlar isə daha böyükdür və qılafa bağlıdır. Bundan əlavə, hər iki ribosom növü də müxtəlif yollarla zülal sintezini həyata keçirir.
3) Bakteriya hüceyrəsindəki və bitki hüceyrəsindəki DNT-lərin quruluşları bir-birindən fərqlidir.
4) Bitki hüceyrəsindəki DNT molekulu ikiqat qılaf ilə qorunur, bakteriya hüceyrəsindəki DNT molekulu hüceyrənin içində sərbəst şəkildədir.
5) Bakteriya hüceyrəsindəki DNT molekulu quruluş cəhətdən qapalı ilmə formasındadır, yəni dairəvidir. Bitki hüceyrəsindəki DNT molekulu isə dar və uzun formadadır.
6) Bakteriya hüceyrəsindəki DNT molekulu bir hüceyrəyə aid məlumat daşıyır, bitki hüceyrəsindəki DNT molekulu bütünlüklə bitkiyə aid məlumatlar daşıyır. Məsələn, meyvəli ağacın kökləri, gövdəsi, yarpaqları, çiçəkləri və meyvəsinə aid bütün məlumatlar ağacın bütün hüceyrələrinin hər birinin nüvəsindəki DNT-də ayrı-ayrı şifrələnmişdir.
7) Bəzi bakteriya növləri fotosintetikdir, yəni fotosintez edirlər. Ancaq bitkilərdən fərqli olaraq bakteriyalar hidrogen sulfid ilə sudan çox başqa birləşmələri parçalayır və oksigen xaric etmirlər. Bundan əlavə, fotosintetik bakteriyalarda (məsələn, Cyano bakteriyasında) xlorofil və fotosintetik piqmentlər xloropalstın içində yerləşmirlər. Bunlar hüceyrənin içində müxtəlif qılafların içində yayılmışlar.
9) Bakteriya hüceyrəsi ilə bitki/heyvan hüceyrəsindəki xəbərçi RNT-lərin biokimyəvi quruluşları bir-birlərindən olduqca fərqlidir.327
Hüceyrənin yaşamasında xəbərçi RNT olduqca həyati funksiya daşıyır. Ancaq xəbərçi RNT həm eukariot, həm də prokariot hüceyrələrində eyni həyati funksiyanı yerinə yetirməsinə baxmayaraq, biokimyəvi quruluşları bir-birlərindən fərqlidir. “Elm” (Science) jurnalında dərc olunan bir məqaləsində Darnel bu mövzu ilə bağlı belə yazır:
Xəbərçi RNT-nin quruluşunda biokimyəvi cəhətdən eukariotlar və prokariotlar müqayisə edildikdə fərq o qədər böyükdür ki, prokariot hüceyrədən eukariot hüceyrəyə təkamül prosesi mümkün deyil.328
Yuxarıda bir neçə nümunəsini verdiyimiz bakteriya və bitki hüceyrələri arasındakı böyük quruluş fərqləri təkamülçü bioloqları dərin çıxılmaz vəziyyətə salmışdır. Bəzi batkeriyaların və bitki hüceyrələrinin malik olduğu ortaq cəhətlərin olmasına baxmayaraq, bu canlılar bir-birlərindən olduqca fərqlidir. Bu fərqlər və heç bir funksional “ara formanın” mövcud olmaması bitki hüceyrəsinin bakteriya hüceyrəsindən təkamüllə törədiyi iddiasını elmi cəhətdən əsassız edir.
Belə ki, prof. Əli Dəmirsoy: “Mürəkkəb hüceyrələr əsla ibtidai hüceyrələrdən təkamül prosesi nəticəsində təkmilləşərək meydana gəlməmişdir”, -deyərək bu həqiqəti qəbul edir.329
Endosimbioz tezisi və əsassızlığı
Bitki hüceyrəsinn bakteriya hüceyrəsindən təkamüllə törəməsinin mümkün olmaması təkamülçü bioloqları bu mövzuda fərziyyəvi nəzəriyyələr uydurmaqdan çəkindirməmişdir. Ancaq keçirilən təcrübələr ortaya atılan bu hipotezləri dəstəkləmir.330 Bu nzəəriyyələrdən ən məşhuru isə “endosimbioz” tezisidir.
Bu tezis 1970-ci ildə Lin Marqulis tərəfindən irəli sürülmüşdür. Marqulis bakteriya hüceyrələrinin ortaq və parazit həyat tərzi nəticəsində bitki və heyvan hüceyrələrinə çevrildiklərini iddia edir. Bu tezisə əsasən, bitki hüceyrələri bir bakteriya hüceyrəsinin başqa bir fotosintetik bakteriyanı udması ilə ortaya çıxmışdır. Fotosintetik bakteriya əsas hüceyrənin içində təkamül keçirərək xloroplasta çevrilmişdir. Nəticədə, əsas hüceyrədə nüvə, Holgi cihazı, endoplazmatik şəbəkə və ribosomlar kimi kompleks quruluşa malik orqanoidlər təkamüllə meydana gəlmişdir. Beləliklə, bitki hüceyrələri əmələ gəlmişdir.
Bu tezis təxəyyül məhsulu olan bir ssenaridən başqa bir şey deyil. Belə ki, mövzu bir çox nüfuzlu elm adamı tərəfindən də tənqid edilmişdir: bu elm adamları arasında D.Lloyd331, M.Qrey, U.Dulitl332, R.Raff və H.Mahler kimi şəxslər var.
Endosimbioz tezisi hüceyrənin içindəki xloroplastların əsas hüceyrədəki DNT-dən ayrı öz DNT-lərinin olmasına əsaslanır. Bu xüsusiyyətə əsaslanaraq bir zaman mitoxondri və xloroplastların sərbəst hüceyrə olduqları irəli sürülür. Lakin xloroplastlar hərtərəfli şəkildə tədqiq edildikdə bu iddianın əsassızlığı üzə çıxır.
Endosimbioz tezisini əsassız edən cəhətlər bunlardır:
1) Əgər xloroplastlar iddia edildiyi kimi keçmişdə sərbəst hüceyrələr ikən böyük hüceyrə tərəfindən udulsaydılar, bunun yeganə nəticəsi olardı: xloroplastlar əsas hüceyrə tərəfindən həzm olunar və qida kimi istifadə edilərdi. Çünki sözügedən əsas hüceyrənin kənardan qida əvəzinə səhvən bu hüceyrələri qəbul etdiyini fərz etsək belə, əsas hüceyrə həzm fermentləri ilə bu hüceyrələri həzm edərdi. Təbii ki, bəzi təkamülçülər: “Həzm fermentləri yox olmuşdu”, -deyərək bu vəziyyətin üstündən keçə bilərlər. Amma bu açıq ziddiyyətdir. Çünki əgər həzm fermentləri yox olubsa, bu dəfə əsas hüceyrə qidalana bilmədiyi üçün ölməlidir.
2) Bütün namümkünlərin həyata keçdiyini və xloroplastın əcdadı olduğu iddia edilən hüceyrələrin əsas hüceyrə tərəfindən udulduğunu fərz edək. Bu dəfə qarşımıza başqa bir problem çıxacaq: hüceyrənin içindəki bütün orqanoidlərin planı DNT-də şifrə şəklində mövcuddur. Əgər əsas hüceyrə udduğu digər hüceyrələri orqanoid kimi istifadə edəcəksə, onlara aid məlumatı da DNT-sində şifrə şəklində əvvəlcədən yerləşdirməlidir. Hətta udulan hüceyrələrin DNT-ləri də əsas hüceyrəyə aid məlumata malik olmalıdır. Belə bir şey isə, əlbəttə, qeyri-mümkündür, heç bir canlı özündə olmayan bir orqanın genetik məlumatını daşımır. Əsas hüceyrənin DNT-si ilə udulan hüceyrələrin DNT-lərinin bir-birlərinə sonradan “uyğunlaşmaları” da mümkün deyil.
3) Hüceyrənin içində çox böyük ahəng var. Xloroplastlar aid olduqları hüceyrədən azad şəkildə hərəkət etmirlər. Xloroplastlar zülal sintezlənməsində əsas DNT-yə bağlı olmaları ilə birlikdə çoxalma qərarını da özləri verə bilməzlər. Bir hüceyrədə bir xloroplast və bir mitoxondri yoxdur. Sayları çoxdur. Eynilə digər orqanoidlərin etdiyi kimi bunların sayları hüceyrənin fəallığına görə artır və ya azalır. Bu orqanoidlərin bazalarında ayrıca bir DNT olmasının xüsusilə çoxalmalarına böyük faydası var. Hüceyrə bölünərkən çox sayda xloroplast da iki yerə bölünərək saylarını 2 mislinə çatdırdıqlarına görə, hüceyrə bölünməsi daha qısa müddət ərzində və ardıcıl şəkildə baş verir.
4) Xloroplastlar bitki hüceyrəsi üçün olduqca həyati əhəmiyyəti olan güc generatorlarıdır. Əgər bu orqanoidlər enerji hazırlamasa, hüceyrənin bir çox funksiyası işləməz. Bu da canlının həyatının sonu deməkdir. Hüceyrə üçün bu qədər əhəmiyyətli olan bu funksiyalar xloroplastlarda sintezlənən zülallar vasitəsilə həyata keçirilir. Ancaq xloroplastların bu zülalları sintezləmək üçün öz DNT-ləri kifayət deyil. Zülalların böyük əksəriyyəti hüceyrədəki əsas DNT-dən istifadə edərək sintezlənirlər.333
Belə bir uyğunluğu sınama və yanılma metodu ilə əldə etməyə çalışarkən DNT-də meydana gələ bilən dəyişikliklərin nə cür təsirləri ola bilər? Bir DNT molekulunda meydana gələcək hər hansı bir dəyişiklik əsla canlıya yeni bir xüsusiyyət qazandırmır, əksinə nəticə tamamilə zərərli olur. Mahlon B.Houqland “Həyatın kökləri” adlı kitabında bu vəziyyəti aşağıdakı sözləri ilə açıqlayır:
Bir canlının DNT-sində bir dəyişikliyin olması onun üçün zərərlidir, başqa sözlə, həyatının qısalmasına yol açır. Bir bənzətmə edək: Şekspirin dramlarına təsadüfən əlavə edilən cümlələrin əsərləri daha keyfiyyətli etməsi mümkün deyil... DNT dəyişiklikləri, istər mutasiya ilə, istərsə də bizim kənardan qəsdən əlavə etdiyimiz yad genlərlə olsun, həyatının qısalması ehtimalı baxımından zərərlidir.334
Təkamülçülərin irəli sürdüyü iddialar elmi təcrübələrə və bu təcrübələrin nəticələrinə əsaslanaraq ortaya atılmamışdır. Çünki bir bakteriyanın başqa bir bakteriyanı udması kimi bir fakt əsla müşahidə edilməmişdir. Molekulyar bioloq P.Uitfild bu vəziyyəti belə ifadə edir:
Prokariotik endosimbioz (udma) bəlkə də bütün endosimbiotik nəzəriyyənin əsaslandığı hüceyrə mexanizmidir. Əgər bir prokariot digərini udmursa, endosimbiozun necə baş verdiyini təxmin etmək çətindir. Təəssüf ki, Marqulis və endosimbioz nəzəriyyə üçün heç bir müasir nümunə yoxdur.335
Do'stlaringiz bilan baham: |