HƏyatin gerçƏK



Download 1,74 Mb.
bet45/72
Sana02.05.2017
Hajmi1,74 Mb.
#7953
1   ...   41   42   43   44   45   46   47   48   ...   72

Rekapitulyasiya xətası


Bu gün Türkiyədəki bəzi təkamülçü KİV-lərdə uzun müddət əvvəl elmi ədəbiyyatdan çıxarılmış “Rekapitulyasiya” nəzəriyyəsi elmi həqiqət kimi göstərilir. Rekapitulyasiya termini təkamülçü bioloq Ernst Hekkelin XIX əsrin sonlarında ortaya atdığı “Ontogenez filogenezin təkrarıdır” (Ontogeny recapitulates phylogeny) nəzəriyyəsinin xülasəli şəkildə ifadəsidir.

Hekkel tərəfindən irəli sürülən bu nəzəriyyə canlı rüşeymlərinin inkişaf prosesi ərzində “əcdadlarının” keçirdiyi təkamül prosesini təkrarladıqlarını iddia edirdi. Məsələn, insan rüşeyminin ana bətnindəki inkişafı ərzində əvvəlcə balıq, sonra sürünən xüsusiyyətləri göstərdiyini, ən sonda insana çevrildiyini irəli sürürdü.

Halbuki sonrakı illərdə bu nəzəriyyənin tamamilə təxəyyül məhsulu olan bir ssenari olduğu məlum olmuşdur. İnsan rüşeyminin ilk dövrlərində üzə çıxdığı iddia edilən “qəlsəmələrin” əslində insanın orta qulaq kanalının, paratiroidlərinin və qalxanabənzər vəzlərinin başlanğıcı olduğu məlum olmuşdur. Rüşeymin “yumurta sarısı kisəsinə” bənzədilən hissəsinin də əslində uşaq üçün qan hazırlayan kisə olduğu aşkar edilmişdir. Hekkelin və onun davamçılarının “quyruq” adlandırdıqları hissə isə insanın onurğa sümüyüdür və ayaqlardan əvvəl meydana gəldiyi üçün “quyruq” kimi görünür.

Bunlar elm dünyasında hər kəsə məlum olan həqiqətlərdir. Təkamülçülər də bunu qəbul edirlər. Qabaqcıl darvinistlərdən olan Corc Qeylord Simpson və U.Bek: “Hekkel təkamül prosesini səhv göstərib. Bu gün canlıların embrioloji inkişafının keçmişlərini əks etdirmədiyi artıq məlumdur”, -deyə yazırlar.320

16 oktyabr, 1999-cu il tarixli “New scientist” jurnalında dərc olunmuş bir məqalədə Hekkelin Biogenetika qanunu haqqında belə deyilir:

(Hekkel) bunu Biogenetika qanunu adlandırdı və bu fikir rekapitulyasiya kimi məşhurlaşdı. Əslində Hekkelin dəyişilməz görünən qanununun qısa müddət sonra səhv olduğu aşkar oldu. Məsələn, insan rüşeyminin əsla balıqlar kimi qəlsəmələri yoxdur və heç vaxt yetkin sürünənə və ya meymuna bənzəyən inkişaf mərhələsindən keçmir.321

“American scientist”də dərc olunan bir məqalədə isə belə deyilir:

Biogenetika qanunu (Rekapitulyasiya nəzəriyyəsi) artıq tamamilə məhv olmuşdur. 1950-ci ildə dərsliklərdən çıxarılmışdır. Əslində elmi mübahisə kimi XX əsrin 20-ci illərində sonu çatmışdı.322

Məsələnin daha da maraqlı cəhəti isə Ernst Hekkelin əslində ortaya atdığı Rekapitulyasiya nəzəriyyəsini dəstəkləmək üçün rəsm saxtakarlıqları etməsidir. Hekkel balıq və insan rüşeymlərini bir-birinə bənzətmək üçün saxta rəsmlər çəkmişdir. Bunun üzə çıxmasından sonra özünü müdafiə etmək üçün dediyi sözlər isə digər təkamülçülərin də buna bənzər saxtakarlıqlar etdiyini bildirməkdən ibarət idi:

Etdiyim bu saxtakarlıq etirafından sonra özümü rüsvay olmuş və qınanmış hesab etməliyəm. Lakin mənim təsəllim budur ki, mənim kimi təqsirkar yüzlərlə həmkarımın, bir çox etibarlı müşahidəçi və məşhur bioloqun nəşr etdirdiyi ən yaxşı biologiya kitablarında, tezislərində və jurnallarında mənim kimi etdikləri saxtakarlıqlar, qeyri-düzgün məlumatlar, az-çox təhrif edilmiş rəsmlər var.323

Məşhur elmi jurnal olan “Elm”in (Science) 5 sentyabr, 1997-ci il sayında Hekkelin rüşeym rəsmlərinin saxtakarlıq olduğunu açıqlayan bir məqalə dərc olundu. “Hekkelin rüşeymləri: saxtakarlıq yenidən aşkar edildi” başlıqlı məqalədə belə deyilir:

Londondakı Müqəddəs Corc Xəstəxanası Tibb Məktəbindən təkamülçü Maykl Riçardson: “(Hekkelin rəsmlərinin) verdiyi təsəvvür, yəni rüşeymlərin bir-birinə çox bənzəməsi yalandır”, -deyir... O və həmkarları Hekkelin çəkdiyi növdəki və yaşdakı canlıların rüşeymlərini yenidən təhlil edərək və fotoşəkillərini çəkərək müqayisə etmişlər. Riçardson “Anatomiya və embriologiya” (Anatomy and embryology) jurnalında yazdığı məqalədə: “Rüşeymlər təəccüblü dərəcədə fərqlidirlər”, -deyə qeyd edir.

Hekkelin rüşeymləri oxşar göstərmək üçün bəzi orqanları qəsdən rəsmlərində göstərmədiyini və ya xəyali orqanlar əlavə etdiyini bildirən “Elm” (Science) jurnalı məqalənin ardında bu məlumatları verir:

Riçardson və qrupunun bildirdiyinə əsasən, Hekkel təkcə orqanlar əlavə etmək və ya çıxarmaqla kifayətlənməmiş, eyni zamanda müxtəlif növləri bir-birlərinə bənzər göstərmək üçün ölçüləri ilə də oynamış, bəzən rüşeymləri həqiqi ölçülərindən on dəfə fərqli göstərmişdir. Habelə Hekkel fərqləri gizlətmək üçün növlərin adını yazmamış və bircə növü sanki bütün heyvan qrupunun təmsilçisi kimi göstərmişdir. Riçardson və qrupunun bildirdiyinə görə, əslində bir-birlərinə çox yaxın olan balıq növlərinin rüşeymlərində belə görünüş və inkişaf prosesi baxımından çox böyük fərqlər var. Riçardson: “Hekkelin rəsmləri biologiyadakı ən böyük saxtakarlıqlardan biridir”, -deyir.

“Elm” (Science) jurnalındakı məqalədə Hekkelin bu məsələ ilə bağlı etiraflarının bu əsrin əvvəlindən etibarən ört-basdır edildiyindən və saxta rəsmlərinin dərs kitablarında elmi həqiqət kimi öyrədilməyə başlanmasından da belə bəhs edir:

Hekkelin etirafları rəsmlərinin 1901-ci ildə “Darvin və Darvindən sonra” (Darwin and after Darwin) adlı kitabda nəşr olunmasından sonra itdi. Rəsmlər ingiliscə biologiya dərsliklərində həddindən artıq çoxaldıdı.324

Qısaca desək, Hekkelin rəsmlərinin saxtakarlıq olduğu hələ 1901-ci ildə üzə çıxmış, amma bütün elm dünyası bu rəsmlərlə bir əsr boyu aldadılmışdır.


BİTKİLƏRİN MƏNŞƏYİ




Yer üzündəki canlılar elm adamları tərəfindən beş (bəzən altı) aləmə bölünür. Buraya qədər, əsasən, canlıların ən böyük aləmi olan heyvanlar aləmindən (Animalia) bəhs etdik. Canlıların mənşəyindən bəhs etdiyimiz əvvəlki bölmədə isə digər iki aləm olan prokariotlar və protistalardan olan zülalları, genetik məlumatı, hüceyrənin quruluşunu və bakteriyaları təhlil etdik. Bu yerdə üzərində durulmalı digər mühüm mövzu bitkilər aləminin (Plantae) mənşəyidir.

Heyvanların mənşəyini təhlil edərkən qarşılaşdığımız mənzərənin eynisini bitkilərin mənşəyində də görürük. Bitkilər olduqca kompleks quruluşa malikdir və bu quruluşlarının təsadüfi amillərlə meydana gəlməsi, bir-birlərinə çevrilməsi də mümkün deyil. Fosil qeydlləri də müxtəlif bitki siniflərinin yer üzündə bir anda və özünəməxsus formaları ilə ortaya çıxdığını və heç bir təkamül prosesinin izinin olmadığını göstərir.




Download 1,74 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   41   42   43   44   45   46   47   48   ...   72




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish