Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet58/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   54   55   56   57   58   59   60   61   ...   289
Açar sözlər: Azərbaycan, Dədə Qorqud, dastan, oğuznamə, səlcuq, türk, oğuz-qıpçaq, folklor, kök morfem.
İllərdir dünya qorqudşünaslarının müzakirə (bəlkə də, mübahisə) mövzusu olmuş “Kitabi-Dədə Qorqud” kimindir, yaxud hansı dildə yazılmışdır?” sualını təkrarən gündəmə gətirən professor Ə.Tan­rıverdi B.B.Bartoldun, M.Erginin və Azərbaycan tədqiqatçılarının (həmçinin özünün) araşdırmalarının nəticələrinə əsaslanaraq bu qənaətdədir ki, “Kitab” Azərbaycan dilindədir, səlcuqların, bu günümüzlə bağlı qənaətimizi bölüşmüş olarıqsa, azərbaycanlılarındır.
Ö.Ş.Gökyayın “XIV əsrdə Azərbaycan dili müstəqil dil kimi ortada yoxdur: Dastanın dili Azər­baycan və qədim Anadolu dillərinin parçalanmadığı müştərək “səlcuq dili” hesab olunmalıdır”, B.A.Karriyevin “Kitab-Dədə Qorqud” bütünlüklə türkmən eposudur və Drezden nüsxəsi guya türk­məncə yazılmış ilk orijinaldan “azərbaycancalaşdırılaraq” köçürülmüş nüsxəsidir” və X.Koroğlunun “Qorqud kitabı” adlarının əksəriyyəti oğuz mənşəli və qədim vətənlərdə yaranmış oğuz haqqında əfsanələrlə bağlı olsa da, yeni məskunlaşdıqları ərazilərdə onlar başqa cür səslənməyə başlamışlar. Məsələn, qədim adlara azərbaycanlılar arasında qəbul olunmuş “qoca” əlavəsi (Qanlı qoca, Qazılıq qoca, və b.) və yeni yerli adlar (Rüstəm, Şir Şəmsəddin) artırılmışdır” kimi mülahizələrinə
- görkəmli qorqudşünaslardan B.B.Bartoldun “Dədə Qorqud adı ilə bağlı olan “Dastan”ın Qafqaz mühitindən kənarda yaranması qeyri-mümkündür” mülahizəsini;
- Əmin Abidin “Dədə Qorqud dastanını “Azərbaycanda və Şimali İranda yaşayan türklərin ədə­biyyatına aid ən qədim vəsiqə” adlandırmasını;
- Bəkir Çobanzadənin “Şahnamə”... əsas etibarı ilə İran şahlarının dastanı olduğu halda, “Dədə Qorqud” oğuz xanlarının dastanıdır” qənaətini;
- Əbdüləzəl Dəmirçizadənin “Kitab”ın Azərbaycan dilində yazıldığını bir neçə baxış-bucağından təsdiqləmələrini;
- M.Erginin “Kitab”ın dilindəki çoxsaylı antroponim və topo­nimlərin Azərbaycanla bağlılığını, eyni zamanda “Kitab”ın leksika, frazeologiya, morfologiya və sintaksisin daha çox Azərbaycan dili üçün səciyyəvi olduğu haqda fikirlərini;
- F.Zeynalov, S.Əlizadə, Ş.Cəmşidov, H.Araslı, A.Babayev və N.Məmmədlinin “Kitab”ın məhz Azərbaycan dilində yazıldığını təsdiqləyən araşdırmalarından qənaət və nümunələri;\
- T.Hacıyevin “Kitab”ı “Azərbaycan oğuznaməsi” qismində qəbul etməsini;
- A.Hacıyevin “yaranışca bütün oğuz etnosunu əhatə edən bu epos Azərbaycan ərazisində yeni variantda formalaşmaqla bərabər, yazıya alınaraq formalaşdırılmışdır. Elm aləmində “Dədə Qorqud kİtabı” kimi məşhurlaşan Drezden nüsxəsi məhz qədim oğuz eposunun Azərbaycan variantıdır” qənaətini;
- X.Koroğlunun “Kitabi-Dədə Qorqud” haqqında mülahizəsi barədə tarixçi M.İsmayılovun “heç bir elmi əsası yoxdur” qənaətini,
həmçinin öz araşdırmalarını da qarşı-qarşıya qoymaqla, son qənaətini elm aləminə bəyan edir:
- A.Axundovun fonetik səviyyədə “Kitabi-Dədə Qorqud”da oğuz-qıpçaq dil ünsürlərinin para­lel­liyi kimi m və b samitlərin söz başında müvazi işlənməsini (məsələn, maŋa//baŋa) ümumdanışıq dilinin hələ tam formalaşmadığı, dastanın oğuz və qıpçaqların hələ bərabər olduqları dövrə aid olması, bu faktı dastanın qədimliyi kimi əsaslandırması (və s.) bu kimi fikirlərilə razılaşmır, tutarlı elmi dəlillərlə “Dastan”ın tayfa dillərinə deyil, Azərbaycan dilinə aid olduğunu əsaslandırır;
- 1723-28-ci illərdə Osmanlı məmurları tərəfindən tərtib edilmiş “Dəftəri-müfəssəli-əyaləti Tiflis” adlı toplunun məlumatlarına müraciət edərək dastanın antroponimlər sisteminə daxil olan Bam­sı, Qazan, Qaragünə, Dondar, Uruz kimi bir sıra şəxs adlarının həmin sənəddə mövcudluğunu “Kitabi-Dədə Qorqud” motivlərinin ən azı XVIII əsrə qədər xalqımızın folklor yaddaşında yaşaması kimi qiymətləndirir;
- X.Koroğlunun “Qorqud Kitab”ı adları haqqında yuxarıda verdiyimiz fikrinə münasibət bil­dirərək dastanın dilində işlənmiş Bunqlu Qoca, Duxa Qoca, Qanqlı Qoca, İlək Qoca kimi şəxs adla­rındakı “qoca” sözünü fonetik tərkibcə daha çox Azərbaycan dilinə aid edir.
- “Kitabi-Dədə Qorqud” dastanının Drezden nüsxəsinin 266-cı səhifəsində M.Erginin derlemiş, F.Zeynalov və S.Əlizadənin dərləmiş şəklində oxuduğu hər iki variantı doğru hesab edir, dərləmiş sözünün kök morfemi “dər” sözünün arxetipinin “dər” yox, “tər” olduğunu qeyd edir. Bu sözün hər iki formasının – həm Orxon-Yenisey abidələrindəki “tər”, həm də “Kitabi-Dədə Qorqud”dakı “dər” şək­li­nin Azərbaycan türkcəsinə məxsus olduğunu vurğulayır, “Kitab” və Azərbaycan dilinin Qərb şivələri üçün səciyyəvi olan “dərrəməx1” formasına digər türk dillərində rast gəlinmədiyini qeyd edir;
- "Kitab"ın dilində intensivliyi ilə fərqlənən -ıb4nəqli keçmiş zaman şəkilçisinin müasir Azər­baycan dilində də aktiv işləndiyini, Türkiyə türkcəsində bu şəkilçinin M.Erginin də qeyd etdiyi kimi işlən­mədiyini, türkmən dilində isə -ıp formasında olduğunu qeyd edir.
- -ır4 indiki zaman şəkilçisinin dastanın dilində olduğu kimi müasir Azərbaycan dilində də aktiv işləndiyini, Türkiyə türkçəsində -yor, türkmən dilində -yar, -yər4, qaqauz dilində -er, -yer şəkillərində olduğunu bildirir;
- -ası2 lazım şəklinin şəkilçisinə dastanda az təsadüf olunduğunu söyləyir. O, K.Bəşirovun fikrinə istinad edərək digər oğuz qrupuna aid olan dillərdə bu şəkilçinin, demək olar ki, işlənmədiyini, onun türk dilləri içərisində yalnız Azər­baycan dilində aktiv işləkliyə malik olduğunu qeyd edir.
Prof. Ə.Tanrıverdi bu kimi elmi faktları təhlil süzgəcindən ke­çirərkən eyni zamanda bir vətəndaş təəssübkeşliyi də nümayiş etdirmiş olur. Belə ki, prof. -ır4 şəkilçisinin izahından sonra dərhal haşiyə çıxaraq O.Ş.Gökyay, B.Karrıyev, X.Koroğlu kimi görkəmli alim­lərin bu detalı, yəni -ır4 indiki zaman formasını nə üçün nəzərə almadıqlarını sual olaraq ortaya qoyur. Müəllifin fikrincə, bu şəkilçi Azərbaycan dilinə aid fakt olduğu üçün adları çəkilən alimlər tərəfindən bi­lərəkdən, məqsədli şəkildə üstündən keçilmiş, haqqında bəhs edil­məmişdir. “Əgər belə olmasa idi, “XIV əsrdə Azərbaycan dili müstəqil bir dil kimi ortada yox­dur” hökmünü verən O.Ş.Gökyay kimi görkəmli qordudşünas “Kitab”ın Drez­den və Vatikan nüsxələrini transkripsiya edərkən -ır4 indiki zaman for­ma­sını olduğu kimi saxlamazdı” (səh. 15).
***
...Professor Ə.Tanrıverdi bu məqaləsində professor Adil Baba­yevin dəqiqləşdirdiyi bir faktı gündəmə gətirməklə “Dədə Qorqud kitabı”nın əsasının kim tərəfindən qoyulduğu məsələsinə səhihlik gətirmişdir (məlumat üçün bildirək ki, professor Adil Babayevin bu tapıntısına qədər “Dədə Qorqud kita­bı”nın əsasının professor Həmid Araslı tərəfindən qoyulduğu güman edilirdi). Belə ki, Bəkir Çoban­zadənin AMEA-nın arxivində 153-1957 şifri ilə saxlanan şəxsi işində 1933-cü ilə aidliyi olan belə bir cümlə diqqət çəkir: “Kitabi-Dədə Qorqud” dastanlarının dili” adlı elmi-tədqiqat işini tamam­la­mışam”. Bu fakt özlüyündə Azərbaycan qorqudşünaslığının əsasının 1933-cü ildə və B.Ço­banzadə tərəfindən qoyulduğunun göstəricisidir.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   54   55   56   57   58   59   60   61   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish