Дядя Горгудун мязар йери щаггында


filologiya üzrə elmlər doktoru, professor



Download 6,67 Mb.
bet56/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   52   53   54   55   56   57   58   59   ...   289
filologiya üzrə elmlər doktoru, professor
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu
e-mail: aybeniz.kengerli@gmail.com
EPOS MƏDƏNİYYƏTİ VƏ NƏŞR SƏNƏTİ –
KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA KATİB NİZAMLANMALARI
Özət
Məqalədə “Kitabi-Dədə Qorqud” dastanlarının yazılmasındakı katib fəaliyyətindən bəhs olunur. Müəllif das­ta­nın boylarının ardıcıllıqla sıralanması məsələsinə münasibət bildirir və kitabın tərtibçisinin – kati­binin fədakarlığından xüsusi söhbət açır. Həmçinin dastanın mədəniyyət tarixi­miz­dəki yeri vurğu­lanır.
Açar sözlər: epos mədəniyyəti, nəşr sənəti, epik mətn, dastan, “Kitabi-Dədə Qorqud”
Dünya ədəbiyyatının “İlliada”, “Odisseya”, “Manas”, “Kale­vala”, “Ramayana” kimi qüdrətli epos­­ları ilə müqayisə oluna biləcək böyük “Kitabi-Dədə Qorqud” qədim türk epos mədəniyyətinin zirvəsidir. Dastan türk yürüşlərini, müharibələri əks etdirir. Hansı xalq daha çox müharibələr aparıbsa, o xalqın epos mədəniyyəti də zəngin və möhtəşəmdir. “Kitabi-Dədə Qorqud”un ideyası türk tayflarını qədim oğuzları vahid xalq halında birləşdirməkdir. Eposda türk dövlətçiliyinin ən qədim mərhələləri və formaları əksini tapır. Dastanın poetikası da tarixin onun qarşısına qoyduğu bu böyük missiyanı əks etdirən mükəmməl sistemə malikdir. Eposun bədii-fəlsəfi mahiyyəti də qədim türk yaddaşının, onun bədii təxəyyül imkanlarının və dil mədəniy­yətinin unikal şəkildə qoruyub saxlanmasındadır. Dastanın hələ də açılmamış leksik-semantik qatları var.
Kitabi-Dədə Qorqud”dakı hadisələr yüksək tarixilik kontekstinə malikdir. Elə bu səbəblərə görə də zaman keçdikcə epos yeni yöndən görünür, müasirlik gücü kəsb edir. O türklərin milli kimliyini, onların mənəviyyatını, sevgi və qəhrəmanlıq fəlsəfəsini əks etdirir.
Kitabi-Dədə Qorqud”un nəşr tarixi kitab mədəniyyətinin parlaq səhifəsidir.
Kitabi-Dədə Qorqud” öz səciyyəsinə görə həm də bir “Folklor kitabı” olduğu üçün təqdim olu­nan mətnin folklor informatoru məsələsi üzərində də düşünməyə dəyər. Əlyazma-ki­tabı ilk və əsas variantda hazırlayan adam, şübhəsiz ki, köçürmə işi ilə məşğul olan sıravi bir katib olmamışdır. O, Dədə Qorqud, ozan sənəti, oğuzların tarixi kimliyi, etnik mənsubiyyəti və oğuznamələr barədə kifayət qədər dolğun məlumatı olan savadlı, dünyagörüşlü bir ziyalıdır. Türklüyün, türk dili və mədəniyyəti­nin heysiyyətini çəkən, təəssübkeş milli düşüncəyə sahib olan uzaqgörən bir şəxsiyyətdir. Şübhə yoxdur ki, o, ozanlarla yaxından tanış və münasibətdə olmuş, onların ifasında Dədə Qorqud boylarını-oğuznamələri dəfələrlə dinləmişdir. Təəssüf ki, əlimizdə olan əlyazma nüsxəsində Dədə Qorquddan savayı digər ozanların adları çəkilmir və materialın hansı şəraitdə, necə və kimlərdən yazıya alınması barədə hər hansı bir şəkildə söz açılmır. Halbuki Mahmud Kaşqari “Divani-Lüğət-it-türk”ü hazırlayarkən material toplamaq üçün elmi səfərə çıxıb min bir əziy­yət çəkdiyini, çətinliklərə sinə gərdiyini xüsusi şəkildə vurğulayır. Habelə topladığı materialları necə saf-çürük etdiyini, seçib-ayırıb, hansı elmi prinsiplər əsasında ipə-sapa düzdüyünü açıqlayır. Dədə Qorqud boyları kitab etmək üçün toplayıb yazıya alan anonim şəxs də belə bir açıqlama verə bilərdi. Əgər ilkin-başlanğıc variantda kitabın önündə və ya sonunda belə bir açıqlama olubdursa da, o, sonrakı üzköçürmələr zamanı bir qırağa atılmışdır.
Ozan repertuarındakı çoxsaylı oğuznamələrin “Folklor kitabı”na daxil edilməməsində toplayıb yazıya alanın seçmə əməliyyatından sonrakı üzü köçürmələr zamanı yenidən həyata keçirilən növbəti seçib-bəyənmələr də öz acınacaqlı təsi­rini göstərmişdir. Bu baxımdan hələlik elmə məlum olmayan ilkin-başlanğıc əlyazma kitabla sonradan dəfələrlə üzü köçürülən və getdikcə daha çox boy-oğuznamə ehtimalı ilə üzbəüz qalan növbəti köçürmə-əlyazmalar arasında boyların say fərqi kifayət qədər çox olmalıdır. Göründüyü kimi, ozan reper­tuarının ən unikal örnəkləri olan "Dədə Qorqud” oğuzna­mələrinin yazıya alınıb “Folklor kitabı” halına gəlməsi bir çox mürəkkəbliklərə bağlı çətin bir tarixi-mədəni proses olmuşdur.
Boyların ayrı-ayrı ozanların repertuarından yazıya alınıb saf-çürük edilərək bir topluda cəmləş­dirilməsi onların kitab-əlyazmadakı düzülmə-sıralanma ardıcıllığında müşahidə edilən pərakəndə­lik­dən, xronikal dağınıqlıqdan da görünməkdədir. Məsələn, on birinci boy - “Salur Qazan tutsaq olub oğ­lu Uruz çıxardığı boy” eposun düzüm ardıcıllığına görə axırdan əvvəlki Oğuznaməsidir. Eposun (və həm də “Kitab”ın) yekunlaşmağa doğru getdiyi bu boyda Qazan xanın oğlu Uruz xan kiçik yaş­larındadır. O, kafirlərin əlində dustaq olan atasını tanımadığı üçün babası Bayandır xanı özünün atası bilir. Halbuki kitabın xeyli əvvəlki boyunda "Qazan bəgin oğlu Uruzun tutsaq olduğu boy"da Uruz, on altı yaşında cavan bir oğlandır. Məntiqə görə, Ozan söyləmə zamanı bu boyların yerini bizim göstər­diyimiz təqribi xronikaya uyğun şəkildə dəyişməli idi. Boyların tərtibi və ardıcıllığı ilə ozan deyil, ki­tabçı özü məşğul olduğundan əlyazma-kitabda yuxarıda qeyd olunan uyğunsuz vəziyyət ya­ranmışdır. Yaxud, səkkizinci sırada yer almış "Basatın Təpəgözü öldürdüyü boy" öz tarixi-mifoloji səciyyəsinə görə ön cərgə­lərdən birinə yerləşdirilməliydi. Eyni sözləri “Duxa Qoca oğlu Dəli Domrul boyu” haqqında da söyləmək olar. Tərtib-sırala­mada yol verilmiş yanlışlığın, daha doğrusu, diqqətsizliyin nəticəsidir ki, "Basat Təpəgözü öldürdüyü” səkkizinci boyda Qazanın qardaşı Qaragünə və silahdaşı Dözən oğlu Alp Rüstəm Təpəgözlə vuruşda həlak olurlar, ancaq üç boy sonra - on birinci boyda dustaqlıqda olan Qazan xanı düşmən əsirliyindən qurtarmağa gedirlər. Belə uyğunsuzluq faktlarına eposun müxtəlif yerlərində dəfələrlə rast gəlinir. Bütün bunlar bir daha təsdiqləyir ki, müxtəlif ozanların dilindən yazıya alınmış ayrı-ayrı boyların “kitab” halına gətirilməsində hadisələrin ardıcıllıq xronikasına lazımi səviyyədə diqqət yetirilməmiş, bu səbəbdən də bir sıra ziddiyyətli məqamlar yaranmış, dolaşıqlıq və uyğunsuzluq halları meydana gəlmişdir.
Yazıya alınmış folklor mətni canlı folklorun heç də hamısı, yəni bütöv mənzərəsi demək deyildir. Yazı canlı folklor aksiyasının yalnız söz hissəsini qeydə almaq imkanı verir. Aksiyanın sözdən kənar hissəsi yazı ilə ifadə oluna bilmir. Bu baxım­dan qələm-kağız vasitəsi ilə hər hansı yazıya alınma canlı, dinamik vəziyyətdə olan folklorun gerçək görüntüsünün çox az bir qismini ehtiva edir. Hətta indiki səviyyədən çox-çox geridə olan texnoloji imkanlar daxilində, sürətli yazı vasitələrinin məhdud olduğu bir şəraitdə söyləyici təhkiyəsinin dil-üslub orijinallığının qorunmasının özünün nə qədər böyük çətinlik törətdiyi də danılmaz bir gerçəklikdir. Orta əsrlərin bu cür əl­verişsiz yazıya alma imkanları daxilində “Kitabi-Dədə Qorqud” kimi unikal epik mətnin dil və üslub orijinallığını, ozan nitqinə məxsus təhkiyə koloritini, şəffaf obrazlılığı, harmonik rəvanlığı qorumaqla yazıya alma işinin həyata keçirilməsi, sözün həqiqi mənasında, toplayıcı-katibin məharət və fədakarlığı sayəsində baş tutmuşdur. Bu baxmıdan bir “Folklor kitabı" kimi orta əsrlər mərhələsinin ən mükəmməli isə həqiqətən də məhz "Kitabi-Dədə Qorqud” əlyazma-kitabıdır.
Dədə Qorqud" oğuznamələri öz canlı, şifahi mövcudluq formasından çıxaraq statik, yazılı şəkilə – “Folklor kitabı” halına düşər­kən yuxarıda göstərdiyimiz obyektiv və subyektiv şərtlərə görə, əlbəttə ki, xeyli dərəcədə dəyişikliklərə, o cümlədən də itkilərə məruz qalmış­dır. Ozan söyləməsi ritmik tempə malik bir nitq olduğu üçün onun səs ahəngindəki dinamika və tonları kağız üzərindəki yazı ilə ifadə etmək, demək olar ki, qeyri-mümkün idi. Bu yerdə katibin əlindən gələn ancaq ozan nitqinin sözlərdə inikas olunan forma və üsullarına poetik-üslubi mane­ralarına qarşı həssas davranaraq mümkün qədər onları qoruyub hifz etmək olmuşdur. Təhkiyə və nəzm parçalarındakı alliterasion düzüm, səs və söz təkrirləri, poetik frazaların ilk söz­lərində başlanğıc-ilk səslərin uyuşumu, alqış-dua, poetik frazaların ilk sözlərində başlanğıc – ilk səslər uyuşur, alqış-dua, poetik xitab, bədii sual, bədii nida və s. bu kimi çoxsaylı emosional-reçitativ və ekspressiv elementlər ozan nitqinə məxsus bir sıra mühüm keyfiyyətləri, xüsusən də sözlərin, cümlələrin melodik sıralanmasından doğan harmoniyanı qorumaq məqsədi daşıyır.
Dastanın ozan ağzı ilə söylənişinin bəzi xüsusiyyətləri də yazıya alınarkən katib nizamlamasına düçar olmuşdur. Bu bi­rinci növbədə canlı-danışıq cümlələrinə məxsus strukturun kitab cümlələri şəklinə salınmasında özünü göstərir. Bəllidir ki, oğuznaməçi-ozan epik mətni söylədiyi zaman canlı danışıq üslu­buna məxsus cümlə qurma prinsiplərini əsas götürməliydi. Bu gün türk folklor arealında fəaliyyətlərini davam etdirən peşəkar folklor söyləyicilərinin (aşıq, baxşı, akın, olonxoçu, kayçı və s.) epik mətn-dastan söyləməsinin canlı danışıq tərzin üzərində qurulduğu hamıya məlumdur. Tarixən də belə olmuşdur. Canlı da­nışıq tərzini əsas göstəriciləri - xəlqi kolorit, cümlə quruluşunun sadə, təbii və dinamik düzümü ilə səciyyələnir. Bu göstəricilərin, demək olar ki, hamısı yazıya alınmış "Dədə Qorqud" boylarının dilində öz təbii-tarixi axarına yaxın şəkildə təzahür etməkdədir. Bununla belə, canlı danışıq üslubu üçün səciyyəvi olan linqvistik inversiya cümlədə söz sırasının təbii yerdəyişməsi boyların dilində o qədər də nəzərə çarpmır: cümlələr böyük əksəriyyətlə sadə cümlənin normal söz sıralaması şəklində qurulmuşdur: “Av avlayu gəzərkən önindən bir yaralı geyik çıqdı. Bəkil buna al saldı. Buğanın ardından irdi. Yay-kirişin boynuna atdı. Buğa acmışdı, kənduyi bir uca yerdən atdı. Bəkil at cilavusun yelimədi, bilə uçdu. Sağ oyluğu qayaya toqındı, sındı”. Göründüyü kimi, bütün cümlələr sadə feli xəbərlə bitir. Mübtəda və ya tamamlığın xəbərlə yerdəyişməsinə yol verilmir. Bu, yazı sintaksisi baxımından çox normal bir vəziyyət olduğu halda, danışıq sintaksisi baxımından normal sayıla bilməz. Ozanlar da bugünkü aşıqlar, baxşılar, akınlar kimi epik söyləmənin - canlı danışığın müəyyən məqamında söz sırasında təbii inversiyaya uğraması - yerdəyişməyə yol verir­dilər. "Kitabi-Dədə Qorqud"un əlimizdəki əlyazmasında isə söz sırasının təbii yerdəyişməsi çox nadir hallarda baş verir. Sıra­lanma tamamilə kitab-yazı normalan daxilindədir. Mətndə koloritli, saf, təmiz bir türkcənin hakim olduğu danılmazdır, ancaq ozanın danışıq-söyləmə tərzindəki təbii, canlı cümlə düzümünə, söz sıralanmasına katibin əl gəzdirib mübtədanı mübtəda, xəbəri də xəbər yerinə qoyması boy-dastan dilinə, ozan nitqinə müəyyən müdaxilə olunduğunu göstərməkdədir. “Beyrəyə və anasına və qız qardaşlarına muştçı gəldi” - cümləsinin ozana deyil, yazana - katib qələminə məxsus olduğunu dalbadal düzülmüş "və" bağlayıcılar! açıq şəkildə göstərir. Əlbəttə, bunlar epik mətni yazıya alma və üzünü köçürmə əməliyyat­larının orta əsrlər şəraitindəki çətin, mürəkkəb gedişatı boyunca baş verə biləcək daha geniş miqyaslı dəyişiklik və müdaxilələri müqabilində çox da böyük görünmür. Əlyaz­manın ilkin-başlanğıc variantını hazırlayan toplayıcı-katib ozan repertuarın­dan yazıya alıb hifz etdiyi bu möhtəşəm əsərlə türk mədəniyyət tarixində ölçüyə gəlməz bir tarixi xidmətə imza atmışdır.
Dədə Qorqud boylarının orta yüzilliklərdə yazıya alınaraq “Kitabi-Dədə Qorqud” adı altında “Folklor kitabı” halına gətirilməsini tarixi-mədəni əhəmiyyətinə dair yuxarıdakı təhlil və müqayi­sələrin yekunu kimi bir sıra ümumiləşdirici qənaətlərə gəlmək mümkündür:
Dədə Qorqud” boyları əski çağlara məxsus türk-oğuz epik ənənəsinin ən unikal örnəkləri olduğu üçün bu mətnlərin yazıya alınması sözü gedən mənəvi sərvətin orta əsrlərdə ozan sənəti ilə birlikdə yoxa çıxıb qeyb olmasının qarşısını almışdır.
Kitabi-Dədə Qorqud” əlyazma-kitabını hazırlayan kitabçı peşəkar folklorçu kimi hərəkət edərək əvvəlcə ozanların repertuarından oğuznamələri toplamış, sonra isə əldə etdiyi toplama materiallarını sistemə salaraq tərtib etmişdir. Bu baxımdan hələlik əldə olmayan ilkin-əsas əlyazmanı hazırlayan şəxs əlyazmaçı-katib olmaqdan əlavə, həm də folklor toplayıcısı və tərtibçidir. O, kitab tərtibi işinin peşəkar bilicisidir.
- Üzköçürmə-çoxaldılma yolu ilə türk-islam mədəniyyəti çevrəsində geniş yayılmış bu “Folklor kitabı” oğuz dastançılıq ənənəsinin-oğuznamələrin tanınması, təbliği sahəsində böyük tarixi-mədəni rol oynamışdır. Oğuz-ozan dastançılığının türk-is­lam və şərq çevrəsindən uzaqlarda - Avropa, Ameri­ka və başqa ərazilərdə tanıdılması da əsasən bu əlyazma-kitab vasitəsi ilə gerçəkləşdirilmişdir.
- “Kitabi-Dədə Qorqud” təkcə məzmun-mahiyyətinə görə yox, həm də poliqrafik əlamətlər baxımından orta çağ türk kitab mədəniyyətini əks etdirən ən mükəmməl əlyazma-kitablardan biridir.
- “Azərbaycan folklor kitabı"nın orta çağ mərhələsində əsas təmsilçisi statusunu daşıyan “Kitabi-Dədə Qorqud” həm yazıya alınmış epos, həm də əlyazma-kitab kimi türk, o cümlədən də Azərbaycan folklor-etnoqrafiya mədəniyyətinə məxsus əsas xəlqi-qövmi bilikləri özündə cəmləşdirir. Burada etnogeneologiya, etnopsixologiya, oğuz tayfa-törə adət və ənənələri, qədim türk savaş sənəti və fütuhat düşüncəsi, türklərin ailə və cəmiyyət daxilindəki hərəkət-davranış etiketləri, islam öncəsinə məxsus mifoloji baxışları, ilkin-ibtidai dünyaduyumu inanışları və s. bu kimi ən müxtəlif milli-mənəvi dəyərləri yazı-kitab yaddaşı “Folklor kitabı” vasitəsi ilə qorunmaqdadır.
- Yazıya alındıqdan sonra "Folklor həyatından daha çox “ədəbiyyat həyatı” yaşayan "Kitabi-Dədə Qorqud”un bu sahədəki missiyası onu türk ədəbiyyatlarının babası ucalığına qaldırır. Böyük elm adamı Fuad Köprülüzadənin: “Bütün türk ədəbiyyatını tərəzinin bir gözünə, “Dədə Qorqud”u o biri gözünə qoysaq, yenə də “Dədə Qorqud" tərəfi ağır basar" - elmi dəyərləndirməsi bu baxmıdan qeyri-adi olduğu qədər də dəqiq və yerindədir.
- Oğuzların Azərbaycan coğrafiyasına, oğuznamələrin isə Azərbaycan türkcəsinə bağlılığı bu əlyazma kitabla birbaşa təsdiqlənir. Bu mənada “Kitabi-Dədə Qorqud” həm tarixdir, həm də tarixi sənəddir.
- Qədim oğuzcadan bugünkü Azərbaycan türkcəsinə ozan oğuznaməçiliyindən aşıq das­tan­çılığına, ibtidai tayfa düşüncə­sindən müasir milli məfkurəyə gələn mürəkkəb və zəngin tarixi təkamül yolunun əsas hərəkətverici mənbələri sırasında bu "Folklor kitabı”nın müstəsna yeri vardır.
Kitabi-Dədə Qorqud”un orta əsrlərdən sonra əlyazma-kitab şəklində dünyanın müxtəlif kitab­xana və arxivlərində qərinələr boyu susqun həyat keçirməsi – elm və mədəniyyət aləminin bu misilsiz mənəvi sərvətdən aralı düşüb xəbərdar olmaması onun bir “Folklor kitabı” kimi də uzun bir zaman ərzində dövriyyədən çıxması ilə nəticələnmişdir.
"Kitabi- Dədə Qorqud”u “milli varlığımızın mötəbər qaynağı” və xalqımızın “ana kitabı” adlan­dıran ümummilli liderimiz Heydər Əliyev onun tarixi-mədəni mahiyyətini və bugünümüz, sabahımız üçün gərəkliliyini dahiyanə uzaqgörən­liklə müəyyənləşdirmişdir: “Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz “Kitabi-Dədə Qorqud" eposunda öz əksini tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir və hər bir azərbaycanlı onunla haqlı olaraq fəxr edə bilər. Dastanın məzmununu, mənasını, onun hər bir kəlmə­sini hər bir azərbaycanlı məktəbdən başlayaraq bilməlidir. Bu, bizim ana kitabımızdır və gənclik bu kitabı nə qədər dərindən bilsə, millətini, xalqını, vətənini, müstəqil Azərbaycanı bir o qədər çox sevəcəkdir”. Doğrudan da “Kitabi-Dədə Qorqud” eposu milli kimlik şüuru aşılayan, azadlıq, müstəqillik düşüncəsini mökəmləndirən, türkün-oğuzun özünə-sözünə inam oyadan bir mənəviyyat ocağıdır. Bu baxımdan da o, təkcə yüzilliklərin dərin­liklərinə bağlı xəlqi-qövmi biliyi ensiklopedik tutumda əks etdirən bənzərsiz “Folklor kitabı" yox, həm də türk dünyasının tarix, siyasət, elm, mədəniyyət kitabıdır. Elə bir kitab ki, içərisinə yüzlərlə kitabın elmi, mədəni və mənəvi gücünü, enerjisini toplaya bilmişdir. Uzaqlardan – tarixin dərinliklərin­dən baş alıb gələn və yenə də uzaqlara – gələcəyə hədəflənən "Kitabi-Dədə Qorqud” öz tarixi-milli missiyasını bu gün ləya­qətlə davam etdirməkdədir.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   52   53   54   55   56   57   58   59   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish