Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet64/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   60   61   62   63   64   65   66   67   ...   289
Açar sözlər: Oğuznamələr, “Kitabi-Dədə Qorqud”, türk dastanları”, “Bay­bö­­rə­nin oğlu Bamsı Beyrək” boyu, “Alpamış”, tarixi-xronoloji aspekt, variant, motiv.
Giriş
“Kitabi-Dədə Qorqud” (“Kitabi-Dədəm Qorqud əla lisani-taifeyi-oğuzan”) oğuz dastançılıq ən­ənə­sinin əsasını təşkil edən iki böyük ədəbi abidədən biridir. Bu möhtəşəm abidə oğuz dastançılıq ənənəsini özündə əks etdirməklə yanaşı, oğuzların tarixi, coğrafi ərazi sərhədləri, dövlətçilik ənənələri, mədəniyyəti və başqa bu kimi vacib amillərlə də bağlı bilgi daşımaqla böyük bir tarixi missiya yerinə yetirmişdir. Bu baxımdan “Kitabi-Dədə Qorqud”u həmçinin tarixi keç­mi­şi­mizin müxtəlif aspektlərdə öyrənilməsi üçün əvəzsiz tarixi mənbə də hesab etmək olar.
Oğuzlar milli-etnik törəniş etibarilə prototipi tarixi şəxsiyyət olub mifləş­miş obraz statusunda fol­klor yaddaşına köçmüş Oğuz kağana bağlanan, alplıq, ərənlik, fütuhatçılıq keyfiyyətlərinə malik qədim türk tayfalarından olmuşlar. On­lar təkcə igid-ərənlərilə deyil, ozan adı ilə fəaliyyət göstərmiş milli sə­nətkar­ları ilə də məşhur olmuşlar. Söz və musiqini vəhdət şəklində özündə birləşdirən sənətin təm­silçiləri olan bu el sənətkarları – ozanlar oğuzlardan bəhs edən və “Oğuz­namələr” adı ilə məşhur olan das­tanlar düzüb-qoşmuşlar. “Kitabi-Dədə Qor­qud” oguznamələri də ozanların piri, ustadı sayılan və oğuz elində xüsusi mövqeyə, hörmət və ehtirama sahib olan Dədə Qorqud tərəfindən düzülüb-qo­şul­muşdur.
Dədə Qorqud təkcə oğuznamələr yaradan el sənətkarı olmamışdır. O, eyni zamanda, insanlara yol göstərən, məsləhətlər verən ağsaqqal, bilici, öncəgörücü, xüsusi statusa və sakral səciyyəyə malik şəxs olmuşdur. Bu keyfiyyət göstəricilərindən dolayı adının yanına “Dədə” və “Ata” sözləri əlavə edilərək ona “Dədə Qorqud”, yaxud “Qorqud ata” şəklində müraciət olunmuşdur. “Oğuzın, ol kişi təmam bilicisiydi, – nə diyərsə, olurdı. Ğaibdən dürlü xəbər söylərdi. Həq Təala anın könlinə ilham edərdi... Qorqud ata Oğuz qövminin müşkilini həll edərdi. Hər nə iş olsa, Qorqud ataya tanışınca işləməzlərdi. Hər nə ki buyursa, qəbul edərlərdi; sözin tutıb təmam edərlərdi...” (4, 31).
Bildiyimiz kimi, orta əsr tarixçisi Fəzlullah Rəşidəddinin də “Oğuznamə” əsəri vardır. Lakin F. Rəşidəddinin “Oğuznamə”si salnamə səciyyəli tarixi əsərdir. Sırf folklor hadisəsi kimi meydana gələn və dastan halında mövcud olan mətnlər isə “Oğuz kağan” və “Kitabi-Dədə Qorqud” oğuznamələridir.
Kitabi-Dədə Qorqud” eposunun türk dastanlarına təsiri
Milli kimliyimizin ifadəçisi olan və etnomədəni hadisə kimi ortaya çıxan “Kitabi-Dədə Qorqud” eposu tarixi-etnik yaddaşın daşı­yıcısı missiyasında aid olduğu millətin tarixini, etnopsixoloji xüsusiyyətlərini, milli-mənəvi dəyərlər sistemini, mədəniyyətini, etnik yaşam və düşüncə tərzini, ailə gələnəklərini, alplıq, ərənlik keyfiyyət­lərini, bir sözlə, milli varlıq amilini kompleks şəkildə təqdim edir. Bu baxımdan da çağdaş dönəmimizdə milli kimlik, özünüdərk və soykökə qayıdış amillərinin önə çəkilməsi, milli-mənəvi dəyərlərin aşılanması kontekstində mühüm əhəmiyyətə malikdir. Bu əvəz­siz xəzinə milli-etnik kontekstlə yanaşı, ümumtürk səciyyə daşımaqla da böyük əhəmiyyət kəsb edir.
Türk eposçuluq ənənəsinin ana xəttində yer alan “Kitabi-Dədə Qorqud” eposunun əhəmiy­yətindən biri də onun digər türk dastanlarının yaranma və formalaşma prosesinə təsiri məsələsidir. Belə ki, “Kita­bi-Dədə Qorqud” mükəm­məl folklor mətni kimi özündən sonra ortaya çıxan bir sıra türk dastanlarına çeşidli aspektlərdə bu və ya digər dərəcədə öz təsirini göstərmişdir. Burada bəh­rələnmə ayrı-ayrı obraz, motiv, müəyyən süjet elementləri, təhkiyə, struktural əla­mətlər və s. baxımından müşahidə olunur.
Eposun təsir dairəsi coğrafi areal baxımından geniş əhatəni çevrələyir. Belə ki, “Kitabi-Dədə Qorqud”dan bəhrələnmə təkcə Azər­baycanda deyil, digər türk xalqlarının dastan yaradıcılığında da müşahidə olunmaqdadır. Bu baxımdan bir sıra türk xalqları içərisində müxtəlif variant və versiyalar şəklində yayqın olan “Alpamış” dastanı xüsusilə diqqəti çəkir.
Baybörənin oğlu Bamsı Beyrək” və “Alpamış” paralelliyi
“Alpamış” Orta Asiya ərazisində meydana gələn və özbək, qazax, qaraqal­paq, başqırt, tatar və s. variantlarda mövcud olan ortaq türk dastanıdır. Dastan variantlarının müqayisəsi göstərir ki, bu mətnlərdə süjet xətti boyunca müxtəlif fərqli məqamların olmasına baxmayaraq, ümumi məzmun, təxminən, eynidir. Variativlik, burada, əsasən, ad variativliyi, bəzi mətnlərdə digərlərində olmayan ob­raz­ların, motiv və süjet elementlərinin yer alması və s. şəklində ortaya çıxır. Bu və ya digər amillərin nə­­ti­­cəsi olaraq sözügedən mətnlər həcm və məzmun əhatəsi baxımından az və ya çox dərəcədə bir-birindən fərqlənir. Bu kontekstdə dastanın əsas variantı hesab edilən özbək variantı xüsusilə diqqəti çə­kir.
“Alpamış” dastanı “Kitabi-Dədə Qorqud” eposunun “Baybörənin oğlu Bam­­sı Beyrək” boyundan çe­şid­li aspektlərdə bəhrələnmə yolu ilə yaranıb for­ma­laşmışdır. Bu, “Alpamış” dastanının əvvəlindən başla­ya­raq hadisələrin gə­liş­mə­si boyunca süjetin ayrı-ayrı məqamlarında aydın şəkildə müşahidə olunur. Hər iki mətn ənənəvi olaraq, adətən, dastanların giriş-başlanğıc hissəsin­də yer alan qəhrəmanın doğuluş motivi ilə başlayır. Burada övlad həsrəti çəkən iki bəy (“Baybörənin oğlu Bamsı Beyrək” boyunda – Baybörə və Bay­bican, “Al­pa­mış”da – Baybörü və Baysarı), onların övlad arzusu ilə Tanrıya dua etmələri və əgər arzu­ları həyata keçərsə, övladlarını bir-birilə evləndirmələrini niyyət etmə­ləri əks olunur. “Bamsı Beyrək”də olduğu kimi, burada da bəylər arasında beşikgərtmə (övlad sahibi olacaqları təqdirdə, yaxud uşaqları dün­yaya gələrkən gələcəkdə onları bir-birilə evləndimələri ilə bağlı valideynlər arasında olan qarşılıqlı razı­laş­ma) deyilən sözləşmə, əhd-peyman bağlanılır (bəzi variantlarda Alpamışla Gülbarçın valideynlər tərəfindən deyil, İlahinin təqdiri kimi Həzrət Əli tərəfindən beşikgərtmə edilir). Lakin “Bamsı Beyrəkdən” fərqli ola­raq, “Al­pa­mış” dastanında Gülbarçının atası Baysarı Baybörə ilə münasi­bətinin po­zul­ması səbəbindən (bu sə­bəb ayrı-ayrı variantlarda müxtəlif cür göstərilir) verdiyi sözə dönük çıxaraq əhd-peymanı pozur, köç-kül­fəti, obası ilə yurdu tərk edib kalmakların elinə köçür və nəticədə müxtəlif çətinliklərə məruz qalır. La­kin bu çətinliklər 7 il sonra beşikgərtmə adaxlısının ardınca Kalmak elinə gedən Alpa­mış tərəfindən dəf edi­lir və Baysarı öz köçü ilə yenidən doğma yurda qayıdır. Dastan Alpamışla Gülbarçının toyu ilə tamamlanır.
“Alpamış” dastanının müxtəlif variantlarının müqayisəsi burada “Baybö­rə­nin oğlu Bamsı Bey­rək” boyuna məxsus çeşidli motivlərin aşkarlanması baxı­mın­dan maraq doğurur. Dastanın özbək variantında əsir düşmüş qəhrəmanın ar­vadı ilə başqa birisinin hiylə ilə evlənmək cəhdi, qəhrəmanın həmin toya gəlib çıxması və bu xəyanətin qarşısını alması – “Ər öz arvadının toyunda” motivinin yer alması xüsusilə diqqəti çəkir. “Baybörənin oğlu Bamsı Beyrək” boyunda Beyrəyin adaxlısına göz dikən xəyanətkar Yalançı oğlu Yalıncıqdır. “Alpamış” dastanında isə Alpamışın oğlunun anası ilə evlənmək istəyən Baybörənin ikinci arvadı Badamdan olmuş Ultanazdır. Qeyd edək ki, bu motiv Hasan Bülent Paksoyun kitabındakı variantda yoxdur. Bu variantda hadisələr bir qədər fərqli istiqamətdə cərəyan edir. Barçına (Gülbarçın) Tayşa xan elçi düşür. Barçın da Banuçiçək kimi sevgilisilə qovuşacağına inanır, vaxtı uzadıb zaman qazanmaq məqsədilə möhlət istəyir. Həmin zaman tamam oluncaya qədər Alpamış kalmak elinə gedib beşikgərtmə sevgilisinə sahib çıxır.
Həm sözügedən boyda, həm də dastanda sınaq motivi var. Lakin fərqli şəkildə. İgidlik, ərənlik keyfiyyətlərinin yoxlanılması məzmunu daşıyan bu motiv “Baybörənin oğlu Bamsı Beyrək”boyunda Beyrəklə Banuçiçək arasında keçirilir və üç mərhələdən – at çapmaq, ox atmaq, güləşmək – ibarət olur. “Alpamış”da isə Alpamış nişanlısına sahib çıxmaq üçün kalmaklarla yarışmalı olur və dörd mərhələdən – at çapmaq (at yarışına Alpamışın əvəzinə dostu Karacan qatılır), ox atmaq, güləşmək və altun paranı tüfənglə vurmaq – ibarət olan yarışda qalib gəlir. Hər iki mətn toy motivi ilə tamamlanır.
“Alpamış” dastanında “Bamsı Beyrək” boyunda rast gəldiyimiz adlarla məna-məzmun və səs­ləniş baxımından eyni, yaxud oxşar olan adlar da diqqəti çəkir. Baybörə – Baybörü eyniliyi, Banuçiçək – Gülbarçın oxşarlığı buna yaxşı misaldır.
“Baybörənin oğlu Bamsı Beyrək” boyu ilə “Alpamış” dastanı arasındakı süjet oxşarlığı bir sıra tədqiqatçıların diqqətini cəlb etmişdir. Bu kontekstdə müxtəlif yanaşmalar mövcuddur. “Alpamış” dastanını dörd versiyada (Kunqrat, Oğuz, Qıpçaq və Altay) qruplaşdıran V.M.Jirmunski “Baybörənin oğlu Bamsı Beyrək” boyunu onun Oğuz versiyası olduğunu yazır (bax: 8, 155, 584). O, eyni zaman­da “Bamsı Beyrəy”i “Alpamış”ın variantları içərisində ən qədim əlyazma olduğunu da vurğulayır: “Сре­ди многочисленных вариантов сказания об Алпамыше “Бамси-Бейрек” представляет собой инте­рес как наиболее ранняя запись” (8, 157). Ümumiyyətlə, sözügedən mətnlər arasındakı əlaqənin tarixi-xronoloji aspektdə müəyyənləşdirilməsi kontekstində V.M.Jirmunskinin mövqeyi təzadlı olmuşdur.
Çox təəssüf ki, görkəmli alimimiz Məmməd Hüseyn Təhmasib araşdırmasında bu barədə öz qənaətini o qədər də aydın şəkildə bildirməmişdir (bax:5,217-223).
H.B.Paksoy “Alpamış”la bağlı araşdırmasında sözügedən əlaqəni – “Dede Korkut kitabındakı Bamsı Beyrək hikayesi Alpamış destanının eski bir değişkenidir” (2, 19), deyə qeyd edir. “Türk destanları” adlı kitabda isə mətn öncəsi qısa təqdimatda (söhbət “Alpamış” dastanının mətnindən gedir) yazılıb: “Oğuz boylarında Kitabi-Dede Korkutta Bey Böyrek ismiyle bilinen metin bu destanın devamıdır” (6,182). Fikrimizcə, bu, heç də doğru yanaşma deyil. “Bamsı Beyrək” boyu “Alpamış”ın necə davamı ola bilər ki, bu boy qəhrəmanın doğuluş motivi ilə başlayır?! Davam o halda ola bilərdi ki, “Bamsı Beyrək” artıq “Alpamış” dastanında süjetin bitdiyi yerdən başlayardı, nəinki lap əvvəldən başlayıb bitkin süjetə malik oguznamə şəklində meydana çıxaydı! Lakin onu tamamilə müstəqil bir dastan, yaxud oğuznamə kimi də götürmək olmaz. “Bay­börənin oğlu Bamsı Beyrək” boyu “Kitabi-Dədə Qorqud” eposunun ümumi sü­jet xəttinə bağlı və bizə məlum olan on iki boyundan biridir. Və əksinə, sözüge­dən boyun özünün davamı mövcuddur ki, bu da eposun xronoloji ardıcıllıq baxımdan sonuncu – on ikinci boyu olan “İç Oğuza Daş Oğuzun asi olması və Bey­rəyin öldüyü boy”udur.
“Alpamış” dastanında rast gəldiyimiz bəzi məqamlar bu dastanın tarixi-xronoloji aspektdə“Kitabi-Dədə Qorqud” eposundan sonra yarandığını söyləmə­yə əsas verir. Məsələn, əgər “Kitabi-Dədə Qor­qud”da Tanrı və onun rəsulu olan Məhəmməd Peyğəmbərin (ə.s.) adı çəkilir, çətin situasiyalarda imdad, yardım birbaşa Tanrıdan istənilir, savaş öncəsi namaz qılınıb Peyğəmbərə (ə.s.) salavat verilirsə, “Alpamış”da imdad çox vaxt Tanrıdan birbaşa deyil, Həzrət Əli vasitəsilə istənilir. Kömək motivi də sakral obraz statusunda təzahür edən Həzrət Əli və “yedikalender pir” tərəfindən həyata keçirilir. Qəhrəman Həzrət Əli və “yedi kalender pir” tərəfindən qorunur. Çünki o, doğuşdan Şahi-mərdanın mürididir. “Kalmak hanının da yardımıyla, sabaha karşı Sürhayil kırk iki yigidin kırk birini ateşe verdi, ama Şahi-merdan Pirin yardımıyla olsa gərək, Alpamışa hiç bir şey olmadı” (6, 203). Bu kontekstdə Alpamışın igidliyi və yarışlarda qazandığı qalibiyyət də daha çox Şahi-mərdan Pirin qeyri-adi şəkildə göstərdiyi köməyin nəticəsi kimi xarakterizə olunmalıdır. Burada diqqəti çəkən maraqlı məqamlardan biri də Həzrət Əlinin Alpamışın sağ kürəyinə əlini vurması və orada beş barmağının izinin qalması – müqəddəs əl və ya beş barmaq izi motividir. Baybörü və Baysarı övlad arzusu ilə Şahi-mərdan Pirin baxçasına gedib “Şahi-mərdan Pirin hatrıyla” qırx gün, qırx gecə Tanrıya yalvarırlar. Qırxıncı günün sonunda Şahi-mərdanın səsini eşidirlər. Şahi-mərdan onlara övladları olacağını və uşaqların adlarını da özü qoyacağını bildirir. Bəylər sevinc içində evlərinə dönür­lər. Vaxt-vədə yetişib uşaqları doğulduğunda Tanrıya şükürlər edib böyük bir məclis düzənləyirlər: “Baybörü ve Baysarı, sevinc içinde Tanrı-Tealaya şükür secdesine kapandılar. Sonra bir düzine toy tertip edip kırk gün, kırk gece eğlence düzenlediler. Fakirleri giydirip acları doyurdular. Toyun sonunda Şahi-merdan teşrif etti. Çocuqları bir-bir öpüp hayır dualarda bulunduktan sonra ad koydu. Önce Baybörinin oğluna Hekimbek adını verip sağ omuzuna elini vurdu. Omuzda elinin beş parmağının izi bir pence izi gibi kaldı” (6, 184). Başqa bir versiyada bu motiv “yedi kalender pir” tərəfindən həyata keçirilir: “Yedi kalender Alpamışı kucaklamışlar, ona yegane oğul sensin diyip sırtına vurmuşlar. “Biz senin yedi piriniziz. Çamurlu yolda ayağın kayar, sırtına üzüntü yükü biner de yedi kamil pirinden yardım dilersen ve Tanrı yardım yollarsa, onu sana ulaştırmak bizim görevimizdir,” demişler” (2, 100). Əl motivinə əski türk inanclarında da rast gəlinir. “Alpamış”da isə bu, Ələvilik təriqəti ilə bağlıdır. Burada sözügedən beş barmaq izi də Məhəmməd Peyğəmbər (ə.s.), Həzrət Fatimə, İmam Əli, İmam Həsən və İmam Hüseynə işarə ilə Əhli-Beyti simvolizə edir.
Bildiyimiz kimi, İmam Əli şəxsiyyətinə sevgi, hörmət və ehtiram hələ Peyğəmbərin (ə.s.) sağlığından olmuşdur. Həzrət Əli hər zaman Peyğəmbərimizi (ə.s.) təhlükələrdən qorumuş, bir olan Allahın və İslamiyyətin yolunda mərd, cəsur və qorxmaz döyüşçü kimi qılınc çalmışdır. O, Məhəm­məd Peyğəmbərin (ə.s.) ən yaxın və ən sadiq silahdaşı, müsəlmanların birinci imamı olmuşdur. İmam Əli feno­meninə, onun sakral mahiyyətinə inam sonrakı dövrlərdə daha güclü olmuş və coğrafi baxım­dan da geniş vüsət almışdır. İmamın tərəfdarları onun adına bağlı olan Ələvilik təriqətində birləşmiş­lər. Ələvilik təriqət görüşlərilə səsləşən ədəbi nümunələrdə də geniş şəkildə əks olun­muşdur.
Dastanlarımızda Ələviliyin inikası həmin mətnlərdə başlıca olaraq Həzrət Əlinin sakral obraz statusunda təzahürü ilə gerçəkləşdirilirdi. Eyni zamanda, tə­səv­vüf ğörüşlərilə bağlı simvolik obrazlar, motiv və elementlər də özünəməxsus şəkildə buna xidmət edirdi. Təsəvvüf simvolikası üzərində qurulmuş dastanla­rımızda Həzrət Əli-Şahi-Mərdan qoruyucu-hami, mediator, xilaskar funksiyala­rı­nı və kömək motivini həyata keçirən sakral obraz statusunda təzahür edir. Mə­sələn, “Abbas-Gülgəz” dastanında Dəli Becanın hiyləsilə su quyusuna salınan Abbası oradan “Darda qalanların dadına yetən Şahi-Mərdan” xilas edir (bax:1, 142-144). Qeyd edək ki, “Alpamış” dastanında da Alpamış quyudan pirlərin köməyilə xilas olur. Azərbay­canda və digər türk ərazilərində Ələvilik təriqətinin yayıl­masının və onun dastan yaradıcılığında əks olunmasının təxmini tarıxı “Al­pa­mış”ın tarixi-xronoloji aspektdə “Kitabi-Dədə Qorqud”dan sonrakı dönəmlərə bağlandığını göstərir.
“Alpamış”ın özbək variantında rast gəldiyimiz yuxu motivi orta əsrlər Azərbaycan məhəbbət dastanlarının struktur elementlərindən olan yuxu kom­plek­sinin bəzi məqamları ilə müəyyən mənada oxşarlıq təşkil edir. Adaxlısının ardınca Kalmak elinə yola düşən Alpamış bir müddət getdikdən sonra gecə ol­du­ğundan yatacaq yer aramağa başlayır və çarəsiz qalıb işıq gələn bir məzar­lıqda gecələməli olur. Xalq arasında olan “gec gelen adam mezarda yatar” deyi­mini xatırlayıb, gülümseyerek “ne o­la­cak, ben de gider boş mezarda yatarım” deyir. İşığa çatanda əvvəlcə ruhlar onu o qədər də yaxşı qar­şı­lamırlar. Şahi-mərdan Pirin “Bu çocuk doğuştan bizim müridimizdir. Onun gönlünü alın ve kırmayın” demesindən sonra ruhlar onunla xoş davranırlar. Alpamış ruhların onun üçün hazırladıqları yerdə yatır. “Gece olup da Hekimbek (Hekimbek – doğulduğunda Alpamışa Həzrət Əli tərəfindən qoyulmuş addır. Burada Alpamış adı ona igidliyinə görə sonradan verilmişdir – A.Xəlilova) uykuya dalınca, ruhlar onun vicdan ve ruhundakı iztirapları anladılar. Berçinayı nasıl da özlediğini, kalbinin onun için çıl­ğınca attığını gördüler. Bunun üzerine yürekleri bu gencin çektiği acıya dayanamadı. Həmən Ber­çi­nayın ve Alpamışın ruhlarını alarak birleştirdiler. Berçinayın ruhunu bir anda, Ayna Gölünden, kadife çadır­dan alıp getirdiler. Aşk tadına varması için Berçinayın ruhuna bir kadeh sevda şarabı verdiler. Berçinayın ruhu şaraptan, Alpa­mışın ruhuna da vermek istedi. Böylece beraberce seher vaktine kadar sohbete devam ettiler. Ertesi gün uyan­dık­larında, Berçinay da, Alpamış da gördüklerinin rüya olduğunu sanmışlardı” (6, 192). Məhəbbət dastanlarımızda da aşiqlə məşuq bir-birlərinə yuxuda sakral varlıq tərəfindən buta verilir. “Abbas-Gülgəz” dastanında yuxuda Şahi-mərdanın verdiyi eşq badəsini içən Abbas ayıldıqdan sonra anasına –
Ağalar ağası, ağalar xası,
Ana, mövlam mənə buta veribdi.
Düldülün sahibi, Qənbər ağası,
Ana, mövlam mənə buta veribdi...
sözlərini söyləyir. Lakin ənənəvi məhəbbət dastanlarımızdan fərqli olaraq, “Alpamış”da “sevda şarabı” önce dastanın qız qəhrəma­nının – Berçinayın ruhuna verilir. Həm də burada Alpamışla Ber­çinay əvvəlcədən bir-birlərini tanıyırdılar. Məhəbbət dastanları­mızda isə oğlanla qız tanış deyillər. Onlar bir-birlərinin üzünü ilk dəfə yuxuda sakral varlığın “məsləhətilə” görürlər. Qeyd edək ki, dastan­larda bu məzmunda olan yuxu motivinin tarixi o qədər də qədimlərə bağlanmır və bunun özü də “Alpamış”ın yaranma tarixini daha sonrakı dönəmlərə bağlayan amillərdən biridir.
“Kitabi-Dədə Qorqud” eposunda diqqəti çəkən maraqlı məqam­lardan biri burada təsvir edilən oğuz bəy­lərinin bir halalının olmasıdır. Hətta İslam dinində yasaq olmasa da, burada ikiarvadlılıq faktoruna rast gəl­mirik. “Alpamış”da isə Baybörənin iki arvadı var və Alpamışa xəyanət edərək onun arvadına sahib ol­maq istəyən də məhz Baybörənin Badam adlı ikinci arvadından olan oğludur, yəni Alpamışın ögey qardaşı­dır.
Daha bir məqam isə “Alpamış” dastanında tüfəng sözünün işlədilməsi, altın paranı vurmaqla nişançı­lıq yarışının keçirilməsi haqda epizodun olmasıdır: “Nişancılık yarışmasına gelindiğinde ise, kalmak­lar tü­feklerine çok güveniyor­du. İlk olarak onlar çok uzağa yerleştirilen altın parayı hedefleyip vurmaya baş­ladı­lar. Paraya tüfekleriyle ateş etmeye başlayan kalmakların hiç biri parayı isabet ettirip delememişlerdir. Al­pa­mış, altın parayı tek atışta delib geçti. Sırada sadece güreş yarışması kalmıştı. Alpamış, bunu da kaza­nırsa, kesin sonuç belli olacaktı” (6,199). Bu epizodun sonrakı dövrlərin məh­sulu olması da mümkünlük içərisindədir. Lakin hər halda dastan mətninin indiki şəklində sözügedən nişan­çılıq yarışı vardır.
“Alpamış” dastanında Qızılbaş sözünün işlədilməsi də maraq doğurur. Bar­çın ona elci düşən Tayşa xanın adamlarından və digər kalmaklardan altı ay möh­lət istəyir və vaxt tamam olanda onlar arasında yarış keçirilməsini, “atı ilk gelene Kızılbaş demeyip, Kalmak demeyip, ben bahtı kara Barçın, varın gidin hanınıza deyin ki, böylece seçtiğime varacağım” (2, 105) söyləyir.
Diqqəti çəkən bir maraqlı məqam da var. Bu, “Alpamış” dasta­nında “Kita­bi-Dədə Qorqud” eposunun digər boylarından da bəhrə­lənmədir. Dastanın əv­vəlin­də övladları olmaması səbəbindən Baybörü və Baysarının məclislərdə pis qarşılanmaları, uğursuz adam hesab edilmələri və s. bizə “Kitabi-Dədə Qor­qud”un “Dirsə xan oğlu Buğac xan” boyunu xatırladır: “Alar sabah Dirsə xan qalqubanı yerindən uru turıb, qırq yigidin boyına alub, Bayandır xanın söhbətinə gəlürdi.
Bayandır xanın yigitləri Dirsə xanı qarşuladılar, götürüb qara otağa qondurdular, qara keçə altına dö­şə­dilər, qara qoyun yəxnisindən öginə götür­dilər. “Bayandır xandan buyruq böylədür, xanım” – dedilər. Dir­sə xan aydır: “Ba­yandır xan bənim nə əsküglügüm gördi? Qılucumdanmı gördi, süfrəm­dənmi gördi? Bən­dən alcaq kişiləri ağ otağa, qızıl otağa qondurdı. Bənim suçum nə oldı kim, qara otağa qondurdı?” – dedi.
Ayıtdılar: “Xanım, bu gün Bayandır xandan buyruq şoylədir kim, oğlı-qızı ol­mıyanı Tənri-təala qarğayıbdır, biz dəxi qarğarız, – demişdir” – dedilər” (4, 34).
Daha bir maraqlı məqam yenə də yuxu ilə bağlıdır. “Kitabi-Dədə Qorqud” eposunda oğuzlar tərəfindən “küçicik ölüm” adlandırılan və oğuz yuxusu deyilən bir motiv var. “Oğuz bəgləri yedi gün uyurdı. Anunçun “küçicik ölüm” deər­lərdi” (4, 116). Kafir yağılar bundan istifadə edib oğuz elinə basqınlar edir, öz çir­kin niyyətlərini həyata keçirməyə çalışırlar. Məsələn, Beyrək yuxuda ikən ka­fir­lərin hücumuna məruz qalır və başının igidlərilə əsir götürülür. Həmçinin Qa­zan xan da yatarkən dustaq edilir. Bunun ifadəsi kimi eposda “Oğuzların ba­şına nə gəlsə yuxuda gələr” deyimi də işlənilir.
“Alpamış”da bu, “yedi günlük batır uykusu” adlanır. Kalmaklar at yarışında Alpamışı təmsil edən dostu Karacanınbatır uykusunda olarkən əllərini, ayaqlarını bağlayırlar. Alpamışın atı Bayçobarı da arxası üstə çuxura salıb dırnaqlarına mıx vururlar.
Bütün bunlar onu göstərir ki, “Alpamış” dastanında təkcə”Bamsı Bey­rək”­dən deyil, eposun digər boylarından da müəyyən bəhrələnmələr olmuşdur.
“Alpamış”ın yaranma tarixi ilə bağlı müxtəlif fikirlər mövcud olsa da, gəlinən ümumi qənaət onu göstərir ki, bu tarix X yüzillikdən irəli getmir. Yalnız Qazax dilində olan “Tört batır” kitabında Alpa­mışın özü tarixi şəxsiyyət kimi Bamsı Beyrəklə əlaqələndirilərək VII yüzilliyə aid edilir: “Alpamış bahadır VII yüzyıldan beri bilinir, yani, “Korkut Ata” kitabındaki Bamsı Beyrek ( Alıp Bams) bu Alpamış bahadırın aslıdır” (3, 1).
Sonuc
Yekun olaraq bunu demək istəyirik ki, nə “Baybörənin oğlu Bamsı Beyrək”, nə də “Alpamış” – heç biri o birisinin variantı, yaxud versiyası deyildir. Bəhrə­lən­mə və təsir məsələsi isə aydın şəkildə görünür. Şübhəsiz ki, “Baybörənin oğlu Bamsı Beyrək” boyu tarixi-xronoloji aspektdə daha ilkindir və “Alpamış” das­tanı da ondan çeşidli aspektlərdə və geniş şəkildə bəhrələnmə yolu ilə yaran­mış­dır.
Ümumilikdə isə mükəmməl poetik sistemə malik olan “Kitabi-Dədə Qor­qud” eposunun ayrı-ayrı dövrlərdə bu və ya digər poetik mətnin yaranma və formalaşma prosesində müxtəlif kontekstlərdə mənbə rolunu oynaması təbiidir.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   60   61   62   63   64   65   66   67   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish