Tarlan Guliyev
OUR NATIVE BOOK DESTROYING THE ARMENIAN MYTH
Summary
In the article it is shown that in the epos “The Book of Dede Gorgud” there is no any Armenian, Armenian state or any sign of the Armenian language. It means if at least 2000 years ago there was no any Armenaian-Azerbaijan enmity, fanaticism in our heroic epos which formed in that period and carried only the sacred feelings, the spiritual qualities in itself, there was no any Armenian idea then the Armenian history, the Armenia conception are myth in whole.
Key words: “The Book of Dede Gorgud”, epos, Armenian, Gorgud-study
Тарлан Кулиев
ГЛАВНАЯ КНИГА, РАЗРУШАЮЩАЯ АРМЯНСКИЙ МИФ
Резюме
В статье показывается, что в «Книге моего Деда Коркута» не существуют какие либо следы ни армян, ни армянского государства, ни армянского языка. Таким образом, если в созданных 2000 лет тому назад – во времена когда не было каких либо армяно-азербайджанских конфликтов, эпосах не встречается понятие армянин, то значит, армянская история, Армения является ничем иным, лишь только мифом.
Ключевые слова: «Книга моего Деда Коркута», эпос, армянин, коркутоведение
Ülkər Ələkbərova
AMEA Folklor İnstitutu
Filologiya üzrə fəlsəfə doktoru
e-mail: ulker.elekberova@bk.ru
“KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA ƏCƏLDƏN QAÇMA MOTİVİ
Özət
Məqalədə əcəldən qaçma motivi ümumtürk folkloru kontekstində araşdırmaya cəlb edilib. Azərbaycan nağılları, dini rəvayətləri, alqışlarında, “Kitabi-Dədə Qorqud” dastanının “Duxa Qoca oğlu Dəli Domrul” boyunda, eyni zamanda Altay türklərinin Erlik haqda şaman mətnlərində əcəldən qaçma motivi və onun transformasiyası kimi can əvəzinə can vermə motivinin ifadə formaları və mifoloji ideyası müqayisəli şəkildə izlənib.
Açar sözlər: əcəldən qaçma, can əvəzinə can vermə, qurban, qurban əvəzi, qada, Əzrayıl, Erlik.
Əcəldən qaçma motivini araşdırarkən “Kitabi-Dədə Qorqud” dastanının “Duxa Qoca oğlu Dəli Domrul” boyundan danışmamaq mümkünsüzdür. Dastanda Dəli Domrul ölən igidin canını geri qaytarmaq üçün Əzrayılla savaşıb, mübarizə aparmaq istəyir ki, o, bir daha can almasın. “Əzrayıl dediyiniz nə kişidir ki adamın canını alır. Ya qadir Allah, birliyin, varlığın haqqı üçün Əzrayılı mənim gözümə göstər, savaşım, çəkişim, mübarizə edim, gözəl igidin canını qurtarım. Bir daha gözəl igidin canını almasın” (KDQE 1999:310).
Bizcə, “Duxa qoca oğlu Dəli Domrul” boyunda diqqət edilməsi məqam elə budur. Bundan əvvəl sadalanan folklor mətnlərindən də göründüyü kimi Əzrayılın can almasına mane olmaq ayrıdı, Əzrayılın artıq alıb apardığı canı geri almağa çalışmaq ayrıdı. Əzrayılı Dəli Domrul özü çağırır ki, ondan alıb apardığı canı alsın. Bu da boyda ilişib qalmış türk-şaman təfəkkürünün izidi. Əzrayılla bağlı yuxarıda sadaladığımız Azərbaycan folklor nümunələrinin içində artıq alınmış canın geri qaytarılması ilə bağlı mətnə rast gəlmədik. Belə çıxır ki, məhz Əzrayıl canı almasın. Aldısa, götürdü, getdi. Geri dönüşü yoxdu. Bu, islam dini ilə bağlı təsəvvürlərlə də bağlıdır: “Alınan can geri qayıtmaz”. Onda Dəli Domrul niyə Əzrayılın artıq alıb apardığı canı geri qaytarmaq istəyir? Həm də Allah-təalaya bu qədər gözəl minacatla müraciət edərək. Bu da onu göstərir ki, artıq alınan canın geri qaytarılması Altay türklərinin Erlik haqqında şaman mətnləri ilə səsləşir. Bu da türk-şaman düşüncəsinə söykənir və islamaqədərki türk-oğuz təfəkkürünün məhsuludur (Kazımoğlu 2006:176-177). Burada islam dini ilə türk-şaman təfəkkürü qarışıqdı. Erlik haqda mətndə Balın-Senqe Erlikdən oğurladığı varlı adamın oğlunun ruhunu geri qaytarır. Burada söhbət artıq alınıb aparılmış ruhun geri qaytarılmasından gedir. Əvəzində isə bir arıq öküz və bir parç istəyir. Elçilər gedib bir varlı adamın oğlunun ruhunu alıb, tuluğa qoyurlar. Balın-Senqe isə onlara hiylə gələrək tuluğu onlardan alır. Tuluğun içindəki oğlanın ruhunu isə atasına geri qaytarır. Bu mətn Burkutla bağlı rəvayətlə səsləşir. Burkutla bağlı Türkmən rəvayətlərində Əzrayılın alıb apardığı canın geri qaytarılmasından bəhs olunur. Belə ki, Əzrayıl bir kişinin yeganə oğlunun canını almaq istəyir. Atanın yalvarışlarına baxmayaraq, Əzrayıl canı alır. Əzrayılın dalınca göyə qalxan Burkut vurub onun əlindəki şüşəni sındırır. Oğlanın canı daxil olmaqla yeddi nəfərin canını geri qaytarır (Kazımoğlu 2006:59). Həm Türkmən, həm Altay, həm də Azərbaycan folklor mətnləri arasındakı bu qədər uyğunluq əcəldən qaçma motivinin ümumtürk folkloruna xas olduğunu deməyə imkan verir. Bu da motivin arxaik köklərini, invariantını və ya ilk arxeotipini, ilkin arxaik mifoloji ideyasını göstərməyə istiqamət verir.
Do'stlaringiz bilan baham: |