Дядя Горгудун мязар йери щаггында


Qıqı “əzan; yüksək səslə bağırma”. Söz dastanın Drezden nüsxəsinin giriş hissəsində1dəfə işlən­mişdir: Minarədə bañlayanda qıqı



Download 6,67 Mb.
bet263/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   259   260   261   262   263   264   265   266   ...   289
Qıqı “əzan; yüksək səslə bağırma”. Söz dastanın Drezden nüsxəsinin giriş hissəsində1dəfə işlən­mişdir: Minarədə bañlayanda qıqıققی görkli (D. 6). Əlyazmada “qaf” hərfinin nöqtələrinin hər iki halda aydın və açıq görünməsinə baxmayaraq bütün nəşrlərdə sözdəki 1- ci “qaf” hərfi “fə” kimi bir nöqtə ilə, qrafik kompleks isə fəqi / fakı şəklində oxunmuş və ərəbcədən alınma fəqih / fakıh sözü ilə eyni­ləşdirilmişdir. Bu oxunuş sözün imlasına uyğun gəlmədiyi kimi, cümlənin məzmunu və qrammatik strukturu ilə də uzlaşmır. Başqa bir tərəfdən, fəqih fiqh alimidir, din və şəriət elmləri üzrə yüksək rüt­bəli din xadimidir, minarədə əzan oxumaq onun vəzifəsi deyil. Digər qaynaqlarda da fəqihin mina­rə­dən əzan oxuması şəklində bir ifadəyə rastlanmır. Qaynaqlarda minarədə əzan oxuyan din adamı mə­nasında müəzzin və ya əzançı sözləri işlənir. Həm də fəqih sözündə sondakı “h” samitinin düşməsi ilə yaranmış fəqi formasına heç bir yazılı abidədə təsadüf edilmir; söz hər yerdə sondakı “h” samiti ilə, fəqih şəklində yazılmışdır. Əslində, fəqih’in fəqi şəklində yazılması mümkün də deyil. Çünki türk dillərindən fərqli olaraq ərəb dilində sözün tərkibindəki samitlərdən birinin düşməsi və ya dəyişməsi ilə bütövlükdə sözün mənası dəyişir. Orta əsr katibləri (hətta ən savadsız katiblər belə) bu qaydanı bilir və ona ciddi əməl edirdilər. Buna görə də cümlədəki (sətirdəki) fəqi oxunuşu orfoqrafiya prinsipləri və məntiqi nöqteyi - nəzərdən inandırıcı görünmür. Dastanda minarədən əzan oxuyan şəxs (əzançı, müəz­zin) mənasını ifadə etmək üçün 2 yerdə saqalı uzun tat əri ifadəsi işlənir: Saqalı uzun tat əri bañla­duqda (D.11, 21). Girişdəki cümlədə isə müəzzin, əzançı və ya fəqih’in gözəlliyindən deyil, əzan səsi­nin gözəlliyindən bəhs edilir. Dastanda “əzan” mənasını bildirmək üçün, başlıca olaraq, bañ sözü işlə­dilir. Fars dilində və Orta əsrlərə aid türk yazılı abidələrində bu söz həm “yüksək səslə bağırma”, həm də “əzan” mənaları ifadə edir. Bəzi tədqiqatçılar bañ sözünü farscadan alınma hesab edirlər (Tietze, 275). Bañ sözünə M. Kaşğarlı lüğətində “bağırma” mənasında təsadüf edilir: Oğlan bañ بنک sığtadı “Uşaq bağıraraq ağladı” (MK, III, 355). Həmin söz və ondan yaranmış derivatlar türk dilinin dialekt­lə­rində geniş şəkildə işlənməkdədir: bañbañ “yüksək səslə danışan”, bañbañ konuşmak “yüksək səslə və iddialı danışmaq”, banq etmək “bağırmaq, səslənmək, çağırmaq”, banqıl - banqıl / banqıl - bunqul “hiddətli və yüksək səslə danışmağı, bağırmağı bildirir”, banqır - banqır “1.Yüksək səslə ağlamağı bildirir 2. Yüksək səslə danışmağı bildirir”, banqırdmak “hirsli - hirsli bağırtmaq”, banqırmak “(ca­mış) bağırmaq”, bankır - bankır bağırmak “var səsi ilə bağırmaq”, bankırmak “1. böyürmək 2. Bağır­maq”, bañlamak “1. banlamaq 2. bağırmaq 3. anqırmaq” və s. (Zulfikar, 301 - 303). “Tarama söz­lü­ğü”ndə bañ sözü “yüksək səslə bağırma” və “əzan”, bañla - feili isə “yüksək səslə bağırmaq, əzan ver­mək, guruldamaq” mənalarında XIV - XVIII əsr yazılı abidələrindən toplanmış nümunələrlə təsbit olunmuşdur: Andan Tañrı Taala İbrahim’e buyurdu kim: Bañ veriñ, ademileri hacce kığırğıl (Enb. XIV); Ya resulallah, bu gece bana dahi böyle telkin ettiler ki “şimdi Bilali - Habeşi bañ verdi” didi (Si. Da. XIV); Namaz içün bañı ben vereyim (Tez. Ba. XV); Müezzin bañ verüp eyitti kim eşhedü en – lai­lahe illallah (Tez. Ba. XV) - (TS, I, 398 - 400). Bu nümunələrdə diqqəti çəkən bir cəhət də bañlafei­linin müəzzin sözü ilə yanaşı işlənməsidir. Bütün bunlar göstərir ki, səs təqlidi nəticəsində yaranmış bañ “əzan” sözü fars dilindən alınma deyil, türk mənşəlidir: bañ “yüksək səslə çağırma, bağırma”→ bañ “əzan”. Müasir azərbaycan dilində bañbañla - sözləri yalnız xoruzun çıxardığı yüksək səsi bildirdiyi halda, yazılı abidələrdə bütün canlıların (o cümlədən də insanların) çıxardığı yüksək səsin təqlidini ifadə edir. KDQ - də bañ sözü 2 dəfə bañ bañlat - birləşməsində, 3 dəfə bañla - feilinin kö­kündə işlənmişdir: Kafirüñ kilisasın yıqdılar, yerinə məscid yapdılar. Keşişlərin öldürdülər. Bañ bañ­latdılar, əziz tañrı adına qutbə oqıtdılar (D.121); Kilisasını yıqıb yerinə məscid yapdım, bañ bañlatdım (D.279); Saqalı uzun tat əri bañladuqda (D.11, 21). M. Ergin KDQ - dəki bañ sözünü “bağırma, ezan, yüksek ses” kimi izah etmişdir. Fikrimizcə, dastanın girişindəki qıqı sözü də “bağırma, əzan, yüksək səs” mənası ifadə edir və bu mənada bañ sözünün mütləq sinonimidir. Minarədə bañlayanda qıqı görkli cümləsində qıqı sözü bañ sözünün yerində işlənmişdir. Həmin sözə M. Kaşğarlı lüğətində urı - kıkı “gurultu, hayqırış” qoşa sözünün tərkibində rastlanır (MK, III, 227). G. Clauson bu sözün səs təqlidi yolu ilə yarandığını və kıkır - / kığır -, kakıla - “bağırmaq, qışqırmaq” sözləri ilə bağlı oldu­ğu­nu göstərir (Clauson, 609). “Qutadgu bilig”də işlənən kakıla - “bağırmaq, yüksək səslə səslən­mək” (“Kakılayu kaynar yokaru kodı”), İbnü Mühənna lüğətindəki kakıla -, kakın - “(kimi isə) yüksək səslə çağırıb durdurmaq” sözləri də mənşəcə qıqı / qaqı səs təqlidi sözü ilə əlaqədardır. Türkməncədə qık “quş səsinin təqlidi”, qık - bak “qışqırıq, bağırtı, səs - küy, gurultu”, qık - qık “quş səsi”, qıkılık (< qıkı + lık) “bağırtı, hayqırış, yüksək səslə səslənmə; fəryad”, qıkuv “bağırtı, hayqırış, səs - küy; ulama”, qı­kuvla - “bağırmaq, hayqırmaq, gurultu salmaq” qıkılıkla - “bağırmaq, hayqırmaq, qışqırmaq; fəryad qoparmaq”, qıqır - “qışqırmaq, bağırmaq” sözləri işlənməkdədir. Həmçinin qıy / kıy (azərb., qırğ.) “yüksək səs, qışqırıq”, kıykır - (qırğ.) “qışqırmaq, yüksək səslə səslənmək”, qışqırmaq (azərb.) və s. Sözlər də eyni səs təqlidi kökdən yaranmışdır. Türk dillərində kı / qı, kık / qık /, kak / qak köklərindən əmələ gələn və daha çox quşların çıxardığı yüksək səsi bildirmək üçün istifadə olunan bir sıra təqlidi sözlər mövcuddur: qıqılda - “banlamaq”, qaqılda - “qaqqıldamaq”, qıqa - qıqa “xoruz banlaması”, qaqır - “qarıldamaq” (türkm.), qakkıla - “(toyuq) səs çıxarmaq”, qakkıra - “(toyuq) səs çıxarmaq”, qakla - “quş, qarğa səs çıxarmaq”, qıqıla - “(toyuq) səs çıxarmaq”, qığır - “çağırmaq” (türk.), kakilla - “qaqqıldamaq” (özb.), qaqqılda -, quqqulda - (azərb.) və s. Qırğız dilində karkılda - səs təqlidi feili həm “yüksək səslə səslənmək, bağırmaq”, həm də “əzana çağırmaq” mənaları bildirir: Azan aytıp, karkıldap “Yüksək səslə bağırıb əzana çağırıb…” (KRS, I, 351). Bütün bu faktlar sübut edir ki, səs təqlidi mənşəli bañqıqı sözləri dastanda eyni mənada - “əzan” mənasında işlənmişdir. Müasir dil nöqteyi - nəzərindən Minarədə bañlayanda qıqı görkli cümləsindəki bañlayanda sözü qayıdış növ şəkilçisi ilə bañlananda şəklində işlənməli idi. Feilin qayıdış növünün şəkilçisiz işlənməsi daha qədim dil xüsusiyyətidir. Eyni xüsusiyyət girişdəki soylamanın digər bir cümləsində də müşahidə edil­mək­də­dir: Ayna güni okuyanda qutbə görkli “Cümə günü oxunandan xütbə gözəldir”. Qayıdış mənalı feil­lərdə qayıdış növ şəkilçisinin işlənməməsinə başqa boylarda da təsadüf edilir: Hər kişi sözin söy­lə­dük­də sən orada turasın ögiyəsin “Hər adam söz söylədikdə sən durub öyünəsən” (D.197). Bu qədim qrammatik xüsusiyyət hazırda Cənubi Azərbaycan dialektlərində, habelə Cənub şair və yazıçılarının dilində geniş şəkildə təmsil olunmuşdur: Ürəyim çırpınır, döyür sinəmdə (F. Hasarlı); Bu şeir xal­qı­mı­zın igid oğlu Səfər Qəhrəmaniyə təqdim olur (A. Alov) – Cəfərov, 58. Söylədiklərimizi və bañla­yan­da sözündəki yerlik hal şəkilçisinin çıxışlıq hal yerində işlənməsini nəzərə aldıqda Minarədə bañ­la­yanda qıqı görkli cümləsi “Minarədən yüksək səslə oxunandan əzan gözəldir” şəklində anlaşıl­malıdır.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   259   260   261   262   263   264   265   266   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish