Дядя Горгудун мязар йери щаггында


Milli kimliyin qurulması baxımından özgələştirmə



Download 6,67 Mb.
bet116/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   112   113   114   115   116   117   118   119   ...   289
1.1. Milli kimliyin qurulması baxımından özgələştirmə
Dədə Qorqud oğuznamələrində milli kimliyin formalaşmasında bir çox psixoloji amillərlə, anla­yışlarla bərabər fərqlilik və çoxçeşidlilik kimi etnik psixologiya da əsas göstəricidir. Mifoloji şüurun biz–onlar qarşılaşması ortaçağ məntiqində müsəlman-kafir zidliyinə çevrilmişdir. Oğuzlar bir el kimi dəyər­lərini, adətlərini, törələrini, yaşayışlarını məhz başqa xalqlardan fərqli olmaları üzərində formalaşdırırlar və ya bu fərqlərin özgələşdirdiyi etnosların varlığında görürlər. Hər şey zidliyi ilə vardır məntiqinə uyan oğuzlar özlərindən olmayanlara görə fərqlənirlər. Bu, başqa xalq və ya özgələşmiş xalq Dədə Qorqud dastanlarında oğuzlara düşmən olan, Oğuz elinə gecə basqınları edən, Oğuz igidlərini, qızlarını, gəlinlərini əsir götürən kafir ümumiləşmiş adı altında təqdim olunan qonşu etnoslardır. Ancaq oğuzlar boylardan da göründüyü kimi, kafirlərin fərqli yaşamlarından, davranış­la­rından, inanclarından ötrü onlaradüşmən deyil­lər. Kafirlər oğuzlara bənzəməsələr də, oğuzlar kimi dəyərlər sisteminə sahib olmasalar da, bu, onların oğuz toplumu tərəfindən xor görülməsinə, məhv edilməsinə səbəb olmaz. Qazan Xanın “İt kibi güv güv idən Çerkez hırslı” (Ergin, 1997: 238) deyimi də kafirləri xor görməkdən deyil, onların xislətinə görədir. Əksinə, kafir adlanan bu topluluq oğuzları başqalaşdırmış, onların kimlik aidiyyatını düşmənlik açarına çevirmişdir. Ona görə də basqınları həyata keçirən, düşmənlik yaradan əsasən, kafirlərdir.
Oğuzların kafir elinə akın diləmələri, kafirləri məhv etmək üçün deyil, ərliklərini, cilasunluqlarını sübut etmək üçündür. Belə ki, Uşun Qocanın oğlu Egrək də baş kəsib, qan tökməyin hünər olduğunu sübut etmək üçün Qazan Bəydən akın diləyir və Şirügüvən ucundan Gökçə Dənizə qədər el çarpır. (Ergin, 1997: 225) Bu akında Egrəkin kafirləri öldürdüğü, əsir aldığı haqqında ozan heç bir şey söyləməz. Eyni ilə Kazılık Qaca da Bayındır Xandan akın dileyir. Bayındır Xan da haraya isteyirse getsin deyir. Kazılık Qocanın da kimisəni öldürdüyi, kimisəni yağmaladığı haqqında məlumat veril­məz, ancaq Qara Dəniz kənarındakı Düzmürd Qalasını görən kimi savaşa başlayır və qalanın təkuru tərəfindən əsir alınır. (Ergin, 1997: 199)
Oğuzların bu kimlik savaşında ozanın oğuzların yanında olması, onların hərəkət və davra­nış­larını, əxlaq və etik normalarını, bir sözlə sosial həyatlarını təqdir etməsi qanunauyğun haldır. Ozan bir oğuz şairi, söyləyicisi kimi bütün hadisələrə, əxlaqi məsələlərə, yaşayış normalarına oğuzların etnopsixologiyasından baxır. Təbii ki, aidlik kimlik məsələsinin özüdür və insanlar sosial rollarına və sosial qruplara, yəni zamana və şəraitə görə dəyişən psixo-sosial mühitdə mövcuddurlar. Ol zamanın oğuzlarının biz–onlar qarşıdurmasına baxışları çağdaş dünyanın postmodernist baxışından çox fərqlənir. Bunları nəzərə almadan oğuzların başqalaşdırma düşüncəsində fərqlilk və çoxçeşidlilik anlayışlarını dəyərləndirmək mümkün olmaz. Hər halda özgləşdirmə əsasən nizam və ədalətə mü­na­sibətə, bunların pozulmasına görə təyin edilir. Oğuzlara görə özgə, yaxud o biri fərqli yaşayışa sahib çoxçeşidliliyin bir elementidir. Çoxçeşidlilik ol zamanın, həm də postmodernist çağın özünü dərk etmə, özünə dəyər vermə, özünü görmə güzgüsüdür. Oğuzlar təbii ki, çoxçeşidliliyə münasibətdə, fərqliliklərin bütünləşdirici olması baxımdan tolerantdırlar.
“Dədə Qorqud kitabı” üç boy istisna olmaqla başdan sona qədər ozanın müsəlman oğuz dünyasını kafirlərlə qarşılaşdırması, dəyərləri müqayisə etməsi, fərqliliyi göstərməsi üzərində qurulmuşdur. Hətta axırıncı boyda oğuzların iç savaşı da bir tərəfin oğuz normasını, törəsini pozması, oğuz dav­ranışına tərs düşən hərəkəti üzündəndir. Ozanın yaddaşında ol zamanın oğuz ərənlərinin bizimki–özgə ikili qarşıdur­ması vardır. Bu zidlik oğuznamələrdə fərqlilik və çoxçeşidlilik düşüncəsi şəklində ha­kimdir. Oğuzların sosial kimliklərinin var olması din, etnik, irq kimi fərqliliyin yaratdığı çoxçe­şid­liliyə möhtacdır. Çünki oğuzlar bu fərqlilikdə və çoxçeşidlilikdə özlərini görür, oğuz dəyərlərini qur­muş olurlar. Həyatın, ya­şamın gerçəyi olan özgə, başqası, onlar əslində birgəyaşayışı şərtləndirən amil­lərdir. Ortaçağın oğuzları bunun fərqində olduqlarından ol zamanda da, indi də fərqli olan, özlərinə bənzəməyən qonşularına nor­mal baxmışlar. Dədə Qorqudun bizdən kənarda qalanları, yəni onları dəyərləndirməsi heç də düş­mən­lik üçün deyil, həqiqəti bildirməsi, fərqi, fərqliliyi barışa çevir­məsidir. Bu, özgələrin xarakterik özəl­li­yidir ki, ümumuləşdirilmiş formada ozanın dilindən təqdim edilir. Ancaq oğuzların qonşuları olan kafir­lər müasir Avropa düşüncəsində olduğu kimi, biz–onlar fərqini özgələşdirir və hətta düşmənlik kimi başa düşürlər. Oğuzların varlığı onların məntiqinə görə təhdiddir və bu təhdidi bərtəraf etmək üçün yuxarıda da deyildiyi kimi kafirlər fürsət gözləyir, gecə basqınları edir, oğuz igidlərini tələyə salırlar. Bu isə öz­gə­nin özgələşdirilməsi, yəni xor görmə, yadlaşdırma, düşmən kimi qəbul etmə məntiqinə dayanır.
Buna baxmayaraq oğuzların məqsədi heç də bizdən olmayanları bizim kimi düşünməyə, yaşa­mağa, davranmağa, ibadət etməyə məcbur etmək, bir sözlə onları assimilyasiya etmək deyil, onları olduq­ları kimi qəbul etməkdir. Bunu on iki oğuznamə boyunca da görə bilirik. Ancaq bu tolerantlıq ilahi nizamın, mətndə kosmik düzənin pozulmasına təhdid yaranana qədər davam edər. Təhdid ortaya çıxanda oğuzlar kilisələri məscidə çevirir, qalaları, bütxanələri dağıdır, kafirləri öldürürlər. Burada birgəyaşayış normaları və kosmik düzən xaosun hesabına pozulduğundan barış savaşa çevrilir, oğuzlar arı sudan abdəst alaraq düşmənə meydan savaşı açırlar, çünki dinimizin, mədəniyyətimizin ən əsas qa­nunu olan Allahın yaradılmışları yaradandan ötrü xoş görmək, hörmət, sevgi və mərhəmət göstərmək əmri bitmişdir. Özgələri tam özgələşməyə qoymadan məsələni gücün fonunda həll etmək zamanı gəlmişdir ki, oğuzlar da bunu edirlər. Ol zamanın oğuzlarının epikləşmiş tarixi bizlərə xoşgörünün bir yerə qədər olduğunu, sosial düzənə zərər verəcək özgələşdirmənin qarşısını almağın vacibliyini bir daha xatırlatmış olur.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   112   113   114   115   116   117   118   119   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish