Açar sözlər: Etnik psixologiya, etnik və mədəni kimlik, fərqlilik, çoxçeşidlilik, oğuz şüuru, oğuz cəmiyyəti, özgələşdirmə, müsəlman, kafir
Giriş
Sosial antroplogiyanın və mədəniyyət tarixinin əsas modernist və postmodernist düçüncə kriteriyalarından biri də hər bir dövlətin, xalqın, etnik qrupun formalaşmasında fərqlilik və çoxçeşidlilik kimi amillərinetnik və mədəni kimliyin qurulmasındakı roludur. Fərqlilik ayrıseçkilik olmadığı kimi tam anlamda da özgələşdirmə və ya başqalaşdırma da deyildir. Fərqlilik bir az başqalaşdırma, o biri ilə eynilik qurma və belə ifadə etmək mümkünsə, paradoksal da, olsa daha çox oxşarlıq kimi başa düşülür. Daha çox özgələşdirmə isə ortaq yaşayış üçün lazım olan norma və davranış razılıqlarının təxirə salınması, biz və onlar arasındakı fərqliliyin daha ciddi səviyyələrdə meydana gəlməsidir. Ancaq başqalaşdırma və ya özgələşdirmə ayrıseçkilkdə mühüm rol oynasa da, tam anlamı ilə ayrıseçkilk də deyildir. Özgələşdirmə əslində, o birinə qarşı mənfi münasibət mənasına gəlməz. Bunun ən qəribə örnəyi eqzotizmdir. Başqası bilinməyən, naməlum olan yaddır, ancaq eyni zamanda simpatikdir, gözəldir. Burada o birisi modern dünyayakənardan gələn və həqiqətən də fərqli biri kimi alqılansa da, bizdən üstün ola bilən və ya yorumlanabilən biri də ola bilir. Bütün qəhrəmanlar biriləşdirilmiş, özgələşdirilmişdir, ancaq onları bizdən fərqləndirən, özümüzdə görmək istədiyimiz bütün yaxşı özəlliklərin toplamıdır (Boréus K. “Söylemsel ayrımcılık ve dışavurumları”, www.nefretsoylemi. org/.../2009111945562380).
Müasir insan cəmiyyətlərində olduğu kimi, əski türklər və ortaçağın oğuzları da bəyənib qəbul etdikləri əxlaqi, etik normalarla, davranışlarla, hətta həyat fəlsəfəsi ilə bərabər bir də rədd etdikləri, bəyənmədikləri ilə mövcuddurlar. Bu fərqlilik, biz kateqoriyasının yanında bir də özgələr və ya o birilər kateqoriyasını da yaradır. Bizim aid olduğumuz cəmiyyət, xalq və nəhayət, millət məhz başqaları adlandırdığımız qrupların, xalqların normaları fonunda yaranır. Və biz onlardan özümüzü fərqləndirən bir sıra kateqorizə edilmiş davranışlar formalaşdırıb onları yaşamımızın özünə çeviririk. Beləliklə, özü-özlüyündə özgələşdirmə düşüncəsinin əsasında fərqlilik və çoxçeşidlilik kimi iki kateqoriya durur.
Do'stlaringiz bilan baham: |