Ali Shamil
THE OGHUZNAME OF EMİN ABİDİ AND IT’S DESTINY
Summary
Emin Abid applied the Dede Gorgud saga as the part of Oghuz Name and He tried to prove this in his researches. That's why he called his article “Türk el edebiyyatına ilmi bir baxış” (Oğuzname) "A View of Turkic Folklore". (Oghuz Name) and He dedicated to the professor Smailovich this literary work. It was published in the 5th (29) and 8 th (29) edition of “Dan ulduzu” journal from Tbilisi in 1929. The personal document of Emin Abid is saved on the 39th fund of Central Archive of NASA concerning The Systematization and Collection of Scientific heritage in Azerbaijan.
There is a manuscript written by Emin Abid in 1927 and consisting of 29 pages on the 130th Fund, 1st list of The Central Literature and Art Archive of the Government of Azerbaijan. The manuscript which was written in Arabian characters was called “Oghuzname”. It’s clear that Emin Abid research the Oghuz Name in this manuscript. All those prove that, Emin Abid had an investigation about Oghuzname at the end of 1920.
This article analyses the research of Emin Abid about Oghuzname
Key words: Emin Abid, “Dede Korkut”, Oghuz Name, Korkut Study, repression, plagiarism.
Əlvan Cəfərov
ADPU-nun elmi işçisi
e-mail: elvancafarov78@mail.ru
"KİTABİ-DƏDƏ QORQUD" DASTANI İLƏ ŞƏRQİ ANADOLUNUN ƏRZİNCAN İLİ VƏ ƏTRAFI DİALEKTLƏRİNİN ƏSAS NİTQ HİSSƏLƏRİ ÜZRƏ ORTAQ XÜSUSİYYƏTLƏRİ
Özət
Məqalədə "Kitabi-Dədə Qorqud" dastanı ilə Şərqi Anadolunun Ərzincan ili və ətrafı dialektlərinin əsas nitq hissələri üzrə ortaq xüsusiyyətlərinə nəzər salınmışdır. Hər iki, əsər və bölgədə olan dialektlərə müasir Azərbaycan dili kontekstindən yanaşaraq müəyyən edilmişdir ki, buradakı xüsusiyyətlər bugünkünə nisbətən fərqli tələffüz olunmuş və zamanın süzgəcindən keçərək indiki halına gəlib çıxmışdır.
Açar sözlər: “Kitabi-Dədə Qorqud”, Şərqi Anadolu, Ərzincan ili, dialekt, qorqudşünaslıq
Xalqımız məişət və ictimai quruluş cəhətdən öz yaşayış spesifikası – maddi-mədəniyyətini yaradıb yaşatdığı kimi öz dilini də rəngarəng şəkildə daima inkişaf etdirmiş və müasir səviyyəyə qaldırmışdır.
Bir sıra türk dillərinin xalq dili halında formalaşmasında bu və ya digər dərəcədə rol oynamış olan oğuz və qıpçaq tayfalarının Azəri türkcəsinin ümumxalq dili halında formalaşmasında çox böyük rolu vardır. Xalqımızın təkcə dilində yox, məişət və mədəniyyətinin müxtəlif sahələrində də, o cümlədən Azərbaycan folklorunun, musiqisinin bir sıra nümunələrində də türk tayfalarının sözü və ad izi indi də saxlanılmaqdadır. Məsələn, müasir ümumxalq danışıq dilində ədəbi və elmi dildə işlənən “bayatı”, ”əfşarı“, “varsağı”, “qaytağı” və bu kimi bir sıra folklor və musiqi terminləri mənşəcə oğuz tayfalarının adları ilə bağlıdır. Xalqımızın tayfa-qəbilə xüsusiyyətlərini müxtəlif cəhətdən əks etdirən ən mükəmməl sözlər və folklor nümunələrindən biri də “Kitabi-Dədə Qorqud” dastanlarıdır. Bir sıra türkdilli xalqlarda da Dədə Qorqudla bağlı əfsanə, dastan, nağıl və sairələr vardır. Orta Asiyadakı bir sıra xalqlarda “Dədə Qorqud” əvəzinə “Korkut ata” adı işlənir.
Türkiyə Respublikasının Ərzincan və ətraf dialektləri dil və üslubi cəhətdən “Kitabi-Dədə Qorqud” dastanına çox yaxındır. Bu elmi işdə “Kitabi-Dədə Qorqud” dastanı və Türkiyə Respublikasının Ərzincan və ətraf dialektlərinin əsas nitq hissələri üzrə ortaq xüsusiyyətləri tədqiqata cəlb olunacaqdır.
İsim. Morfologiyamızda ən qədim nitq hissələrindən biri isimdir. İsimlər əşyalıq məfhumu ifadə edən söz qruplarına deyilir ki, bunlar da öz məzmunlarına görə çox müxtəlifdir.
Mənsubiyyət kateqoriyası: Qeyd edək ki, mənsubiyyət kateqoriyası sahib şəxslə mənsub, əşya və ya subyektlə obyekt arasındakı atributiv əlaqəni bildirir. A.M.Şerbak mənsubiyyət şəkilçilərinin xəbərlik, xəbərlik şəkilçilərinin isə şəxs və işarə əvəzlikləri əsasında yarandığını göstərir. Bir sira dilçilər isə mənsubiyyət şəkilçilərinin şəxs əvəzliklərindən törəmə olduğunu qəbul etmir və problemə başqa prizmadan yanaşırlar.
Kamil Bəşirov yiyəlik halda yiyəlik mənsubiyyət anlayışının birləşmiş bir vəziyyətdə olmasından bəhs edir. O yazır: “Yiyəlik halın şəkilçilərindən olan -ın4 (-ıñ4) və -im morfemləri zahirən I və II şəxsin mənsubiyyət şəkilçisinə oxşarlığından bir çox müəlliflər yiyəlik hal şəkilçisinin mənsubiyyət şəkilçisindən törəmiş olduğunu iddia edirlər” (5, 52). Qeyd edək ki, bu şəkilçi ancaq bəzi şivələrimizdə qalmaqdadır.
Ağ saqqallı bən babañı ağlatmagil
Qarıcıq olmuş anañı bozlatmagil (1, 147).
II şəxsin təkini ifadə edən -n, ñ mənsubiyyət şəkilçisi Azərbaycan dilində ancaq şivələrdə qalmaqdadır.
Ərzincan dialektlərində incə saitli şəkil istifadə olunanda qalın saitli sözlərdə incələnmə meydana gəlməkdədir. Bax, benim ayağıma baxın. (2,1.8.5) Saitlə biten kelimelerde. Senin geçmen becit değil (2,1.2.4). Köməkçi sait ünlü kapalı “e” “ei” olmakdadır. Neyse Ėsmaėlėm sağ olsun (2,2.45.94).
Tək şəxsdə. (+n, +en/an) Ağlamayasan qarnan mi ağriyi? Hele başan uzat, başėn neresi ağriyi? (2,1.26.15)... dayen geldi mi? (+sı, +ı) (2,1.26.20)... nasu elini şo gözinin öğine atdıyse (2,1.1.37). Yavu bizimkisiler maddeni, onnarınki kasalı, hėş bu, buna uyar mi? (2,2.7.32).
Cəm şəxsdə. (+mız) (1.16.8) Burda bir geçimmiz yox ki (+z) (2,2.5.19). Sizin de eliz acir?
Do'stlaringiz bilan baham: |