Дядя Горгудун мязар йери щаггында


Əmin Abidin “Oğuznamə” əsasında Azərbaycan sərhədləri haqqında təsəvvürü



Download 6,67 Mb.
bet98/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   94   95   96   97   98   99   100   101   ...   289
5. Əmin Abidin “Oğuznamə” əsasında Azərbaycan sərhədləri haqqında təsəvvürü
Əmin Abid “Oğuznamə”yə istinad edərək Azərbaycanın sərhədləri haqqında belə yazırdı: “Şadi deyilən “Gürcüstan ağzı”nda yaşayan və məmləkətini Trabzondan Dərbəndə qədər genişləndirən xan­lar xanı-Bayandır xan ilə Qazan xan Xorasandan Trabzona uzanan əski Azərbaycan torpaqlarında ya­şayan İç Oğuzları, Tış Oğuzları və Qalın Oğuzları sık-sık böyük ovlara sürüklədikləri anlaşıl­maq­dadır” (Əhmədov B., 2007:26).
Məqaləsinin başqa bir yerində isə Əmin Abid yuxarıdakı fikrini genişləndirərək yazır: “Qorqud” kitabındakı mənqəbələrin cərəyan etdiyi çoğrafi yerlərdə əski Azərbaycan sahəsinin dəxi tamamilə daxil olduğu görülməkdədir. Masalların (nağılların) içində zikr olunan və zamanamizcə məlum olan yerləri başdan-ayağa qədər gözdən keçirəlim: Mardin qalası, Bayburd hisarı, Ağ hisar, Trabzon, Qara dəniz, Qazlıq daş, Abxaza, Gürcüstan ağzı, Gögçə dənizi, Gəncə, Dəmir qapı, Qara Dərbənd, yaxud Dərvənd... Bu yerləri xəritə üzərində bir çizgi ilə bir birinə bağlasaq, bu nəticəni əldə edərik:
Şərqi Anadolu və Qara dənizdən Dərbənd şəhərinə qədər uzanan bir sahə... Cənubi Qafqaz da buraya daxildir. Bir də hər nə qədər ad zikr olunmuşsa da, vaqelərin gedişindən Şimali İranın (Cənubi Azər­baycanın) da bu sahənin cənub ətəyini təşkil etdiyini təxmin edərik. Məsələn, Dərbəndə və Gürcüstana kafərləri çapıb yağma etməyə gedərək, axar sulardan keçildiyindən bəhs edilir ki, heç şübhəsiz, bunlar Kür və Araz nəhirləri (çayları) və qollarıdır” (Abid Ə., 1929:8, 29).
“Oğuzların” Azərbaycanda yerləşdiyi (məskunlaşdığı) dövr haqqında da fikirləri olduqca maraq­lıdır. Oğuzların Azərbaycanda və Anadoluda yerləşməsinin təbliği dövlət siyasəti səviyyəsində təbliğ edildiyi bir zaman Əmin Abid yazırdı: “Bundan da anlaşıldığı vəchlə “Oğuznamə” oğuz türklərinin hicrətdən əvvəl başlayıb hicrətdən sonra da qüvvətli davam edən Azərbaycan torpaqlarına köçmələri sayəsində bu ölkəyə nəql edilmiş və məhəlli təsərrüfat əsaslarına uyğun olaraq inkişafa başlayan el ədəbiyyatının ilk əsəri olmuşdur” (Əhmədov B., 2007:30).
Sonuc
Əmin Abid gəncilyində bədii yaradıcılıqla məşğul olmuşdur. Şeirlər, hekayələr, publisistik məqalələr yazmışdır. Bununla yanaşı, rus klassiklərinin əsərlərini ana dilimizə tərcümə etmişdir. SSRİ EA Zaqaf­qa­zi­ya Filialının Azərbaycan şöbəsində işə girmək üçün əsərlərinin siyahısını hazırlamışdır. Orada “A.S.Puş­kinin “Con Tenier” (1913), Tolstoyun “Bədbəxt” (1914), Turgenyevin “Ovçular” (1914-1915), Qorbuno­vun hekayələrini (1914) və Qoqolun “Yeni il axşamı” (1916) əsərlərinin adı var. Bunlardan baş­qa, “Mək­təb”, “Dirilik” jurnallarındakı bəzi tərcümələri siyahıya düşməyib (AMEA AEİTVSMA, fond 39).
İstanbul Universitetini bitirdikdən sonra Əmin Abid bədii yaradı­cılıqdan demək olar ki, tamamilə əl çəkir. Ömrünü elmi axtarışlara həsr edir. Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı dəyərli əsərlər yarat­maqla yanaşı, M.F.Axundovun farsca və rusca yazdığı əsərlərini, məktublarını çevirib üç cildliyinə daxil edir. Daha sonra 1925-ci ildə akademik Vasili İvanoviç Bartoldun (3.11.1869-19.08.1930) “O meste prikaspiyskix oblastey v istorii musulmanskoqo mira”, 1933-cü ildə prof. Yev­geniy Eduardoviç Bertelsin (13.12.1890-7.10.1957) “Novaya pukopis sobraniy socineniy Fuzulu”, 1934-cü ildə prof. Y.Maarın “Novoye istaros Şaxname” Azərbaycan türkcəsinə çevirir (AMEA AEİTVSMA, fon 39).
Gənc olmasına baxmayaraq, onun haqqında prof. Fuad Köprülüzadə 1925-ci ildə “İxfan” qəzetində, 1928-ci ildə “Türkiyat” məcmuəsinin 2-ci cildində, Cəlal Sahir 1925-ci ildə “İmeri” qə­ze­tinin ədəbiyyat səhifəsində, Yaqub Qədiri 1925-ci ildə “Türk yurdu” jurnalında, prof. Bartold 1926-cı ildə İstanbul Universitetində oxuduğu mühazirələrdə, prof. Samoylovic 1927-ci ildə Bakıda keçirilən I Azərbaycan Orfoqrafiya qurultayında dəyərli fikirlər söyləmişlər (AMEA AEİTVSMA, fon 39).
Elmi yaradıcılığının başlanğıcında “Kitabi Dədə Qorqud”a böyük önəm verən Əmin Abid bu ölməz əsəri “Oğuznamə”nin parçaları sayır və yazır: “Azərbaycanlıların ... xalq ədəbiyyatı namına tapa bildiyimiz ən əski əsər “Oğuznamə”dir. “Oğuznamə” indiki vəziyyətə görə Azərbaycan ədəbiy­ya­tının ilk əsəri deməkdir” (Abid Ə., 1929:5, 31). Araşdırıcı “Oğuznamə”nin yalnız Azərbaycan türk­lərinin əsəri olduğu fikrindən də uzaqdır. Onu ümumu oğuz abidəsi sayır. “Kitabi Dədə Qorqud”dan söz açanda isə yazır: “Qorqud kitabı” “Oğuznamə”nin bir hissəsi olduğundan bu halda “Oğuzna­mə”­nin Azərbaycanda məhəlli bir rəng alaraq, intişar etdiyini göstərir” (Əhmədov B., 2007:30).
KQB-nin arxivində 1930-cu illərdə siyasi mənsubiyyətlərinə görə həbs edilən insanların evlərindən əsərləri də götürülürdü. Həmin əsərlərin siyahısı da istintaq işinə tikilirdi. Lakin həbs edi­lənlərin heç birinin işlədikləri yerdəki əsərlərinin müsadirə olunduğuna dair bir qeydə rast gəlməmişik. Buradan aydın olur ki, araşdırıcıların iş planlarına uyğun olaraq tamamladıqları əsərləri elm ocaqla­rı­nın arxivlərində qalıb, onları KQB müsadirə etməyib.
İstintaq işi başa çatdıqda isə əgər müsadirə edilən əsərlərin məhv edilməsinə ehtiyac duyulurdusa akt bağlayıb məhv edir və bu haqqda hazırlanmış akt istintaq işinə tikilirdi.
Əmin Abid həbs edilərkən müsadirə edilən əşyalar içərisində onun əsərlərinin adı yoxdur. İstin­taq işində də onun əsərlərinin yandırılması, məhv edilməsi haqqında akt yoxdur. Buradan belə qənaətə gəlmək olur ki, Əmin Abidin əsərlərinin böyük əksəriyyəti onun iş yerində, Elmlər Akademiyasının arxivində qalıb.
Bu fikrimizi təsdiqləyəcək bir sənəddən bir parçanı verməklə kifayətlənəcəyik: Əmin Abidin işdən qovulması haqqında SSRİ EA Azərbaycan Filialının Tarix, Dil, Ədəbiyyat İnstitutunun direktoru Ziffelrdin 1937-ci il mayın 20-də imzaladığı 7 saylı əmirdə yazılıb: “May ayının 23-dən etibarən Ta­rix, Dil və Ədəbiyyat İnstitutu Azər­bay­can Ədəbiyyatı şöbəsinin kiçik elmi işçisi Ə.A. Əhmədov institutun tələblərinə çavab vermədiyi üçün tutduğu vəzifəsən azad edilsin. Ə.A.Əhmədov onda olan Azfana və Tarix, Dil, Ədəbiyyat İnstitutuna məxsus materialları üç gün müddətinə siyahı ilə şöbə rəhbəri Ə.Ə.Səidzadə yoldaşa təhvil versin.
Əsas: Azərbaycan Ədəbiyyatı şöbəsi rəhbərinin ərizəsi (AMEA AEİTVSMA, fond 39)
Əmin Abid güllələndikdən sonra “Kitabi-Dədə Qorqud” haqqın­da məqalə və kitablar yazan araşdırmacıların əsərlərində Əmin Abidin “Oğuznamə”, “Azərbaycan Türklərinin ədəbiyyatı tarixi” əsərlərindəki, nəinki fikirlərə, cümlələrə də rast gəlirik. Lakin onlar bu fikirləri hara­dan aldıqlarını qaynaqda göstərməyiblər. Qaynaq göstərdikləri mən­bəələrin bəziləri də Azərbaycan kitabxanalarında və arxivərində yoxdur. O, mənbələr Əmin Abidin araşdırmalarında da var. Əmin Abid bu mənbələrdən İstanbulda ali təhsil alarkən və ya Avropaya elmi ezamiyyətə gedərkən istifadə etmişdir.
Araşdırıcının əsərlərinin başqaları tərəfindən mənimsənilməsinə prof. Bədirxan Əhmədov 2003-cü ildə “Elm” nəşriyyatında çap etdir­diyi “Bir istiqlal yolçusu...” kitabında geniş yer ayırdığından məru­zəmizdə həmin mövzunu təkrarlamağa ehtiyac duymuruq.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   94   95   96   97   98   99   100   101   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish