Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet22/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   18   19   20   21   22   23   24   25   ...   289

AMEA Nəsimi adına Dilçilik İnstitutunda professor A.Axundovun redaktorluğu ilə “Kitabi-Dədə Qorqud”un mükəmməl leksikoqrafiyasını əks etdirən izahlı lüğət nəşr olunandan sonra abidənin leksik mənzərəsi bir qədər də aydınlaşmış oldu. Əvvəlki nəşrləri dəyərləndirən redaktor yazır: “Məşhur türk qorqudşünası Orxan Şaiq Gökyayın öz “Dedem Korkudun kitabı”na (İstanbul, 1973) əlavə etdiyi lüğət nə qədər mükəmməl olsa da, leksikoqrafik əsərdən daha çox tarixi-müqayisəli araşdırma səciyyəsi daşıyır. Digər görkəmli qorqudşünas alim Həmid Araslının “Kitabi-Dədəm Qorqud”unda (Bakı, 1962) verilmiş lüğət isə daha çox geniş oxucu kütləsinə mənası aydın olmayan sözləri əhatə edir və cəmi 370 sözdən ibarətdir” (8, 5). Bu lüğətdə 2400-ə yaxın (2392) sözün izahı verildiyi qeyd olunur (9, 4). Lüğət leksikoqrafik yönümlü olduğundan sözün semantik sahəsini tam əhatə etmir. Müqayisə üçün qeyd edək ki, M.Kaşqarlının “Divan”ında K.Brokkelman 7793, B.Atalay 8783, S.Mütəllibov isə 9222 söz və söz birləşməsi olduğunu müəyyənləşdirmişlər (17, 153).

Kitabi-Dədə Qorqud” abidəsinin leksik tərkibinin səciyyəsi əski yazılı abidələrin lüğət tərkibi ilə müqayisəsi zamanı da aydınlaşır. Yusif Xas Hacib Balasaqunlunun yazdığı “Qutadqu Bilig” poe­masının lüğət tırkibi də bu baximdan diqqəti çəkir. Poemanın dili üzərində araşdırma aparan R.Əsgər yazır: “Qutadqu Bilig” poemasının “indeks” cildində verilən baş sözləri bir-bir saymaqla apar­dığımız hesablamalara görə, Yusif Xas Hacib öz əsərində 2.965 sözdən istifadə etmişdir” (27,151). Burada işlənən sözləri daha dəqiq hesablayan araşdırıcıya görə əsərin lüğət tərkibinin 2.985 sözdən ibarət olduğu müəyyən­ləşdirilmişdir. “Həcm və dövr etibarilə bir-birinə yaxın olduq­la­rı­nı nəzərə alaraq “Qutadqu Bilig”lə “Kitabi-Dədə Qorqud”un lüğət tərkibini müqayisə etdikdə ma­raqlı nəti­cə­lərlə qarşılaşırıq. Əvvəlki qayda üzrə “Kitabi- Dədə Qorqud”un lüğət tərkibini müqayisə etdikdə maraqlı nəticələrlə qarşılaşırıq. Əvvəlki qayda üzrə “Kitabi-Dədə Qorqudun izahlı lü­ğə­ti”ndəki sözləri tək-tək sayaraq burada 2.470 söz olduğunu təsbit etdik. Bu da “Qutadqu Bilig”də olduğundan 515 söz azdır. Mənsubiyyət etibarilə sözlərin milli tərkibinə gəlincə, apardığımız hesab­lamalara görə “Kitabi-Dədə Qorqud”da 362 ərəb sözü işlənmişdir ki, bu da “Qutadqu Bilig”dəki ərəb sözlərindən cəmisi bir vahid artıqdır. Dastanlarda fars dilinə mənsub sözlərin sayı 136-dır. Bu, “Qutadqu Bilig”də olduğundan (88 söz) təqribən 50 faiz çoxdur. Türk və qeyri-türk sözlərinin nisbəti “Kitabi-Dədə Qorqud” dastanlarında 501 ərəb və fars sözünə qarşı (362 ərəb sözü+ 136 fars sözü+3 qarışıq ərəb-fars tərkibi) 1969 türk sözü və yaxud 80:20 faiz təşkil edir. Deməli, dastanlarda hər beş sözdən biri qeyri-türk mənşəlidir. Halbuki bu rəqəm “Qutadqu Bilig”də 15 faizdir, başqa ifadə ilə, hər 6 sözdən biri qeyri-türk sözüdür. Yeri gəlmişkən, deyək ki, Ə.Dəmirçizadə vaxtilə dastanların lüğət tərkibindən bəhs edərək yazmışdır: “Dədə Qorqud” dastanlarında əsasən 350 ərəb mənşəli, 136 fars mənşəli söz işlənmişdir ki, bu sözlərin hamısı məzmun etibarilə bir cür deyildir” (1, 125). C.Öztellinin hesablamasına görə KDQ dilində 559 ərəb-fars mənşəli söz işlənmişdir (47). Tofiq Hacıyev də “Kitabi-Dədə Qorqud”da ərəb-fars mənşəli 559 söz hesablamışdır (12, 82). Bu sözlər daha çox dini terminlər, islami anlayışları ifadə edən kəlmələr və termin xarakterli digər sözlərdir. E.Piriyev həmin sözlərin 194-nün fars mənşəli olduğunu müəyyənləşdirmişdir (49). Ərəb-fars mənşəli sözlərin böyük bir qismi çağdaş türk dillərində, o cümlədən Azərbaycan türkcəsində bu gün də işlənməkdədir.


Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   18   19   20   21   22   23   24   25   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish