Doç. Dr. Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2013 qafqaz universiteti



Download 2,29 Mb.
bet52/61
Sana10.09.2017
Hajmi2,29 Mb.
#21627
1   ...   48   49   50   51   52   53   54   55   ...   61

9.7.YOL VERGİSİ


Yol vergisinin ödəyiciləri

Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşıması üçün istifadə edən avtomobil nəqliyyatı vasitələrinin sahibləri olan qeyri-rezident müəssisələr və qeyri-rezident fiziki şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində minik avtomobilləri, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri olan şəxslər Azərbaycan Res-publikasının avtomobil yollarından istifadəyə görə yol vergisinin ödəyiciləridir.



Vergitutma obyekti

Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərin, habelə Azərbaycan Respublikasının ərazisində şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.



Verginin dərəcələri

Avonəqliyyat vasitələrinin növündən, oturacaqların sayından, yükgötürmə qabiliyyətindən və avtonəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisindən, oxa düşən ağırlığından, Azərbaycan Respublikası ərazisində gət edilən məsafədən, təhlükəli yüklərin daşınmasından asılı olaraq Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərin avtonəqliyyat vasitələrindən, habelə Azərbaycan Res-publikasının ərazisində şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəq-liyyat vasitələrinin mühərriklərinin həcmindən asılı olaraq avtonəqliyyat vasitələ-rindən vergi hesablanır.

Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avto-nəqliyyat vasitələri olan şəxslər illik yol vergisini həmin avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə aşağıdakı dərəcələrlə ödəyirlər.

Cədvəl 9.4. Yol Vergisinin hesablanma qaydası.


Vergitutma obyektlərinin adı

Yol vergisinin dərəcəsi

1

2

Minik avtomobillərinin, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri:

 

- mühərrikin həcmi 2000 kub santimetrədək olduqda

20 manat

- mühərrikin həcmi 2000 kub santimetrdən 3000 kub santimetrədək olduqda

20 manat + mühərrikin həcminin 2000 kub santimetrdən çox olan hissəsinin hər kub santimetrinə görə - 0,02 manat

- mühərrikin həcmi 3000 kub santimetrdən 4000  kub santimetrədək olduqda

40 manat + mühərrikin həcminin 3000 kub santimetrdən çox olan hissəsinin hər kub santimetrinə görə - 0,03 manat

- mühərrikin həcmi 4000 kub santimetrdən 5000 kub santimetrədək olduqda

70 manat + mühərrikin həcminin 4000 kub santimetrdən çox olan hissəsinin hər kub santimetrinə görə - 0,04 manat

- mühərrikin həcmi 5000 kub santimetrdən çox olduqda

110 manat + mühərrikin həcminin 5000 kub santimetrdən çox olan hissəsinin hər kub santimetrinə görə - 0,05 manat

Kənd təsərrüfatı məhsullarının istehsalında istifadə olunan kənd təsərrüfatı tex-nikası (traktorlar, kombayn və yığım maşınları, pambıqyığan maşınlar) və büdcə təşkilatlarının avtomobil nəqliyyatı vasitələri yol vergisini ödəməkdən azaddırlar.



Yol vergisinin tutulması

Xarici dövlətlərin avtonəqliyyat vasitələri müəyyən edilmiş vergini həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tuturlar və bir bank günü ərzində dövlət büdcəsinə kö-çürürlər.

Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avto-nəqliyyat vasitələri olan fiziki şəxslər illik yol vergisini avtomobillər texniki baxış-dan keçən zaman dövlət büdcəsinə ödəyirlər. İllik yol vergisinin ödənildiyini təsdiq edən sənədlər təqdim edilmədikdə avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqan (Daxili İşlər Nazirliyi) tərəfindən avtonəqliyyat vasitələrinin qeydiy-yatı, yenidən qeydiyyatı və texniki baxışı keçirilmir. Azərbaycan Respublikasının ərazisində təqvim ilinin sonu vəziyyətinə mülkiyyətində və ya istifadəsində avto-nəqliyyat vasitələri olan hüquqi şəxslər yol vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edir və həmin müddətədək hesablanmış vergini dövlət büdcəsinə ödəyirlər. Avtonəq-liyyat vasitələrini dövlət qeydiyyatına alan orqan (Daxili İşlər Nazirliyi) hər rüb hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq yeni qeydiyyata alınmış və qeydiyyatdan çıxarılmış avtonəqliyyat vasitələri barədə məlumatı Azərbaycan Res-publikasının Vergilər Nazirliyinə təqdim edir.

9.8. MƏDƏN VERGİSİ


Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda faydalı qazıntıların çıxarılma-sına görə ödənilən vergi mədən vergisi adlanır. 

Vergi ödəyiciləri

Azərbaycan Respublikasının ərazisində yerin təkindən faydalı qazıntıları çıxa-ran fiziki şəxslər və müəssisələr mədən vergisinin ödəyiciləridir.



Vergitutma obyekti

Azərbaycan Respublikasının ərazisində yerin təkindən çıxarılan faydalı qazın-tılar vergitutma obyektidir.

Mədən vergisi üzrə vergi tutulan əməliyyatın aparıldığı vaxt faydalı qazıntıların çıxarıldığı vaxt sayılır.

Mədən vegisinin dərəcələri 

Yerin təkindən çıxarılan xam neft, təbii qaz və filiz faydalı qazıntılarına görə mədən vergisi, onların topdansatış qiymətinə tətbiq edilməklə aşağıdakı kimi müəy-yənləşdirilir:



Cədvəl 9.6. Mədən Vergisinin hesablanma qaydası116

Mədən vergisinə cəlb olunan faydalı qazıntıların adı

Mədən vergisinin dərəcələri (faizlə)

Xam neft

26

Təbii qaz

20

Filiz faydalı qazıntıları:




Butun növ metallar

3

Vergitutma məqsədləri üçün topdansatış qiyməti dedikdə, vergi ödəyicisinin çıxardığı faydalı qazıntılar üçün müəyyən etdiyi (əlavə dəyər vergisiz) faktiki buraxılış (satış) qiyməti (bazar qiymətlərindən aşağı olmayan), bu qiymətlər dövlət tərəfindən müəyyən edildikdə isə tənzimlənən qiymətlər nəzərdə tutulur.

Verginin hesablanması qaydası, ödənilməsi müddəti və bəyannamənin verilməsi

Mədən vergisi xam neft, təbii qaz və bütün növ metalların topdansatış qiy-mətinə, digər faydalı qazıntılarin isə hər kub metr həcminə müəyyən olunmuş vergi dərəcələrini (vergitutma bazasına) tətbiq etməklə hesablanır.

Mədən vergisi üzrə hesabat dövrü təqvim ayıdır.

Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq ödənilir.

Mədən vergisinin ödəyiciləri vergi bəyannaməsini hər ay hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına, yerli büdcələrə daxil olan mədən vergisi üzrə isə bələdiyyələrə təqdim etməlidirlər.

Mədən vergisi gəlirdən məhdudlaşdırılmayan çıxılmalara aid edilir.

Mədən vergisi (yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi istisna olmaqla) dövlət büdcəsinə ödənilir.

Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-keramid gilləri, tikinti qumları, çınqıl xammalı aid edilir. 



Maliyyə sanksiyaları

Mədən vergisinin hesablanmamasına, vaxtında ödənilməməsinə, həmçinin bə-yannamələrin müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyiciləri və onların vəzifəli şəxsləri mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşı-yırlar.

Mədən vergisinin hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən şərti maliyyə vahidinin 40 misli miqdarında (44 manat) maliyyə sanksiyası tətbiq edilir.

Verginin hesabatda göstərilən məbləği hesabatda göstərilməli olan məbləğə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etmə-məklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 25 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Mədən vergisi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicilərindən və ya vergi agentindən ödənilməmiş vergi məbləğinin 0,05 faizi məbləğində faiz tutulur.


Download 2,29 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   48   49   50   51   52   53   54   55   ...   61




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish