Doç. Dr. Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2013 qafqaz universiteti



Download 2,29 Mb.
bet49/61
Sana10.09.2017
Hajmi2,29 Mb.
#21627
1   ...   45   46   47   48   49   50   51   52   ...   61

9.3.ƏLAVƏ DƏYƏR VERGİSİ


Əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə verilən hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasın-dakı fərqdir. 111

Vergi ödəyiciləri

ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir.

Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır.

Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar.

Aksizli malların istehsalçıları ƏDV-nin ödəyiciləri sayılır.

Sahibkarlıq fəaliyyəti göstərən və əvvəlki 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 125000 manatdan artıq olan şəxs həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.



Qeydiyyat

ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir.

Şəxsin ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəsində göstərilən məlu-matlar vergi orqanı tərəfindən 30 gün müddətində qanunvericiliklə müəyyən edil-miş qaydada araşdırılır. Şəxsin ərizəsindəki məlumatlar düzgün olduqda, araşdır-manın nəticələri üzrə vergi orqanı tərəfindən akt tərtib olunur və ərizədə göstərilən məlumatlar ƏDV qeydiyyatı üçün əsas verdikdə, vergi orqanı şəxsi ƏDV ödə-yicilərinin reyestrində qeydə almağa və ona 5 iş günündən gec olmayaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə borcludur. Müvafiq akt iki nüsxədə tərtib olunur və bir nüsxəsi şəxsə təqdim edilir.

Şəxsin ərizəsindəki məlumatların düzgün olmadığı müəyyən edildikdə, araşdır-manın nəticələri üzrə vergi orqanı tərəfindən əsaslandırılmış akt tərtib olunur. Akt iki nüsxədə tərtib olunur və bir nüsxəsi şəxsə təqdim edilir. Şəxs aktı aldığı gündən 5 gün müddətində dəqiqsizlikləri aradan qaldırıb vergi orqanına təqdim etməlidir, təqdim edilmiş ərizədə dəqiqsizliklər olmadıqda, şəxs qeydiyyata alınır və bu ba-rədə şəxsə vergi orqanı tərəfindən bildiriş göndərilir.

Şəxs bu maddənin dəqiqsizliklərini aradan qaldırmadıqda və qeydiyyata alınma-dıqda vergi orqanı tərəfindən ona qeydiyyata alınmadan imtina barədə bildiriş təq-dim edilir.

ƏDV ödəyicisinin qeydiyyat bildirişi ƏDV ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. ƏDV ödəyicisinin qeydiyyat bildirişi itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında ona bildirişin surəti verilir.

Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir:


  • məcburi qeydiyyat zamanı — qeydiyyat haqqında ərizə verməyə dair öhdəliyin yarandığı aydan sonrakı hesabat dövrünün birinci günündə;

  • könüllü qeydiyyat zamanı — qeydiyyat haqqında ərizənin verildiyi aydan son-rakı hesabat dövrünün birinci günündə;

Vergitutma obyekti

Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal vergitutma obyektidir.

Malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edil-məklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti id-xal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qa-nunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olun-muş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir.

Vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əmə-liyyatı vergi tutulan əməliyyat sayılır.

Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (iş-lərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqə-ladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması və ya oğurlan-ması vergi tutulan əməliyyat sayılır.112

Vergi ödəməkdən azad edilmə

Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin, habelə idxalın aşağıdakı növlə-rindən ƏDV tutulmur:



  • özəlləşdirilmə qaydasında dövlət müəssisəsindən satın alınan əmlakın dəyəri, habelə dövlət əmlakının icarəyə verilməsindən alınan icarə haqqının büdcəyə ödənilməli olan hissəsi;

  • maliyyə xidmətlərinin göstərilməsi;

  • milli və ya xarici valyutanın (numizmatika məqsədlərindən başqa), həmçinin qiymətli kağızların göndərilməsi və ya idxal edilməsi;

  • Azərbaycan Respublikasının Milli Bankının aktivlərində yerləşdirilməsi üçün nəzərdə tutulan qızılın, habelə valyuta sərvətlərinin, xaricdə istehsal edilmiş Azərbaycan Respublikası pul nişanlarının, yubiley sikkələrinin və digər bu qəbildən olan qiymətlilərin idxalı;

  • idxal olunan əmlak istisna olmaqla müəssisənin nizamnamə fonduna (kapi-talına) pay şəklində hər hansı əmlakın qoyulması (əmlakın pay şəklində qoyu-luşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar ol-madıqda);

  • kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna ol-maqla);

İdxalın vaxtı

Gömrük qanunvericiliyinə uyğun olaraq, mallara gömrük rüsumları tutulduğu vaxt malların idxal edilməsi vaxtı sayılır. Əgər idxal olunan mallar gömrük rüsum-larından azad edilirsə, malların idxal edilməsi vaxtı – onların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt sayılır.



ƏDV-nin dərəcəsi

ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir.

Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümu-mi dəyərindən ibarətdir.

Vergi hesab-fakturaları

ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə vergi hesab-fakturasını ver-məyə borcludur. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyən şəxsin vergi hesab-fakturası verməyə hüququ yoxdur.

Vergi hesab-fakturası ciddi hesabat blankları olmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi forma üzrə hazırlanan və özündə aşağıdakı məlumat-ları əks etdirən sənəddir:


  • vergi ödəyicisinin və alıcının (sifarişçinin) adı;

  • vergi ödəyicisinin və alıcının (sifarişçinin) eyniləşdirmə nömrəsi;

  • yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı;

  • vergi tutulan əməliyyatın haqqının məbləği, həmçinin vergi tutulan əməliyyatın həcmi;

  • aksizli mallarda aksizin məbləği;

  • vergi tutulan əməliyyatdan ödənilməli olan verginin məbləği;

  • vergi hesab-fakturasının verilmə tarixi;

  • hesab-fakturanın sıra nömrəsi;

  • qeydiyyat bildirişini vermiş vergi orqanının adı, bildirişin verilmə tarixi və sıra sayı;

  • vergi hesab-fakturasını imza etmiş məsul şəxsin vəzifəsi, soyadı, adı, atasının adı.

Vergi ödəyicisi malın alıcısına (işlərin, xidmətlərin sifarişçisinə) vergi hesab-fakturasını mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gün-dən gec olmayaraq verməyə borcludur.

Bəyannamələrin verilməsi və ƏDV-nin ödənilməsinə vergi ödəyicisi borcludur:



  • vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə;

  • bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə.

  • ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir.

Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, ƏDV bəyannaməsi bu Məcəllədə nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə 30 gün müddətində vergi orqanına təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandır-dığı günə qədər olan dövrü əhatə edir.

ƏDV dövlət büdcəsinə ödənilir. ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır.



Download 2,29 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   45   46   47   48   49   50   51   52   ...   61




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish