Doç. Dr. Cihan BULUT
Elçin SÜLEYMANOV
DÖVLƏT MALİYYƏSİ
Bakı - 2013
QAFQAZ UNİVERSİTETİ
NƏŞRİ
NƏŞR №: 38
Doç. Dr. Cihan BULUT
Elçin SÜLEYMANOV
DÖVLƏT MALİYYƏSİ
RƏYÇİLƏR:
Vilayət Vəliyev
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitunun direktoru,
İqtisad Elmlər Doktoru
Rəsul Balayev
Azərbaycan Dövlət İqtisad Universitetinin Professoru
İqtisad Elmlər Doktoru, Professor
Dr.Həzi Eynalov
Qafqaz Universitetinin İqtisad və İdarəetmə Fakultəsinin dekanı
ELMİ REDAKTOR:
Dr. Mais Əzizov
Qafqaz Universitetinin İqtisad və İdarəetmə Fakultəsinin
dekan müavini
Qafqaz Universiteti Nəşriyyat Komissiyasının Ç-QU-15010-000/014 saylı 30.04.2009 tarixli təklifi və Elmi Şurasının 13.05.2009 tarix, 2009/80.02 sayılı qərarıyla Universitet nəşri olaraq çap olunmasına qərar verilmiştir.
Kitab Qafqaz Universiteti Dizayn və Nəşriyyat İşləri şöbəsində
tərtib olunaraq çapa hazırlanmışdır.
© Qafqaz Universiteti, Bakı, 2013
İÇİNDƏKİLƏR
ÖN SÖZ
Dövlətin ictimai, iqtisadi, tarixi və mədəni həyatdakı fəaliyyətləri dövlət ma-liyyəsinin əhəmiyyətini və əhatə dairəsini artırmaqdadır. Klassik iqtisad məktəbinin nümayəndələrinin “Buraxın etsinlər, buraxın keçsinlər” deyimi, liberal iqtisadiyyat və inzibati dövlət anlayışı ilə dövlət fəaliyyətlərini ən alt səviyyədə nəzərdə tutmuşdur. Kapitalizmin meydana çıxması ilə birlikdə müdaxiləçi dövlət anlayışının ortaya çıxması, dövlət fəaliyyətlərinin əhatə dairəsini genişləndirmişdir. Günümüzdəki iqtisadi strukturlara baxdığımızda dövlətin vəzifələrinin, diplomatik xidmətlərindən istehlak malları istehsalına qədər uzanan geniş bir sahəni əhatə etdiyi müşahidə edilməkdədir. Qısaca dövlət iqtisadi, ictimai və mədəni həyata çox təsir mexanizmi olduğu üçün bu sahələridə bilavasitə və ya dolayılı olaraq müdaxilə etməkdədir. İqtisadiyyatda dövlətin funksiyalarının artması və inkişaf etməsi dövlət maliyyəsinin əhatə dairəsinin genişlənməsini ortaya çıxarmaqdadır.İqtisadiyyatda dövlətin funksiyalarının artması dövlət maliyyəsinin əhatə dai-rəsinin genişlənməsi nəticələrini ortaya çıxarmaqdadır. Ümumi iqtisadiyyat içəri-sində iki sektor fəaliyyət göstərir, dövlət və özəl sektor. Dövlət sektoru, istehsal fəaliyyətləri ilə məşğul olarkən ümumiyyətlə bölünə bilməyən və ya qismən bölünə bilən mal və xidmət istehsal etməkdədir. Bu istehsalla əlaqədar qərarlar özəl sektorda olduğu kimi yalnız qazanc əldə etmək məqsədi ilə deyil, ictimai və siyasi dövlət siyasətləri istiqamətində alınmaqdadır. Dövlət sektorunun ortaya çıxardığı dövlət əmtəəsi və xidmətinin səviyyə və həcmi ümumiyyətlə bu seçimlərin bir nəti-cəsi olmaqdadır. Ümumi iqtisadiyyat içərisində dövlət maliyyəsinin inkişafı, xüsu-silə artan əsas iqtisadi, ictimai problemlər səbəbi ilə, dövlətin tədricən iqtisadiy-yata daha çox müdaxilə etmə nəticəsini zəruri etməkdədir. Ona görə də bu sahənin mütəxəssisləri maliyyənin mahiyyəti və funksiyalarını yaxşı bilməli, dövlət və müəs-sisələrdə (təşkilatlarda) maliyyə resurslarının formalaşması, bölüşdürülməsi və istifadəsinin xüsusiyyətlərindən məlumatlı olmalıdırlar. Çünki pul vəsaitləri fondla-rının yaradılması və istifadəsi prosesində əmələ gələn iqtisadi-maliyyə münasibət-ləri sisteminin tədqiqi mürəkkəb prosesdir. Ona görə də dövlətin maliyyə təsərrüfat fəaliyyətinin əsas istiqaməti dövlətin gəlir və xərclərinin idarə edilməsi üçün dövlət maliyyəsinin prinsip və metodlarının öyrənilməsi vacib və zəruridir. Bu kitabda dövlət maliyyəsinin əsasları, dövlət büdcəsi, vergi sistemi, dövlətin maliyyə siyasəti, dövlət borclarının menecmenti mövzuları əhatə edilmişdir.
Doç. Dr. Cihan Bulut
Elçin Süleymanov
Qafqaz Universiteti
BİRİNCİ FƏSİL 1. MALİYYƏ QAVRAMI, TARİXİ VƏ ƏHATƏ DAİRƏSİ 1.1. MALİYYƏ QAVRAMI
Maliyyə bir elmi anlayış kimi adətən ictimai həyatda pul vəsaitlərinin hərəkəti ilə müşayiət olunan, gəlir və onun xərclənməsi mexanizmini əhatə edir. Müəssi-sələrdə təsərrüfat daxili təyinata malik olan fondların yaradılması üçün mənfəətin bölüşdürülməsi, vergilərin dövlət büdcəsinə ödənilməsi, büdcədən kənar fondlara və xeyriyyə fondlarına vəsait köçürülməsi zamanı hökmən pul vəsaitlərindən isti-fadə olunur.1
Nə qədər nəzərə çarpan olsa da, pul vəsaitinin hərəkəti özlüyündə maliyyənin mahiyyətini izah edə bilmir. Maliyyənin mahiyyətini öyrənmək üçün bütün ma-liyyə ünsürlərinin daxili təbiətini xarakterizə edən xüsusiyyətləri bilmək zəruridir.2
Beləliklə, spesifik ictimai təyinata malik olan, obyektiv xarakter daşıyan və cəmiyyətdə mövcud olan real iqtisadi münasibətləri əks etdirən maliyyə, iqtisadi kateqoriyadır. Bu iqtisadi kateqoriyanın xarakterik xüsusiyyəti ondan ibarətdir ki, həmişə pul formasında ifadə olunur. Pul yoxdursa, maliyyə münasibətləri də yoxdur, çünki bu münasibətlər aşkarlanmır və başqa cür ifadə oluna bilmir.
Maliyyə münasibətlərinin yaranması özünü həmişə pul vəsaitlərinin hərəkəti şəklində təzahür etdirir. İstehsal və istehlak prosesində pul vəsaitlərinin hərəkətinin olmamağı həmin mərhələlərdə maliyyə münasibətlərinin olmamağını sübut edir.
Maliyyə vasitəsilə dəyərin bölgüsü və yenidən bölgüsü hökmən pul vəsaitinin spesifik maliyyə rеsurslаrı fоrmаsındа hərəkəti ilə müşayiət оlunur. Bu maliyyə rеsurslаrı təsərrüfat оbyеktlərində və dövlətdə müxtəlif pul gəlirləri fоndlаrının , аyırmаlаrın və dахil оlmаlаrın hеsаbınа təşkil оlunur, geniş təkrar istеhsаlın еhti-yаclаrının ödənməsinə, işçilərin maddi həvəsləndirilməsinə, cəmiyyətin sоsiаl və digər tələbаtlаrının ödənilməsinə sərf edilir. Maliyyə resursları maliyyə münasibət-lərinin maddi daşıyıcılarıdır.
Do'stlaringiz bilan baham: |