Doç. Dr. Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2013 qafqaz universiteti


AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT BORCU FORMALARI



Download 2,29 Mb.
bet55/61
Sana10.09.2017
Hajmi2,29 Mb.
#21627
1   ...   51   52   53   54   55   56   57   58   ...   61

10.3. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT BORCU FORMALARI


Azərbaycan Respublikasının dövlət borcunun formaları aşağıdakılardan iba-rətdir:

  • Azərbaycan Respublikası hökumətinin aldığı kreditlər;

  • Hökumət adından buraxılan qiymətli kağızlar şəklində dövlət istiqrazları;

  • Hökumətin təminat verdiyi digər borc öhdəlikləri.

Azərbaycan Respublikasının xarici dövlət borcu Azərbaycan Respublikasının dövlət borcunun tərkib hissəsi olmaqla, Maliyyə Nazirliyinin Azərbaycan Res-publikası adından xarici hüquqi və fiziki şəxslərlə, həmçinin Beynəlxalq maliyyə təşkilatları ilə bağladığı müqavilələrə əsasən bilavasitə yerinə yetirilməmiş maliyyə öhdəliklərinin xarici valyutada yekununu əks etdirir.

Azərbaycan Respublikası dövlət büdcəsinin təsnifatına əsasən Azərbaycan Respublikasının dövlət xarici borcunun maliyyələşdirmə mənbələri aşağıdakılar hesab edilir:



  • uzunmüddətli istiqrazlar;

  • qısamüddətli istiqrazlar və veksellər;

  • başqa kateqoriyalara aid olmayan uzunmüddətli ssudalar;

  • başqa kateqoriyalara aid olmayan qısamüddətli ssuda və avanslar;

  • sair öhdəliklər;

  • bank hesablarında vəsait qalıqlarının dəyişdirilməsi.

Yaranma səbəbi baxımından dövlət borclarının müxtəlifliyi aşağıdakılardır:

  • İdxaldan yaranan məqsədsiz borclar;

  • Digər öhdəliklər üzrə yaranan məqsədsiz borclar;

  • Büdcə kəsirinin maliyyələşdirilməsi məqsədilə yaranan dövlət borcları;

  • Büdcənin gəlir və xərc tarazlığının təmin edilməsi maqsədilə yaranan dövlət borcları;

  • İnvestisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə yaranan dövlət borcları;

  • İdxalın maliyyələşdirilməsi məqsədilə yaranan dövlət borcları;

  • Əvvəlki dövlət borclarının maliyyələşdirilməsi məqsədilə yaranan dövlət borcları;

  • Fövqəladə hadisələrin maliyyələşdirilməsi məqsədilə yaranan dövlət borcları;118

10.4 BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ AZƏRBAYCAN DÖVLƏT BORCUNUN PLANLAŞDIRILMASININ XÜSUSİYYƏTLƏRİ VƏ ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ


  • Planlaşdırılması:

  • dövlət borcu planlarının çevikliyi təmin edilməlidir;

  • dövlət borcu planları həm məcburi, həm də istiqamətverici xarakter daşıyan tərkibə malik olmalıdır.

  • Təkmilləşdirilməsi:

  • inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanmaqla dövlət borcu planları tət-biq olunmalıdır;

  • ölkədə inflyasiya və digər makroiqtisadi qeyri-tarazlığın proqnozlaşdırıl-ması yolu ilə onların dövlət borclarının idarə edilməsində göstərə biləcəyi neqativ təsirləri nəzarət altına alınmalıdır;

  • dövlət borcunun planlaşdırılması işinin daha da mükəmməlləşdirilməsi üçün operativ maliyyə informasiyalarının alınması prosesi tam təmin edil-məlidir və s.

10.5. AZƏRBAYCAN RESPUBLIKASININ DÖVLƏT BORCLARI


Dövlət borcalmaları ölkənin sosial-iqtisadi inkişafına yönəldilmiş proqramların həyata keçirilməsini təmin etmək, dövlət büdcəsinin kəsirini örtmək, dövlət inves-tisiyalarını maliyyələşdirmək və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilən digər məsələlərin həlli məqsədi ilə həyata keçirilir.

Bu gün Azərbaycan Respublikası sürətli iqtisadi inkişaf dövrünü yaşayır. İqti-sadi inkişaf göstəriciləri ilə, artıq nəinki regionda və ya MDB-də, hətta dünyada lider dövlətlər sırasına çıxan Azərbaycan Respublikasında əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində çoxşaxəli islahatlar həyata keçirilir. “Biz xalqın xidmətçiləriyik” deyən ölkə başçısının hər bir addımı beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsinə, ölkədə insan azadlığının, da-vamlı inkişafın və sosial yönümlü iqtisadiyyatın formalaşmasına hesablanmış məqsədyönlü fəaliyyətdir.İmzalanmış sazişlər üzrə kreditlərin 5,8 mlrd. ABŞ dolları istifadə olunub. Azərbaycan Respublikasının 1 yanvar 2012-ci il tarixinə dövlət xarici borcunun həcmi (milyon ABŞ dolları ekvivalentində) 4 812.6 təşkil edir. Dövlət xarici borcunun ÜDM-a faiz nisbəti 7.6 %-dir. İmzalanmış kredit sazişlərinin donorlar üzrə strukturuna nəzər yetirsək, burada Dünya Bankı 29, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi 14, AYİB 12, AİB 10, İslam İnkişaf Bankı 7 faiz payla əsas kreditorlar siyahısındadır. 2004-cü ilədək Azərbaycanın iki əsas kreditorundan biri olmuş BVF isə 5% paya malikdir və hökumətin bu qurumdan kredit alınmasını dayandırdığını nəzərə alsaq, bu payın sonrakı illərdə daha da azalacağı gözlənilir. Xarici dövlət borcunun əsas hissəsini ABŞ dolları ilə nominasiya olunmuş kreditlər təşkil edir (35,9%). Azərbaycanın xarici borc zənbilində avronun payı 30,3%, Yaponiya yeninin payı isə 11,9% olub. BVF-nin xüsusi borcalma hüquqlarının – SDR-in (Special Drawing Rights) payı isə 19% təşkil edib. Bundan başqa, xarici borc zənbilində İslam dinarı 1,3, Səudiyyə rialı 0,8, Küveyt dinarı 0,4, İsveçrə frankı və BƏƏ dirhəminin payları isə 0,2 faiz təşkil edir. Xarici dövlət borcunun əsas hissəsini bilavasitə hökumətə verilən və dövlət büdcəsi vəsaiti hesabına qaytarılan kreditlər təşkil edir – bu kreditlər üzrə borcun məbləği 2,6 milyard ABŞ dolları və ya xarici dövlət borcunun 54,1%-ni təşkil edir. Xarici dövlət borcunun 24,3%-ni (1,2 milyard ABŞ dolları) dövlət zəmanəti ilə təmin edilən kreditlər, 21,7%-ni isə (1 milyard ABŞ dolları) hökumətə verilən, icraçıya ötürülən və icraçı tərəfindən qaytarılan kreditlər təşkil edir.



Cədvəl 10.1. AR-nın Xarici Dövlət Borcu

Azərbaycana xaricdən cəlb edilən kreditlər və oların strukturu barədə

1 yanvar 2012-cu il tarixi vəziyyətinə məlumat (mln. ABŞ dolları ilə)

 

İstifadə olunmuş və dövlət borcu hesab edilən kreditlər üzrə

 

 

 

 




I. Cəmi kreditlərin məbləği

 

 

4 812,6




ÜDM faiz nisbəti

 

 

7,6%




Adam başına düşən xarici borc

 

 

521,6

ABŞ dol.

 

 

 







II. Kreditlərin strukturu

 

 







1. İqtisadi islahatlar üçün cəlb edilən kreditlər

 

 

325,8

11,2%

Beynəlxalq Valyuta Fondu

 

 

220,2

5,4%

Dünya Bankı

 

 

1 255,7

28,8%

 

 

 







2. İnvestisiya layihələri üçün cəlb edilən kreditlər

 

 

3591,0

88,8%

Elektrik enerjisi sektoru

 

 

1135,4

38,9%

Kənd təsərrüfatı və meliorasiya

 

 

227,6

7,8%

Yol tikintisi və nəqliyyat

 

 

676,9

23,2%

Kimya sahəsi

 

 

18,5

0,6%

Neft və qaz sektoru

 

 

169,5

5,8%

İşğaldan azad olunmuş ərazilərin bərpası

 

 

56,1

1,9%

Sosial sahələr

 

 

221,3

7,6%

Digər sahələr

 

 

80,5

2,8%

 

 

 







faizlər

 

 

14,6 mln. ABŞ dolları

o cümlədən 

büdcədən

 

 

19,4 mln. ABŞ dolları

Beynəlxalq Valyuta Fondu üzrə əsas borcun qaytarılması

8,7 mln. ABŞ dolları

Mənbə: www.finance.gov.az

Əgər artım tempi bu sürətlə davam edərsə, onda kreditə görə öhdəliklər, borclar və xidmət sahəsində müəyyən çətinliklər və problemlər yaşana bilər. Onu da nəzərə almaq lazımdır ki, bu ildən ÜDM-in artımında ciddi müxtəlifliklər olacağı gözlənilir. Hətta 2013-ci ildə Azərbaycanda ÜDM-in artım tempi 3.5 faiz proqnozlaşdırılır. Borcların sahələr üzrə bölüşdürülməsində qeyri-bərabərlik var. Məsələn, ötən il ən çox kredit energetika sektoruna (33%) ayrılıb. Nəqliyyat sektoruna 9, sosial sa-hələrə 8, kənd təsərrüfatı və meliorasiyaya 6% ayrılıb.

İnkişaf nəticəsində, dövlət büdcəsi ilə yanaşı, valyuta ehtiyatları da ildən-ilə artır. Hazırda Azərbaycanın valyuta ehtiyatları təqribən 50 milyard dollara çatmış, eyni zamanda, təkcə Dövlət Neft Fondundakı vəsaitlərin həcmi 40 milyard dollar təşkil edir. Bütün bunlar isə həyata keçirilən layihələrin daxili mənbələr balansına maliyyələşdirilməsinə imkan verir. Təkcə bir faktı vurğulayaq ki, Azərbaycan Bakı -Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişi üçün Gürcüstan dövlətinə 300 milyon dollar həcmində kredit ayırmışdır və bu faktın özü Azərbaycanın regionda lider olduğuna şübhə yeri qoymur. Bütün bunları görməyən və ya görmək istəməyən müxalif qüvvələrin diqqəti daha çox Azərbaycanın xarici borclarına yönəltməyə ça-lışması belə, vəziyyəti onların xeyrinə dəyişmir.

Bir məsələni də unutmaq olmaz ki, dünyada heç bir dövlət təkbaşına, dünyaya inteqrasiya olunmadan inkişaf edə bilməz. Bu baxımdan bu gün dünyada elə bir döv-lət yoxdur ki, onun xarici borcları olmasın. Dünya iqtisadi sisteminə sürətli inteq-rasiya dövlətlərlə beynəlxalq maliyyə qurumları arasında qarşılıqlı öhdəliklərin, borcların formalaşmasına səbəb olur. Hətta dünyanın ən inkişaf etmiş dövlətləri də müəyyən qlobal layihələrin həyata keçirilməsi üçün beynəlxalq maliyyə qurum-larından uzunmüddətli kreditlər götürürlər. Əvvəldə qeyd olunduğu kimi, xarici borcların artımı yalnız ÜDM-in 30 faizini ötdükdə inkişaf üçün təhlükəli tenden-siya sayılır. Dünyanın inkişaf etmiş ölkələrinin xarici borcları ÜDM-in 20-60 faizini təşkil etdiyi halda, Azərbaycan üzrə bu rəqəm cəmi 7,6 faizdir və onun ölkə üçün heç bir təhlükəsi yoxdur.

Məlumat üçün qeyd edək ki, Rusiyanın xarici borcu 540 milyard dollar və ya ölkə ÜDM-nin 20 faizinə bərabərdir. Qonşu Gürcüstanın xarici borcu 3 milyard 686 milyon dollar təşkil edir ki, ÜDM həcmini nəzərə alsaq, bu çox böyük rəqəmdir. 2012-cu ilin əvvəlinə olan məlumata görə, Ukraynanın xarici borcu 165,382 milyard dollar təşkil etmişdir. Bu da o deməkdir ki, 60 milyonluq ukraynalıların hər birinə orta hesabla 3000 dollardan artıq borc düşür. Ümumiyyətlə, xarici borclar Almaniyada ÜDM-in 68 faizini, Fransada 66 faizini, ABŞ-da 53 faizini, Böyük Britaniyada 43 faizini, Norveçdə 36 faizini, Qazaxıstanda 10 faizini təşkil edir. Göründüyü kimi, bu ölkələrlə müqayisədə Azərbaycanın xarici borcu olduqca cüzidir.

Azərbaycana böyük həcmli neft pulları daxil olmaqdadır. Eyni zamanda, hökumət xarici ölkələrdən və beynəlxalq təşkilatlardan kredit alır. Həm neft pulları, həm də alınan böyük kreditlər investisiya layihələrinə yönəldilir.





Download 2,29 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   51   52   53   54   55   56   57   58   ...   61




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish