9.4. AKSİZ VERGİSİ
Aksiz – aksizli malların satış qiymətinə daxil edilən vergidir.
Vergi ödəyiciləri
Azərbaycan Respublikası ərazisində aksizli malların istehsalı və ya idxalı ilə məşğul olan bütün müəssisələr və fiziki şəxslər aksizin ödəyiciləridir.
Xaricdə özü və ya podratçı vasitəsilə aksizli malları istehsal edən və orada vergi ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının rezidentləri aksizin ödəyiciləridir.
Sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində mallar istehsal edildiyi hallarda, malların istehsalçısı (podratçı) aksizin ödəyicisidir. Bu halda istehsalçı (podratçı) aksiz məbləğlərini sifarişçidən almalıdır.
Vergitutma obyekti
Azərbaycan Respublikasının ərazisində istehsal edilən aksizli malların istehsal binasının hüdudlarından kənara buraxılması, idxal mallar üçün isə aksizli malların gömrük xidmətinin nəzarətindən çıxması vergitutma obyekti sayılır.
İstehsal binalarına istehsalın olduğu ərazidə yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar aiddir.
Aksizdən azadolmalar
Aşağıdakılar aksizdən azad edilir:
-
fiziki şəxsin fərdi istehlakı üçün 3 litr alkaqollu içkinin və 3 blok siqaretin id-xalı, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq;
-
respublika ərazisindən tranzitlə daşınan mallar;
-
təkrar ixrac üçün nəzərdə tutulan mallar istisna edilməklə, malların respublika ərazisinə müvəqqəti idxalı;
-
təkrar ixrac üçün nəzərdə tutulan mallar və girovla təminat verilən mallar.
Aksizli malların siyahısı və vergi dərəcələri113
Aksizli mallar aşağıdakılardır:
-
spirt, pivə və spirtli içkilərin bütün növləri;
-
tütün məmulatları;
-
neft məhsulları.
Azərbaycan Respublikasına idxal edilən aksizli mallara tətbiq olunan aksizlərin dərəcələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içki-lərə və tütün məmulatlarına aşağıdakı aksiz dərəcələri tətbiq edilir:
-
içməli spirt (o cümlədən tərkibində 80%-dən az spirt olmayan denaturlaşdırıl-mamış etil spirti; tərkibində 80 %- dən az spirt olan denaturlaşdırılmamış etil spirti) - hər litrinə 0.8 manat;
-
araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları - hər litrinə 0.5 manat;
-
konyak və konyak materialları - hər litrinə 0.2 manat;
-
şampan şərabı - hər litrinə 0.2 manat;
-
şərablar və şərab materialları - hər litrinə 1 manat;
-
pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər – hər litrinə 0.08 manat;
-
bütün növ tütün məmulatları – 12.5 faiz;
Minik avtomobilləri
mühərrikin həcmi 2000 kub santimetrədək olduqda
-
Mühərrikin həcminin hər kub santimetrinə görə – 0,15 AZN
-
mühərrikin həcmi 3000 kub santimetrədək olduqda
-
300 AZN + mühərrikin həcminin 2001 – 3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə – 1 AZN
-
mühərrikin həcmi 4000 kub santimetrədək olduqda
-
1300 AZN + mühərrikin həcminin 3001 – 4000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə – 2 AZN
-
mühərrikin həcmi 4000 kub santimetrdən çox olduqda
-
3300 AZN + mühərrikin həcminin 4000 kub santimetrindən çox hissəsi üçün hər kub santimetrə görə – 4 AZN
-
İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr
-
Mühərrikin həcminin hər kub santimetrinə görə – 1 AZN
Azərbaycan Respublikasında istehsal olunan neft məhsullarına aksiz dərəcələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Aksizli malların ixracı sıfır dərəcəsi ilə vergiyə cəlb olunur.
Aksizli malların ixrac zamanı sıfır dərəcə ilə vergiyə cəlb edilməsi vergiyə cəlb olunan əməliyyat hesab edilir və belə əməliyyatlar aparan şəxslər tərəfindən aksizli malların istehsalı üçün alınarkən ödənilmiş aksiz vergisinin məbləği Vergi Məcəl-ləsinin müddəalarına uyğun olaraq əvəzləşdirilir.
Aksizlər üzrə hesabat dövrü, aksizlərin ödənilməsi və bəyannamələrin verilməsi
Aksizlər üçün hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməlidir. Vergi ödəyicisinin aksizin ödənişi üzrə borcu varsa, həmin borc yaranandan ödənilənədək həyata keçirilən vergi tutulan əməliyyatlar üzrə aksizlər həmin əmə-liyyatların aparıldığı vaxt ödənilir və vergi ödəyicisinin həmin malları bu mallar üzrə aksizi ödəyənədək istehsal binasının hüdudlarından kənara çıxartmağa hüququ yoxdur.Aksizli mallar idxal edildikdə, aksiz gömrük orqanları tərəfindən gömrük rü-sumlarının tutulduğu qaydada tutulur.
Aksizlər dövlət büdcəsinə ödənilir.
Vergi ödəyicisi verginin ödənilməsi üçün nəzərdə tutulmuş müddətlərdə, hesa-bat dövrü ərzində vergi tutulan əməliyyatlarını göstərməklə bəyannamə verməlidir. Aksizin ödəyicisi əvəzləşdirmə üçün ərizəni aksizin ödənilməsinə dair bəyannamə ilə birlikdə vergi orqanına verir.
Aksizli malların üzərində vergi nəzarəti
Aksizli malların markasız idxal edilməsinə, saxlanılmasına (şəxsi məqsədlər istisna olmaqla) və ya satılmasına görə mövcud qanunvericilikdə aşağıda göstərilən cəza tədbirləri nəzərdə tutulmuşdur:
-
aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markası olmadan satılan, sa-tış məqsədi ilə saxlanılan, istehsal binasının hüdudlarından kənara çıxarılan malların dəyəri şərti maliyyə vahidinin 500 mislinədək olduqda, belə mallaırn müsadirə edilməsi ilə yanaşı, fiziki şəxslərə şərti maliyyə vahidinin 35 mislin-dən 40 mislinədək, vəzifəli şəxslərə 80 mislindən 90 mislinədək, hüquqi şəxs-lərə isə 200 mislindən 300 mislinədək cərimə tətbiq olunur;
-
aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markası olmadan satılan, satış məqsədi ilə saxlanılan, istehsal binasının hüdudlarından kənara çıxarılan və idxal edilən malların dəyəri şərti maliyyə vahidinin 500 mislindən çox ol-duqda, əmlak müsadirə olunmaqla yanaşı, şərti maliyyə vahidinin 1000 mislin-dən 3000 mislinədək cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 6 ayadək azadlıqdan məhrumetmə kimi cəza tədbirləri tətbiq olunur;
-
eyni əməllər təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törə-dildikdə və ya markalanmamış malların dəyəri şərti maliyyə vahidinin 1000 mislindən çox olduqda, əmlak müsadirə olunmaqla 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə kimi cəza tədbirləri tətbiq olunur.
Aksizli malların makrkalanmasına nəzarət vergi orqanları tərəfindən vergi ödəyicilərinin müvafiq binalarında nəzarət postları, ölçü cihazları, plomblar qur-maqla və digər tədbirlər görməklə həyata keçirilir.
Do'stlaringiz bilan baham: |