Beyin Mərkəzləri & Vətəndaş Cəmiyyətləri Proqramı Lauder Institutu Pensilvaniya universiteti



Download 1,33 Mb.
bet1/11
Sana26.03.2017
Hajmi1,33 Mb.
#5322
  1   2   3   4   5   6   7   8   9   10   11
Beyin Mərkəzləri & Vətəndaş Cəmiyyətləri Proqramı

Lauder Institutu

Pensilvaniya universiteti



2014 Qlobal Beyin Mərkəzləri

Indeks Hesabatı
James G. McGann, Ph.D.

Direktor


Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyətləri Proqramı

Lauder Institutu

Pensilvaniya institutu

Filadelfiya, ABŞ


Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyətləri Proqramı
Biliklə siyasət arasında boşluğun aradan aradan qaldırılmasına dəstək
Trendlərin, o cümlədən beyin mərkəzləri,

qərar qəbuledicilər və siyasət yönümlü

vətəndaş cəmiyyəti iştirakçılarının

qarşılaşdıqları çətinliklərin tədqiq edilməsi…


Bütün dünyada beyin mərkəzləri

üçün bacarıqların əldə edilməsi,

saxlanılması və artırılması…
6,500-dən çox beyin mərkəzi haqqında

ən böyük məlumat bazası…


Bütün suallar, təkliflər və şərhər aşağıdakı əlaqəli şəxsə yönəldilməlidir:

James G. McGann, Ph.D.

Dosent, Beynəlxalq Araşdırmalar

Direktor

Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyətləri Proqramı

Lauder Institutu

Pensilvaniya universiteti

Telefon: (215) 746-2928

Email: jmcgann@wharton.upenn.edu

2014 müəllif hüquqları: Müəllif hüquqları qorunur. Bu hesabatın heç bir hissəsi Pensilvaniya Universiteti, Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyətləri Proqramının yazılı icazəsi olmadan hər hansı bir məqsədlə electron və ya mexaniki şəkildə yenidən hazırlana və istifadə edilə bilməz.
Təşəkkürlər
İlk öncə 2014 Qlobal Beyin Mərkəzi İndeksinin (GGTTİ) hazırlanmasında iştirak edən 3572-dən çox fakültə administratorları, journalist, qərar qəbul edicilər, beyin mərkəzləri nümayəndələri və sədrləri və donorlara təşəkkürümü bildirirəm. O cümlədən, ekspert panellərində 1950-dən çox regional mütəxəssislərə iştirakı və hesabatda öz əksini tapan dəyərli fikirləri üçün minnətdarlığımı bildirirəm.
Həmçinin tədqiqat təcrübəçiləri olan Jennifer Crino, Yusi Du və Coco Wang-a 2014 İndeksinin tərtib və analiz edilməsində iştirakı üçün təşəkkür edirəm. 2014 layihəsinin rəhbəri olan və bu ilki hesabatın mətninin yığılması və redaktə edilməsində iştirakı üçün William Nathaniel Rose-yə xüsusi minnətdarlığımı bildirirəm. Bundan əlavə, hesabatın redaktəsi, məlumatların analiz edilməsi və bu ilki hesabatın qrafiklərinin gücləndirilməsində etdikləri köməyə görə hazırki və əvvəlki təcrübəçilərə təşəkkür edirəm. Bundan başqa, Travis Taylor, Andrew Metrick və Jillian Rafferty-ə xüsusi minnətdarlıq edirəm. Onlar tədqiqat qrupu ilə birgə İndeksin keyfiyyətinin təkmilləşdiirlməsi və xarici görünüşü yaxşılaşdırılmasında yaxından iştirak ediblər.
Sonda, Birləşmiş Millətlər Təşkilatı və Karnegi Beynəlxalq Əlaqələr Etik Şurasına panel müzakirələrini və Nyu Yorkda Qlobal Beyin Mərkəzi indeksi 2014 tədbirini keçirdiyi üçün və o cümlədən, Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinə Vaşinqtonda panel müzakirələrinə ev sahibliyi etdiyi üçün və dünyanın 55 şəhərində yerləşən 60-dan çox instituta tanıtım tədbirlərini keçirməyə razılıq verdiyi üçün təşəkkür edirəm.
Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyətləri Proqramına beyin mərkəzlərinin bütün dünyada vətəndaş cəmiyyətləri və hökumətlərin fəaliyyətində oynadığı rolun əhəmiyyətini vurğulamaq üçün etdiyiniz dəstəyə görə çox sağ olun.
James G. McGann

Dosent, Beynəlxalq Araşdırmalar

Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyətləri Proqram Direktoru

Lauder Institutu

Pensilvaniya universiteti


ttcsp letterhead.jpglauder_30years_white backgnd

Mündəricat


Giriş 6

Qlobal Trendlər və Beyin Mərkəzləri və Siyasi Məsləhətdə keçidlər 7

2014 Proses və Metodologiya 13

Metodologiya və Fəaliyyət Planı 17

2014 Beyin Mərkəzləri Statistikası 24

2014 Reytinq Kateqoriyaları 30

2014-cü il üzrə Qlobal Reytinqin nəticələri 32

Dünya üzrə aparıcı beyin mərkəzləri 32

Region üzrə aparıcı beyin mərkəzləri 40

Tədqiqat sahələrinə görə aparıcı beyin mərkəzləri 57

Xüsusi Nəaliyyətlər üzrə aparıcı beyin mərkəzləri 78

Əlavələr 114

Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Proqramı haqqında 124

Tədqiqat Qrupu 125



Giriş


Global Go To Think Tank İndeksi (GGTTİ) dünyadakı beyin mərkəzlərinin yeni yaranan qlobal trendlərini və mühüm töhfələrini tanımaq üçün Pensilvaniya Universitetində Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyətləri Proqramının (TTCSP) səkkiz illik davamlı cəhdlərini qiymətləndirir. Bizim ilkin cəhdimiz donorlar, hökumət rəsmiləri, jurnalistlər və alimlərin dünyanın tanınmış beyin mərkəzlərinin regional və beynəlxalq reytinqini yaratmaq çağırışlarına cavab olaraq 2006-cı ildə dünyanın aparıcı beyin mərkəzlərinin reytinqini yaratmaqdan ibarət olmuşdur. Yarandığı ilk gündən etibarən GGTTİ hesabatı üçün hazırkı hədəfimiz beyin mərkəzlərinin hökumət və vətəndaş cəmiyyətlərindəki rolunu anlamaqdan ibarətdir. Bu bilikdən istifadə edərək, dünyada beyin mərkəzlərinin fəaliyyət və əhatəsini yaxşılaşdırılmasına yardım etməyə ümid edirik.

2006-cı ildən bəri reytinq prosesi incələnmiş və səmərələşdirilmişdir, cəlb edilmiş institutlar və fərdlərin sayı və hüdudları artmışdır, buna baxmayaraq keçən ilin hesabatı nəşr edildikdən sonra dünya üzrə beyin mərkəzlərinin sayı azalmışdır. Ötən illərdə olduğu kimi, proses ictimai siyasət tədqiqatı, analiz və iştirak edən təşkilatların ortaq təyinatı, seçim meyarlarının detallı tərkibi, yüksək səviyyəli açıq və şəffaf nominasiyalar və seçimə əsaslanır. Nominasiya prosesinin tərkib hissəsi kimi 9000 jurnalist, siyasi qərarvericilər, ictimai və siyasi donorlar, beyin mərkəzləri və funksional və regional sahə mütəxəssislərinə əlavə olaraq TTCSP-nin Qlobal Beyin Mərkəzi Verilənlər Bazasında qeydə alınmış bütün 6618 beyin mərkəzi iştirak üçün əlaqə yaradılmış və təşviq edilmişdir. Bu qrup ekspertlər 2014-cü ilin fərqlənən ictimai siyasət tədqiqat mərkəzlərini namizəd göstərmək və qiymətləndirmək üçün nəzərdən keçirmişdir. TTCSP toplanmış reytinq siyahılarını yoxlamaq və incələmək üçün müxtəlif səriştə və elm sahəsindən olan yüzlərlə üzvlərdən ibarət Ekspert Panelləri təşkil etmişdir. Bundan əlavə, yeni vasitılər- internet saytlar və sosial media- bu ilin İndeks meyarlarını geniş auditoriyaya yaymaq və çatdırmaq üçün kömək etmişdir. ( bax: bütün reytinq meyarları və nominasiya toplusu üçün “Metodologiya və Zaman Şkalası”, reytinq prosesinin ətraflı izahı üçün “Əlavələr”). Seçim proseslərinin ciddilik və əhatə dairəsini nəzərə alaraq, reytinq prosesi daha çox daxili üzvlərin qlobal ideya məkanındakı bələdçiliyi kimi təsvir edilmişdir. Son olaraq qeyd edək ki, bu layihənin informasiya yığımı, tədqiqat və analizi ötən illərdə olduğu kimi sahə tədqiqatı, büdcə və ya heyətin xeyrinə olmadan həyata keçirilmişdir. Biz əminik ki, nominasiya və seçim prosesi, əlcə də, Expert Panelləri, dünyadakı yüksək məhsuldarlıq nümyaiş etdirən beyin mərkəzlərinin mötəbər siyahısını yaratmağa imkan vermişdir. Lakin hələ də prosesi səmərələşdirmək və mükəmmələşdirmək cəhdləri davam edir. Biz davamlı olaraq porosesi yaxşılaşdırmaq və sizin rəy və təkliflərinizi almaq üçün yollar axtarışındayıq. Biz həmçinin İndeks tərəfindən əhatə edilən funksional və regional sahələr üçün gələcək ekspert poanelistlərin adları və əlaqə informasiyasını təmin etməyə sizi təşviq edirik. TTCSP və illik Global Go To Think Tank İndeksinin daimi dəstəyinə görə təşəkkür edirik. Ümid edirik ki, dünyadakı beyin mərkəzlərinin yaranan qlobal trendlərini və mühüm töhfələrini vurğulamaq cəhdlərimiz bu mühüm institutların hazırki və gələcək rolu haqda perspektiv debat və müzakirələri sürətləndirəcək.




Download 1,33 Mb.

Do'stlaringiz bilan baham:
  1   2   3   4   5   6   7   8   9   10   11




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish