Beyin Mərkəzləri & Vətəndaş Cəmiyyətləri Proqramı Lauder Institutu Pensilvaniya universiteti


Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Proqramı haqqında



Download 1,33 Mb.
bet11/11
Sana26.03.2017
Hajmi1,33 Mb.
#5322
1   2   3   4   5   6   7   8   9   10   11

Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Proqramı haqqında

Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Proqramı

Pensilvaniya Universiteti nəznində Lauder İnstitutun həyata keçirdiyi “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyətləri Proqramı” ictimai-siyasi institutların, bütün dünyada hökümətlərin və vətəndaş cəmiyyətlərinin həyatındakı rolunun öyrənilməsi ilə məşğul olur. Çox zaman “beyin mərkəzlərinin beyin mərkəzi” adlandırılan TTCSP proqramı ictimai-siyasi araşdırma təşkilatlarının artan rolu və xarakterini tədqiq edir. Son 25 il ərzində TTCSP proqramı çərçivəsində, beynəlxalq sülh və təhlükəsizlik, qloballaşma və idarəetmə, beynəlxalq iqtisadiyyat, ətraf mühit məsələləri, informasiya və cəmiyyət, yoxulluğun aradan qaldırılması, səhiyyə və ümumdünya sağlamlığı kimi vacib sahələrdə əldə edilən biliklər və həyata keçirilən siyasi tədbirlər arasında yaranan uçurumun aradan qaldırılmasına yönəlmiş bir çox qlobal layihələr həyata keçirilmişdir. Bu kimi beynəlxalq əməkdaşlıq cəhdlərinin əsas məqsədi bütün dünyada demokratik institutların və vətəndaş cəmiyyətinin əhəmiyyətinin artdığı bir zamanda, ictimai quruculuğun inkişafına yönəlmiş institut və cəmiyyətlərin şəbəkəsini qurmaq və genişləndirməkdir.

TTCSP dünyanın ən aparıcı beyin mərkəzlərinin və universitetlərinin alim və mütəxəssisləri ilə müxtəlif tədbirlər və proqramlar çərçivəsində əməkdaşlıq edir və dünyanın ən qabaqcıl beyin mərkəzlərinin müxtəlif kateqoriyalar üzrə qiymətləndirilidiyi illik “Qlobal Beyin Mərkəzləri İndeksi”ni təqdim edir. Bu nəticənin əldə edilməsində bütün dünya üzrə 1,900-dən artıq institutun, elektron və çap KİV ekspertlərinin, ictimai və özəl donor institutlarının, elmi dairələrinin və hökümət mütəxəssislərinin köməyindən istifadə edilmişdir. TTCSP proqramı dünyanın ən aparıcı beyin mərkəzləri ilə sıx əlaqədədir və tərtib edilən illik “Qlobal Beyin Mərkəzləri İndeksi” elmi dairələr, jurnalistlər, donor təşkilatlar və ictimaiyyət tərəfindən qabaqcıl ictimai-siyasi tədqiqat institutlarının təyin edilməsində və onlarla əlaqələrin qurulmasında istifadə edilir. Bizim məqsədimiz beyin mərkəzlərinin profilini genişləndirmək, effektivliyini artırmaq və beyin mərkəzlərinin hökumətlərin və vətəndaş cəmiyyətlərinin həyatında oynadığı rol barədə ictimaiyyəti məlumatlandırmaqdır.


1989-cu ildə yarandığı gündən bəri TTCSP-nin fəaliyyəti növbəti istiqamətlər üzrə yönəlmişdir: beyin mərkəzlərinin inkişaf tendensiyaları və məlumatların toplanması, eləcə də, beyin mərkəzlərinin vətəndaş cəmiyyəti iştirakçıları qismində ictimai-siyasi quruculuq prosesində oynadıqları rol. 2007-ci ildə TTCSP tərəfindən, dünyanın hər bir regionunda ictimai-siyasi araşdırma sahələrində fəaliyyət göstərən qabaqcıl təcrübə mərkəzlərini təyin etmək məqsədilə “Qlobal beyin mərkəzləri indeksi” tərtib edilmişdir. Bu günə qədər TTCSP 81 ölkədə texniki dəstək və inkişaf proqramları həyata keçirib. Hal-hazırda bizim fəaliyyətimiz, ümumdünya səviyyəsində ictimai əmtəə kompleksinin istehsalını və bu sahədə əməkdaşlığı asanlaşdırmaq məqsədilə beyin mərkəzlərinin regional və qlobal şəbəkəsinin yaradılmasına yönəlmişdir. Bizim məqsədimiz, effektiv siyasi araşdırma aparmaq bacarığı nümayiş etdirən və ictimai faydalara yönəlmiş populyar fikir və tədbirlər formalaşdıran beyin mərkəzlərini cəlb etməklə davamiyyətli institusional və ölkə-səviyyəli tərəfdaşlıq qurmaqdır.

Lauder İdarəçilik və Beynəlxalq Tədqiqatlar İnstitutu
Lauder İdarəçilik və Beynəlxalq Tədqiqatlar İnstitutu beynəlxalq tədqiqatlar sahəsində Magistr proqramı həyata keçirməklə yanaşı, cari iqtisadi, siyasi və biznes məsələləri üzrə fundamental və ictimai-siyasi yönümlü araşdırmalar aparır. Universitet tərəfindən təşkil edilən və elmi dairələrin, mütəxəssis və siyasətçilərin də qatıldığı illik konfransda maliyyə böhranı, davamlı inkişaf, qeyri-bərabərlik, dövlətin gələcək perspektivləri və s. kimi qlobal problemlər təhlil edilir.
Pensilvaniya Universiteti
Pensilvaniya Universiteti (Penn) “Sarmaşıq Liqasının” yüksək nüfuza malik və fənlərarası təhsil və təqaüdlərin tətbiqi sahəsində yeniliklərə imza atan bir üzvüdür. Dünya səviyyəli tədqiqat institutu kimi tanınan Penn dinamik şəhərin ortasında yerləşən mənzərəli universitet şəhərciyinə malikdir. 1740-cı ildə Benjamin Franklin tərəfindən əsası qoyulmuş və Amerikanın ilk universiteti kimi tanınan Penn, bugün dünyanın ən məşhur bilik mərkəzlərindən biridir. O, bütün dünyada tədqiqat mərkəzləri üçün bir nümunə kimi çıxış edir.

Tədqiqat Qrupu




Proqramın Direktoru
Ceyms G. McGann Uorton Məktəbi nəznindəki Lauder İnstitutunun və Pensilvaniya Universitetinin Elm və İncəsənət Məktəbinin baş müəllimədir. O, həmçinin Pensilvaniya Universitetinin “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Proqramı”nın direktorudur. Onun fəaliyyətinin əsas istiqamatlərini, bütüb dünyada beyin mərkəzlərinin və ictimai-siyasi quruculuq iştirakçılarının qarşısında duran məsələlərin araşdırılması, siyasi tədqiqatların təsir və keyfiyyətinin artırılması yönündə beyin mərkəzlərinin, hökumətlərin, ictimai və özəl donorların məsləhət və texniki dəstəklə verilməsi təşkil edir. Ceyms G. McGann həmçinin Filadelfiyada yerləşən Xarici Siyasi Tədqiqatlar İnstitutunun da aparıcı əməkdaşıdır. Pensilvaniya Universitetində fəaliyyətə başlayanadək cənab McGann Villanova Universitetinin Siyasi Elmlər üzrə dosent vəzifəsində çalışmış və beynəlxalq münasibətlər, beynəlxalq təşkilatlar və beynəlxalq hüquq sahələrini tədris etmişdir. Hal-hazırda onun araşdırmaları növbəti sahələri əhatə edir: beynəlxalq əlaqələr və təhlükəsizlik məsələlərində qlobal tendensiyaların qiymətləndirilməsi; ABŞ daxili və xarici siyasətinin formalaşmasında beyin mərkəzlərinin rolu; BRİCS və G20 ölkələrində beyin mərkəzləri və ictimai-siyasi quruculuq; beynəlxalq təhlükələr və qlobal ictimai siyasət. O, dünyanın hər bir regionundan 6,603 beyin mərkəzinin qatıldığı illik “Qlobal Beyin Mərkəzləri İndeksini”nin müəllifi və tərtibatçısıdır.macintosh hd:users:bscott:desktop:mcgann, jim.jpg
Cənab McGann Dünya Bankı; Birləşmiş Millətlər Təşkilatı; USAİD; Soros fondu; Rokfeller, MacArtur, Hewlett və Qeyts fondlarının; Karneqi Korporasiyasının; həmçinin xarici hökumətlərin qeyri hökumət təşkilatları və ictimai siyasət; ABŞ, inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrdə ictimai təşkilatların öhdəlikləri və iştirakı məsələləri üzrə məsləhətçi qismində fəaliyyət göstərib. O, Xarici Diplomatların İcra Şurasınnın vitse-prezidenti, Pew Xeyriyyə Fondunda ictimai siyasət proqramının əməkdaşı, Harvard Universiteti nəznində fəaliyyət göstərən Con F. Kennedi adına İdarəetmə Məktəbinin Siyasət İnstitutunun direktor müavini vəzifəsində çalışmışdır. Cənab McGann Xarici Məsələlər üzrə Vətəndaş Şəbəkəsi və Beynəlxalq İnkişaf Cəmiyyətinin baş məsləhətçisi olmuşdur.
Doktor McGann bir sıra nəşrlərin müəlliflidir: “Dollar, mütəxəssislər və ictimai siyasi araşdırmalar sahəsində təsir uğrunda rəqabət” (Amerika Universitet Nəşriyyatı, 1995); “Beynəlxalq beyin mərkəzləri araşdırması” (Xarici Siyasi Tədqiqatlar İnstitutu, 1999); “Beyin mərkəzləri və Vətəndaş cəmiyyətləri: ideya və tədbirlər katalizatoru” (həmredaktor Kent B. Weaver, Transaction Publishers, 2000); “Analitik reytinq mərkəzləri və ictimai siyəsət” (Edward Elgar, 2005); “ABŞ-da beyin mərkəzləri və siyasi məsləhət: ekspertlərin rolu” (Routledge, 2007); “Qlobal tendensiyalar və inkişaf: 2007-ci il beyin mərkəzləri araşdırması” (Xarici Siyasi Tədqiqatlar İnstitutu, 2008); “2007-ci ildə qlobal beyin mərkəzləri” (Xarici Siyasi Tədqiqatlar İnstitutu, 2008); “Beyin mərkəzləri indeksi” (Xarici Siyasət Jurnalı, 2009); “Qlobal Beyin Mərkəzləri İndeksi 2008” (İRP, Pensilvaniya Universiteti, 2009); “Demokratikləşmə və bazar islahatları: beyin mərkəzləri katalizator rolunda” (Routledge, 2009); “İqtisadi artım və inkişaf katalizatorları: Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasında beyin mərkəzlərinin rolu” (CIPE, 2009); “Qlobal Beyin Mərkəzləri İndeksi 2009” (Pensilvaniya Universiteti, 2010); “Qlobal beyin mərkəzləri, siyasi əlaqələr və idarəçilik” (Routledge, 2010); “Qlobal Beyin Mərkəzləri İndeksi 2010” (Pensilvaniya Universiteti, 2011); “Qlobal Beyin Mərkəzləri İndeksi 2011” (Pensilvaniya Universiteti, 2012); “Beyin mərkəzləri və qlobal siyasi əlaqələr: beynəlxalq institutlar və qlobal idarəçilik” (Routledge, sentyabr 2013); “Qlobal Beyin Mərkəzləri İndeksi 2012” (Pensilvaniya Universiteti, 2013); “Beyin mərkəzləri və sosial inkişaf siyasəti: qlobal müqayisəli araşdırma” (Pensilvaniya Universiteti Nəşriyyatı, 2013); “Beşinci hakimiyyət: beyin mərkəzləri və ABŞ daxili və xarici siyasəti” (2013); “Beyin mərkəzləri, siyasi məsləhət və İEOÖ-in üzləşdikləri problemlər” (2014).

Tədqiqat təcrübəçiləri
Jennifer Crino

Yusi Du


William Nathaniel Rose

Coco Wang




ttcsp letterhead.jpg

BEYİN MƏRKƏZLƏRİ VƏ VƏTƏNDAŞ CƏMİYYƏTİ PROQRAMI © 2014, Lauder İnstitutu, Pensilvaniya Universiteti.


Müəllif hüquqları qorunur. Bu hesabatın heç bir hissəsi Pensilvaniya Universiteti, Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyətləri Proqramının yazılı icazəsi olmadan hər hansı bir məqsədlə electron və ya mexaniki şəkildə yenidən hazırlana və istifadə edilə bilməz.



1 McGann, James G. "2013 Qlobal Beyin Mərkəzləri İndeks Hesabatı." (2013). Səh 7

2 Ibid., səh 12.

3 Digər tipologiya üç növ beyin mərkəzləri arasında ayrılır: “tələbələr olmadan universitetlər”, müqavilə imzalanmış tədqiqatçılar və vəkillik məşğul olan beyin mərkəzləri. Weaver (1989).



4 Dünya əlahəsinin perspektivləri. Nyu York: Birləşmiş Millətlər Təşkilatı Millərlər Bölməsi, İqtisadi və Sosial Məsələlər Şöbəsi. 2012. http://esa.un.org/wpp/excel-Data/country-Classification.pdf.


5 “BVF və Avropa”, http://www.imf.org/external/region/eur/index.aspx

6 The World Factbook. Vaşinqton, Mərkəzi İntellekt Agentliyi. https://www.cia.gov/library/publications/the-world-factbook/.



7 Aşağıdakı ölkələrdə fəaliyyət göstərən hər hansı beyin mərkəzi müəyyən edə bilməmişik: Komoros, Kiribati, Marşal Adaları, Mikronesiya, Nauru, Palau, Sao Tome və Prinsip Adaları, Solomon Adaları, Tonqa və Tuvalu.


Download 1,33 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   11




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish