Beyin Mərkəzləri & Vətəndaş Cəmiyyətləri Proqramı Lauder Institutu Pensilvaniya universiteti


Qlobal Trendlər və Beyin Mərkəzləri və Siyasi Məsləhətdə keçidlər



Download 1,33 Mb.
bet2/11
Sana26.03.2017
Hajmi1,33 Mb.
#5322
1   2   3   4   5   6   7   8   9   10   11

Qlobal Trendlər və Beyin Mərkəzləri və Siyasi Məsləhətdə keçidlər



Giriş və Xülasə

XX və XXI əsr ərzində beyin mərkəzlərinin ümumi artımı demək olar ki, cüzi olmamışdır. Bu artımı yaradan bir çox əsas təsir vardır: informasiya və texnoloji inqilab, informnasiyada hökumət monopoliyasının süqutu, siyasi məsələlərin mürəkkəblik və texniki təbiəti, hökumətlərin artan əhatəsi və ölçüsü, seçkili hökumət rəsmilərində inamın böhranı, artan qlobalizasiya, dövlət, qeydi-dövlət aktorlarının artması, vaxtında və dəqiq informasiya və analizə ehtiyac. Lakin son illərdə yeni yaradılan beyin mərkəzlərinin sayında da azalma müşahidə edilmişdir. Buna “töhfə verən” faktorlarla yanaşı, müəyyən əsas elementlər də vardır: bir çox ölkələrdə beyin mərkəzləri və QHT-lərə qarşı artan siyasi və müntəzəm qərəzli yanaşma, ictimai və siyasi donorlar tərəfindən aparılan siyasi tədqiqata ayrılan maliyyənin azalması, institusional töhfələrin əksinə qısamüddətli layihələrin icrasına maliyyə ayrılması tendensiyası, az inkişaf etmiş institusional tutum və uyğunluq üçün yetərsizlik, müdafiə təşkilatlarından artan rəqabət, mənfəətə əsaslanan konsultasiya firmaları, hüquq firmaları, elektron media və nəhayət institutlar öz məqsədlərinə çatmış və fəaliyyətlərini dayandımışlar.

Bu cür nüfuzdan salmaya baxmayaraq, beyin mərkəzləri ölkələrdə öz rol və nüfuzunu artırmağa davam edir. İstər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə, hökumətlər və fərdi siyasi qərarvericilər hökumət qərarlarının alınmasında ekspert biliklərinin tətbiqindəı ümumi problemlə üzləşirlər. Siyasi qərarvericilər idarə etdikləri cəmiyyətlərdə etibarlı, əlçatan və faydalı informasiyaya ehtiyac duyurlar. Onlar həmçinin, cari siyasətin necə işləməsi, eləcə də mümkün altertnativlər və onların gəlir və nəticələrini bilməlidirlər. Bu ehtiyacın uzun müddətdir siyasi qərar vermə prosesində məxsusi hərəkətverici qüvvə olmasına baxmayaraq, qlobalizasiya qüvvələri tədqiqat-siyasət körpüsünü gücləndirmək, siyasət formalaşdırmanın effektivlik və keyfiyyətini artırmaq qabiliyyətini nəzərə alaraq müstəqil beyin mərkəzlərinin artımını sürətləndirdi. Sözügedən artan ehtiyac dünya üzrə 182 ölkədə müstəqil ictimai siyasət tədqiqatı artımını sürətləndirdi.

Beyin mərkəzlərinin işinin əhatə dairəsi və təsiri genişlənsə də, onların demokratik hökumət və vətəndaş cəmiyyətlərini dəstəkləmək və qoruyub saxlmaq potensialı çox tükənmişdir. Yeni minillik üçün əngəl, özlərini təmin edən iqtisadi, sosial və siyasi proqresi dəstəkləmək üçün ictimai siyasət tədqiqatı təşkilatlarında əhatəli bilik, informasiya və assosiasional enerji yığmaqdır.

Bu hesabatın məqsədi beyin mərkəzlərinin qlobal olaraq üzləşdiyi bəzi ağır təhlükələri və imkanları vurğulamaqdır. Bu təhlükələr daha yaxşı halda, belə desək, “dörd daha artıq” kimi ifadə edilə bilər: daha artıq məsələlər, daha artıq aktorlar, daha artıq rəqabət və daha artıq konflikt. Nəticədə beyin mərkəzləri aşağıdakı çətinliklərlə üzləşəcək: rəqabət çətinlikləri, resurs çətinlikləri, texnoloji çətinliklər və siyasət çətinlikləri. Odur ki, sonda bu təhlükə və imkanlara effektiv cavablar “dörd M” üzərində cəmləşəcəkdir: mission(missiya), market (bazar), manpower (insan ehtiyatı), money(pul). Qlobal ideyalar bazarında beyin mərkəzləri öz məhsullarını və xidmətlərini daha geniş vətəndaş, siyasi qərarvericilər və biznes auditoriyasna çatdırmaqla yanaşı milli, regional və qlobal tərəfdaşlığı inkişaf etdirməyə ehtiyac duyurlar.
Beyin Mərkəzlərində Cari Trendlər Beyin Mərkəzlərinin Üzləşdiyi Problemlər



  1. Qlobalizasiya 1. Maliyyə partnyorlarında əsaslı dəyişikliklər

  2. Beynəlxalq aktorların artması 2. Artan ixtisaslaşma

  3. Demokratikləşmə 3. Artan rəqabət

  4. Müstəqil informasiya 4. Təsir və müstəqillik

və analizə tələb 5. Mədaxil və məxariclər

  1. Geniş məlumat və 6. QHT beyin mərkəzləri kabusu super kompyuterlər 7. Hibrid təşkilatlar

  2. Siyasət məsələlərinin artan mürəkkəbliyi 8. İnternet, yeni media, social şəbəkələşmə və Cloud-un təsiri

9. Fəaliyyət və ideyalar

  1. İnformasiya əsri və texnoloji dəyişiklik

10. Xarici əlaqələr və marketinq strategiyalarına böyük əhəmiyyət vermə

11. Qloballaşma



  1. Hökumət qərarverməsində açıq debat 12. Liderlik və menecment gərginliyi

13. Qüvvələrin desentralizasiyası

14. Beyin mərkəzləri və jurnalistika arsındakı sərhədin tutqunlaşması

15. Qlobal çıxmaz

16. Böhrandan tükənmişlik



  1. Qlobal hakerlik, anarxist və populist hərəkatlar

  2. Qlobal struktur dəyişiklikləri

  3. İqtisadi böhran və siyasi iflic

  4. Siyasət sunamiləri

  5. Artan siyasi qütbləşmə

  6. Qısa müddətlilik


Nəticələr

Beyin mərkəzlərinin hazırkı çətinliyi, siyasi qərarvericilər, mətbuat və ictimaiyyətin ölkənin üzləşdiyi ağır problemlərdə cəlb edilməsini təmin edərək vaxtında və əlçatan siyasətə istiqamətlənmiş tədqiqatın həyata keşirilməsidir. Artıq beyin mərkəzlərinin “tədqiq et, yaz, və onları tap” prinsipi ilə hərəkət etməsi geridə qalmışdır. Bugün beyin mərkəzləri siyasi maşın funksiyasını yerinə yetirməlidirlər. The Economist “yaxşı beyin mərkəzlərini” “intellektual dərinliyə sahib, siyasi təsir gücü olan, ictimaiyyətə açıq, rahat əhatəsi və orijinallığı olan” təşkilatlar kimi xaraketrizə etmişdir. Yeni texnologiya və kommunikasiyaları inteqrasiya və təşkil etməkdə uğursuz olan təşkilatlar pedantlıqda-çürükçülükdə tanınmağa məhklumdurlar. Bu hesabatda qeyd eilən səbəblərə görə beyin mərkəzlərinin rolu və əhəmiyyəti artmaqda davam edir. Aşkar şəkildə regional, milli və qlobal səviyyədə siyasi çətinliklərin qıtlığı yoxdur. Son 10-15 ildə hökumət və vətəndaş cəmiyyətləri qrupları ideyalar və məsləhətlər baxımından beyin mərkəzlərinə söykənmişlər və əminəm ki, bu tendensiya gələcəkdə də davam edəcək.


Beyin Mərkəzləri və İdeyalar və Təsirlərin Transmilliləşməsi
Son onilliklər ərzində ictimai siyasət üzrə tədqiqat təşkilatlarının və beyin mərkəzlərinin inkişafı o qədər də az olmamışdır. Bu təşkilatlar hazırda 6618-ədək genişlənmiş və çoxalmışdır.1Eləıcə də onların işlərinn əhatə və təsir dairəsi genişlənmişdir. Ötən onillikdə yeni beyin mərkəzlərinin inkişafında ilk dəfə olaraq azalma müşahidə edilmişdir. Bu son trendə baxamyaraq, beyin mərkəzləri vətəndaşlar və hökumət arasında körpü rolunu oynayaraq dünyada öz rol və nüfuzunu artırmağa davam edir.

1990-cı illərdən etibarən beyin mərkəzlərinin əhatəsi kifayət qədər genişlənmişdir, belə ki beyin mərkəzləri siyasi qərarvericilər və ümumi ictimiyytətin ehtiyaclaarına faydalı, etibarlı və əlçatan informasiya ilə cavab vermişdilər. Bu ehtiyacın siyasət qərarverməsində məxsusi rol oynamasına baxmayaraq, beyin mərkəzlərinin tədqiqat-siyasət körpüsünün möhkəmlənməsindəki unikal bacarığı və siyasi qərarvermə prosesinin effektivlik və keyfiyyətinin artırılmnasındakı roluna görə qlobalizasiya qüvvələri beyin mərkəzlərinin müstəqilliyinin artmasına yadımçı olmuşdur. Nəticədə beyin mərkəzləri dünyanın 182 ölkəsində mövcuddur.2 Dövlət, regional və beynəlxalq şəbəkələr vasitəsilə digər QHT və tədqiqat təşkilatları ilə əlaqələrin inkişaf etdirilməsi və möhkəmlənməsi nəticəsində beyin mərkəzləri siyasi qərarvermə prosesində ayrılmaz töhfəverici kimi öz mövqeyini möhkəmlətmişdir.


Bu hesabat beyin mərkəzlərinin siyasi qərarvericilər və ictimaiyyətə regional, və qlobal səviyyədə verdiyi dəyər və faydanı təsvir etmək məqsədilə bu institutların regional və qlobal şəbəkədə roluna fokuslanmışdır. Ətraf mühit, inkişaf, təhsil və sosial xidmət yönümlü QHT-lərdən olan alimlərin daha az diqqətini cəlb etməsi faktı danılmaz olsa da, bu fokus beyin mərkəzlərinin artan rolu, sayı və mövqeyinin tanınmasına yönəlmişdir. Əlavə olaraq, hesabat bu cür siyasi yönümlü QHT-lərin üzləşdiyi əsas çətinlikləri nəzərdən keçirəcəkdir.

Beyin Mərkəzi nədir?
Beyin mərkəzləri, yerli və beynəlxalq məsələlərdə siyasi yönümlü tədqiqat, analiz və məsləhət aparan ictimai siyasət tədqiqat analizi və üzv təşkilatlarıdır ki, beləliklə də siyasi qərarvericilər və ictimaiyyəti ictimai siyasət barədə məlumatlı olaraq qərarlar verməyi təmin edir. Beyin mərkəzləri ad hoc komissiyalar deyil, strukturlaşmış və müəyyən qurumları olan müstəqil və ya asılı institutlardır. Bu institutlar ictimaiyyət eləcə də siyasi qərarvericilərə başa düşülən, etibarlı və əlçatan tərzdə və ictimai marağa xidmət edən müstəqil tədqiqatla təmin etməklə birgə akademik və siyasi icmalar, dövlət və vətəndaş cəmiyyətləri arasında körpü yaratmaq funksiyasını yerinə yetirir. (ABŞ-da Beyin Mərkəzləri və Siyasət Məsləhəti Routledge 2007 və Beşinci Hakimiyyət: ABŞ-da yerli və xarici siyasətdə beyin mərkəzlərinin rolu Pensilvaniya Universiteti mətbuatı).
Bu konseptual problemləri aradan qaldırmaq və siyasi sistemlər və vətəndaş cəmiyytlərində müqayisəli fərqlilikləri nəzərə alan tipologiyanı yaratmaq məqsədilə biz beyin mərkəzləri üçün çoxlu sayda kateqoriyalar yaratmışıq. Beyin mərkəzləri öz aid olduqları cəmiyyətdə bir çox rolu yerinə yertirə bilər–bu mənada beyin mərkəzlərinin gördüyü işlər və o işlərin nə dərəcədə görülməsi barədə çox fərq mövcuddur. Ötən 85 il ərzində fəaliyyət tərzi, işə qəbul nümunələri, tədqiqatda obytektivliyin akademik standartları və tamlığı baxımından bir birindən fərqlənən bir neçə fərqli beyin mərkəzləri forması meydana gəlmişdir. Qeyd etmək yerinə düşər ki, alternativ beyin mərkəzləri tipologoiyası digər analitiklər tərəfindən irəli sürülmüşdür.3 Qlobal kontekstdə beyin mərkəzləri çox vaxt aşağıdakı kimi kateqoriyalaşdırılır.
Diaqram 1. Beyin mərkəzlərinin mənsubluğu kateqoriyaları

KATEQORİYA

TƏYİNAT

MUXTAR VƏ MÜSTƏQİL

Maraq qrupu və ya donordan əhəmiyyətli dərəcədən asılı olmamaq, hökumətdən maliyyə alaraq öz fəaliyyətində muxtar olmaq

YARIMÜSTƏQİL

Hökumətdən asılı olmayan lakin müəyyən maraq qrupu, donor və ya müqaviləli nümayəndəliyin mlaliyyə dəstəyinə arxalanaraq öz fəaliyyətini onların təsiri üzərində qurmaq

HÖKUMƏTƏ MƏNSUB

Hökumətin formal strukturunun hissəsi olmaq

YRIHÖKUMƏT

Hökumət qrantları və maliyyəçiləri tərəfindən maliyyələşdirilmək lakin Hökumətin formal strukturunun hissəsi olmamaq

UNİVERSİTETƏ MƏNSUB

Universitetdə siyasət tədqiqat mərkəzi

SİYASİ PARTİYAYA MƏNSUB

Formal olaraq siyasi partiyaya mənsub olmaq

KORPORATİV( KOMMERSİYA)

Kommersiya xarakterli olub hər hansı koorperasiyaya mənsub olan ictiami siyasət tədqiqatı təşkilatı olmaq


Şimali Amerika və Avropa


  • 1830-u ABŞ-da olmaqla Şimali Amerikada 1989 beyin mərkəzi mövcuddur( Meksika, Kanada, ABŞ)

  • Avropada 1822 beyin mərkəzi vardır

  • Bütün beyin mərkəzlərinin 60%-i Şimali Amerika və Avropada cəmlənmişdir.

  • 1951-ci ildən etibarən 90,5% beyin mərkəzi yaradılmışdır.

  • ABŞ-dakı beyin mərkəzlərinin sayı 1980-ci ildən etibarən iki dəfə artmışdır.

  • Beyin mərkəzlərinin 31%-i 1980-1990-cı illərdə yaradılmışdır.

  • II Dünya Müharibəsinin sona yetməsi və Rifah Dövləti Çətinliyi sağ və sol siyasi spektrda beyin mərkəzlərinin inkişafına töhfə vermişdir.

  • 1970-ci illərdən etibarən ABŞ-da meydana gələn beyin mərkəzlərinin əksər hissəsi xüsusi regional və ya funksional sahədə ixtisaslaşmışdır.

  • ABŞ beyin mərkəzlərinin1/4 hissəsi( təxmnən 400 institut) Vaşinqton DC-də yerləşir.

  • Beyin mərkəzlərinin yarıdan çoxu beynəlxaalq dərəcəlidir

  • Ötən 11 il ərzində ABŞ və Avropada beyin mərkəzlərinin yarançması göstərici aşağı düşmüşdür.


Asiya, Latın Amerika, Afrika və Yaxın Şərq

  • Asiya, Latın Amerika, Afrika, Yaxın Şərq və Şimali Afrikad beyin mərkəzlərinin sayı və tipi artımı dvam edir.

  • 2000-ci illərin ortalarından etibarən Asiyada beyin rkəzlərinin artımı və inkişafı müşahidə edilir.

  • Bu beyin mərkəzlərinin çoxu hökumətin, beynəlxalq ictimai və özəl donorların hədiyyə, qrantları və maliyyəsindən asılı olaraq fəaliyyət davam etdirir.

  • Bu regionarda universitetə, hökumətə mənsub və ya hökumətdən maliyyələşən beyin mərkəzləri üstünlük təşkil edir.

  • Yüksək tezlikdə yaradılan biznesyönümlü, siyasi partiyayönümlü, müstəqil beyi mərkəzlərinin arta müxtəlifliyi davam edir.

  • Öz maliyyə bazalarını şaxələndirmək üçün beyin mərkəzlərinin öz əsas fəaliyyət və proqramlarını həyata keçirilməsində biznes və varlı şəxslərə hədəflənirlər.


XX və XXI əsrdə beyin mərkəzlərinin inkişafındakı səbəblər

  • İnformasiya və texnoloji inqilab

  • İnformasiya üzərində milli hökumət monopoliyasının sonu

  • Hökumətin artan ölçüsü

  • Seçkili rəsmilər və hökumətlərdə etibar böhranı

  • Dövıət , qeyri-dövlət aktorlarının inkişafı və qlobalizasiya

  • "Düzgen zamanda, düzgün əllərdə düzgün formada" vaxtında və dəqiq informasiya analizi (1)



Dünyada beyin mərkəzlərinin yaranmasında müşahidə edilən azalmanın səbəbləri

  • Bir çox ölkələrdə QHT və beyin mərkəzlərinə qarşı artan qərəzli siyasi və nizamlayıcı mühit

  • İctimai və özəl donorlar tərəfindən siyasət tədqiqatına azalan maliyyə

  • İdeyalar və institutlara maliyyə yatırmaqdansa qısamüddətli layihələrə ictimai və özəl donorların marağı

  • Az inkişaf etmiş institusional tutum və dəyişikliklərə adaptasiya ola bilməmək

  • Kommersiyayönümlü firmalar, hüquq firmaları və müdafiə təşkiltlarından artan rəqabət və 24.2 elektron media

  • İnstitutlar öz fəaliyyətlərini yekulaşdırmış və davamiyyətini dayandırmışlar.



Son zamanlar edilən dəyişikliklər
TTCSP ( Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyətləri Proqramı) apardığımız sorğu ilə bağlı hər il İndeksin keyfiyyəti və təmsilıçiliyini artırmaqla məşğuldur. 2010-cu ildən etibarən yüzlərlə panelist reytinq meyarları və nominasiyalarının qiymətləndirilməsi və proseslərin indekslənməsində iştirak edirlər. Nəticədə, qərəzliyi aradan qaldırmaq,təmsilçiliyin reytinqini artırmaq, nominasiya prosesinin ümumi kleyfiyyətini və toxunulmazlığını artırmaq məqsədilə İndeks bir sıra irimiqyaslı dəyişikliklərdən keçmişdir. Son bir neçə il ərzində İndeksə aşağıdakı dəyişikliklər edilmişdır:

2010

● 2010-cu ildə illik büdcəsi beş milyon ABŞ dollarından az olan beyin məırkləzlərinin reytinq siyahısı tərtib edilmişdir. Bu kateqoriya nüfuzlu tədqiqat həyata keçirən lakin daha genişbüdcəli və ehtiyat kadrlara malik olan beyin mərkəzləri tərəfindən səxəşdırıla bilən daha kiçikhəcmli beyin mərkəzlərinin işini tanımağa kömək edir.

● Qlobal təşkilatların varlığınının gözə çarpmasını artırmaq və amerikan beyin mərkəzlərinin irsi üstünlüklərini tanıımaq məqsədilə amerikan beyin mərkəzləri qlobal reytinq siyahısından çıxarılmışdır.

● TTCSP tərəfindən tanınan və eyni zamanda nominasiyaya qoşulmağa dəvət ediən 6480 beyin mərkəzinin açıq nominasiya prosesini əhatə etmək üçün metodologiya yenilənmişdir.

● İndeksin əhatəliliyini artırmaq məqsədilə Afrika,Asiya,Latın Amerika,Yaxın Şərq və Şimali Afrikada (MENA) genişlənmə təşəbbüsünə başlanılmışdır.

2011

● Latın Amerika kateqoriyası iki subkateqoriyaya bölünmüşdür: “Meksika, Kanada və Karib hözvzəsinin aparıcı beyin mərkəzləri” və “Mərkəzi və Cənubi Amerikada aparıcı beyin mərkəzləri”.


2012

● Latın Amerika kateqoriyalıarı daha sonra “Meksika,Kanadada aparıcı beyin mərkəzləri” “Mərkəzi və Cənubi Amerikada aparıcı beyin mərkəzləri” oplaraq dəqiqləşdirildi.

● Çin, Hindistan , Yaponiya və Koreya Respublikası ölkələrinin qrup dominantlığının qarşısını almaq məqsədilə Asiya kateqoriyası dəyişikliklərdən keçmişdir. Asiya kateq oriyası 2 subkateqoriyaya bölünmüşdür: "Çin, Hindistan , Yaponiya və Koreya Respublikasında aparıcı beyin mərkəzləri” və “Asiyada aparıcı beyin mərkəzləri (Çin, Hindistan , Yaponiya və Koreya Respublikası istisna olmaqla)”.

● Beş yeni xüsusi nailiyyət kateqoriyası yaradılmışdır: “Ən Yaxşı Müdafiə Kampaniyası”, “2011-2012-ci illərdə Beyin Mərkəzinin apardığı Ən Yaxşı Siyasət”, “Ən Yaxşı Kommersiya xarakterli Beyin Mərkəzi”, “Aparıcı Enerji və Resurs Siyasəti Beyin Mərkəzi” və “Aparıcı Təhsil Siyasəti Beyin Mərkəzləri”. Bu kateqoriyalar məxsusi araşdırma sahələrində həm xüsusi nailiyyətləri, həm də mükəmməlliyi tanıyır.

● Ötən 18 ay ərzində deyil, 24 ay ərzində “Ən Yaxşı Yeni Beyin Mərkəzləri” kateqoriyası təşkilatları yaradılmışdır.
2013

● Əhatəliliyi artırmaq məqsədilə Asiya kateqoriyası yenidən 3 subkateqortiyaya ayrılmışdır: “ Asiya və Okeaniyada aparıcı beyin mərkəzləri( Çin, Hindistan,Yaponiya, və Koreya Respublikası istisna olmaqla)”, “Çin, Hindistan,Yaponiya, və Koreya Respublikasında aparıcı beyin mərkəzləri”, “Mərkəzi Asiyada aparıcı beyin mərkəzləri”.

● “Aparıcı Təhlükəsizlik və Beynəlxalq Münasibətlər üzrə Beyin Mərkəzləri” kateqoriyası “Aparıcı Müdafiə və Milli Təhlükəsizlik Beyin Mərkəzləri” və “Aparıcı Xarici Siyasət və Beynəlxalq Münasibətlər Beyin Mərkəzlərinə” bölünmüşdür.
● Səkkiz yeni xüsusi nailiyyət kateqoriyası əlavə ediılmişdir: “Müşahidə Beyin Mərkəzi”, “Sosial Şəbəkələrdən Ən Yaxşı İstifadə”, “İki və daha artıq beyin mərkəzini cəmləşdirən institusional əməkdaşlıq”, “Ən Yaxşı Beyin Mərkəzi Şəbəkəsi”, “Ən Yaxşı Beyin Mərkəzi Konfransı”, “Ən Yaxşı İdarə edilən Beyin Mərkəzi”, “Beyin Mərkəzi tərəfindən irəli sürülən Ən Yaxşı Yeni İdeya və Paradiqma”,

“ Beyin Mərkəzində Ən Yaxşı Transdisiplinar Tədqiqat Proqramı”.


2014 ( detallar üçün aşağıya baxın)

Download 1,33 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   11




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish