Beyin Mərkəzləri & Vətəndaş Cəmiyyətləri Proqramı Lauder Institutu Pensilvaniya universiteti



Download 1,33 Mb.
bet4/11
Sana26.03.2017
Hajmi1,33 Mb.
#5322
1   2   3   4   5   6   7   8   9   10   11

Metodologiya və Fəaliyyət Planı

2014-cü il üzrə namizədlik və seçim prosesinin başlamasından öncə Beyin Mərkəzinin və Vətəndaş Cəmiyyətləri Proqramının (TTCSP) Qlobal Beyin Mərkəzi Məlumat Bazasını yeniləmək və yoxlamaq məqsədi ilə heyət ekstensiv tədqiqat həyata keçirmişdir. Bu proses vasitəsi ilə bu ilki tədqiqata cəlb etmək məqsədi ilə bir sıra əlavə beyin mərkəzləri müəyyənləşdirilmişdir. 2014-cü il üzrə namizədlik və seçim prosesinin başlamasından bir ay öncə 2014 Beyin Mərkəzlərinin İrəliləmə İndeksi (GGTTİ) tətbiq edilməsini əks etdirən məktub kataloqa daxil olan bütün təşkilatlara göndərilmişdir. Potensial Ekpert Blokuna daxil olan namizədlərə əlavə olaraq namizədlilik və seçim prosesini təkmilləşdirmək üçün beyin mərkəzlərində tövsiyələrini bildirmələri xahiş olunmuşdur. 2014-cü il üzrə Reytinq mexanizminin, namizədlilik və seçim prosesini və effektivliyini qiymətləndirməyi tələb edən məktubda ötən illərin münsiflər heyətinə göndərilmişdir.


Namizədlik və Reytinq Prosesinin Mərhələləri
Nominasiyalar: Expert – 15 Mart-31 May 2014

2014 Beyin Mərkəzlərinin İrəliləmə İndeksi (GGTTİ) prosesinin hazırlığında, Seçilmiş Blokların Regional, Funksional və Xüsusi Sahələrində, xidmət göstərmək üçün ixtisaslı şəxslərin cəlb edilməsi üçün nominasiya elan edilmişdir.


I Mərhələ: Nominasiyalar-01 Avqust-30 Sentyabr 2014

Nominasiyaların elan edilməsi ilə bağlı məlumat 6,500-dən çox və əlavə olaraq təxminən 7,500 jurnalistlərə, ictimai və özəl donorlara və dünyada fəaliyyət göstərən siyasət xadimlərinə göndərilmişdir. Bu nominasiyalar cədvələ halına salınmaqla, 10 və daha artıq nominasiyaya layiq görülmüş institutlar 2014 Beyin Mərkəzlərinin İrəliləmə İndeksi (GGTTİ) prosesinin növbəti mərhələsinə daxil edilmişdir. 2013-cü ildə yüksək reytinq qazanmış beyin mərkəzləri avtomatik olaraq 2014-cü ilin seçim prosesinə daxil edilmişdir.
II Mərhələ: Ekspert qiymətləndirlməsi-01 Oktyabr-01 Noyabr 2014

10 və daha artıq nominasiyaya layiq görülmüş beyin mərkəzləri elektron reytinq sorğusunda yerləşdirilmişdir. İkinci mərhələnin başlanmasını əks etdirən prosesdə iştirak etməyə razılıq vermiş bütün beyin mərkəzlərinə, mətbuat nümayəndələrinə, ictimai-özəl donorlarına və siyasət xadimlərinə məktub elektron məktub vasitəsi ilə göndərilmişdir. Reytinq cədvəli və finalçıların siyahısı tərtib edilərək Ekspertlər tərəfindən baxılması və yekun seçimlərin edilməsi üçün təqdim edilmişdir. Bu il, hər bir kateqoriya üzrə Regional və Funksional Ekspert Blokları yaradılmışdır. Həmin mütəxəssislər nominasiyaları yekun reytinq sorğusuna daxil etmədən öncə onların doğruluğunu və keyfiyyətinin təmin edilməsinə kömək etməyə çağrılmışdır.
III Mərhələ: Ekspertlər 2014-cü ilin Beyin Mərkəzlərini seçir-01 Noyabr-01 Dekabr 2014

Yekun Seçim prosesini asanlaşdırmaq məqsədi ilə Münsiflər heyətinin hər bir üzvünə məlumat toplusu göndərilmişdir. Ötən ilin Ekspert Blokuna daxil olan şəxslərin hər biri bu il də Münsiflər Heyətində fəaliyyət göstərmək məqsədi ilə dəvət olunmuşdur.

Münfislər heyətinin üzvləri öz tövsiyələrini və qiymətləndirmələrini Cümə günü, 15 Noyabr 2014-cü il tarixinə qədər təqdim etmişdirlər.
Yekun: 2014 Beyin Mərkəzlərinin İrəliləmə Reytinqi elan edilir Yanvar 2015

Beyin Mərkəzlərinin İrəliləmə Reytinqi Birləşmiş Millətlər Təşkilatında, Nyorkda və Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzində, Vaşinqtonda və dünyanın müxtəlif regionlarınlarında yerləşən seçilmiş təşkilatlarda elan edilmişdir.


2014 Beyin Mərkəzlərinin İrəliləmə İndeksi üzrə Namizədlik və Reytinq Meyarları

İndeksləşdirmə prosesində iştirak edən münsiflər heyətinin üzvlərinə tövsiyə edilmişdir ki, namizədləri nəzərdən keçirərkən və qiymətləndirərkən aşağıdakı meyarları tətbiq etsinlər.



2014-cü il üzrə GGTTI Nominasiya və Reytinq Meyarı daxildir, lakin aşağıdakı meyarlarla məhdudlaşmır:


  • Beyin Mərkəzinin rəhbərliyinin (icraçı direktoru və idarə heyəti) səlahiyyətləri və keyfiyyəti. Buna beyin mərkəzinin fəaliyyətinin və proqramlarının effektiv idarə edilməsi, beyin mərkəzinin təsir gücünü, müstəqilliyini təmin etmək, keyfiyyəti təmin etmək və fəaliyyətə daxil olan məsələləri icra edə bilmək üçün maliyyə və insan resurslarının səfərbər edilməsi daxildir;



  • Beyin mərkəzinin heyətinin nüfuzu və fəaliyyət keyfiyyəti. Müvafiq tədqiqat sahələrində təkmilləşmiş mütəxəssislərin, analitiklərin, ixtisaslı, təcrübəli və məhsuldar alimlərin, tədqiqatçıların cəlb edilə bilməsi bacarığı;




  • Həyata keçirilən tədqiqatın nüfuzu və keyfiyyəti. İctimaiyyata, mətbuata, və siyasət xadimləri üçün əlçatan olan yüksək keyfiyyətli tədqiqatları həyata keçirə bilmək bacarığı;




  • İxtisaslı alimləri və analitikləri işə cəlb edə bilmək və saxlaya bilmək bacarığı;




  • Akademik fəaliyyət və nüfuz. Buna həyata keçirilən tədqiqatlarda ciddiliyin təmin edilməsi daxildir. Həmçinin beyin mərkəzlərinin tədqiqatçılarının və analitiklərinin rəsmi qeydiyyatı, onların nəşrlərinin sayı və növü: kitablar, jurnallar, konfrans məqalələri, tədqiqatçılar tərəfindən həyata keçirilən təqdimatlar, müxtəlif səpkili peşəkar görüşlər, bu kimi araşdırmalarda yer alan digər alimlərin sitatları;




  • Nəşrlərin sayı, keyfiyyəti və zənginliyi;




  • Beyin mərkəzlərinin tədqiqat və proqramlarının siyasətçilərə və digər siyasi xadimlərin qərarlarına təsiri. Siyasi tövsiyələrin siyasətçilər, ictimai və siyasi xadimlər tərfindən nəzər alınması və ya qəbul edilməsi;




  • Siyasi nüfuz (xüsusi məsələlər və proqramlar üzrə tanınması, mətbuat konfranslarının, rəsmi görüşlərin, ictimai bəyanatların və qanunvericiliklə bağlı verdikləri tövsiyələrin sayı);




  • Müstəqil tədqiqat və analizlərin həyata keçirilməsi ilə bağlı götürülən öhdəçilik. Bunlara digər təşkilatlar, tədqiqat qrupları və sərbəst tədqiqatçılar tərəfindən həyata keçirilən və araşdırılan faktlara əsaslanan tədqiqatlar və analizlərin aparılması üçün tətbiq edilən nəzəriyyələr və standartlar da daxildir. Həmçinin maraqların (maliyyə, institusional və şəxsi) toqquşmasının aşkar edilməsi, partizanlıq meylərinin olmaması, sosial elmlərdə həyata keçirilən tədqiqatlarda istifadə edilən müəyyən peşəkar standartlar;




  • Əsas institutlara çıxış. Əsas hədəf qrupları və dövlət rəsmiləri (seçilmiş və yat təyin edilmiş), vətəndaş cəmiyyətinin üzvləri, ənənəvi və yeni mətbuatın nümayəndələri və elm xadimləri kimi önəmli şəxslər ilə əlaqə yarada bilmək bacarığı və əl çatma dərəcəsi.;




  • Önəmli siyasi xadimləri cəlb edə bilmək, siyasətçilər, digər beyin mərkəzləri ilə yüksək əməkdaşlıq və daimi şəbəkə qura bilmək bacarığı;




  • Təşkilatın əldə etdiyi bütün nəticələri (təkliflər, elektron səhifənin izlənmə sayı, mətbuat konfransları, nəşrlər, müsahibələr, konfranslar, tədqiqatçıların rəsmi vəzifələrə təyini);




  • Tədqiqatların, təkliflərin və digər növ yekun nəticələrin işləkliyi. Siyasətçilər və siyasi xadimlər tərəfindən tərtib edilən hesabatların, tövsiyələrin və digər nəticələrin effektiv ötürülməsi, istifadəsi və cari, keçmiş heyət üzvləri siyasətçilər üçün məsləhətçi rolunu oynayır və s., tədqiqatçılar əldə etdikləri nailiyyətlərə və ictimai xidmətlərinə görə mükafatlandırılır;




  • Təlim-tədris, tədqiqat, elmi məqalələrin və təqdimatların hazırlanması, qanunvericiliklə bağlı tövsiyələrin verilməsi, məsləhət xidmətinin göstərilməsi, ictimai işin həyata keçirilməsi prosesində təşkilatın məlumatlarının faydasızlığı;




  • Tədqiqatın əsas dəf qrupları ilə əlaqə yaratmaq məqsədi ilə elektron, çap və yeni mətbuat növlərindən istifadə etmək bacarığı;




  • Mətbuatdakı nüfuzu (Mətbuatda yerləşdirilən müsahibələrin, araşdırmaların və bəyanatların sayı);




  • Siyasi xadimləri, jurnalistləri, ictimaiyyatı cəlb etmək və agah etmək məqsədi ilə sosial mətbuat alətləri də daxil olmaqla internetdən istifadə etmək bacarığı;




  • İnternet səhifəsi və onun görünüşü. Keyfiyyət, əl çatma səviyyəsi, təşkilatın internet səhifəsinin görünüşünün effektiv təmir edilib düzəldilməsi, həmçinin səhifənin sürətinin tezliyini və yüksəkliyinin təmin edilməsi. (keyfiyyət, əl çatma səviyyəsi, səhifənin strukturunun sadə olması, səhifə ziyarətçilərinin sayı, səhifənin oxunma sayı, səhifədə sərf edilən vaxt, “bəyənmələr” və ya izləmələr);




  • Maliyyə mənbələrinin davamlılığı, müxtəlifliyi və səviyyəsi. Beyin mərkəzinin fəaliyyətini dəstəkləmək və davamlılığını təmin etmək məqsədi ilə təşkilatın zəruri maliyyə resurslarını səfərbər etmək bacarığı (ianələr, üzvlük haqları, illik yardımlar, dövlət və özəl müqavilələr, qazanılmış mənfəət);




  • Maliyyə və insan resurslarının effektiv idarə olunması və cəlb edilməsi. Yüksək təsirə səbəb olan keyfiyyətli nəticələr əldə etmək məqsədi ilə beyin mərkəzlərinin pul və insan resurslarını effektiv idarə etmək bacarığı;




  • Beyin mərkəzinə maliyyə dəstəyi göstərən fondlar, korporasiyalar, fərdi şəxslər, ölkələr tərəfindən təqdim edilən ianələr, yardımlar, qrantların öhdəliklərinin təşkilat tərəfindən effektiv yerinə yetirə bilmək bacarığı (maliyyə bələdçiliyi);




  • Təşkilatın yeni elmi fikirlər, innovativ təkliflər və ya alternativ mülahizələr irəli sürə bilmək bacarığı;




  • Siyasi qərarlar qəbul edilən cəmiyyətlə elmi mühit arasında mövcud boşluğu aradan qaldırmaqla vasitəçi rolunu oynamaq bacarığı;




  • Siyasi qərarlar qəbul edilən cəmiyyətlə ictimaiyyat arasında mövcud boşluğu aradan qaldırmaqla vasitəçi rolunu oynamaq bacarığı;




  • Siyasi qərarlar qəbul edilən cəmiyyətə yeni səslər daxil etmək;




  • Siyasi şəbəkələrdə və problemlərdə təşkilatın yazı bacarıqları;




  • Ənənəvi siyasətçilərlə mübarizədə uğur əldə etmək və yeni innovativ siyasi ideyalar və proqramlar təklif etmək; və,




  • Cəmiyyətə təsiri. Müvafiq ölkədə həyat səviyyəsini müsbətə doğru dəyişmək kimi mühüm dəyişikliklər və sosial dəyərlərdə müsbət çevrilişlərə nail olmaq istiqamətində təşkilatın göstərdiyi səylər arasında birbaşa əlaqələr (vətəndaşlara təklif edilən malların və göstərilən xidmətin miqdarı, fiziki və əqli səhiyyənin səviyyəsi, mühitin keyfiyyəti, insan haqlarının vəziyyəti, institutlara çıxış).



Beyin Mərkəzinin Təsir İmkanlarının Qiymətləndirilməsi Mexanizmi
Aydındır ki, siyasi qərar qəbul etmə prosesində tətbiq edilən siyasət, baş verən hadisələrdə, münaqişələrin iştirakçılarına dəfə qoyulan beyin mərkəzlərinin təsirlərini qiymətləndirməyə cəhd etmək heç də asan deyil. Siyasətlə elm arasında davamlı əlaqənin əsasını qoymaq yolundakı mühüm çətinliklərə baxmayaraq, bütün dünyada ölkələr və vətəndaş cəmiyyətləri üzərində beyin mərkəzlərinin hansı səviyyədə təsir etməsi və hansı rola malik olması ilə bağlı ictimaiyyat, jurnalistlər, donorlar tərəfindən verilən kütləvi sualları dərindən anlamaq və effektiv cavablandırmaq beyin mərkəzləri üçün olduqca vacibdir.
Beyin mərkəzləri onların təsirini qiymətləndirmək məqsədi ilə siyasi mühitə, ictimaiyyata töhfə verməklə həyata keçirilən tədqiqatlar və analizlər zamanı artan müxtəlif ölçülər tətbiq edə bilər. McGann-nın sonuncu (2008) tədqiqatı beyin mərkəzinin təsirini qiymətləndirmək üçün istifadə ediləcək hərtərəfli alətlərin inkişaf etdirməsinə həsr edilmişdir. Bu tədqiqat üçün təkan verici qüvvə birinci hissədə təsir və nəticələr arasında mövcud olan aşkar qarışıqlıqlardır. İllər ərzində McGann tərəfindən həyata keçirilmiş araşdırmalar və sorğular zamanı tədqiqatçıları və beyin mərkəzləri onlara ictimai fikirdə təsir və onları necə ölçmələri ilə bağlı sual verildik, respondentlər böyük maraqlı bu şüaları cavablandırıblar. Əldə edilən iri həcmlə cavablar müxtəlif səpkili araşdırma nəticələri əldə etməyə səbəb oldu (bir sıra kitablar nəşr edildi, konfranslar həyata keçirilib, internetdə və mətbuatda çıxışlar yerləşdirilmişdir və s.). İstənilən halda, nəticələr təsiri ölçmək üçün yeganə vasitə deyil.
Aşağıda qeyd edilən ölçülər beyin mərkəzlərinin təsir imkanlarını necə effektiv ölçmək ilə bağlı müzakirələrdə katalizator rolunu oynayır. Bu, nəticələr və təsirlər arasında fərqlənməni aydınlaşdırmaqda kömək məqsədi ilə beyin mərkəzlərinin reytinq prosesi üçün əsas zəmin olaraq nəzərdə tutulmuşdur. Xahiş edirik ki, beyin mərkəzlərinin təsirini gözdən keçirərkən aşağıdakı göstəriciləri nəzərə alasınız:


  • Resurs indikatoru: İxtisaslı alimləri və analitikləri işə cəlb edə bilmək və saxlaya bilmək bacarığı; siyasi xadimlərlə və siyasətçilərlə yaxınlıq; kəskin analizlər, vaxt qənaət etməklə, mühüm araşdırmalar apara biləcək işçi heyəti; institutional valyuta; şəbəkələrin etibarlılığı və keyfiyyəti; və mətbuatda, akademik icmalarda əsas əlaqələr




  • İstifadə indikatoru: Ölkənin siyasi xadimlər və mətbuat tərəfindən müəyyən edilən “İrəliləmə” nüfuzu; icra və qanunverici orqanlardan öncə mətbuatda onların mövqeyinin və sitatlarının kəmiyyət və keyfiyyəti; mətbuat konfransları, rəsmi görüşlər, dövlət rəsmiləri ilə məsləhətləşmələr; satılmış kitablar; paylanılan hesabatlar; təşkil edilən seminarların və konfransların iştirakçıların araşdırmalarına, alimlərin tədqiqat və nəşrlərinə istinadlar.




  • Nəticə indikatoru: İrəli sürülən təkliflərin və mülahizələrin sayı və keyfiyyəti; nəşrlər (kitablar, jurnal məqalələri, mətbuat konfransları və s.); mətbuatda həyata keçirilən müsahibələr; mətbuat konfransları, konfranslar, və təşkil edilən; dövlət və ictimai vəzifələrə təyin edilən işçi heyəti.




  • Təsir indikatoru: Vətəndaş cəmiyyətinin təşkilatları və siyasi xadimlər tərəfindən irəli sürülüən və qəbul edilən tövsiyələr; şəbəkənin mərkəzliliyi; keçid qruplarına, namizədlərə, siyasi partiyalara məsləhətçi kimi xidmət etmək; təltiflər; qərarlara, ictimai müzakirələr təsir edən akademik jurnallardakı məqalələrdən, mətbuatdakı sitatlar; internet səhifəsinin görünüşü; və ölkədə seçilmiş rəsmilərlə, bürokratik standart proseduralarla, mühafizəkar şəxslərlə mübarizədə nailiyyət.

Bu keyfiyyət qiymətləndirilməsi ilə yanaşı, təsirin effektiv dəyərləndirilməsi tədqiqatın nəticələrindən istifadə edəcək Qeyri Hökumət Təşkilatların, dövlət idarəetməsinin üzvlərini də əhatə etməlidir. Bu iştirak müsahibələr, sorğular, anketlər, hədəf qrupları ilə görüşlər, fəaliyyətin yekunlarını qiymətləndirmədən uzaqlaşdırmaqla nəticələrdən əldə edilə bilər. Əgər “proqramın birbaşa istiqamətləndiyi təşkilatlar, qruplar, insanlar, fəaliyyətlər, əlaqələr, hərəkətləri dəyişərsə”, təsir müsbət qiymətləndirə bilər.


Həmçinin bu keyfiyyət qiymətləndirilməsi əhəmiyyətlidir, ona görə ki, siyasi təlimatlar faktiki siyasətə çevrilmədiyi hallarda da, qeyd edilən təsir imkanlarına nail olmaq mümkündür, tövsiyə edirik ki, bu qiymətləndirmə ədədi reytinqə çevrilməlidir, beləliklə bu da öz növbəsində gələcəkdə qiymətləndirmə və monitorinq üçün ilkin məlumatlarla fərqlənmələri aşkar etməyə imkan verəcəkdir.


Download 1,33 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   11




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish