8. Neft və qaz emalı sənayesinin inkişaf mərhələləri
İnsan od əldə etməyi öyrəndikdən sonra, işıqllandırmağa başladı. Alovun işığı gecənin qaranlığından yaranan vahiməni dağıdırdı, tonqal isə ilk süni işıq mənbəyi olmuşdu. Sonra insanlar talaşalardan (ağac tilişkələdən), ardınca isə müxtəlif işıqsaçan vasitələrdən istifadə etməyi fikirləşdilər.
Hələ e.ə. IV əsrdə Makedoniyalı İskəndərin İrana hərbi yürüşü zamanı o, müəyyən etmışdi кi, Girkan (Xəzər) dənizinin sahilində yerli əhali (girkanlar, midiyalılar və b.) neftlə doldurulmuş fitilli çıraqlardan istifadə edirlər.
Neftin təqtiri (distilləsi) üçün sadə üsullar qədim zamanlardan mövcud idi. Məsələn, romalı həkim Kassiy Feliks (I əsr) neftin təqtirini, yəni qara nefti qaynatmaqla ondan ağ neft alındığını göstərirdi.
Ərəblər qonşu xalqların neftlə əldə etdikləri nailiyyətlərlə tanış olduqdan sonra, onun emalı üsullarının inkişafına çox dəyərli töhvələr vermişlər. 950-ci illərdə ərəblər ilk neft emalı qurğularını tikdilər. Onlar distillə kublarını (ənbiqləri) bişmiş gildən və ya qurğuşundan düzəldirdilər. Təbabət kitablarında XI əsrdə Orta Asiyada məşhur olan alim İbn Sinanın təcrübələri əsasında neftin təqtiri üsulları barədə yazılar vardır.
XIII əsrdə Abşeronu ziyarət edən ərəb tarixçisi Məhəmməd ibn Nəcib Bekran əl- Həmdani öz kitabında Abşeronda neft emalının hələ XII əsrin əvvəllərində mövcud olduğunu təsdiq etmiş, Bakı neftinin təqtir edilməsini qələmə almışdır. Digər ərəb və fars mənbələrində, o cümlədən Həmdulla M. Qəzvinin (1281-1350-ci illər) “Nüzhət əl-qulub” əsərində XIII əsrdə Abşeronda neftin təqtiri üzrə təcrübələr aparıldığı bildirilir.
1733-cü ildə rus səfirliyinin İrandakı nümayəndəsi doktor İ. Lerxe Bakı neft rayonunda olarkən çox maraqlı bir faktı qeyd edirdi. O, neftin emalı haqqında, artıq o vaxtlar məlum olan bir proses kimi danışır. Onun sözlərinə görə, “neft tez yanmır, o, tünd boz rəngdədir, onu təqtir edəndə açıq sarı rəngə çalır. Ağ neft bir az tutqundur, amma təqtirdən (yəni - emaldan) sonra spirt kimi şəffaf olur və o, tez yanır”.
1745-1746-cı illərdə Uxta çayında Fyodor S. Pryadunov tərəfindən neftin təqtiri “zavodu” tikilmlşdir. Burada “zavod” dedikdə distillə kubundan (ənbiqdən), su soyuducusundan, qəbuledici vedrədən və digər sadə vasitələrdən ibarət, çoxda böyük olmayan qurğu başa düşülməlıdır. 1748-ci ildə Moskvada Berq-Kollegiyanın laboratoriyasında Uxta çayında tapılmış neftin təqtiri aparılırdı. Az həcmdə gətirilən nefti şüşə qablarda (kolbalarda), böyük həcmdə gətiriləni isə kublarda (ənbiqlərdə) emal edirdilər. 1749-cu ildə Rusiyanın Berq-Kollegiyası F.S.Pryadunovu məcbur edir ki, Moskva əczaxanalarının tələbatını ödəmək üçün özünün neft emalı məhsullarını və xaricdən, Abşeron yarımadasından (Bakıdan) gətirilən neftdən ucuz olmaqla, öz neftini buraya göndərsin.
1752-ci ildə Rusiyanın Kazan yolunun Ufa qəzasının Nadırovka kəndinin əhli olan Nadır Urəzmətov və b. Sartat dağının ətəyində Sok və Surqut çaylarında neft tapdılar. “Sınaq üçün o yerlərin neftindən 10 və daha çox funt neft götürdük” və Berq-kollegiyaya göndərdik ki, “ yöxlasınlar və neft zavodu tikmək üçün izn versinlər”. Neftin təkrar emalı yüksək çıxış verdi. N.Urəzmətovun neft emalı “zavodu” indiki Samara vilayətinin Serqiyevka kəndinin yaxınlığında yerləşirdi.
1771-ci ildə Bakıda olan akademik Samuil Qimelin də (1745-1774-ci illər) Suraxanıda kerosini əldə etmək məqsədilə neftin təqtiri (emalı) faktını təsdiq edir. Təəssüf ki, bütün müəlliflər Abşeronda emal neftinin məhsullarının tətbiqi və istifadəsi, emalın həcmi və texnıki üsulları barədə heç bir məlumat vermirlər. Lakin yuxarıda adları sadalanan müəllflərin yazdıqları göstərir ki, Bakı ustaları hələ qədimlərdən ( ən azı XIII əsrdən) neftin təqtiri üsulunu bilirlərmiş.
1823-cü ildə Mozdokda (Şimali Qafqaz) Vasili, Gerasim və Makar Dubinin qardaşları ağır Voznesenski neftini emal etmək üçün ilk sənaye kubunu (ənbiqi) düzəldir və işə buraxırlar, ona görədə bəzi ruc tarixçiləri bu ixtiranı neftin sənaye üsulu ilə emalının başlanğıcı kimi qəbul edirlər.
1830-cu ildə kimyaçı K.Reyhenbax (Avstriya) ağacın,torfun və daş kömürün quru distilləsi yolu ilə yeni işıqlandırma məhsulu aldı, onu “fotogen” adlandırdılar və məlum oldu ki, o, çıraqlarda bitki yağını və balina piyini çox yaxşı əvəz edir.
Xaricdə uzun müddət işıqlandırma yağlarını almaq üçün xammal kimi bərk yanan maddələrdən istifadə edirdilər. Belə ki, məsələn, 1832-ci ildə Burqundiyada (Fransa) Seliq qatranlı şistdən fotogen istehsal edən zavod tikmişdi.
Azərbaycanda neft emalı sənayesinin inkişaf yollarını aşağıdakı mərhələlərə ayırmaq olar:
Do'stlaringiz bilan baham: |