Bakı şəhər Neft Muzeyinin mövzu-quruluş planı



Download 1,79 Mb.
bet24/95
Sana21.02.2022
Hajmi1,79 Mb.
#2567
1   ...   20   21   22   23   24   25   26   27   ...   95
1834-1922-cü illər. 1834-ci ildə Bakı neft mədənlərinin direktoru Nikolay Voskoboynikov (1801-1860) qara və ağ neftdən kerosin alinması üçün xüsusi emal qurğusunu ixtira edir və Abşeronda və dünyada ilk dəfə nefti sənaye üsulu ilə emal edən qurğunu (zavodu) 1837-ci ildə Balaxanıda işə salır, hansı ki, “xüsusi (nefti) emal edən mərmi ( yəqin qurğu mərmiyə oxşadığı üçün ) və daşınması üçün dəmir çəlləklər düzəltmişdi” [Акты, собранные Кавказской археографической комиссией (АКАК), т.9, с.651] Ancaq neftdən distillə yolu ilə kerosin (yerli əhali ona ağ neft və ya neft cövhəri də deyirlər) almaq ona müyəssər olmadı, çünki 1846-cı ildə N.İ.Voskoboynikov istefaya çıxaraq birdəfəlik Abşeronu tərk etdi. (ABŞ-da ilk belə zavod yalnız 1855-ci ildə Samuel Kayer tərəfindən inşa edilmışdir). “Закавказский вестник”in 1847-ci ilin 24-cü nömrəsində naməlum müəllifin belə bir məlumatı var: “ Ağ neft təqtir edildi və bu prosesdən sonra o, skipidarın (terpentin yağı) çox xassələrinı götürdü, belə təsdiq edirlər ki, çox hallarda təqtirdən sonra alınan məhsul skipidardan daha üstündür. Bu özünü doğruldarsa, onda neft mədəni daha böyük əhəmiyyət daşıyacaqdır. Təqtirin aparılması isə odundan asılı olmayacaq, çünki Bakının sınaqdan çıxmış sönməyən odları onu bu mənada əvəz edəcəkdir”. Ola bilər ki, bu məqalənin müəllifi mühəndis N. Voskoboynikovun apardığı neftin təqtiri sınaqlarını nəzərdə tutmuşdur.
1846-сı ildə kanadalı Abraham Hesner daş kömürdən işıqlandırıcı yağın istehsalını təşkil etdi və onu “kerosin” adlandırdı (yunan sözləri olan keros və elaion “mum” və “yağ” deməkdir).
XIX əsrin 40-cı illərində neft emalı qurğuları və zavodları digər ölkələrdə də peyda oldular: 1847-ci ildə Ceyms Yunq Böyük Britaniyada zavodda neftin təqtirinə (emalına) başladı, lakin bu işdən tezliklə əl çəkdi və sonralar qatranlı şistin təqtiri (emalı) ilə məşğul oldu.
1849-cu ildə S.M.Kir tərəfindən Pensilvaniyada (ABŞ) neftin distilləsi zavodu inşa olundu. Bu zavodda neft məhsullarının turşu-qələvi təmizlənməsi həyata keçirilirdi. 1850-ci ildə Loter Harvurd da daş kömürdən işıqlandırıcı yağ almağa başladı.
1852-ci ildə işgüzar amerikalı əczaçı Kirs neftin metal ənbiqlərdə neftin emalı üzrə təcrübələr apardı və kəskin iyi olan distillə edilmış maye aldı. Distillatın kükürd turşusu və qələvi ilə təmizlənməsi üsullarını bilmədiyi üçün, Kirs öz təcrübələrini dayandırdı.
Fransada ilk neft emalı zavodu Elzasda (1854-cü il) A.Q.Qirn tərəfindən inşa edilmışdir. Zavodda neftdən və asfaltdan (qırdan) sürtgü yağları alırdılar. Neftin təqtiri zamanı zavodda qızdırılmış buxardan istifadə olunurdu.
1854-cü ildə Kinq adlı bir şəxs də neftdən işıqlandırıcı yağ almaq üçün təcrübələr apardı. Lakin Kinqin üsulu o qədərçətin və bahalı idi ki, o dövrdə bərk yanan maddələrdən alınan fotogenlərlə rəqabət apara bilməzdi. Kinq də neft emalında kerosin almaq cəhdlərindən əl çəkdi.
1854-cü ildə ABŞ-da Nyu-Yorklu hüquqşünas Corc Bissell və Nyu Heyvend şəhərciyində bankın prezidenti Ceyms Taunsend, onların fikrincə böyük gələcəyi olan maddə -dağ-mədən yağı adlanan “neft”lə bağlı bir layihəyə başladılar. Yeni peyda olmuş bu işbazlar hesab edirdilər ki, nefti destillə etməklə elə maye maddə almaq mümkündür ki, onu fənərlərdə işıqlandırmaq üçün istifadə etmək olar. Onlar heç şübhə etmirdilər ki, neftdən destillə yolu ilə alacaqları məhsul, son illər bazarı ələ almış kömürdən alınan aşağı keyfiyyətli “kerosinlə” (yunanca “keros”- mum, “elaion”- yağ deməkdir) rəqabət apara biləcəkdir. 1854-cü ildə Abraham Hesner yüksək keyfiyyətli işıqlandırma məhsulu əldə etmək üçün qudron və ona oxşar maddələrdən yağ alma prosesini işlədi və bu yeni maye karbohidrogenin (kerosinin) istehsalına patent almaq üçün ərizə verdi. Kerosin (fotogen, fotonaftil, petroleum, geliozol, astralol, olefin, pironaft, bakıol) - bu adlar altında böyük miqdarda gündəlik həyatımızda və sənayedə istifadə olunan, neftin təqtiri yolu ilə alınan və təmizlənmə üçün bəzi kimyəvi işlənməyə məruz qalan müxtəlif maddələrin qarişığından ibarət olan məhsuldur.
Baxmayaraq ki, Amerikada neft çoxdan məlum idi, lakin fotogeni (kerosini) qatranlı şistlərdən alırdılar. Yalnız 1855-ci ildə prof. Silliman müəyyən etdi ki, kerosini neftdən almaq mümkündür. Bu fakt bəzi müəlliflərə məhz Sillimanın neft emalının pioneri olması barədə səhv nəticələr çıxarmağa əsas verdi.
Neft emalının ıxtiraçılarının kim olması barədə mütəlif müəlliflər ayrı-ayrı adlar çəkirlər. Belə ki, Qefer hesab edir ki, neftin təqtir üsulunu (burada söhbət yəqin ki, sənaye üsulundan gedır) ilk dəfə 1853-cü ildə Avraam Şreyner (və ya Şrayxer) adlı bir şəxs kəşf etmişdir, hansı ki, Draqobıçda neftdən bu üsulla təkər yağı hazırlayırdı.
Kerosinin ibtidai üsulla alınması ilə hətta Qalisiyada (indiki Qərbi Ukrayna) və sonralar Rumıniyada da məşğul olurdular. Burada yerli kəndlilər torpaqda əl ilə quyu qazırdılar və bura yığılan neftdən kerosin alırdılar. 1854-cü ildə kerosin Vyanada (Avstriya) satılan əsas məhsullardan biri oldu, 1859-cu ildə Qalisiyada isə artıq mükəmməl neft istehsalı fəaliyyət göstərirdi.
1854-cü ildə ABŞ-da neftin təqtiri ilə məşğul olan yoldaşlıq (ortaqlıq) təşkil etmişdilər. 1859-cu ildə A.Hesner Nyu-Yorkda kerosin zavodunun yaradılmasında iştirak etdi. Eyni müəssisə Bostonda açıldı. Həmən vaxtda şotlandiyalı kimyaçı Ceyms Yunqda “yanan şistlərin” əsasında kerosin almaq prosesini kəşf etdi. Şistlərdən istifadə etməklə kerosin istehsalı üzrə bir zavodda Fransada tikildi. 1859-cu ildə ABŞ-da artiq 34 şirkət kerosin və ya “kömür yağı” istehsal edirdi. Kerosinin yalnız cüzi hissəsi ənənəvi yolla yığılan pensilvaniya neftindən alınırdı və bu kerosin ara-bir Nyu-Yorkun neftayırma zavodlarından gətirilirdi.
1860-cı ildə amerika kerosini ilk dəfə Avropa bazarında göründü. Bu işlə hələ o zaman heç kimə məlum olmayan Con Rokfeller məşğul oldu. 1860-ci ildə o, V.S.Andrüslə pazılığa gəldi və Klivlenddə kiçik bir neft təmizləyən zavod tikdi.
Bu illər neftin yığılıb saxlanmasında və ondan neft məhsullarının alınmasında vəziyyət Bakı neft rayonunda da ürək açan deyildi. Neftin saxlanılması o qədər aşağı səviyyədə idi ki, onun tərkibində olan qiymətli məhsullar istifadəyə və ya emalacan artiq havaya uçurdular, çünki jelonkalardan axan neft bir başa açıq anbarlara yığılırdı. Neftin emalı da elə bu cür aşağı səviyyədə idi.
V.A. Kokorev (1817-1889- cu illər), P.İ.Qubonin (1825-1894-cü illər) və alman baronu N. Tornau (1812-1882-ci illər) tərəfindən 1857-ci ildə təsis edilmış “Закаспийское торговое товарищество” (Zakaspi ticarət yoldaşlığı-ortaqlığı) səhmdar cəmiyyəti 1858-1859-cu illərdə Bakı neft rayonuna ekspedisiya göndərdi. Ekspedisiyanın nəticələri “Zakaspi ticarət yoldaşlığı”na bu regionda satış əməliyyatlarını planlaşdırmağa və genişləndirməyə imkan verdi. Baron Tornau V.Kokorevə Bakı naft rayonuna diqqət yetirməyi və İranada məmnuniyyətlə alinan işıqlandırıcı yağların istehsalı ilə məşğul olmağı məsləhət gördü. “Zakaspi ticarət yoldaşlığı” 1859- cu ildə qırdan kerosin (fotogen) almaq üçün Suraxanıda zavod tikməyə başladı. Atəşpərəstlərin Suraxanıda yerləşən məbədinin yaxınlığında zavod tikmək üçün çox münasib yer aldılar. Burada hələ qədim zamanlardan yerin altindan alov şölələri - neftlilik əlaməti kimi qiymətləndirilən yanar qazlar çıxırdı. Zavod məşhyr kimyaçı alim, Munhenli professor Yustus Libihin (1803-1873 –cü illər) layihəsi əsasında bərk yanar maddələrdən fotogen alınması texnologiyası üzərində tikilirdi. Almaniyadan alınmış avadanlığın (qırın quru təqtiri üçün üfqü yerləşən çuqun retortalar -“distillə cihazları”, duru məhlulların təkrar emalı üçün 100 pud həcmli kürəyəbənzər qazanlar və s.) quraşdırılmasına Yustus Libihin köməkçisi alman mühəndisi E. Moldenhauer rəhbərlik edirdi. İnşaat işləri 1859-cu ildə başlandı və Almaniyadan göndərilən avadanlığın göndərilməsində yaranan çətinliklər ucbatından 1859-cu ilin sonunadək uzandı. Xammal olan qırı atlarla Qırməki dağlarından daşıyırdılar. İlk sınaq təqtiri aşağı keyfiyyətli və az miqdarda – 15-20% fotogen (kerosin) alınması ilə nəticələndi. E. Moldenhauer Suraxanıda gölməçələrdə yığılmış ağır nefti sınaqdan keçirdi və ilk sınaqdakından daha təmiz fotogen alındı.
Zavodun tikintisi 1860-cı ildə başa çatdırıldı, ilk məhsul isə 1861- ci ildə alındı. Bu zavod ilk neftayırma müəssisəsi idi. 1859-cu ildə eyni qurğular quraşdırılmış zavod Pirallahı adasında da tikilmışdi. Lakin qırdan distillə sınaqları laboratoriya səviyyəsindən kənara çıxmadı və qır fotogeni (kerosini) satışda olmadı, zavodlar isə acınacaqlı vəziyyətə düşərək böyük ziyan gətirdilər. 1860-cı ildə zavod sahibləri Moskva universitetinin magistri Vilhelm (Vasiliy) Yevstafyeviç Eyxleri Bakıya dəvət etdilər. V.Eyxler baron N. Tornauya zavodun yenidən qurulmasını, texnologiyanın dəyişdirilməsini və qırın neftlə əvəz olunmasını (bu təklifin E. Moldenhauer tərəfindən verildiyi də istisna olunmur) məsləhət görür. Avadanlığın dəyişduruldiyi müddət ərzındə V. Eyxler D.Mendeleyevin təklifi ilə Qafqaz fotogeninin ilk elmi təhlilini həyata keçirdi. Onun tərkibində metalların aşınmasına gətirib çıxaran turşulara rast gəldi və onları qələvi qatmaqla neytrallaşdırdı. V.Eyxler fotogenin (kerosinin) yuyulmasında yüngül xlorid turşusu məhlulundan istifadə etdi, sonra isə onu 66° kükürd turşusu ilə əvəz etdi. Kerosini qələvilərlə təmizləmə sınağından sonra o, təyin etdi ki, təmizlənmış məhsul dəmiri həll etmir və uzun müddət saxlanıldıqda ilkin aldığı rəngi dəyişmir. Yeni alınmış məhsulu əvvəlkindən fərqləndirmək məqsədilə onu fotonaftil, yəni “neft maddəsinin işığı” adlandırdılar. Mahiyyətcə bu yeni zavodun inşa edilməsi demək idi, belə ki, çuqun retortaların yerinə dövrü işləyən dəmir ənbiqlər (kublar) quraşdırıldı. Əvvəlcə 17 ənbiq quraşdırılmışdı, onlardan 12-nin hər birinin həcmi 300 pud, qalanları isə – hərəsi 80 pud idi. Ənbiqə doldurulmuş 300 pud xam neftdən, 100 pud birinci növ və 50 pud ikinci növ kerosin alınırdı və axırıncını sonra təzədən yeni xammal kütləsi ilə qarışdırıb təqtir edirdilər. Bir müddətdən sonra, yəni 1867-ci ildə zavod artıq yeni avadanlıq əldə etmişdi: kerosin almaq üçün 620-660 vedrə həcmində 25 ədəd dəmir ənbiq və sürtgü yağları almaq üçün hər biri 208 vedrə həcmində 5 ədəd ənbiq. Həmçinin kürəyəbənzər istilik qazanları silindrik formalı qazanlarla əvəz edilmişdi və bu da neftin hərtərəfli qizdırılmasını və təqtir prosesinin ahəngdar getməsini təmin edirdi. Zavod yenidən qurulduqdan sonra onun işi çox yaxşılaşdı. Zavodda əvvəlki 10-15% yerinə 30% işıqlandırıcı məhsulun alınmasına nail olundu.
1863-cü ildə Rusiya böyük həcmdə amerika kerosinini idxal etdi, lakin artıq sübut olunmuşdur ki, V.Kokorevin Suraxanı zavodundan ilk məhsul kerosin adı altında 1862-ci ildə Rusiya bazarlarına çıxarılmışdır. Rusiyanın xaricdən kerosin idxal etməsi təbii idi, çünki Suraxanı zavodunun gücü zəif idi və o, imperiyanın tələbatını ödəyə bilməzdi. Zavod inkişaf etdikcə öz istehsalını artırırdı: 1863-1864-cü illərdə zavodun məhsuldarlığı iki dəfə artmışdı.
V.Kokorevin və P.Quboninin uğurları ona gətirib çıxardı ki, digər iri sənayeçi, «Витте и Ко» parafin fabrikinin sahibkarı, əczaçı Vitte parafin şamlarının hazırlanmasını dayandıraraq kerosin istehsalına başladı. 1861- ci ildə o, Pirallahı adasında alman mütəxəssislərinin layihəsi ilə neftayirma zavodu tikdirdi. Zavodun rəhbəri Rosmeslerdə həmçinin xammal kimi qırdan və çələkən ozokeritindən (bərkləşmiş təbii neft) istifadə edirdi. Emal olunan xammaldan zavod 60% parafin və 8% xüsusi çəkisi 0,75-0,81 q/ kub sm fotogen əldə edirdi. Lakin zavod böyük ziyanla işlədiyi üçün tezliklə bağlandı.
Eyni zamanda D. Mendeleyevin təklifi ilə V.Eyxler ilk dəfə neftin emalının elmi üsullarının tədqiqatına başlayır. Özünün sonrakı təkmilləşməsində neftayırma texnikası D.Mendeleyevə borcludur. Kerosinə olan tələbat çoxaldıqca və neftin hasilatı artdıqca neftayırma texnikası ilə işıqlandırıcı materiallara olan tələbat arasında böyük bir fərq yarandı. Dövri işləyən ənbiqlərin məhsuldarlığı çox aşağı idi. Həyat neftayırma prosesində daha mükəmməl texnoloji və aparat tətbiqi probleminin həll olunmasını tələb edirdi. Bu dəfə V.Kokorev yardım və məsləhət üçün D. Mendeleyevə müraciət etdi.
1863-cü ildə isə ilk dəfə Bakıya gələn D.Mendeleyev özü sentyabrın 6-dan oktyabrın 8-dək V.Kokorevin zavodunda işləməyə başlayır və neftin təqtiri üzrə təcrübələr aparır, həmçinin kerosinin keyfiyyətini yaxşılaşdırmaq üçün xeylı tövsiyyələr verir. Sonralar alim Bakıya olan ilk səfərini belə xatırlayırdı: “1863-cü ildə V.A.Kokorev məni dəvət etdi, mən onda S.-Peterburq Texnoloji universitetinin dosenti idim, Bakıya gəlim, bütün işlərə baxım və qərara gəlim: işləri necə sərfəli etmək olar, əgər olmazsa, onda zavodu bağlayım... Onda mən, 1863-cü ilin avqustunda ilk dəfə Bakıda oldum. Mənim neft işi ilə tanışlığım bundan başlanır”. D.Mendeleyevun bu tövsiyyələri sonralar N.İ.Vittenin, H.Z.Tağıyevin, V.İ.Raqozinin, L.İ.Nobelin və S.M.Şibayevin də zavodlarında tətbiq olunmağa başlanmışdı. Suraxanı kerosin (fotonaftil) zavodu 1897-ci ilədək uğurla işləmiş və sonra ləğv edilmişdir.
İlk dəfə Bakıda və bütün Rusiya neft sənayesində V.Kokorevin zavodunda həmçinin səmt neft qazından kubların (ənbiqlərin) altını qızdırmaq və zavodun binasını və həyətini işıqlandırmaq üçün istifadə olunur. İlk dəfə Bakıda və bütün Rusiya neft sənayesində V.Kokorevin zavodunda ərazidə olan təbii qaz mənbələrindən çıxan neft qazından kubların (ənbiqlərin) altını qızdırmaq və zavodun binasını və həyətini işıqlandırmaq üçün istifadə olunur. V.Kokorevin zavodunda qazın yanacaq kimi istifadəsi aşağıdakı üsulla aparılırdı. Beləki, yerdən qaz çıxan çatların üzərinə qalpağabənzər yeşiklər qoyulmuş, yanları sement məhlulu ilə daşla hörülmüşdü; bu qalpağın altına qaz yığılır və sonra borularla qazanxanaya verilirdi.
Abşeronda təbii qazın istifadəsi V. Kokorevin zavodu tikilməmişdən çox-çox əvvəllər, ta qədim zamanlardan məlum idi. Hələ atəşpərst hebrlərin “sönməz oda” sitayış etdikləri dövrlərdə Bakı ətrafının sakinləri təbii mənbələrdən çıxan qazı əhəng bişirmək və digər məqsədlər üçün istıfadə edirdilər. XIX əsrin 60-cı illərində dənizdəki təbii mənbələrdən çıxan qazı isitmək və işıqlandırmaq üçün istifadə etməyin xüsusiyyətləri öyrənilirdi. Bu tədqiqatlar belə nəticəyə gətirdiki, təbii qaz yanarkən, süni işıqlandırma qazı kimi pis qoxulu iy vermir, elastik xassəyə malikdir və borularla asan nəql oluna bilir. Bu tədqiqatlar sahildən 300 m aralıda dənizin dərinliyi 6 m olan təbii qaz mənbəyində aparılmışdı. Qazın borularla 1,5 verst (1 verst -1140 m) məsafəyə Bayıl burnuna ötürülməsi nəzərdə tutulmuşdu.
1863-cü ildə Bakının özündə, əvvəllər Vittenin zavodunda işləmiş mexanik Cavad Məlikov 3 nəfərdən ibarət kapitalı 300 rubl olan ortaq cəmiyyət yaratdı, müasir kerosun zavodu tikdi və dünyada ilk dəfə neft emalında (təqtir prosesində) soyuduculardan istifadə etdi və 35-40% yüksək keyfiyyətli kerosin aldı. Bu yenilik təzə tikilən zavodlarda da tətbiq olundu. C.Məlikovun zavodu çox gözəl işləyirdi. Lakin işbazlar araya girdi. Onlar öz kapitalları ilə C.Məlikovun qaydaya salınmış işlərinə qoşuldular və sonra Abşeronda neftayırma texnikasının ən yaxşı bilicilərindən olan bu şəxsi zavoddan kənarlaşdırdılar. İri neft sahibkarı İ.Mirzəyev C.Məlikovun bilik, təcrübə və enerjisindən istifadə etmək qərarına gəldi və bütün Şimali Qafqazı yanacaqla təmin etmək məqsədilə ona Qroznıda kerosin zavodu inşa etməyi həvalə etdi. C. Məlikov İ.Mirzəyevə məxsus neft quyularından 100 m aralıda zavod inşa etdirdi. Zavod Bakıda istifadə olunan eyni tipli avadanlıqlarla təchiz olunmuşdu. Orada şaquli və birbaşa qızdırılan qazanlar və dəmir ilanvari (spiral) borular quraşdırılmış taxta çənlər – soyuducular qoyulmuşdu. Qafqazda neftayırmanın pionerlərindən olan C. Məlikov kerosin istehsalının texnikasının inkişafına böyük xıdmətlər göstərmişdi. Onun təcrübəsi və əməyi hesabına Mirzəyevlər, Nobellər, Mantaşevlər, Rotşildlər böyük varidat qazandılar, o isə kasıb və adsız-sansız dünyasını dəyişdi. Tanınmış rusiyalı neft sahibkarı V.İ.Raqozin (1833-1901-ci illər) C.Məlikovu belə səciyyələndirmişdi: “ Qəti fikrə malik olan hər bir insan kimi, o, hər təşəbbüsə, yalnız öz fikrini həyata keçirmək üçün olan bir vasitə kimi baxırdı və bu da bakılılara qəribə və təəccüblü gəlirdi. Əlbəttə təəccüblü görünəcəydi, çünki bu adam asan qazanc axtarmırdı, sabahını düşünməyib əlində olan axırıncı qəpiyini də verirdi ki, təki məqsədinə çatsın. Texniki istehsalların inkişafında biz tez-tez belə qəribə adamlarla rastlaşırıq, hansılar ki, istehsallara təkan verirlər, onları irəli aparırlar, lakin sonradan özləri işdən kənarda qalırlar, tanınmırlar və səfalətdə ölürlər. Onlara inanmayan və gülən kütlə isə, sonralar onların bu qəribəliyindən yaranan variyyətdən bəhrələnirlər”.
V.Kokorevin Suraxanı zavodunun sirrləri qorunsa da, işbazlar turşu və qələvi ilə təmizləmənin sirrlərini öyrəndilər və ətrafda bir neçə kiçik zavodlar peyda oldular. Onların sayının artmasının qarşısını iltizamın olması və neftin bahalığı alırdı. 1864-cü ildə fotogenin pudu 4,5 rubl, Moskvaya gətiriləndən sonra onun qiyməti 6 rublacan yüksəlirdi. İltizamçı neftin qiymətini özü istədiyi kimi qəbul etdirirdi, o, özüdə Bakıda və Nijni Novqorodda qiymətləri təyin edirdi, halbu ki, o, yalnız istehsalçıdan neftin alıcısı ıdı. Məsələn, “Zakaspi ticarət ortaqlığı” iltizamçı İ.Mirzəyevdən neftin pudunu 45 qəp. alaraq, neft qalıqlarını ona 15 qəp. satmağa məcbur idi. İltizamçı bu qalıqları xam neftə qarışdırıb bu qatışığı kiçik zavodlara hər pudunu yenidən 45 qəp. satırdı. 1865-ci ildə İ.Mirzəyev rus kapitalisti Qrikulovdan zərərlə işləyən kiçik bir neft zavodu alaraq, özü neft məhsulu istehsalı ilə məşğul olmağa başladı və bir neçə ay ərzində onu iri neft emalı müəssisəsinə çevirdi. Eyni zamanda o, 1866-cı ildə Suraxanıda daha güclü neft emalı zavodu inşa etdirdi. Genişləndirilmış və texniki cəhətdən yenidən qurulmuş zavod ildə 60 min pud (980 ton) yüksək keyfiyyətli (amerikalılardan da üstün) kerosin istehsal etməyə başladı.
1863-cü ildə isveçrəli Boley işıqlandırıcı yağ almaq üçün nefti təqtir etməyə cəhd göstərmişdi.
1865-ci ildə Moskvada keçirilən toxuculuq məmulatı sərgisində Suraxanıda yerləşən Bakı zavodunda neftin emalı zamanı əldə edilən “fotonaftil” adlı yeni işıqlandırıcı materialın təqdimatına görə “Zakaspiyski ticarət ortaqlığı”na böyük gümüş medal verilmişdir.
1866-ci ildə C.Yunq ağır neftlərdən təzyiq altında təqtir etməklə kerosin alınması üsuluna görə imtiyaz almışdır. Təqtirin bu üsulu krekinq adlandırıldı. Müxtəlif yataqların neftinin adi üsulla emalından Yunq 20%, krekinqlə isə 60% kerosin alırdı.
1866-сı ildə Bakıda təqribən 100 min pud kerosin (ağ neft) istehsal olunmuşdu. 1867-ci ildə təkcə V.Kokorevin Suraxanıdakı zavodunda 100 min pud kerosin istehsal edilmışdi ki, buda imperiyanın Moskva, S.-Peterburq və dıgər şəhərlərini kerosinlə təmin edirdi.
Bakı neftinin hesabına Rusiyanın başqa bölgələrində də neftayırma zavodları yarandılar. 1867-ci ildə Rusiyanın cənubunda 12 kerosin zavodu fəaliyyət göstərirdi.
Zavodların sayının artma sürəti onların məhsuldarlığının artım tempini üstələyitdi, çünki zavodların əksəriyyəti 8-54 pudluq 1-2 ənbiq qurğusu olan və gün ərzində yalnız 100 pudacan neft təqtir edə bilən kiçik müəssisələr idilər. Bu illərdə Bakıda V.Kokorevə və İ.Mirzəyevə məxsus əsasən 2 iri neftayırma zavodu mövcud idi. Bakıda istehsal olunan kerosinin 70% bu zavodlarda istehsal olunurdu. Belə ki, 1868-ci ildə Bakıda istehsal olunmuş 220 min pud kerosinin 160 min pudu bu iki zavodlarda alınmışdı. XIX əsrin 70-ci illərinin ikinci yarısında dıgər bir azərbaycanlı iş adamı – Cahangir Qarayev – Suraxanıda böyük bir neftayırma zavodunu işə saldı.
Zavodların artım sayı fantastik rəqəmlərlə ölçülürdü: həmin ildə Bakıda 15, 1869-cu ildə - 23 (emal gücü 500 min pud)), 1870-ci ildə - 47, 1872-ci ildə - 57 neftayırma qurğusu fəaliyyət göstərirdi, sonuncuların məhsuldarlığı ildə 1,4 mln. pud (22930 т) təşkil edirdi. 1873-cü ildə Bakıda 80 zavod fəaliyyət göstərirdi və onların emal gücü 3,9 mln. puddan (65 min tondan) çox idi.
Bu illərdə Bakıda fəaliyyət göstərən neftayırma zavodlarının sahibkarlarının 27-si azərbaycanlı idi.
Bu andan başlayaraq, sanki sehrli çubuğun işarəsi ilə Bakıda neft emalı ilə məşğul olan kiçik zavodların sayı artmağa başladı. Qış aylarında onlar neftlə qızdırılırdılar, ona görə də bütün şəhər his (duda) və qurumla örtülürdü. Yerli əhalinin çoxsaylı şikayətlərini nəzərə alaraq, şəhər müdiriyyəti bütün zavodların fəaliyyətini dayandırdı və yenilərini inşa etməyə qadağa qoydu. Bunun əvəzində 1873-cü ildə Şəhər idarəsinin qərarı ilə bütün zavod sahiblərinə şəhərdən 2 verst (2,3 km) kənarda öz müəssisələrini açmağa hüquq verildi. Beləliklə, Bakı yaxınlığında kiçik bir sahədə Bakı neftayırma sənayesinin cəmləşdiyi – məşhur Qara şəhər yarandı. Rus yazıçısı M.Qorki buranı “insan cəhənnəminin dahiyanə surətdə yaradılmış təsviri” adlandırmışdı.
1870-ci ildə S.-Peterburqda keçirilən Ümümrusiya toxuculuq sərgisində Suraxanıda yerləşən Kokorev və Qubaninin Bakı zavodunun fəaliyyəti “Qafqaz neftindən keyfiyyətli işıqlandırıcı yağların hazırlanmasına görə...” “S.-Peterburq 1870 sərgisi” mükafatı ilə qeyd olunmuşdur.
1873-cü ildə Bakılı mühəndis A.Təbrizov rektifikasiya qurqusunu xatırladan neftin fasiləsiz emalı prosesini işləyib hazırlamışdı. 1874-cü ildə V.Kokorev Bakıda özünün mötəbər şirkətini “Bakı neft cəmiyyəti”ni yaradır.
1875-ci ildə neft sahibkarı V.İ.Raqozin Balaxanıda neftdən mazut ayıran zavodunu işə saldı.
1875-ci ildə Bakıda Tağıyevin ticarət evi benzinin böyük miqdarda istehsalını təşkil edən ilk şirkət olur.
1875 - ci ildə Bakıda kerosin istehsalının həcmi artaraq 847,7 min puda çatmışdı. 1876 –cı ildə neft məhsullarına aksiz vergisinin ləğvindən sonra yeni neftayırma zavodları inşa edilib istifadəyə verildi.
XIX əsrin 70-ci illərinin ortasında kiçik zavodlar (1-3 ənbiqli) neft emalı zavodlarının ümumi sayının 80%, orta zavodlar (4-7 ənbiqlı) -16%, iri zavodlar –cəmisi 4 % təkil edirdilər. Özüdə ənbiqlərin ölçüləridə fərqli idilər: böyükləri – 7-13 kub m, ortalar – 2-7 kub m və kiçiklər 0,3-2 kub m.
1873-cü ildən 1883-cü ilədək neft emalı zavodlarının sayi 88-dən 200-dək artdı, məhsuldarlıqları isə ildə 1,2- dən 15 mln. pudadək yüksəldi. Beləliklə zavodların artım sürəti onların məhsuldarlığının artım sürəti qabaqlayırdı. Bunun əsas səbəbi kiçik zavodların həddindən çox olması idi. Kiçik zavodların tikintisi 3000-4000 rubla başa gəlirdi və onlar sürətlə artırdılar.
1876-cı ildə (21 iyun 12 iyul) D.Mendeleyev ABŞ-a Filadelfiyada keçirilən Ümumdünya sərgisinə səfər etdi. Səfərin əsas məqsədi kerosinin qiymətinin aşağı düşməsi və Amerikada neft işinin müasir vəziyyətini dəqiqləşdirmək idi (bu səfəri təşkil edən Rusiya Maliyyə Nazirliyi bunda çox maraqlı idi). D.Mendeleyev amerikalıların 1865-1866-cı illər üzrə «Reports of a Commission appointed for a revision of the revenue system of the US» və «Laws of the US relating to internal revenue» hesabatlarına baxdıqdan və təhlil etdikdən sonra belə bir nəticəyə gəlir ki: “ pensilvaniya neftindən kerosin alınması çətin deyil, çünki neft özü elə təmizlənməmiş kerosin kimidir, kənara onun yalnız beşdə bir hissəsi gedir. Bizim Bakı... texniklərinə destillə etmədə amerikanlardan öyrəniləsi bir şey yoxdur, əgər nəsə iqtibas etmək (götürmək) olarsa, onda bəzi mexaniki vasitələrə baxmaq olar, onlarda yalnız amerikalılarda olan kimi iri zavodlarda sərfəli tətbiq oluna bilərlər”.
Amerikaya səfərindən bir il sonra onun “ Şimali-amerika ştatı Pensilvaniyada və Qafqazda neft sənayesi” adlı samballı kitabı çıxdı və orada alim ABŞ-da gördüklərini yekunlaşdıraraq yazırdı: “ Amerika dərslərindən istifadə edərək, nefti istismar etmək üçün imkan daxilində daha çox kapital yığmaq gərəkdir və ya neft sənayesinin xüsusi sahələrini seçmək və onlara şəxsi bacarığının enerjisini sərf etməlisən...”.
Amerikada olmağı alimi belə bir qənaətə gətirdi ki, neftdən yalnız kerosin almaq son dərəcə yanlışdır və bu “ ...səhv bağışlanılandır, tarixidir, lakin öldürücüdür. Bu Bakı nefti ilə Amerika neftini qarışdırmaq anlamından irəli gəlirdi”. D.Mendeleyev bu halda hesab edirdiki, Rusiya neft işi tamamilə Amerikanlardan asılı qalir (Amerika kerosininin qiymətindən). Bu məsələdə D.Mendeleyevi digər məşhur neft kimyaçısı Konon Lisenkoda dəstəkləyirdi. 1876-cı ildə İRTC-nin iclaslarından birində o öz fikrini belə bildirmişdi: “Qərbin nümunəsi əsasında vacib texniki-iqtisadi şərtlərin həll edilməsinin nəticəsi budur... Qərbin nümunəsində məsələlərin həll edilməsi bizi təşəbbüskarlıqdan kənarlaşdırıb”.
D.Mendeleyevin səyləri sonda 1876-ci ildə aksizin ləğvinə gətirib çıxardı və Rusiya neft işi sürətlə irəli getməyə başladı. XIX əsrin 70-ci illərinin ikinci yarısından Bakı neftayırma sənayesi yeni istiqamət aldı. Bakının bəzı zavodlarında kerosindən əlavə sürtgü yağları, qatran və b. neft məhsulları istehsal olunmağa başladı. Bu ona görə mümkün oldu ki, Bakı nefti öz kimyəvi tərkibinə görə amerika neftindən üstün idi.
1877-ci ildə V.Raqozin Nijni Novqorodda Balaxni neftayırma zavodunu inşa etdirdi və orada, Bakı neftinin emalından yüksək keyfiyyətli sürtkü yağları almağa başladılar, sonradan onun istehsalı Bakıda təşkil olundu. Bir ildən sonra isə, yəni 1878-ci ildə xarici ölkələrə çıxarılan Bakı yağları Avropa və dünya bazarlarında möhkəm yer tutdu.
1879-сı ildə Bakıda neftin hasilatı və emalı sahəsində fəaliyyət göstərən Nobel qardaşlarının “Branobel” adlanan irimiqyaslı neft sənaye şirkəti yaradılmışdır. Bu sənaye şirkətinin yaradıcıları Lüdviq, Robert və Alfred Nobel qardaşları və onların dostu Petr Bilderlinq olmuşdur. O illər Nobellərin neftayırma zavodunda əsaslı texniki yenidənqurma işləri aparılır: təqtir ənbiqlərini təchiz edən basqı çənlərinə nefti və mazutu vurmaq üçün L.Nobelin konstruksiyası olan buxar nasosları quraşdırılır; təqtir ənbiqlərində soyuq xammalın dövrü vurulması ilə qaynar mazutun soyudulması sistemi tətbiq olunur. Bu destillənin sayını gün ərzində 6-10-a çatdırmağa imkan verdi. 1878-ci ildə isə zavodda 20 min pudluq çəndə yerləşdirilmiş “İvan Velikiy” adlı iri həcmli borucuqlu mazut soyuducusu quraşdırıldı.
1879-cu ildə K.V. Buxovskinin “Mantaşov və KO” cəmiyyətinin iştirakı ilə “Qara şəhər”də neft-yağ zavodunun əsası qoyulmuşdur. 1881-ci ildə Bakı neftindən antrasen alınmış və ondan boya işlərində istifadə olunan alizarin maddəsi hazırlanmağa başlamışdır.
“Голос” (Səs) qəzetinin 22.09. 1880-ci il tarixli nömrəsində dərc olunmuş “Bakı nefti ilə nə etməli?” adlı məqaləsində D.Mendeleyev neft emalı sənayesinin səmərəli yerləşdirilməsi məsələsini müzakirə edərək, öz müstəqil fikrini saxlayır və buna görə hətta neft zavod sahibkarları ilə münaqişəyə girir. Alim sübut etməyə çalışırdı ki, emal zavodlarını neft hasil edilən yerlərdə deyil, neft məhsullarının istehsalını təşkil etmək üçün lazımı materialların və fəhlə qüvvəsinin olduğu yerlərdə inşa etmək lazımdır; o yerlərdə ki, hara neft gətiriləməsi iqtisadi baxımdan sərfəlidir.
“Новое время” qəzetinin 21.10 1880-ci il nömrəsində dərc olunmuş “Bakı nefti haqqında məsələlər üzrə” məqaləsində D.Mendeleyev, neftayırma zavodlarının səmərəli yerləşdirilməsinə dair onun fikirlərinə qarşı çıxdıqları üçün Lüdviq Nobelin və Konon Lisenkonun ünvanına öz iradlarını bildirdi. Öz məqalələrində alim ilk dəfə kerosin alınandan sonra neft qalıqlarından sürtgü yağları istehsalı üçün istifadə olunmasını təklif etdi. O qeyd edirdi ki, Bakı nefti 20% əla keyfiyyətli sürtgü yağı verdiyi halda, Pensilvaniya nefti yalnız - 7% verir; ona görə də o təklif edirdi ki, Bakı neftindən 10% ox yağı, 23% maşın yağı və 7% vazelin, yəni neftin çəkisindən 40% sürtgü yağları alınsın.
Burada qeyd edək ki, D.Mendeleyev istedadlı neft sahibkarı V.Raqozinlə yaranmış gərgin münasibətlərinə baxmayaraq, alim onun Rusiya neft sənayesində olan fəallığını yüksək qiymətləndirirdi. 1880-ci ildə Qafqazdan qayıdarkən o yazırdı: “... ən əvvəl mən tanınmış zavod sahibi c. Raqozinlə danışmağı vacib hesab etdim; o, son illər Bakı neftinin keyfiyyətlərindən istifadə edərək, ondan əla sürtgü yağları almağı bacarmışdır və bu yağlar baha qiymətə həm Rusiyada, həm də xaricdə böyük həcmdə satılmağa başlamışdır”.
Qeyd etmək lazımdır ki, Bakı zavodlarında istehsal olunan neft məhsullarının eksponatları nəinki 1878-ci ildə Parisdə, həmçinin 1880-ci ildə Brüsseldə və 1881-ci ildə Londonda keçirilən ümumdünya sərgilərində də nümayiş etdirildi və ekspertlər tərəfindən yüksək qiymətləndirildi.
1880-ci ildə neft emalı zavodlarının texniki təchizatı nisbətən yaxşılaşdı. Bu vaxtacan zavodlarda 505 təqtir ənbiqi var idi və əksəriyyəti də orta həcmli idi. Lakin bütün ənbiqlər dövri işləyən idilər ki, bu da neftayırma prosesini çətinləşdirirdi.
Məhz V.Raqozinin zavodunda (Konstantinovoda) D.Mendeleyev Bakı neftindən istifadə etməklə özünün neftin fasiləsiz təqdiri (destilləsi) qurğusunu sınaqdan çıxardı. Alim qeyd edirdi ki, “... 1881-ci ildə V.Raqozin məni Konstantinovodakı zavoduna dəvət etdi ki, mənim tərəfimdən təklif olunmuş neftin fasiləsiz destilləsi üsulunu sınaqdan keçirim və vazelinin (sebonaftanın) alınmasını öyrənim. Onu da və bunu da eylədik”. Ardınca alim belə nəticə çıxarır: “... 1881-ci ildə apardığım tədqiqatlar (xüsusən Konstantinovodakı zavodda apardığım) məni inandırdı ki, Bakı nefti axıracan destillə oluna bilmək və bir sıra yararlı məhsullar vermək qabiliyyətindədir, əgər ilkin material və daşınma ucuz başa gələrsə, hər yerdə satılmaq imkanı tapa bilər”.
XIX əsrin sonuncu rübündə (iyirmibeş ilində) zavodlarda neftin təqtirinin iki üsulu: dövri və fasiləsiz. Fasiləsiz üsul neft məhsullarının istehsalının təkmilləşdirilməsində çox vacib idi və istehsalın iri həcmində tətbiq olunurdu.
“Branobel” şirkəti ona məxsus olan zavodlarda neft məhsullarının istehsalı texnologiyasını ardıcıl olaraq yaxşılaşdırırdı. Neftayırma sahəsində L.Nobelin əhəmiyyətli ixtiralarından biri fasiləsiz kub batareyasının yaradılması olmuşdur. 1882-ci ildə Ticarət və manufaktur departamentinin L. Nobelə “fasiləsiz işləyən çoxənbiqli neft emalı batareyası”na verdiyi 9206 nömrəli imtiyazdır (patentdir).
1882-ci ildə isə “Branobel” şirkətində ilk dəfə D.Mendeleyev tərəfindən təklif olunmuş neftin fasiləsiz təqtirinin (destilləsinin) sənaye prosesi həyata keçirilir. ABŞ-da neftin fasiləsiz destilləsi yalnız 1906-cı ildə həyata keçirildi. Tezliklə “Branobel”in Bakıdakı bütün müəssisələrində neftin fasiləsiz təqtiri (destilləsi) tətbiq olunacaqdır (bu müəssisələr 106 min ton neft məhsulları: -işıqlandırma kerosini, solyar, ox, maşın və silindr yağları istehsal etmışdilər). Bu illər neft emalı qalıqları da J.R.Lensin təklifi ilə neft daşıyan gəmilərdə (paraxodlarda) yanacaq kimi istifadə olunmağa başladı.
Sonralar Bakı neftindən V.Raqzinin (Volqada); Frolovun,Ropsun və Petuxovun (S.-Peterburqda); Nobelin, Tağıyevin, Şibayevin və b. (Bakıda) olan zavodlarında alınan sürtgü yağları Francadan, İngiltərədən və b. Avropa ölkələrindən Amerika yağlarını uğurla sıxışdırıb çıxarırdılar.
1882-ci ildə Moskvada keçirilən Ümumrusiya sərgisində “Branobel” şirkəti ayrıca ekspozisiya ilə təqdim olunmuşdu. Özünün geniş neft ekspozisiyasına “Branobel” şirkəti çox zövqlə hazırlaşmışdı – beləki, onun daxili quruluşu xan sarayını təsvir edirdi ki, buda baxmağa gələn çoxsaylı insanlarda böyük maraq doğururdu. “1882-ci ilin Ümumrusiya sənaye-bədii sərgisinin məlumat kitabçası”nda qeyd olunurdu ki, “Branobel” şirkəti tərəfindən aşağıdakılar təqdim olunur: “Neft, benzin, kerosin, neft qalıqları, sürtgü yağları, qatran distilyatı, qeksol, toluol, naftalin və antrasen”. Bütün bu çeşidli məhsullar neftayırma zavodunda istehsal olunmuşdur və bu barədə məlumat kitabçasında deyilir: “Zavod 1874-cü ildən mövcuddur, 150 buxar qazanına (buxarla, maşınla və nasosla), 40 distillə kubuna, 2 min fəhləyə, 10 mılyon rubl dəyərində illik məhsuldarlığa malikdir, materiallar Abşeron yarımadasında Bakıda alınır, satış isə Rusiyada və xaricdə həyata keçirilir”.
1883-ci ildə Nobel qardaşlarınin “Branobel” şirkətinin Bakı zavodlarının birində V. Şuxov və İ.Elinin konstruksiyası əsasında D.Mendeleyev üsulu ilə nefti ayırmaq üçün dünyada ilk kub batareyası (buna “nobel batareyası” da deyirlər) qurulur, yəni “klassik” kub batareyalarının əsası qoyulur. Yeni batareyalar ilə əlaqədar “Branobel” şirkəti yazırdı ki, onlar öz zavodlarında “indiyədək nə Amerikada, nə də Avropada məlum olmayan ardıcıllıqla birləşdirilmış kublarda neftin fasiləsiz distilləsi sistemini” quraşdırıblar [Сбор­ник - «30 лет фир­ме «То­ва­ри­ще­ст­во бра­ть­ев Но­бель», 1909г.].
Neftayırma zavodları inkişaf etdikcə (bu zavodlardan biridə 1884-cü ildə “Rus-Qafqaz Səhmdar Cəmiyyəti tərəfindən tikilmiş indiki “Aznefteyağ” zavodudur) həm Bakıda, həm də Rusiyanın başqa yerlərində yerli istehsaldan olan kerosin amerikadan gətirilənlə yanaşı daxili bazara girməyə başladı.Buna qədər amerika kerosini demək olar ki, on il müddətində Rusiya bazarında inhisarçı yer tuturdu. 1873-cü ildə Rusiyaya kerosinin xaricdən gətirilməsi ən yüksək həddə çatdı – 46,1 min ton. Sonrakı illər daxili bazarın genişlənməsinə baxmayaraq, onun idxalı aşağı düşməyə başladı, 1883-cü ildən xaricdən kerosin idxalı daxili bazardan sıxışdırıldı və Bakının sayəsində 1885-ci ildən amerika kerosininin Rusiyaya idxalı tamamilə dayandırıldı. Lakin Rusiyanın daxili bazarında yerli istehsaldan daxil olan kerosinin amerikadan gətirilənlə rəqabəti uzunmüddətli və amansız olmuşdur. D.İ.Mendeleyev deməkdə haqlı idi ki, nə qədərki (neft məhsullarına olan) aksiz ləğv edilməyib, neftayırmanın və onun texnikasının Rusiyada inkişafı qeyri-mümkündür. Tamamilə təbiidir ki, kerosinin yüksək qiyməti səbəbindən Rusiyanın daxili bazarında onun istifadəsi məhdud idi və uzun zaman ərzində də bu həddə qalmışdı. İstehsal olunan yerli kerosinin çox hissəsi xarici bazara ixrac olunurdu.
1885-ci ildə mühəndis Q.V.Alekseyev neft sənayesində ilk dəfə Bakıda (S.M.Şibayev zavodunda) yağlı qudronun krekinqi vasitəsilə benzin və kerosini əldə etmək üçün ilk sənaye qurğusunu tikir.
Qeyd etmək lazımdır ki, Rusiya zavodlarında neftin fasiləsiz təqtirinin (destilləsinin) texnologiyasının kim tərəfindən irəli sürüldüyü indiyədək də müzakirə olunur və onların içində L.Nobelin, V. Şuxovun, D. Mendeleyevin və b. müəllifliyi qeyd olunur. Ancaq XIX əsrin 80-ci illərində artıq bu prosesin müxtəlif üsulları tətbiq olunmağa başlamışdı.
Fasiləsiz işləyən kub batareyaları Rusiyanın digər zavodlarında da və hətta xaricdə də qisa müddətdə tətbiq olunmağa başladı. Bu L.Nobeli yeni axtarışlara sövq etdi. 1886-cı ilin 26 dekabrında Ticarət və manufaktura Departementi L.Nobelə “Neftin parçalanması və fasiləsiz destillə edilməsi üçün təkmilləşdirilmiş kub sistemi” ixtirasına görə 10 illiyə 11236 № -li imtiyaz verdi. Bu işdə L.Nobellə yanaşı Artur Kesner (1867-1946), Yalmar Krussell (1856-1919) və Karl Xaqelin də (1860-1954) fəal iştirak etmişlər.
1886-ci ildə Bakıda Ziller səhmdar cəmiyyətinin neftayırma zavodu işləməyə başlayır.
1886-cı ilin dekabr ayının 8-də və 15-də Rusiya Maliyyə Nazirliyınin nəzdində neftə qoyulmuş vergi barədə məsələlər üzrə komissiyanın D.Mendeleyevin iştirakı ilə (o, bu iclasda həm Bakı birja cəmiyyətinin, həmdə Dövlət Əmlak Nazirliyinin nümayəndəsi kimi çıxış edirdi) 1-ci və 2-ci iclasları keçirildi. Bu iclaslarda alim “Rus və amerika neftlərindən durulaşdırılmış yağlar” adlı geniş məruzə ilə çıxış etdi. D.Mendeleyev öz kitabında yazırdı: “ Bakıda nə gördümsə və öyrəndimsə, məni belə bir fikrə gətirdi ki, ... ən vacibi odur ki, Rusiyanın mərkəzində zavodların tikilməsi barədə ucadan və təkidlə deməliyik – bunun vaxtı çatıb”. Ardınca, alim maliyyə naziri Nikolay Bunqeyə (1886-cı il) olan müraciətində neft məhsullarına vergi qoyulmasının məqsədəuyğun olmadığını göstərmişdi.
1888 –ci ildə V.Şuxov tələb olunan keyfiyyətdə məqsədli neft məhsulları almaq üçün defleqmatoru işləyib hazırlayır. İki ildən sonra bu ixtiraya görə patent (№9783) alır. Bakıda defleqmatorlar “Branobel” və “Elrix” zavodlarında quraşdırılır. Bütün distillə (emal) zavodlarında, benzindən başqa, əks axın prinsipi tətbiq olunurdu, mazutdan yağ distillatlarının çıxarılması qızdırılmış su buxarı ilə aparılırdı. V.Şuxovun defleqmatorları sayəsində Nobelin bütün zavodlarında yayın qızmar vaxtı texnoloji suyu soyutmaq üçün soyuducu qurğuların (qradirnilərin) tikilməsinə və istifadəsinə başlanıldı.
Həmin ildə V.Şuxov və F.İnçik özlərinin fasiləsiz neft emalının orijinal sisteminə görə imtiyaz (patent) alırlar. Xüsusilə qeyd etmək lazımdır ki, müasir krekinq-proseslər özlərinin qurğu (aparat) tərtibatına və geniş tətbiqinə görə V.Şuxova və o illər onun daimi köməkçisi olmuş S.Qavrilova minnətdar olmalıdırlar, beləki, onlar 24 yanvar 1890-cı ildə təzyiq altında fasiləsiz krekinq-prosesin tamamilə yeni üsulunu rəsmi qeydiyyatdan keçirdilər.
O dövrdə xam neftin emalından alınan əsas məhsul kerosin idi: 3 ton Bakı neftindən – 1 ton kerosin, 2 ton isə neft mazutu alınırdı. Şuxov üsulu neft qalıqlarından əlavə kerosin almağa təxsis edilmişdi, çünki mazutun tərkibinə daxil olan ağır (yüksəkqaynayan) fraksiyaların mürəkkəb molekulaları yüksək hərarət və təzyiq altında benzinin və kerosinin tərkibinə daxil olan daha sadə molekulalara (yüngül fraksiyalara) parçalanırdılar. 1889-ci ildə neft sənayeçisi S.M.Şibayev Bakıda Şuxov –İnçik sxemı əsasında neftayırma zavodu tikir.
V.Şuxov və S.Qavrilova qədər krekinq zamanı bir başa odla qızdırılan metal ənbiqləedən istifadə olunurdu: dünyada ilk dəfə onlar bu proses üçün qızmar qazların təsirinə məruz qalan düz və ya spiralvari əyilmiş borular sistemini təklif etdilər. Bu ixtiralarına görə 12296 № - li patenti (imtiyazı) V.Şuxov və S.Qavrilov 1891-ci ildə aldılar. Orada qeyd olunurdu ki, “koksun qalıqlarını borudan uzaqlaşdırmaq (bayıra atmaq) və eynilə istiliyi yaxşı ötürmək üçün təbii dövran çatışmadıqda süni dövran yaradılır”.
Beləliklə. V.Şuxov krekinq-prosesin ilk ixtiraçısı olur və bu sahədə amerikalı Uilyam Bartonu 20 ildən də çox qabaqlayır. Beləki. 1913-cü ildə U.Bartona verilən patent demək olar ki, V.Şuxovunkundan fərqlənmirdi (1913-cü ildə U.Barton termik krekinq-prosesini işləyib hazırladı və onun əsasında “ yüksək molekulyarlı karbohidrogenlərin aşağı molekulyarlıya çevrilməsi imkanının yaranması” durur. D.Mendeleyev birinci olaraq V.Şuxovun bu ixtirasını yüksək qiymətləndirdi. Lakin o dövrdə hələ iqtisadi və texniki baxımdan benzinə tələbat yaranmamışdı və təbii ki, krekinq-prosesə də ehtiyac yox idi.
Haşiyədən çıxıb burada belə bir faktı qeyd etmək maraqlı olardı. V.Şuxovun neftayırma sahəsində 1883-1891-ci illərdəki ixtiraları ilə eyni zamanda benzin mühərrikli ilk avtomobil quraşdırıldı və benzinin əsas və daimi istehlakçısı yarandı. Avtomobil həyatı əhəmiyyətini yalnız 1885-1886-cı illərdə əldə edəcəkdir ki, bu da Q.Daymler və K.Bens tərəfindən Almaniyada daxili yanma mühərriki ilə təchiz edilmiş ilk avtomobilin uğurla sınaqdan çıxması ilə əldə olundu. ABŞ-da avtomobil istehsalına 1905-ci ildə, Rusiyada isə yalnız 1910-cu ildə başlanıldı. 20-25 ildən sonra və bugündə davam edən milyonlarla avtomobil küçələrə çıxacaqdır və benzin uzun illər neftayırmanın əsas məhsuluna çevriləcəkdir.
Burada bir məqamada toxunmaq yerinə düşərdi. ABŞ-da neft ədəbiyyatında krekinq-prosesin onların həmvətənlisi U.Bartona məxsus olduğu göstərilir. Lakin 1924-cü ildə ABŞ-ın iki iri neft şirkəti (“Standard oil” və “Sinclair”-“Sinkler”) arasında krekinq-prosesin istifadəsınə hüquq barədə mübahisə yaranarkən, bu şirkətlərdən biri SSRİ-yə V.Şuxovun yanına komissiya göndərmişdir. Ancaq məşhur V.Şuxov sübut etdi ki, U.Barton krekinq-prosesin ilk yaradıcısı deyildir. Bu sübut ABŞ Ali Məhkəməsi tərəfindən qəbul edildi və göstərildi ki, U.Bartonun tətbiq etdiyi krekinq-proses V.Şuxovun və S.Qavrilovun üsulu ilə eynidir. Neftin termiki krekinqinin əsl tarixi bax belədir.
V.Şuxovun bu dahi ixtirası uzun illər unuduldu. “Branobel” şirkətinin baş kimyaçısı prof. M. Tixvinski bu ixtiranın çox dəyərli olduğunu anlasada, lakin belə bir fikrə gəlmişdi ki, “bu proses mürəkkəb qurğular və incə nəzarət tələb edir ki, bunu da indi etmək mümkün deyil”.
K.Xariçkovun da bu barədə fikirləri səciyyəvidir. 1902-ci ildə nəşr olunan kitabında o yazırdı: “Emal zamanı neft qalıqlarının parçalanması ilə yeni məhsulların alınması və yüngül yağların çıxışının artırılması Bakıda ona görə aşılanmadı ki, orada neftdən kerosinin tam alınmasında maraqlı deyillər, çünki neft qalıqlarının satılması da təmin olunmuşdur” [К.В. Харичков. О составе и технических свойствах нефтей русских месторождений. – Баку, 1902, с.150].
Neft məhsullarının istehsalının artımı həm Rusiyanın daxilində, həm də xaricdə yeni bazarların axtarışını və ələ keçirilməsini tələb edirdi. Neft sahibkarlarının Rusiyada neft yanacağının satışı məsələlərində amansız mübarizəsi, ölkədə bütün neft satışının iri kapitalın əlində inhisarlaşdırılmasına cəhdlərdə həlledici rol oynayırdı.
XIX əsrin 80-90-cı illərində Rusiyada neft satışını inhisarlaşdırmağa səy göstərən əsas şirkətlər “Branobel” və Rotşildlərin Xəzər-Qaradəniz neftsənaye və ticarət ortaqlığı idilər. Rusiyada neft satışına təsiri daha da gücləndirmək üçün “Branobel” şirkəti 1881-1883-cü illərdə neftsənayeçilərinin sindikatını (inhisar birliyini) təşkil etməyə və orada hakim mövqe tutmağa dəfələrlə səy göstərmişdi. Bu dövrdə “Branobel” şirkətinin Rusiyanın daxilində satış bazarının ələ keçirilməsində əsas iddiası kerosin satışı idi. Lakin onların bu istiqamətdə bütün cəhdləri iri və orta neft istehsalçılarınin müqaviməti nəticəsində uğur qazanmırdı.
Buna baxmayaraq, XIX əsrin 80-ci illərində Rusiyanın neft bazarlarını ələ keçirmək məqsədilə öz başçılığı altında sindikat yaratmaq “Branobel” şirkətinin siyasətinin ayrılmaz hissəsi kimi qalırdı. İri şirkətlərlə ehtiyatla hərəkət etmək və kiçik sahibkarlara təzyiq göstərmək siyasəti nəticəsində XIX əsrin sonlarında “Branobel” şirkəti nəhayət ki, Rusiyanın əsl “mazut kralına” çevrildi, Rusiyanın neft satışının 70% isə Nobelin və Rotşildin əlində cəmləşdi.
80-90-cı illərdə “H.Z.Tağıyev” şirkəti öz neftayırma zavodlarının gücünə görə 4-cü pillədə dururdu (“Branobel” şirkəti, rotşildlərin “Xəzər-Qaradəniz cəmiyyəti” və “Xəzər yoldaşlığı”ndan sonra). Məşhur ingilis səyyahı, yazıçısı və jurnalisti Çarlz Marvinin (1854-1890-cı illər) 1886-cı ildə Londonda çap olunmuş “Bakı-Avropa neftidir” kitabında göstərilir ki, H.Z.Tağıyev ilk sahibkarlardan idiki, zavodlarında Bakı neftindən yeni yanacaq olan benzin istehsal olunurdu. Ona görədə iri neft istehsalçılarından biri olan “H.Z.Tağıyev” firması neft və neft məhsullarının ixracı üzrə Ümumrusiya sindikatının (iri sənaye və ticarət birliyinin) yaradılması barədə xüsusi nizamnamə hazırladı. H.Z.Tağıyev hesab edirdi ki, kerosin istehsalçılarının ittifaqında birləşmək gərəkdir və bu yolla daxili bazarda rəqabəti aradan götürmək və xarici bazarı zəbt etməyi, o cümlədən amerikalılarla satış bazarını bölüşdürməyi sürətləndirmək lazımdır.
Səciyyəvidir ki, Rusiya ixrac ticarətinin birləşdirilməsi işində ilk təşəbbüsü A.Rotşildin şirkəti göstərdi, beləki 1887-ci ildən öz məhsulları ilə bərabər digər 40-50 Bakı neft sənayeçilərinin ağ neftinin (kerosininin) də komisyon satışını başladılar [«Каспий», 1888, №260]. Biznes fəaliyyətinin dəqiq təşkil edilməsi nəticəsində 1888-ci ildə Rotşildin şirkəti vasitəsi ilə ağ neftin xaricə göndərilməsi 16 mln. pud təşkil edirdi ki, bu da Rusiyanın bütün ixracatının 58,6% -nə uyğun idi. Halbuki, Rotşildin müəssisələrində cəmisi 2,5 mln. pud istehsal olunurdu. Yəni, “Rusiyadan ağ neft ixracının yarısından çoxunu özündə cəmləşdirən bir sindikat (inhisarçı şirkətlər birliyi) yarandı”.
Xarici bazara çıxmaq və ardınca satış dairəsini genişləndirmək fikrini 1889-cu ildə rus neft sahibkarı V.İ.Raqozində təkrar etdi. Özü də hər iki sahibkar hesab edirdilər ki, amerikalılarla bazarın bölünməsi yalnız rəqabətdə üstünlük əldə etməklə gerçəkləşə bilər, rəqabəti udmaq isə Bakı kerosin istehsalçılarının vahid ittifaqı yaradılacağı halda mümkündür. Sonralar, yəni 1893-cü ildə S.-Peterburqda neft sənayeçilərinin keçirilən iclasında nəhayət ki bu fikirin həyata keçirilməsi qərara alındı və “Bakı neft zavodçularının ittifaqı” yaradıldı. Buna baxmayaraq, bu sahədə Nobel qardaşları və Rotşildlər ailəsinin yaratdıqları “İttifaq” inhisarçı olaraq qalırdılar. Beləki, neftayırmanın 95 % “İttifaq”da birləşmiş neft sənayeçilərinin payına düşürdü və bura Nobel qardaşlarının “Branobel” şirkəti və Rotşildlərin “Xəzər – Qara dəniz Cəmiyyəti” indən başqa, həmçinin “Bakı standartı” adı altında birləşmiş kiçik və orta neft sənayeçiləri qrupu da daxil idilər. Fransız Rotşildlərin çoxlu və cürbəcür ticarət müəssisələrindən biri olan “Xəzər- Qara dəniz Neftsənaye və Ticarət Cəmiyyəti” xaricdə Rusiya (Bakı) neft və neft məhsullarının satışını özünün Paris mərkəzi kantoru və onun satış şəbəkələri vasitəsilə həyata keçirirdi. Nobel qardaşlarının “Branobel” şirkəti Avropanın bir çox mərkəzlərində, məsələn Hamburqda, Berlində, Vyanada, Genuyada, Antverpendə, Liverpulda, Belfastda və b. şəhərlərdə, hətta Vladivostokda və Rusiyanın digər yerlərində çoxsaylı iri anbarları və agentlikləri mövcud idi.
Qeyd etmək lazımdır ki, o dövrdə yüksək sürətlə neftkimya elmi inkişaf edirdi, Bakıda isə bu elmin inkişafına yardım edən 1879-cu ildə yaradılan İmperator Rus Texniki Cəmiyyətinin Bakı şöbəsi (İRTC BŞ) oldu. İRTC BŞ-nin fəaliyyətinin genişlənməsi üçün professorlar D.İ. Mendeleyevin, Konoun, İ. Lisenkonun, akademik Fyodor (Fridrix) F.Beylşteynin və s., həmçinin iri Bakı neft firmalarının (Nobel qardaşları, Rotşildlər, A.Bekendorf, K.Zubalov və b. hər il Cəmiyyətin fəaliyyəti üçün yardım şəklində üzvlük haqqı ödəyirdilər) etdikləri köməklərin böyük əhəmiyyəti oldu. İRTC BŞ-nin üzvlərinin içərisində Mövsümbəy Xanlarov (1884-cü ildə Almaniyadan Bakıya dönmüş ilk azərbaycanlı kimya doktorudur. Sonralar M.M. Xanlarov İRTC BŞ-nin təşviş komissiyasının üzvü seçiləcək), Fətullabəy Rüstəmbəyov, M. Hacınski, A. Mirzəyev, İ.Rzayev və b. bir sıra azərbaycanlılar da var idi.
İRTC BŞ-nin kimya laboratoriyasında neft məhsullarının təmizlənmə üsullarının öyrənilməsi və kimyəvi təhlili (analizi) üçün işlər təşkil edilmişdi və ilk dəfə onların tədqiqat yolları standartlaşdırılmışdı. Amma, qeyd etmək lazımdır ki, Bakı neftlərinin tərkibinin öyrənilməsində başlıca işlərin aparılması “Branobel” şirkətinə mənsub idi. Onun əməkdaşları S.-Peterburq və Bakıda şirkətə məxsus olan kimya laboratoriyalarında Bakı, Qafqaz və Çələkən neftlərinin kompleks tədqiqatlarını aparırdılar. Abşeron və Qafqaz neftlərinin sənaye təsnifatı və onların təmizlənmə üsulları ilk dəfə bu laboratoriyalarda Konstantin V. Xariçkov, N.D. Zelinski, A.M. Butlerov və M.M. Xanlarov tərəfindən işlənib hazırlanmışdı. 1902-ci ildə onlar təyin etdilər ki, neftin dövrü karbohidrogenləri durğun sistemlər deyillər və müəyyən kimyəvi reaksiyaların köməyi ilə spirtlərə və turşulara çevrilə bilər. Öz elmi təsnifatlarında onlar ilk dəfə nefti iki hissəyə böldülər: parafinlilər (tərkibində çoxlu parafin və son dərəcə zəngin karbohidrogenlər olan) və parafinsizlər (naftenlilər). A.M. Butlerovun (alkenlərin polimerləşdirilməsi üzrə), Nikolay D. Zelinskinin (katalitik çevrilmələr üzrə) və b. apardığı elmi işlər neft kimyasında yeni istiqamətin – neft-kimya sintezinin yaranmasına səbəb oldu. Bu sahədə aparılan işlər sırasında Lev Qurviçində elmi axtarışlarını qeyd etmək lazımdır. L.Qurviçin neftin emalı texnologiyası üzrə tədqiqatları bu gün də öz mahiyətini itirməyib; onun bütün dünyada məşhur olan “Neft emalının elmi əsasları” əsəri (ilk alman dilində nəşri 1913-cü ildə Almaniyada, rus nəşri isə 1921-ci ildə Bakıda çıxıb) indiyədək də neft kimyaçıları və texnoloqları üçün qiymətli tədris vəsaitidir. O neft emalı üzrə Bakı kimya-texnoloqları elmi məktəbinin yaradıcısıdır.
Bakı neftayırma sənayesinin tarixində 1883-cü il dönüş ili oldu. Bu zamandan başlayaraq geniş miqyasdaneft emalı sənayesinin təmərküzləışməsi baş verir. İşlək zavodların sayı azalmağa başlayır, lakin onların məhsuldarlığı artır. 1885-ci ildə Bakıda 120, 1889-1894-cü illərdə - 100, 1900-cü ildə - 93 neft emalı zavodu fəaliyyət göstərirdi və bunlardan 13-də 30-dan 100-əcən, 3-də isə 100-dən yuxarı fəhlə çalışırdı. Bu zavodlar – Sidor Şibayevin (580 fəhlə), Alfons Rotşildin (227 fəhlə) və H.Z.Tağıyevin (126 fəhlə) idilər. Özüdə əsasən kerosin istehsal edən zavodlar azalırdı, çünki 1886-cı ildə neft məhsullarının, xüsusən kerosinin satışında böhran yaranmışdı.
1884-cü ildə Bakı zavodlarında 22, 1890-cı ildə - 74, 1900-cu ildə 110,4 mln. pud kerosin istehsal olunmuşdu. 1887-ci ildə Bakı kerosini Rusiya bazarından amerika kerosinini tamamilə kənarlaşdırdı.
XIX əsrin sonunda Rusiyanın neftayırma sənayesində istehsalın təmərküzləşməsi daha da güclənir. Buna aşağıdakı rəqəmlər dəlalət edir: İmperiyanın bütün zavodlarının 10% - ni təşkil edən 7 müəssisənin əlində ağ neft istehsalının 68% cəmləşmişdi (22,5 mln. pud). Bunlar “Branobel” şirkətinin – 10,7 mln. pud; “Xəzər yoldaşlıq” cəmiyyətinin – 3,5 mln. pud; H.Z.Tağıyevin – 2,4 mln. pud; Bakı neft cəmiyyətinin – 1,7 mln.pud; A.Potşildin – 1,5 mln. pud; M.Nağıyevin – 1,5 mln. pud və Ş Əsədullayevin - 1,2 mln. pud zavodları idilər. [Горнозаводская производительность России в 1885 г., ч. II, СПб., 1888, с 112-117]. 1899-cu ildə 66 kerosin zavodu 114 mln. pud məhsul istehsal etmişdi ki, ondan da 62,2 mln. pudu və ya 54,7% altı iri şirkətin payına düşürdü.
XIX əsrin 80-90-cı ıllərində Bakı neft sənayesinin inhisarlaşması başladı. 1885-ci ildə 120 fəaliyyətdə olan neft emalı zavodundan 9 ən irisi (Nobelin, Potşildin, Şibayevin, Mirzəyevin, Kokorevin, Qukasovun, Arafelovun, Tağıyevin, Dembonun və Koqanın) 23,9 mln. pud kerosin istehsal etmişdilər ki, bu da bütün istehsalın 63% -dən çox idi. 1890-cı ildə yalnız 13 zavodda (zavodların ümumi sayının təqribən 9%) bütün işıqlandırma yağlarının 75% -i (51 mln pud) istehsal olunmuşdu, bunun da 17,9 mln. “Branobel” şirkətinin zavodunun, 4,7 mln. isə Rotşild zavodunun payına düşürdü (1891-ci il üzrə Bakı neft sənayesinin icmalı, Bakı, 1892). İstehsalın təmərküzləşməsi və sərt rəqabət nəticəsində orta və kiçik müəssisələr öz fəaliyyətlərini dayandırmağa məcbur olmuşdular. Adətən onları iri şirkətlər alırdılar. Belə ki, 1899-cu ildə “Branobel” şirkəti tacir Pitoyevin neft emalı zavodunu aldı. 1900-cu ildə “Bakunit” cəmiyyəti öz zavodunu satmalı oldu və s.
1890- 1891- ci illərdə Bakıda “Branobel” şirkəti, əsasən kimya sənayesinin tələbatı üçün benzin istehsal edən kiçik həcmli ilk zavodu inşa etdirdilər. Lakin sonralar daxılı yanma mühərriklərinin geniş yayılması nəticəsində benzin Bakı neftayırma müəssisələrinin əsas məhsullarından birinə çevrildi. Artıq 1892-ci ildə Bakıda 3, 1900-cü ildə isə 4 xüsusiləşdirilmış benzin zavodu mövcuq idi.
XIX əsrin 80-90-cı illərində neft emalının texnikasının təkmilləşdirilməsi ilə yanaşı iri müəssisələrdə neft məhsullarının kimyəvi yolla təmizlənməsi çox yaxşılaşdı və daha ücüz başa gəldi. Orta və kiçik zavodlar isə yanma temperaturuna və xüsusi çəkiyə malik olan aşağı keyfiyyətli neft məhsulları istehsal edirdilər.
XIX əsrin 90-cı illərində Bakı neftayırma zavodlarında məhsuldarlığın artmasına həmçinin zavod ərazisində yaradılan hazır neft məhsullarının saxlanmasının güclü sistemi də öz təsirini göstərmişdi. 1900-cu ildə neftayırma zavodlarında ümumi həcmi 294 mln. pud olan 1944 saxlanma ambarı fəaliyyət göstərirdi. Zavod rayonunda neft məhsullarının ehtiyat ambarı əsasən iri şirkətlərə məxsus idi. 1900-cu ilin yanvarında neft emalı zavodlarının ambarlarında olan 105 mln. pud neft məhsulları ehtiyatının 64,5 mln. pudu (60%-dən çoxu) üç iri şirkətə: Nobelə,Rotşildə və Mantaşova məxsus idi, bununda 45,75 mln. pudu (40%-cən) Nobel şirkətinin idi.
XIX əsrin 80-ci illərinədək Bakı nefti və onun məhsulları sənaye və nəqliyyat üçün bir o qədər də əhəmiyyət daşımırdı və yalnız işıqlandırma və yağlama materialı kimi istifadə olunurdu, neft emalı tullantıları isə (neft qalıqları) demək olar ki, işlədilmirdi. XIX əsrin 60-70-ci illərində onlar əsasən yandırılırdı. Neft qalıqlarından yaxa qurtarmaq üçün kerosin istehsalçıları çox zaman onları havayı verirdilər. Zavod rayonu ərazisindən “heç kimə gərək olmayan mazut çayı dənizə axırdı”.
Zavod rayonunda yığılmış neft qalıqlarını məhv etmək üçün sahibkarlar özləri pul ödəyirdilər. Hətta XIX əsrin 80-ci illərində Rusiya ərazisinə daşımağa nəqliyyat çatışmazlığı və Bakıda isə qiymətin aşağı olması (1881-ci ildə hər pudun qiyməti 2 qəpik idi) səbəbindən, neftin təqtiri prosesini saxlamamaq üçün neft qalıqları məhv edilirdi.
Əlbəttə, belə vəziyyət uzun müddət davam edə bilməsdi. Artıq XIX əsrin 60-70-ci illərində neft qalıqlarının bir hissəsi yanacaq kimi istifadə olunurdu. RİTC-nin Bakı şöbəsinin, Qafqaz şöbəsinin, RİTC-nin özünün və Rusiyanın d. elmi cəmiyyətlərinin iclaslarında neft qalıqlarının Rusiya sənayesində və nəqliyyatında isitmə üçün istifadəsi dəfələrlə deyilir, dövri mətbuatda müzakirə olunurdu. Bu illərdə forsunkanın müxtəlif konstruksiyaları işlənmışdi, onların arasında ən çox yayılanı ixtiraçı-mühəndis V.Şuxovun (1876 -cı ıl) konstruksiyası ıdı.
XIX əsrin 80-ci illərinin ortalarından neft qalıqlarının istehsalının artması Bakı neft emalı sənayesində əsl çevrilişə səbəb oldu. Hətta neft qalıqlarının qiyməti digər neft məhsullarının qiymətlərinin təyin edilməsində həlledici oldu və neftayırma sənayesi XIX əsrin 90-ci illərində artıq “mazut-kerosin” xüsusiyyəti aldı. Məsələ bundadır ki, neft sənayesinin inkişafının ilkin çağlarında neft yanacaq məhsulu kimi yalnız kerosin mövcud idi. Forsunka icad olunandan sonra, mazut yanacaq kimi sürətlə yayılmağa başladı, ardınca isə neftdən, xarici bazarda özünə sərfəli istehlak qazanan sürtgü yağları almağı öyrəndilər. Mazuta tələbat gündən-günə artırdı. Dünənəcən kerosin istehsalının tullantısı olan mazut, neft sənayesinin əsas məqsədli məhsuluna çevrildi və neft sahibkarlarının əsas gəlir mənbəyi oldu. Kerosin isə məqsədli neft məhsullarının ümumi istehsalında artıq tabeli yer tutdu. 1884-cü ildə Xəzər dənizindəki buxar gəmilərində yanacaq kimi 27 mln. pud mazut işlədilmişdi.
XIX əsrin 90-cı illərində Xəzər və Qara dəniz buxar donanmaları tərəfindən neft yanacağının istifadəsi xeyli artdı. 1890-cı ildə təkcə Xəzər neft donanması 12, 9 mln. pud neft qalıqları istifadə etmişdi, 1900-cü ildə isə Xəzər buxar donanması yanacaq qismində ümumiyyətlə 20 mln. pud neft qalıqları sərf etmişdi. “Bakı neft sənayesinin 1899-cu il üzrə icmalı”nda qeyd olunduğu kimi XIX əsrin sonunda Qara dənizdə buxargəmilərinin əksəriyyəti Bakı nefti ilə qızdırılırdı. 1893-cü ildən kerosin istehsalı sürətlə azalmağa başladı. 1893-cü ildə kerosin istehsalı Bakıda istehsal olunmuş bütün neft məhsullarının 32,8%-ni, 1894-cü ildə - 24,1%-ni, 1895-ci ildə - 27%-ni, 1896-cı ildə - 26%-ni, 1897-ci ildə isə -24,7%-ni təşkil etmışdı. İş o həddə çatmışdı ki, zavod sahibkarları neft qalıqlarını satmaq üçün saxlayır, əvəzində təqtir ənbiqlərini qızdırmaq üçün təmizlənməmiş kerosin tətbiq edirdilər.
Kerosin istehsalının azalması ilə yanaşı Bakı zavodlarında neft qalıqlarının istehsalı kəskin surətdə artdı. 1891-ci ildən 1900-cu ilədək Bakıda kerosin istehsalı 62% artdığı halda, neft qalıqlarının istehsalı 180% artmışdı. XIX əsrin 90-cı illərində Bakıda istehsal olunmuş hər pud kerosinə 3-3,5 pud neft qalıqları düşürdü. 1892-ci ildə istehsal olunan kerosinin dəyəri mazutunkundan 3,5 dəfə çox idisə, 1900-cu ildə əksinə mazutun dəyəri kerosininkindən 1,5 dəfə çox idi.
Bakı neftayırma müəssisələri XIX əsrin sonunda neft məhsullarının yalnız bir neçə növünün istehsalı ilə məşğul idilər və bununla dünya bazarında böyük tələbat olan qiymətli neft məhsullarının istehsalından gəlir əldə etmək imkanını itirirdilər. Beləliklə, ən aşağı səviyyədə məsrəflə neft emalından qiymətli neft məhsulları almaq üçün bütün gerçək imkanlar və texniki şərait olduğu halda, Bakı neftayırma müəssisələri sadə yol seçmişdilər - Rusiyada XIX əsrin 80-90-cı illərində sənayedə və nəqliyyatda geniş yayılmış neft qalıqlarından gəlir əldə etmək.
XIX əsrin 80-90-cı illərində Rusiyanın digər bölgələrində neft emalı sahəsində davamlı artım baş verir. 1888-ci ildə Rusiyanın daxilində artıq 15 iri neftayırma zavodu fəaliyyət göstərirdi, bu zavodların əsas məhsulu isə yüksək keyfiyyətli sürtgü yağları idi.
XIX əsrin 90-cı illərinin əvvəllərində artiq Rusiyanın neft zavodlarının gücü imperiyanın neft məhsullarına, o cümlədən yüksək keyfiyyətli şürtgü yağlarına olan tələbatını tam ödəyirdi. “Bakı neft sənayesinin 1892-ci il üzrə icmali”nda göstərilir ki, Bakı nefti keyfiyyətli sürtgü yağlarının istehsalında bir xammal kimi Rusiya iqtisadiyyatında və xaricdə satışında əhəmiyyətli rol oynamışdır. Raqozinin Volqadakı; Nobelin, Tağıyevin, Şibayevin, Nağıyevin və b. Bakıdakı; Frolovun, Rolsun və Petuxovun S.-Peterburqdakı yağ zavodları sürtgü yağlarını Bakı neftindən alırdilar və onlar İngiltərə, Fransa, Belçika, Hollandiya, Norveç, Danimarka və Avropanın digər dövlətlərindən amerika sürtgü yağlarını üğürla sıxışdırıb çıxarırdılar.
1893-ci ildə neft məhsullarının satışında razılaşdırılmış və rəqabətə davamlı siyasət aparmaq məqsədilə “Bakı kerosin zavodçularının ittifaqı” yaranır.
1894-ci ildə Bakıda ilk dəfə S.D.Yefremov öz zavodunda yağ istehsalının qələvi tullantılarından ucuz sürtgü yağları almağa imkan verən qurğu quraşdırır.
Rusiyanın kimya müəssisələrinin əksəriyyəti Bakı neftindən xammal kimi istifadə edirdilər. 1900-cu ildə Rusiyanın kimya müəssisələri tərəfindən xammal kimi 606,7 min pud Bakı nefti istifadə edilmişdi.
1904-cü ildə Rüsiyanın neft emalı zavodları tərəfindən 8474,4 min ton neft məhsulları istehsal edilmişdi ki, bu miqdardan da Bakı zavodlarının payına 7762,3 min ton , yəni 91,6% düşürdü. Bununlada, Bakı nefti Rusiyada neft emalı və neft kimyası sənaye sahələrinin təşəkkül tapmasına və inkişafına təsir göstərdi.
Lakin, 1904-cü ildə xarici ixracadarlar Bakı neft sənayeçilərini “Standard oil” şirkəti ilə qeyri-bərabər müqavılə bağlamağa məcbur etdilər. Bu müqaviləyə əsasən Rusiya istehsalı olan neft məhsulları dünyanın çox ölkəsindən sıxışdırılıb çıxarılırdı. Əgər 1892-ci ildə Rusiya dünya bazarına ölkədə istehsal olunan kerosinin 61,4% -ni ixrac etmişdisə, 1900-cü ildə bu rəqəm -52,6%, 1912-ci ildə isə cəmi -25% təşkil edirdi. Nəticədə Bakıda ixracatdan gəlir əldə edən 80 kerosin zavodundan yalnız 17-si fəaliyyətini davam etdirə bilirdi. Bu tələblər digər neft məhsullarına da şamil edilirdi.
Avropa bazarında öz neft məhsullarının satışını fəallaşdırmaq məqsədilə “Branobel” şirkətinin rəhbərliyi 1906-cı ildə yaradılan Avropa Neft İttifaqına (ANİ) qoşulmaq qərarına gəldilər, bu halda onlar xarici bazarlara kerosinin ixracını özləri üçün, nə vaxtsa Rokfellerin nail olduğu kimi, sərfəli etmək ümidində idilər. ANİ-nin yaradılması barədə əsas müqavilə 1906-ci ilin 12 iyununda iki qrup arasında imzalandı. Birinci qrupu “Döyçe Bank”ın birləşdirdiyi qrup (“Döyçe Bank”, “Döyçe petroleum aksiyey qezelşaft”, Buxarestdən olan rumın səhmdar cəmiyyəti “Styaua Romına”), ikinci qrupu isə “Nobel-Qafqazskaya”nın birləşdirdiyi qrup (“Branobel”, “Xəzər-Qara dəniz cəmiyyəti” və London Qafqaz gəmi cəmiyyəti təmsil edirdi.
ANİ -nin mövcudluğunun ilk dövründə (10 sentyabr 1907-ci ilədək) “Branobel” şirkəti “Nobel-Qafqazskaya” qrupunın rəhbəri kimi bu ittifaqda müəyyən təsirə malik idi və hətta “Döyçe Bank”ın qoyduğu 2 mln. markaya qarşı 5 mln. marka qoyaraq üstünlük qazanmışdı. Lakin 1907-ci ildə “Döyçe Bank” maliyyə cəhətdən daha güclü olan Rokfeller qarşısında “amerikanın maraqlarına qarşı heç bir addım atmamaq” barədə öhdəlik götürdü, yəni amerika neft şirkəti “Standard oil” qarşısında yariba-yarı təslim oldu. Eyni zamanda ANİ-yə “Branobel” şirkətinin əlavə qoyduğu 2 mln. 557 min markaya qarşı 8 mln. marka qoyaraq üstünlüyü ələ keçirdi. Başqa cür desək, “Branobel” şirkəti ANİ-də ona sərf etməyən tabeli mövqeyə keçdi.
“Branobel”in saxlanılmış daxili sənədləri (1917-ci ilin rus inqilabı və ardınca baş verən vətəndaş müharibəsi zamanı Rusiya şirkətlərinin fəaliyyətinə aid sənəsdlərin əksəriyyəti məhv olmuşdur) göstərir ki, şirkətə Avropa bazarında kerosin ixracından 1906-cı ildə hər puda 53 kop., 1908-ci ildə 52 kop,, 1909-cu ildə isə 50 kop. ödənilirdi, halbuki həmin illərdə Rusiyanın daxilində kerosinin 1 pudunun orta illik satış qiyməti 1 rub.17 kop.-la 1 rub. 35 kop. arasında idi. 1910-cu ilin avqustunda “Branobel”in direktoru E.K.Qrube Nobel neft şirkətinin başçısı E.L.Nobelə ANİ-dəki qüvvələr nisbəti barədə məktub yazaraq Rotşildlərin Deterdinqlə qeyri-bərabər müqavilə imzaladıqlarını göstərirdi.
Bu məktubdan bir ay sonra “Branobel”in digər direktoru İ.O.Olsenə açiq bildirirdi ki : “Əfsuslar olsun ki, ANİ bizim və rumınların satılmayan kerosinini yerləşdirən təşkilat deyil. İttifaq həmişə harada mal ucuzdur, orada da alır. Geridə qalanlardan alınan kerosin bizimkinin qiymətini aşağı salır, və ümumiyyətlə ANİ-nin iştirakçıları arasında rəqabət hökm sürür və məlum olur ki, biz ixrac qiymətlərində rumınlarla da yarışa bilmirik... ANİ bizim maraqlarımıza pis xidmət edir... Biz ilk növbədə Rusiyanın daxilində satışımızı necə artirmağı düşünməliyik”.
Sürtgü yağlarının ixracı ilə bağlı işlər isə başqa cürə idi. Arxiv sənədlərinə görə, “Branobel” başda olmaqla bütün Rusiya neft şirkətləri üçün sürtgü yağlarının hətta aşağı qiymətlərə xaricə ixracı yaranmış vəziyyətdən gəlirlə çıxmağın yeganə yolu idi. E.K.Qrube İ.O.Olsenə yazırdı: “Rusiyada biz sürtgü yağlarını sata bilmirik, burada alıcı yoxdur, çünki sənaye lazımı səviyyədə inkişaf etməyib. Biz istər-istəməz öz sürtgü yaqlarımızı xaricdə satmalı oluruq. Bu məqsəd üçün yaradılan SAİK cəmiyyəti daha yaxşı işləyir, nəinki ANİ. Lakin bu cəmiyyətin də tərkibində maraqları kəskin fərqlənən iki qrupu ayırmaq mümükündür: istehsalçılar isə gəlirsiz də öz mallarını satmağa maraqlıdırlar. Ona görə də SAİK hərdən tək bizim deyil, başqalarının da mallarını satır və bununla bizim satışımızı çətinləşdirir”.
1909-cu ildə Rusiyanın sürtgü yağlarının da ixracı 1901-ci illə müqayisədə 3 dəfədən çox azaldı. Lakin, Avropa neft bazarında hələ mübarizə aparmaq mümkün idi və bunu Q.Şpisin 1913-cü ildə yazdığı işində görmək olar. Almaniyada kerosinə dövlət inhisarının yaradılmasının araşdırılmasına həsr olunmuş bu işdə göstərilirdi ki, Rusiyadan ixrac potensialını 400 min tondan 1,4 mln. tona çatdırmaqla buna nail olmaq mümkündür. Amma bu baş vermədi. Bundan bir il sonra E. Şmidt “Alman kerosin istehsalının ilkin şərtləri” kitabında, bir növ Q.Spisin fikirlərini iddia edərək, Rusiyanın ixrac imkanlarının daima aşağı düşəcəyini sübut edirdi və qeyd edirdi ki, Rusiya özü artıq neft ixrac edən ölkədən idxal edən ölkəyə çevrilməkdədir. Bu baxımdan Almaniyada kerosinə dövlət inhisarının tərəfdarlarının nikbinliyi də vəziyyəti dəyişə bilməyəcəkdir.
Dünya bazarında məğlub olan rus neftzavodçuları bu itkiləri əvəz etmək üçün daxili bazarda neft məhsullarının qiymətlərini artırmaq qərarına gəldilər. Neft və neft məhsulları saxlanılan ambarların əksəriyyəti iri neft sənayesi şirkətlərinə məxsus olduğu üçün, onlar bu məhsullara yüksək qiymətləri saxlaya bilirdilər. 1913-cü ildə Dövlət duması neft yanacağına yüksək qiymətlərin olması məsələsini müzakirə etdi və neft istehlakçıları olan sahibkarların bu barədə olan baxışları ilə razılaşdı, yəni neft sənayeçilərini, neft yanacağının qiymətlərini qeyri-qanuni və süni surətdə artırmaqda günahlandırdı. Cavab olaraq 1913-cü ilin sonunda neftzavod sahibkarları mazutun qiymətini yenidən qaldırdilar Neft sənayesi bu dövrdə yenidən aydınca “mazut” xüsusiyyəti alırdı.
1911-сi ildə mühəndis-kimyaçı S.K.Kvitko (1855-1917-ci illər) benzin almaq üçün neft karbohıdrogenlərinin, neft məhsullarının və neft qalıqlarının termik parçalanması (hissələrə bölünməsi) üzrə qurğu təklif edir [30 iyun 1912-ci ildə “Mazutun təzyiq altında və ya təzyiqsiz yüksək temperaturlu parçalanması ilə benzin alınması” barədə ona 21963 №- li imtiyaz (patent) verilmışdir]. S.Kvitkonun qurğusunda proses fasiləsiz işləyən kub batareyasında çıxan məhsulların gətirdiyi istiliyin geniş regenerasiyası ilə maye fazada təzyiq altında gedir.
Birinci dünya müharibəsi ərəfəsində Rusiyada istehsal olunan neftin 75% buxar qazanlarının odluğunda yandırılırdı. Yanacağın əsas ıstehlakçıları sənaye sahələri, dəmir yolu və su nəqliyyatı idi. Bu illər Bakı rayonunda neft hasilatının azalmasına baxmayaraq, neft məhsullarının istehsalı əvvəlki səviyyədə qalmışdı. 1914-cü ildə Bakıda 56 neft emalı zavodu fəaliyyət göstərirdi. Ümumi neft məhsullarının istehsalında mazut və digər qalıqların payı 50%-dən çox təşkil edirdi, qalan məhsulların payı isə belə idi: işıqlandırma yağları – 26%, sürtgü yağları – 7,3%, benzin və d. məhsullar.
Birinci dünya müharibəsindən (1914-1918-ci illər) sonra Bakıda aparılmış elmi işlər dünya neftayırma sənayesinə ciddi təsir göstərmışdir. 1918-ci ildə V.V.Markovnikovun elmi işləri əsasında N. Zelinski ağır neft tullantılarından benzin alınmasnın katalitik yolunu işləyib hazırlamışdı. Neftin emalı sahəsində Bakı kimya-texnoloqlarının elmi məktəbinin banisi professor L.Q.Qurviç neft və neft məhsullarının fiziki-kimyəvi təmizlənməsinin əsaslarını yaratdı və bununla onların emalı üsullarını təkmilləşdirdi.

Download 1,79 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   20   21   22   23   24   25   26   27   ...   95




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish