İNSANIN İDRAKİ FƏALİYYƏTİNDƏ RASİONAL VƏ QEYRİ-RASİONAL TƏRƏFLƏR
Məhərrəmova Nuranə,
BDU-nun Fəlsəfə kafedrasının
II kurs magistrantı
Ключевые слова: рациональная деятельность, познавательная деятельность человека, иррациональная сторона познавательной деятельности.
Keywords: rational activity of human cognitive activity, irrational side of cognitive activity.
Açar sözlər: rasional fəaliyyət, idrak fəaliyyətinin səmərəli fəaliyyəti, idrak fəaliyyətinin qeyri-rasional tərəfi.
İnsan mürəkkəb fenomendir. Tarix kitablarından da əldə etdiyimiz məlumatlara əsasən bilirik ki,ibtidai insanlardan başlayaraq,primitiv təsəvvürlər formasında olsa da yaşadığı aləmə,onu əhatə edən gerçəkliyə insanda müəyyən münasibət olmuşdur. O dövrdə dərketmə,dünyanın yaranması və s. suallar insanların maddi təlabatları üzündən və idrakı qabiliyyətlərinin zəif inkişafı səbəbilə demək olar ki heç formalaşmamışdı.
Antik dövrdən başlayaraq bu sualların meydana gəlməsinə yaradıcılıqla cavab verən şəxslər meydana gəlməyə başladı. Onlar obyektiv aləm,kainatın əsasında nəyin dayandığı,ilk səbəb və s kimi suallara cavab axtarmağa başladılar və beləliklə ilk fəlsəfi fikirlər təşəkkül tapmağa başladı.
Qeyd etmək istərdim ki,bu məsələyə toxunmaqda əsas məqsədim insanların idarki fəaliiyyəti və gerçəkliyin dərki məsələsini uzun illər öncə təhlil obyektinə çevirmələridir.
İnsan idrakı özündən kənarda gedən proseslərə fəal münasibət nəticəsində formalaşaraq, inkişaf edir. Gerçəklik hadisələrinin dərki iki səviyyədə həyata keçirilir: idrakın hissi və məntiqi formasında. Bu formalara uyğun rasional və qeyri rasional əməliyyatlar ön plana çıxır.
Rasional olan dedikdə insanın zəka səviyyəsində həyata keçirdiyi əməliyyatlar nəzərdə tutulur. Fəaliyyətin bu forması məntiq qanunlarına uyğun olaraq, təfəkkür səviyyəsində həyata keçirilir.Təfəkkürə uyğun olan dedikdə,burada hislərdən kənar olan, ağlın qanunları ilə işləyən idrak fəaliyyəti nəzərdə tutulur.
İnsan idrakında rasional tərəfi qabardan, gerçəkliyin dərkinin yalnız bu yolla mümkünlüyünü irəli sürən filosoflar fəlsəfədə rasionalizm cərəyanını formalaşdırmışlar. Anlayışa uyğun olaraq bu cərəyanın nümayəndələri yalnız ağıldan gələn, zəkaya əsaslanan fəaliyyəti ən düzgün vasitə hesab edir, mütləq həqiqətə yalnız bu vasitə ilə çatmağın mümükünlüyünü irəli sürürdülər. Onların fikrincə insana hislər vasitəsilə heç bir həqiqət verilə bilməz. Bu yolla dərk isə ümümiyyətlə həqiqətə uyğun deyildir. Zəka, intellekt məqsədə çatmağın yeganə vasitəsidir. Bu cərəyana əks mövqedə duranlar isə empirik istiqamətin nümayəndələri olmuşlar
Rasionalizmin ilk ünsürləri antik dövrdən başlayaraq, hələ Eleya məktəbi, Pifaqorçular, Platonun təlimində yer almışdır. Bu təlimin ən böyük nümayəndəsi isə fransız filosofu Rene Dekart olmuşdur. Daha sonralar Spinoza, Leybnis, Hegel də bu təlimi geniş şəkildə yaradıcılıqlarında işləyərək,mövqelərini əsaslandırmışlar.
Rasionalın mahiyyətinə gəlincə,onu aşağıdakı kimi xarakterizə edə bilərik:
a) rasional əməliyyatlar ardıcıl əməliyyatlardır;b)rasional əməliyyatlar məntiq qanunları ilə həyata keçirilir; c)rasional əməliyyatlar xətti xarakter daşıyır d) rasional əmliyyatlar qarşıya qoyulan məqsədə doğru aparan faəliyyət formasıdır; e)rasional əməliyyatlar məntiqi idrakla əlaqədardır.
Yuxarıda qeyd etdik ki gerçəkliyin dərki,idraki fəaliyyət iki formada həyata keçirilir.Bu formanın ikinci tərəfi qeyri-rasional fəaliyyətdir.Qeyri-rasional rasionalın əksi deyildir. Fəaliyyətin bu forması qarşıya qoyulan məqsədə çatmayan kimi şərh oluna bilər.Qeyri-rasional da müəyyən səviyyədə zəkaya əsaslanır,lakin burada məqsədin həyata keçirilməsinə yardımçı ideya və normalar sonadək dərk olunmur.Dərk olunmamış proseslər qeyri-rasionalın meydana gəlməsində başlıca rol oynayır.
İnsan şüurunun aşağı hissəsi kimi çıxış edən qeyri-şüurinin yuxarı hissəsi zəkaya,müəyyən qədər təfəkkürə əsaslanır.Buna görə də qeyri-rasional tamamilə rasional olanla uyuşmaz şəkildə çıxış etmir.
Ədəbiyyat:
1.G.Skirbekk, N.Gilje. History of philosophy.
2.R.Decartes.Discourse on Method, P. 1637 y.
3.Ə.Məmmədov. Rasionallıq və qeyri-rasionallıq. Bakı: 2010
Do'stlaringiz bilan baham: |