TƏHSİLİN QİYMƏTLƏNDİRİLMƏSI PROBLEMİ VƏ TƏHSİL İSLAHATLARI
Əliyev Rəcəbəli Həciağa oglu, “Sosioloji problemlər”
elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi,
Abbasova Mətanət, elmi işçi, BDU
Açar sözlər: təhsil islahatları, təhsilin qiymətləndirilməsi, Azərbaycan təhsili, sosioloji tədqiqatlar, təhsilin keyfiyyəti.
Ключевые слова: реформы образования, оценка в образовании, образование в Азербайджане, социологические исследования, качество образования.
Keywords: education reform, evaluation in education, education in Azerbaijan, case studies, the quality of education.
Təhsil institutu müstəqil dövlətin inkişafında və möhkəmlənməsində çox mühüm yer tutur. Təsadüfi deyildir ki, xalqımızın Ümummilli Lideri H.Əliyev təhsili millətin gələcəyi kimi mənalandırırdı. Təhsilə yüksək qayğı və diqqət göstərməyin zəruriliyi haqqında Ulu öndərin göstəriş və tövsiyyələri müasir cəmiyyətimizin siyasi rəhbərliyi tərəfindən dönmədən həyata keçirilməkdədir. Bunun nəticəsidir ki, hazırda ölkəmizdə təhsil islahatları ardıcıl sürətdə aparılır, bu sahədə diqqətəsayan uğurlar əldə edilir. Ali təhsilin inkişafında istiqamətləri irəlicədən müəyyənləşdirmək, müsbət yönümlü meyillərin fəaliyyətinə şərait yaratmaq, mənfi-neqativ tendensiyaları neytrallaşdırmaq və aradan qaldırmaq üçün elmi tövsiyyələr işləyib hazırlamaq, ınüstəqil dövlətimizin təhsil siyasətinin priopitetlərindəndir.
Yuxarıda qeyd olunan vəzifələrin uğurla həll olunmasında konkret sosioloji tədqiqatlar və onların nəticələrinin təhlil edilərək ümumiləşdirilməsi mühüm yer tutur.
Deyilənləri əsas götürərək sosioloji problemlər laboratoriyasının əməkdaşları 1913-cü ildə öz elmi fəaliyyətini ali məktəbdə tədrisin təşkilinin səmərəliliyini yüksəltməyin çox mühüm istiqaməti olan təhsilin qiymətləndirilməsi probleminin araşdırılmasına həsr etmişlər.
Göstərilən mülahizələrdən çıxış edərək sosioloji tədqiqatlar laboratoriyasının 2013-cü “Təhsil islahatları ümumi mövzusunun tərkib hissəsi olan “Tədris prosesinin təşkilinin qiymətləndirilməsi” problemini araşdırmışlar. Bu məqsədlə laboratoriyanın əməkdaşları tərəfindən xüsusi sorğu anketi işlənib hazırlanmış və BDU-nun müxtəlif fakültələrində təhsil alan 500 nəfər tələbə arasında ümumi sorğu keçirilmişdir. Anket tərtib olunarkən sözügedən problemə dair maksimum informasiya əldə edilməsinə yönələn sualların qoyulmasına xüsusi diqqət yetirilmişdir:
Ali məktəblərdə tədrisin səmərəliliyinin yüksəldilməsini və kcyfiyyətinin yaxşılaşdırılmasını, onu maddi-tcxniki bazasının möhkəmləndirilməsindən, tədris- tcxniki bazasının möhkəmləndirilməsindən, tədris-tcxniki vasitələrlə təchizatının təmin cdilməsindən kənarda təsəvvür ctmək qcyri-mümkündür.
Son dövrdə ölkəmizin daxili potcnsialı və iqtisadi qüdrəti artdıqca, dövlət büdcəsindən ali təhsilin inkişafına ayrılan maddi və maliyyə məsrəflərinin həcmi də sürətlə çoxalır. Bunun nəticəsidir ki, müstəqillik dövründə ali məktəblərin auditoriya fondu durmadan genişlənir, onların kompüterlər, EHM və digər mütərəqqi tədris- texniki avadanlıqlarla təchizi yaxşılaşır. Bıı sahədə qazanılan uğurlar tələbələrin nəzərində də özünə müvafiq əksini tapır, onlar əldə cdilən nailiyyətləri yüksək qiymətləndirirlər. Bunu sorğu matcriallarının təhlili də sübut cdir. Ankctə daxil cdilmiş “Sizin ali məktəbin kompüter təminatı necədir?” sualına verilən cavabların təhlili göstərir ki, rəyi soruşulan tələbələri yarıdan çoxu 58,6 faizi təhsilin müasir kompüterlərlə tam təmin olunduğunu bildirmişdir.
Əgər bu göstəriciyə ali məktəbdə köhnə kompüterlərdən istifadə olunduğunu söyləyən respondentlərin xüsusi çəkisini də (10,8%) əlavə ctsək , onda tələbələrin əksəriyyətinin 69,4%-nin kompütcr sarıdan təminatın qənaətbəxş qiymətləndirdiyinin şahidi oluruq. Qcyd olunan sahədə əhəmiyyətli irəliləyişlər olduğunu aşağıdakı iki suala vcrilən cavablar da sübut cdir: “Ali məktəbiniz kompüterlərdən istifadəyə imkan yaradırmı?” 2) “Ali məktəbiniz intcrnctdən istifadəyə imkan yaradırmı?" Birinci suala vcrilən cavabların təhlili göstərir ki, respondentlərin 22% istənilən vaxt kompütcrdən istifadə edə bildiyini və 37,4%-i isə ixtisas fənlərinin öyrənilməsində kompüterlərdən istifadə ctdiyini söyləmişdir. Bu iki göstəricini birləşdirdikcə ınəlum olur ki, hazırda ali məktəb tələbələrinin yarıdan çoxu 59,4% tədrisin kompüter təminatını yüksək qiymətləndirir. Eyni vəziyyəti (əlbəttə bir qədər özünəməxsusluqla) ikinci suala verilən cavablardan da yəqin etmək ınümkündiir. Belə ki, rəyi soruşulanların 17,4% istənilən vaxt internetdən istifadə edə bildiyini və 32% -i isə ixtisas fənlərinin öyrənilməsində internetdən istifadə etdiyini söyləmişdir.
Beləliklə, respondent tələbələrin 49% (yarıya qədəri) ali məktəbin internctlə təmin olunma səviyyəsini yüksək qiymətləndirir və ondan istifadəyə gcniş imkanlar olduğunu bildirmişdir. Sorğu matcrialları sözügcdən sahədə xeyli müvəffəqiyyətlərin olduğunu təsdiq etməklə yanaşı bir sıra nöqsanları da aşkara çıxarır. Bclə ki, rəyi soruşulanların xcyli hissəsi 30,8%-i ali məktəbin internctdən istifadə üçün imkan yaratmadığını, 31,4 %-i isə ali məktəbin kompütcrdən istifadəyə imkan yaratmadığını göstərmişdir. Göründüyü kimi bu mənfi məzmunlu göstəricinin xüsusi çəkisi kifayət qədər yüksəkdir və yaxın gələcəkdə vəziyyətin yaxşılaşdırılmasını təkidcə tələb edir.
Müəllim tədrisinin əsas nüvəsini təşkil ctdiyi üçün bu prosesin səmərəliliyinin qiymətləndirilməsi də onıın göstəricilərindən bilavasitə asılıdır. Ali məktəbdə tədrisin təşkili öz məzmunu etibarilə birinci növbədə müvafiq ixtisasların proqramlarını öyrədən fəaliyyəti ilə bağlıdır. Müəllimlə ali məktəb dövründə tələbələrə öz seçdikləri ixtisas üzrə hərtərəfli və sistemli biliklər vermək məqsədi ilə fəaliyyət göstərirlər. Bu sahədəki rcal vəziyyəti müəyyən etmək üçün sorğu anketinə aşağıdakı məzmunlu sual daxil edilmişdir: “İxtisas fənlərinin tədrisi səviyyəsini necə qiymətləndirirsiniz?” Tələbə respondcntlərin dövrdə biri 25,5 faizi ixtisas fənlərinin yüksək səviyyədə tədris olunduğunu söyləmişdir. Bu suala verilən cavablarda orta məzmunluların xüsusi çəkisi daha yüksək olub 49,9% təşkil edir. Sözügedən iki variantı ümumiləşdirsək onda deyə bilərik ki, rəyi soruşulan tələbələrin 75,4%-i ixtisas fənlərinin tədrisindən razıdır.
Bclə yüksək qiymətləndirmə səviyyəsi son illərdə bütün ali məktəblərdə olduğu kimi, Universitetdə də tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində aparılan kompleks tədbirlərin bəhrəsidir. Bununla yanaşı rcspondentlərin xeyli xissəsi 16,6%-i ixtisas fənlərinin aşağı səviyyədə olduğunu bildirmişdir. Dcyilənlərə onu da əlavə edək ki, sorğıı anketində öz məzmununa görə yuxarıdakı suala yaxın olan digər hir suala “BDU-da təhsilin indiki vəziyyəti sizi qane edirmi?" sualına respondentlərin 26,6 faizi o qədər də qane etmir” və 11,1 %-i isə “heç qane etmir” cavabı vermişdir. Bu göstərilər onu deməyə əsas vcrir ki, ali məktəbdə tədrisin təşkilini təkmilləşdirmək baxımından qarşıda kifayət qədər ciddi məsələlər durur.
Analoji vəziyyət ictimai fənlərin tədrisi səviyyəsinin qiymətləndirilməsində də müşahidə olunur. Bunu “İctimai fənlərin tədrisi səviyyəsini qiymətləndirirsiniz?” sualına verilən cavablardan da görmək olar. Tələbələrin az hissəsi yəni 16 faizi bu fənlərin tədrisi səviyyəsini yüksək qiymətləndirmiş yarıya qədəri 45,2 faizi isə orta səviyyədə tədris olunduğunu söyləmişdir. Bütövlükdə götürdükdə rəyi soruşulan tələbələrin yarıdan çoxu 61,2% ictimai fənlərin tədrisindən bu və ya digər dərəcədə razıdır.
Lakin tələbələrin xcyli hissəsi 17,7 faizi həmin fənlərin aşağı səviyyədə tədris olunduğu qənaətindədir. Narahatlıq doğuran başqa bir cəhət burasıdır ki, tələbə rcspondcntlərin 10 faizi ictimai fənlərin onlara lazım olmadığını qeyd etmişdir. Bu vəziyyət fikrimizcə aşağıdakı iki səbəb ilə izah olunmalıdır. Əvvəla tələbələr çox vaxt əsas diqqəti öz ixtisasları üzrə olan fənlərə yönəldirlər, bclə olduqda, onların xeyli qismi düşünür ki, ixtisas fənlərinin öyrənilməsi onların vaxtını alır. Digər tərəfdən ictimai fənlərin tədrisində olan nöqsanlar da tələbələrin onları aşağı qiymətləndirilməsinə rəvac verən amillərdəndir. Bu işdə ictimai fənlərin seçim üzrə tədrisi də müəyyən rol oynayır.
Ali məktəbdə təhsilin səmərəli təşkili tədris olunan fənlərin metodiki təminatı (dərslik, dərs vəsaiti, proqram və s.) ilə bilavasitə bağlıdır. Bu baxımdan vəziyyətin necə olduğunu sorğu materialları sübut edir. Respondentlərin yalnız
-
faizi bu təminatın onları "tam qane etdiyini", 23 faizi isə əsasən “qane etdiyini” söyləmişlər. Rəyi soruşulanların 27,6 faizi bildirmişdir ki, tədrisin metodiki təminatını daha da yaxşılaşdırmaq məsləhətdir. Narahatlıq doğuran cəhət budur ki, tələbə respondentlərin xeyli hissəsi 37,8 faizi tədris olunan fənlərin metodiki təminatını qeyri-qənaətbəxş sorğu matcriallarının təhlili sübut cdir ki, ali məktəbdə tədris prosesinin yaxşılaşdırılmasının bu mühüm istiqamətinə diqqəti artırmaq lazımdır.
Ali məktəbdə təhsilin müasir səviyyəsinin qiymətləndirilməsinin çox mühüm istiqamətini burada demokratiyanın inkişafı səviyyəsi və buna müvafiq olaraq tələbələrin tədrisin idarə olunmasında iştirakı onların özünü idarə fəallığının dərəcəsi üzrə olan göstəricilər təşkil edir. Sorğu materiallarının təhlili bu yönümdə qazanılmış uğurları və mövcud nöqsanları əyani surətdə göstərir. Əvvəlcə onu qeyd edək ki, son dövrlərdə universitet rəhbərliyinin tədrisin keyfıyyətini yaxşılaşdırmaq, burada demokratiyanı inkişaf etdirmək və tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək yolunda həyata keçirdiyi ardıcıl tədbirləri tələbələr yüksək qiymətləndirir və buna öz fəallıqlarını artırmaqla cavab verirlər.
Rəyi soruşulan tələbləri böyük əksəriyyəti 79,2 faizi ixtisas fənlərinin və 61,7%-i humanitar fənlərin tədrisini yüksək qiymətləndirmişdir. Ali təhsilin demokratikləşməsinin tələbələrin idarəçilik fəallığına güclü ınüsbət təsiri duyulmaqdadır. Təsadüfi deyildir ki, rəyi soruşulan tələbələrin 24,4 %-i tədricən idarə olunmasında fəal iştirak etdiyini və 27,3%-i orta səviyyədə iştirak etdiyini söyləmişdir. Ümumilikdə götürdükdə tələbələrin yarıdan çoxu 51,7%-i tədris prosesinin idarə olunmasına qatılmışdır. Bu göstərici humanitar fakültələrin tələbələri üzrə daha yüksək olub, 55,4 faizi təşkil (təbiət fakültələri tələbələrinin yalnız 48%-i idarəçilikdə iştirak edir).
Ali məktəbdə tələbələrin fəallıq səviyyəsinin qiymətləndirilməsinə bir sıra amillər təsir göstərir. Onların sırasında təhsilin keyfiyyətinin yaxşılaşdırılması tədrisin maddi-texniki təchizatının möhkəmləndirilməsi, tədrisdə demokratiyanın genişləndirilməsi tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq göstəriciləri və neqativ hallarda qarşı mübarizənin təşkili səviyyəsi xüsusi yer tutur. Sorğu materiallarının təhlili belə bir qənaətə gəlməyə əsas verir ki, müasir ali məktəb tələbəsi tədrisin ümumi vəziyyətini obyektiv qiymətləndirməyi bacarır və bu prosesi gələcəkdə yaxşılaşdırmağın konkret yolları haqqında kifayət qədər aydın təsəvvürə malikdir.
Sorğu anketinə daxil edilmiş "Tədrisin keyfiyyətini yaxşılaşdırmaq üçün universitet rəhbərliy i ilk növbədə hansı tədbirləri görməlidir?" sualına verilən cavablar buna dəlalət edir. Rəyi soruşulan tələbələrin 45,1%-i bütün fənlər üzrə dərsliklərin və dərs vəsaitlərinin hazırlanıb çap edilməsini təxirəsalınmaz vəzifə sayır. İkinci yerdə tədrisin maddi-texniki bazasını möhkəmləndirməyi və informasiya təminatını yaxşılaşdırmağı əsas vəzifə hesab edir. Respondentlərin 34,4 faizi bu mövqeyi müdafiə edirlər. Tədris prosesinin demokratikləşdirilməsini sürətləndirməyi tərəfdar çıxanların xüsusi çəkisi də kifayət qədər yüksək olub, 30,4 faizi təşkil edir.
Yuxarıda qeyd olunan göstəricilər tələbələr tərəfindən tədricən təşkili səviyyəsinin qiymətləndirilməsinin çox mühüm amili baxımından real vəziyyəti əks etdirir. Burada praktiki yönümdən diqqət çəkən məqam budur ki, tələbələr universitet rəhbərliyinin tədrisin yaxşılaşdırılması sahəsində gələcək fəaliyyətində hansı tərəfləri başlıca diqqət mərkəzində saxlamalı olduğuna dair maraqlı təkliflər irəli sürür.
Hazırda elmin və mədəniyyətin inkişafı getdikcə daha çox antropoloji istiqamətə yönəlməkdədir. Hər cür iqtisadi, texniki və sosial layihələr işlənilib hazırlanarkən öncə insan ölçüləri baxımından ekspertizadan keçirilir və qiymətləndirilir. Müasir dünyada gedən bu universal humanistləşmə meyli müstəqil dövlətimizin ali təhsil siyasətində və praktikasında da güclənməkdədir.
Ali təhsil prosesinin humanistləşməsi meyli başlıca olaraq aşağıdakı iki istiqamətdə təzahür edir. Birinci istiqamət öz məzmununa görə humanist problematika ilə bilavasitə bağlı olan ictimai fənlərin tədrisinin yaxşılaşdırılması və keyfıyyətinin yüksəldilməsində ifadə olunur. Bu baxımdan mövcud vəziyyətin necə olduğunun aydınlaşdırılmasında və qiymətləndirilməsində sorğu materiallarının təhlili mühüm köməklik göstərir. Anketə daxil edilmiş “İctimai fənlərin tədrisi səviyyəsini necə qiymətləndirirsiniz?’' sualına tələbə respondentlər aşağıdakı kimi cavablar vcrmişlər: “yüksək səviyyədə tədris olunur” 16%, “orta səviyyədə tədris olunur” 45,2% . Bu iki göstəricini birləşdirəcək olsaq, onda deyə bilərik ki, tələbələrin əksəriyyəti 61,2% ictimai fənlərin tədrisini qənaətbəxş səviyyədə qiymətləndirir. I.akin müasir tələbləri baxımından yanaşdıqda bu göstəricinin özü də xeyli dərəcədə aşağıdır.
Bu vəziyyət fikrimizcə bir tərəfdən ali məktəblərdə ictimai fənlərin tədrisində professional və tədris- metodiki cəhətdən xeyli qüsurların olması ilə izah edilməlidir. Digər səbəb isə həmin fənlərin bir çoxunun məcburi deyil, seçim xarakterli olması da özünün müvafiq təsirini göstərir. Respondentlərin xeyli hissəsi 17,7 faizi ictimai fənlərin tədrisini aşağı səviyyəli kimi qiymətləndirilməsidir. Narahatlıq doğuran əsas cəhət budur ki, tələbələrin 10 faizi açıqca söyləmişlər ki, onlara ictimai fənlər lazım deyildir. Bu xoşagəlməz fakt bizcə bir sıra səbəblərin nəticəsidir. Əvvəla tələbələrin bir qismi vaxt büdcəsinin əsas hissəsini ixtisas fənlərinin öyrənilməsinə həsr etdikləri üçün, onlarda belə bir yalnış təsəvvür yaranır ki, güya ictimai fənlər onların vaxtını alır. Bundan əlavə ictimai fənlərin tədrisində özünü göstərən nöqsanlar onların seçim üzrə keçilməsi prinsipi ilə birləşərək tələbələrin nüfuzunda aşağı səviyyəyə endirir. Qeyd olunan vəziyyət ictimai fənlərin tədrisinin elmi və metodiki səviyyəsinin yüksəldilməsi ilə yanaşı onun tədrisindəki təşkilati-metodiki qüsurların (məs., seçimliliyin aradan qaldırılması) düzəldilməsini təkidlə tələb edir.
Ali təhsilin humanistləşməsi meylinin ikinci mühüm istiqamətini ixtisas fənlərinin məzmunu ilə bağlıdır. Başqa sözlə, deyilsə ixtisas fənlərin tədrisi proqramları ilə tərtib edilməlidir ki, onlar yalnız müvafiq ixtisas üzrə bilik verməklə məhdudlaşmasın, humanizm məsələlərinə də xeyli yer verilsin. Bu işin vacibliyi onunla şərtlənir ki, müasir ali təhsil sisteminin əsas vəzifəsi öz peşə sahəsi üzrə yüksək ixtisaslı kadr hazırlamaqla yanaşı müasir ruhlu, ölkənin daxilində beynəlxalq miqyasda baş verən prosesləri ayıq gözlə qiymətləndirməyi bacaran layiqli vətəndaş yetişdirməkdir.
Ümumilikdə götürdükdə hazırda dövlətimizin ali təhsil strategiyasında açıq cəmiyyətin qurulması və bazar iqtisadiyyatının tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssis kadrları hazırlanması mərkəzi yer tutur. Son illərdə bu xəttin həyata keçirilməsi sahəsində ciddi irəliləyişlər əldə cdilmişdir. Sosioloji sorğu materiallarının təhlili sübut edir ki, tələbələr sözügedən istiqamətdə qazanılmış uğurları dəyərincə qiymətləndirirlər. Bunu anketdə qoyulmuş “BDU-da təhsilin indiki səviyyəsi sizi qane edirmi?” sualına verilmiş cavablardan da görmək olar.
Tələbə respondentlərin 56,2% yəni yarıdan çoxu hazırda universitetdə tədrisin təşkilini yüksək qiymətləndirmişdir. Bununla yanaşı, tələbələr həmin istiqamətdə islahatların təkidlə davam etdirilməsini zəruri sayırlar. Belə ki, rəyi soruşulanların 35,3%-i “o qədər də qane etmir” cavabı vermişlər. Adı çəkilən sualın cavabının qiymətləndirilməsində bir qədər “yumşaq” mövqe tutanların xüsusi çəkisinin xeyli dərəcədə yüksək olması, fıkrimizcə aşağıdakı iki səbəblə izah edilməlidir. Əvvəla, müstəqilliyimizin əldə olunmasından keçən qısa müddət ərzində ali təhsilin bütün vəsilələrini və tərəfləri yüksək standartlar səviyyəsinə çatdırmaq mümkün olmamışdır. (əslində cəmi iki onillik ərzində bunu əldə etmək iddiasının özü də o qədər real görünmür). Digər tərəfdən müasir tələbələrin dünyagörüşü və tələbatları çox yüksəkdir, onlar qabaqcıl ölkələrdə ali təhsilin təşkilinin yüksək səviyyədə olduğu haqda yetərincə informasiyaya malikdirlər. Odur ki, universitetimizdə tədris təşkilini də bir çox cəhətdən həmin etalon üzrə qiymətləndirirlər.
Narahatlıq doğuran məqam budur ki, sorguda iştirak edən tələbələrin xeyli hissəsi 11,1 faizi tədrisin təşkili səviyyəsinin onları heç qane etmədiyini söyləmişlər. Bu fakt tədrisin təşkili prosesinin səmərəliliyini yüksəltmək üçün bütün qüvvələri və imkanları səfərbər etmək zərurətini ortaya qoyur. Bunu sorğu materiallarının təhlili son illərdə ölkəmizdə ali təhsilin Boloniya sisteminə keçməsinin törətdiyi nəticələr baxımından diqqəti cəlb edir. Boloniya prosesinə qoşulmağın tələbələr tərəfindən necə qiymətləndirildiyini aydınlaşdırmaq məqsədilə anketə aşağıdakı məzmunda sual daxil edilmişdir: “Boloniya prosesi üzrə aparılan təhsilin səviyvəsi sizi qane edirmi?”.
Alınmış cavablar belə bölünür: “ Bəli tam qane edir” 18%, “demək olar ki, qane edir” 21,6%, “o qədər də qane etmir” 36,6%, “bir az da inkişaf etdirilsə, daha yaxşı olar” 23,8%. Göründüyü kimi respondentlər yalnız yarıya qədər yeni sistemdən razıdır və onu müsbət qiymətləndirir. Əlbəttə bu göstərici o qədər də ürəkaçan deyil. Lakin nəzərdə tutulmalıdır ki, ölkəmizin ali təhsilində Boloniya sistemi yenicə tətbiq olunur, bu isə o deməkdir ki, onun üstünlüklərini tələbələrin hcç də hamısı yetərincə qavramamışdır. Boloniya təcrübəsindən qane olanların xüsusi çəkisinin nisbətən aşağı olmasından. fikrimizcə, bu yeni sistemin xeyli dərəcədə yüksək tələblər diqtə etdiyi faktı da müəyyən rol oynamışdır. Sözügedən məqam həm də “o qədər də qane etmir” deyənlərin xüsusi çəkisinin kifayət qədər yüksək olmasına (36,6%) öz təsirini göstərmişdir.
Yuxarıda adı çəkilən cavab verənlərin tərkibində Boloniya təcrübəsini inkişaf etdirməyi məqsədəuyğun sayanların xeyli yer tutması (23,8%) da diqqəti cəlb edir. Bu fakt sübut edir ki, müasir tələbə innovasiyaları passiv surətdə qəbul etməklə məhdudlaşmır, onlara tənqidi və fəal yanaşmağı bacarır, bir sözlə müasir ruhlu kreativ təfəkkür tərzi nümayiş etdirir həm də anketdəki “Tədrisin keyfiyyətini yaxşılaşdırmaq üçün universitet rəhbərliyi ilk növbədə hansı tədbirləri görməlidir?” sualına verilən cavablar təsdiqləyir. Cavablar öz xüsusi çəkisi göstəricilərinə uyğun olaraq aşağıdakı şkala üzrə düzülmüşdür: “bütün fənlər üzrə dərsliklər və dərs vəsaitləri hazırlanıb çap edilməlidir” 40,4% , “tədrisin maddi-texniki və informasiya təminatı yaxşılaşdırılmalıdır” 35%, “tədrisin demokratikləşdirilməsi sürətləndirilməlidir” 34,8%, “qabaqcıl müəllimlər üçün maddi yardımın məbləği artırılmalıdır” 10,4 faiz. Qeyd olunan variantların hər biri üzrə tələbələrin qiymətləndirmə əmsalının kifayət dərəcədə yüksək olması diqqəti çəkir. Bu fakt həm də müasir tələbənin geniş erudisiyaya malik olmasından tədrisin təşkilini yaxşılaşdırmağın əsas yollarını aydın şəkildə dərk etməsindən xəbər verir.
Nəticə və təkliflər
Ali məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr və informasiya təminatının yaxşılaşdırılması, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi istiqamətində həyata keçirilən tələbələrin nəzərində tədris prosesinin təşkilinin reytinqini əhəmiyyətli dərəcədə yüksəltmişdir. Bunu sosioloji tədqiqatımızın nəticələri də sübut edir. Bununla yanaşı tədrisin təşkilində müəyyən nöqsanlar və çatışmazlıq vardır ki, onlar bu prosesin tələbələr tərəfindən yüksək qiymətləndirilməsinə maneələr yaradır.
Fikrimizcə, onları aradan qaldırmaq üçün aşağıdakı tədbirləri yerinə yetirmək mühüm fayda gətirə bilərdi.
Hər şeydən əvvəl tədrisin müvafiq ixtisaslar üzrə yüksək peşə hazırlığına malik olan professor- müəllim kadrları ilə təchizatının yaxşılaşdırılması vacibdir. Çünki sözügedən sahədə vəziyyət tədrisin təşkilinin qiymətləndirilməsi meyarları sırasında ön yerdə durur.
Fakültələrdə tədrisin təşkili səviyyəsini yüksəltmək üçün müvafiq ixtisaslar üzrə tələb olunan maddi-texniki bazasının və tədris metodiki vasitələrin artırılması təxirəsalınmaz vəzifələrdəndir. Belə ki, tələbələr tərəfindən tədrisin təşkilinin qiymətləndirilməsində bu məqam xüsusi yer tutur, daha dəqiq deyilsə, həmin istiqamətin təşkilindən narazı olanlar yetərincədir.
Bütövlükdə tədris prosesində, o cümlədən də tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması sahəsində fəaliyyəti daha da gücləndirmək vacibdir. Bu göstərici həm də tələbələrin fəallığının gücləndirilməsində və onların özünüidarə prosesinə geniş miqyasda cəlb olunmasında misilsiz əhəmiyyətə malikdir. Tədrisin təşkilinin bütün istiqamətlərində Internetdən istifadə edilməsində əhəmiyyətli uğurlar qazanılsa, sorğu materiallarının təhlili, həmin sahədə müəyyən nöqsanları da aşkara çıxardı. Buna görə də Internetdən istifadə imkanlarını daha da genişləndirmək lazımdır. Son dövrdə təbii-elmi və sosial biliklər sisteminin humanistləşməsi özünü göstərir. Ali məktəbin tədris prosesində də müvafiq ifadə olunan bu prosesi sürətləndirmək üçün ixtisas fənlərinə dair mühazirə mühazirələrdə və seminar məşqələlərində humanizm ideyalarının təbliğinə diqqəti artırmaq zəruridir. Digər tərəfdən humanizm prinsipləri ilə bilavasitə bağlı olan humanitar fənlərin tədrisinin keyfiyyətini yüksəltmək vacibdir.
ƏDƏBİYYAT
-
“Azərbaycan müəllimi” qəzeti, 26 sentyabr 2008-ci il
-
Abbasova Q. Elmin və təhsilin sosiologiyası. Bakı 2006
-
Qeybullayev Q. Ali məktəblərə təlim və tədrisin keyfiyyətinə nəzarət sistemlərinin əsasları. Bakı 1999.
-
Xəlilov S. TəhsiI sistemi. Nəzəriyyə və praktika. Bakı 1999.
-
Cabbarov R. Təhsil müəssisələrinin idarə edilməsi. Bakı 2001.
-
Şükürov A.M. Qloballaşma; müasir dövr və Azərbaycan. Qloballaşma və Azərbaycan. Bakı 2002.
-
Şükürov A.M. Fəlsəfə və qloballaşma. Bakı 2002
-
Нечаев B.Л. Сoциoлогия образования. Москва 1992.
-
Румкевич М.Н., Рубина Л.Я. Общественные потребности образования молодежи. Москва 1988
-
Филиппов Ф.Р. Социология образования. Москва 1992
Rezüme
Tədris prosesində, o cümlədən də tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması sahəsində fəaliyyəti daha da gücləndirmək vacibdir. Bu göstərici həm də tələbələrin fəallığının gücləndirilməsində və onların özünüidarə prosesinə geniş miqyasda cəlb olunmasında misilsiz əhəmiyyətə malikdir.
Резюме
В учебном процессе, в том числе при оценке знаний учащихся, необходимо обеспечить объективность и прозрачность. Для этого необходимо совершенствовать учебный процесс. Это окажет положительное влияние на повышение учебной активности учащихся и улучшение их самоуправления.
Summary
In the educational process, including the assessment of students' knowledge, it is necessary to ensure objectivity and transparency. For this it is necessary to improve the learning process. This will have a positive impact on the improvement of educational activity of students and improve their self-management.
Do'stlaringiz bilan baham: |