Азярбайъан республикасынын тящсил назирлийи


ELM ANLAYIŞI, MAHIYYƏTI VƏ FUNKSIYALARI



Download 1,05 Mb.
bet20/39
Sana21.02.2022
Hajmi1,05 Mb.
#2233
1   ...   16   17   18   19   20   21   22   23   ...   39
ELM ANLAYIŞI, MAHIYYƏTI VƏ FUNKSIYALARI
Xasiyev Elburus Vəlixan o.,
BDU, Təbiətşünaslıq fəlsəfəsi
II kurs magistrantı
Açar sözlər: Elm, elmi bilik, elmin funksiyaları, elmin meydana gəlməsinin zəruri şərtləri, elmşünaslıq, elmin ipostasiyaları.
Ключевые слова: Наука, научное знание, функции науки, необходимые условия формирования науки, наука ведение, ипостаси науки.
Key words: science, scientific knowledge, the functions of the science, the essential conditions of the emergence of science, the science of science, hypostasis of the science.
İnsan dünyanı müxtəlif formalarda, o cümlədən elmi formada dərk edir. Hazırda elm haqqında elm yaranmışdır ki, o da Elmşünaslıq adlanır. Elmşünaslığın məşğul olduğu problemlərdən biri də budur ki, elm nə vaxtdan başlanır. Bu barədə müxtəlif versiyalar olsa da, biz də o mövqeyi bölüşürük ki, elm Yeni Dövrün məhsuludur. “Qədimdə və hətta orta əsrlərdə elmdən danışarkən əslində müasir mənada elm yox, onun hansı isə elementləri, əlamətləri nəzərdə tutulur” [6, s. 211]. Amma onu da qeyd edək ki, bu suala elm anlayışının necə başa düşülməsindən asılı olaraq müxtəlif cavab vermək olar:
1. Elm (elmi bilik) insanların ilk dəfə «nəyə görə», «hansı səbəbdən» sualını qoyduğu vaxtdan başlanır. İnsanların dünya hadisələrini izah etmək cəhdləri, artıq yalnız «nə etmək», «necə etmək» sualını deyil, həm də «nəyə görə belədir» sualını qoymaları biliklərin bölgüsünə gətirir; əməli biliklərlə yanaşı ilk nəzəri bilklər yaranır. Elm nəzəri biliyə əsaslandığından bu hadisə elmin yaranmasının başlanğıcı kimi qiymətləndirilə bilər.
2. Elm – biliklərin bir sistem kimi formalaşdığı vaxtdan başlanır. Elm həm də sistemli biliyə əsaslandığından bu hadisə də elmin başlanğıcı kimi qəbul oluna bilər.
Beləliklə, biz də bu mövqe ilə razıyıq ki, “elm ayrı-ayrı alimlərin spesifik fəaliyyət növü kimi e. ə I əsrdə, mükəmməl sosial institut kimi isə XVII əsrdə yaranmışdır” [3, s. 289].
Elmin yaranması üçün tarixən müəyyən şərtlər lazım olmuşdur. Bu şərtlər bunlardır: empirik biliklərin toplanması, zehni əməyin fiziki əməkdən ayrılması və mücərrəd təfəkkürün inkişafında müəyyən səviyyəsinin əldə edilməsi.
Elmin inkişaf tarixi göstərir ki, hər bir konket elm sahəsi meydana gəlməzdən xəyli əvvəl onun yaranması üçün zəruri olan empirik biliklər toplanmalıdır. Lakin elm yalnız empirik biliklər üzərində qurula bəlməzdi. Qədim insanların topladıqları ilkin biliklər bir qayda olaraq birtərəfli olmuş və məhdud xarakter daşımışdır. Empirik səciyyə daşıyan və insanların gündəlik həyatları gedişində əldə etdikləri həmin biliklər hadisələrin mahiyyətini, inkişaf qanunauyğunluqlarını, daxili əlaqələrini aça bilməmiş,dayaz və məhdud xarakterli olmuşdur. Bu baxımdan empirik biliklərin praktiki əhəmiyyəti də böyük olmamışdır.
Elmi idrakın meydana gəlməsi bəşəriyyətin əqli inkişafının yalnız müəyyən mərhələsində, ilkin sinifli cəmiyyət olan qurdarlıq quruluşunda baş vermiş və ictimai əmək bölgüsü zəminində zehni əməyin fiziki əməkdən ayrılması sayəsində mümkün olmuşdur. Bu mənada Prof. C.Əhmədli yazır ki, “еlmin meydana gəlməsinin ən zəruri şərti əqli əməklə fiziki əməyin biri-birindən ayrılması,əqli əməyin insanların xüsusi fəaliyyət növünə çevrilməsi olmuşdur. Təbii ki, müstəqilləşən, muxtarlaşan bu fəaliyyət növü onunla məşğul olan xüsusi insan qrupunun da yaranmasını zəruri etmişdir. Alimlər də elə o zamandan yaranmışdır” [1, s. 501-502]. Onu da qeyd edək ki, bu hadisə məhz Qədim Şərq sivilizasiyalarında – Şumer, Çin, Hindistan, Babil, Misirdə baş vermişdir.
Elmin yaranmasının üçüncü şərti insan təfəkküründə müəyyən səviyyənin əldə olunması ilə bağlı olmuşdur. Elm yalnız abstraksiyalar tədqiqat vasitəsinə çevrildikdən və onlara əsaslanan üsul və qaydalar insanlar tərəfindən dərk edildikdən sonra meydana gəlmişdir. İnsanların yaratdığı ilk abstraksiyalar insan fəaliyyətindən toplanmış empirik materialların təhlilindən, ictimai praktikadan çıxarılmışdır. Buna görə də elm ilə biliyi müəyyən mənada fərqləndirmək lazımdır. Elm yaranmazdan xeyli əvvəllər də insanlar çox şey bilmiş və çox şey etməyi bacarmışlar. Lakin bu biliklər empirik ve məhdud xarakterli, həmçinin sistemsiz olduqlarından elm sayıla bilməzdilər, çünki ayrı-ayrı hadisələrin hissi qeydiyyatından kənara çıxmadığı hallarda empirik idrak elm sayıla bilməz.
Elm, əsasən, hissi məlumatları təhlil edən, onları yenidən işləyən və ümumiləşdirən, elmi anlayışları, o cümlədən kateqoriyaları işləyib hazırlamağı və tətbiq etməyi bacaran nəzəri idrakdır. Özünün nisbətən inkişaf etmiş formasında götürülən elm idrak obyektinin qanunauyğunluqlarını əks etdirən və özləri də qarşılıqlı əlaqələnən elmi anlayışlar sistemidir. Lakin elm sadəcə mücərrəd təfəkkür də olmayıb, kateqoriyaları, problemləri, ideya və prinsipləri, hipoteza və nəzəriyyələri ehtiva edən abstraksiyiların dinamik sistemidir. Elmin qərarlaşmasında obyektiv sosial səbəblərlə yanaşı, bir sıra subyektiv amillər, o cümlədən idraka olan maraq və ona göstərilən xüsusi təşəbbüs, bilavasitə praktiki əhəmiyyətli suallara axtarılan cavablar da az əhəmiyyət kəsb etməmişdir.
Fikrimizcə, elmin yaranmasında digər şərtlər qədər vacib olan başqa bir amilin də təsiri əhəmiyyətli olmuşdur ki, bu da boş (asudə) vaxtdır. Prof. S.Xəlilov bu amilə diqqət çəkərək yazır ki, “Ən ilk dövrlərdə insan ancaq asudə vaxtlarında fikrə dala bilərdi. Nə zaman ki, cəmiyyətin özünün də məqsədyönlü düşüncəyə ehtiyacı yaranmışdır, onda bir qisim adamlar başqa yüklərdən azad olunaraq, məhz düşüncə sahəsində ixtisaslaşmışlar. Aristotel özü də sənət və elmlə məşğul olmaq üçün asudə vaxtın xüsusi rolunu qeyd edirdi. O, riyaziyyatın və digər sənətlərin (fikir verin, riyaziyyat da sənət kimi qeyd olunur – S.X.) ilk dəfə Misirdə yaranmasının səbəbini də orada kahinlərin digər yüklərdən azad olaraq asudə vaxt qazanması ilə izah edirdi” [5, s. 26].
Təbii və sosial proseslərin obyektiv qanunauyğunluqlarını əks eidirən elm təbiət, cəmiyyət, təfəkkür haqqında biliklər sistemidir. Elmin yaranması istehsalın və ictimai praktikanın inkişafı ilə şərtlənir. Buna baxmayaraq, elm nisbi müstəqilliyə malik olub, ictimai istehsalın inkişafına, iqtisadiyyata, siyasətə, əxlaqa, incəsənətə, dinə fəal təsir qabilliyətinə də malikdir.
Elm içtimai şüur formasdır. Bu mənada elmin mühüm xarakteristikalarından birini onun ictimai ihtehsalla olan qarşılıqlı ələqəsidir. Elmin inkişafının səbəblərindən biri də məhz bu qarşılıqlı əlaqə olmuşdur.
Elmin mahiyyətini açarkən onun funksiyalarına da nəzər salmaq vacibdir. Bu zaman onun mahiyyəti daha aydın anlaşıla bilər. Bu funksiyaları prof. Ə.Məmmədov aşağıdakı kimi qruplaşdırır:

  1. elmin mədəni-dünyagörüşü funksiyası;

  2. elmin bilavasitə məhsuldar qüvvəyə çevrilməsindən irəli gələn funksiyası;

  3. elmin sosial qüvvəyə şevrilməsindən irəli gələn funksiyası [3, s. 296].

Elmin birinci funksiyası onun sosial institut kimi formalaşmağa başladığı intibah dönründə və Yeni dövrdə yaranmışdır. Bu dövrdə dünyagörüşü sahəsində elmlə ilahiyyat arasında kəskin mübarizə başlayır. Bu da təsadüfi deyildi, belə ki, bu dövrdə ilahiyyat dünyagörüşünü müəyyənləşdirən başlıca sahə olduğundan dünyagörüşü bir növ onun inhisarında idi. Lakin elmin mədəniyyətin tərkib hissəsinə tədricən, həm də böyuk çətinliklə çevrilməsinə baxmayaraq sonda bu mübarizədə elm ilahiyyatı sıxışdıraraq dünyagörüşündə öz xüsusi yerini tuta bildi.
Hazırda elmin nailiyyətlərinin istehsala tətbiqi sayəsində bilavasitə məhsullar güvvəyə çevrilməsi ilə əlaqədar olaraq qazandığı funksiya onun başlıca xüsusiyətlərindəndir. Elmin bu funksiyası sosial həyatın və insan fəaliyyətinin bütün sahələrində aydın nəzərə çarpan müasir elmi-texniki tərəqqinin miqyas və tempi ilə bağlıdır. Bu prosesi hələ keçən əsrin ortalarında K.Marks tərəfindən qeyd olunub, geniş təhlil edilmişdir.
Elmi-texniki tərəqqi ilə əlamətdar olan müasir dövrdə elm özünün üçüncü funksiysını kəsb edərək böyük sosial qüvvəyə çevrilmişdir. Elmin sosial funksiyası özünü belə bir cəhətdə göstərir ki, hazırda elmin nəticələrindən və metodlarından sosial və iqtisadi inkişafın qlobal miqyaslı proqram və planların tərtib edilməsində geniş miqyasda istifadə olunur.
Elmin öyrənilən problemlərindən birini də onun ictimai həyatla bağlılığı təşkil edir. Bunu elmin inkişaf tarixinə nəzər saldıqda aydın görmək olar. Hər bir elm o vaxt inkişaf edir ki, ona cəmiyyətin təlabatı olsun. Bu təlabatların ödənilməsi isə elmi biliklərin, həm də elmin inkişafını şərtləndirən əsas amillərdən biri kimi çıxış edir.
Beləliklə, elmə aşağıdakı kimi tərif verəilə bilər: Elm-insan fəaliyyətinin tarixən qərarlaşmış, gerçəkliyin dərk olunmasına və onun praktiki dəyişdirilməsinə doğru yönədilmiş formasıdır. Elm anlayışı iki mənada işlədilir. Geniş mənada elm 15000 konkret elm sahəsinin sistemidir. Dar mənada isə elm elmin konkret bir sahəsidir(fizika, kimya, biologiya və s). Hər bir elmin məxsusi predmeti ve metodları vardır. Elmin predmeti “nə öyrənilir”, metodu isə “predmet necə öyrənilir” sualına cavab verir. Ümumiyyətlə, isə elm aşağıdakı mənalarda başa düşülür ki, buna da elmin ipostasiyaları deyilir.

  1. Elm empirik və nəzəri biliklər sistemidir.

  2. Elm mənəvi istehsal sahəsidir. Onun məhsulu isə bilikdir.

  3. Elm insanların praktiki fəaliyyət formasıdır.

  4. Elm sosial qüvvədir.

  5. Elm bilavasitə məhsuldar qüvvədir.

  6. Elm Elmi-Texniki İnqlabdır.

Burada onu qeyd edək ki, fikrimizcə, elmə biliklər sistemi kimi tərif verilməsi elmin mahiyyətini tam dolğunluğu ilə açmır, çünki bu zaman elm sanki donuq bir sistem, hazır məhsul kimi (biliklər sistemi) çıxış edir. Bu zaman elmin mühüm bir tərəfi olan fəaliyyət sanki kölgədə qalır. Həm də elmi bilik elmin yalnız bir tərəfini(mənəvi tərəf) təşkil etdiyindən bütövlükdə elmi biliklər sisteminə müncər etmək olmaz. Başqa bir tərifə nəzər salaq: “Elm ümumilər arasında əlaqəni öyrənir. Bəli, məhz ümumilər arasında. Cismani dünyada biz ayrı-ayrı hadisələrlə, təzahürlərlə rastlaşırıq. Burada hər şey təsadüfi kimi görünür. Qanunauyğunluqlar ancaq ümumilər arasındakı münasibətdə üzə çıxır. Və bu münasibət ədədlər arasında nisbət kimi də ifadə oluna bilir” [6, s. 378]. Göründüyü kimi elmə müxtəlif təriflər verilir və elm müxtəlif mənalarda başa düşülür. Lakin müasir anlamda elmi ayrılıqda bu mənaların heç biri ilə eyniləşdirmək olmaz. Müasir elm onların hamısını özünün tərəfləri kimi ehtiva edir.
Ədəbiyyat siyahısı:
1. Əhmədli C. İdrak prosesinə fəlsəfi yanaşmanın mahiyyəti (elektron variant). Bakı, 2009, 550 s.
2. Məmmədov Ə.B., Bəşirov. R.İ. Müasir təbiətşünaslığa konseptual yanaşma. Bakı, Elm, 2001, 757 s.
3. Məmmədov Ə.B., İsmayılov V.İ, Məmmədov F.Ə. Rasionallıq və qeyri-rasionallıq: fəlsəfi metodoloji kontekst. Bakı, Elm, 2010, 880 s.
4. Qurbanov F. Elmə sinergetik yanaşma. Bakı, Elm, 2005, 364 s.
5. Xəlilov S. Elmşünaslığa giriş. Bakı, 2010, 440 s
6. Xəlilov S. Elm haqqında elm. Bakı, Azərbaycan universiteti, 2011, 752 s.

  1. Липкин А. И. (ред.) Философия науки. М.: ЭКСМО, 2007.— 608 с.

REZÜME
Elmə müxtəlif təriflər verilir və elm müxtəlif mənalarda başa düşülür. Lakin müasir anlamda elmi ayrılıqda bu mənaların heç biri ilə eyniləşdirmək olmaz. Müasir elm onların hamısını özünün tərəfləri kimi ehtiva edir.
РЕЗЮМЕ
В представленной статье были проанализированы понятие, функции и необходимые условия исторического формирования науки, а также проблемы понимание науки в различных значениях.
SUMMARY
The article was dedicated to the theme of the essence of science. In this context, the functions and historical emergence of science were analyzed by author. In addition, author points out that there are many distinctive conceptual interpretations in the field of science.

Download 1,05 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   16   17   18   19   20   21   22   23   ...   39




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish