Азярбайъан республикасынын тящсил назирлийи


YENİ DÖVR AVROPADA SUFİŞÜNASLIQ MƏKTƏBLƏRİ



Download 1,05 Mb.
bet28/39
Sana21.02.2022
Hajmi1,05 Mb.
#2233
1   ...   24   25   26   27   28   29   30   31   ...   39
YENİ DÖVR AVROPADA SUFİŞÜNASLIQ MƏKTƏBLƏRİ
f.ü.f.d. Agabəyova Ülviyyə Rizvan qızı, Fəlsəfə tarixi
və mədəniyyətşünaslıq kafedrası, BDU
Açar sözlər: Yeni dövr, Avropa, sufizm, məktəb
Ключевые слова: Новое время, Европа, суфизм, школа
Key words: Modern History, Europe, mysticism, school
Sufizmin mahiyyəti və fəlsəfi əsası məsələsi bu gün həm Şərq, də həm Qərb tədqiqatçılarının diqqət mərkəzindədir. Sufizmin tədqiqi sahəsində Şərq sufişünaslıq məktəbləri X əsrdən etibarən fəaliyyətə başlamış və sufi təriqətləri və onların nümayəndələri haqqında məlumatlar vermişlər. Zaman keçdikcə bu təlimə maraq artmış və yeni-yeni elmi-tədqiqat əsərləri meydana çıxmışdır.
Avropada isə islam təriqətləri, müsəlmanların sosial-mədəni həyatı ümumi şəkildə öyrənilirdi. Yeni dövrdən etibarən Avropa səyyahlarının Şərqə axını ilə əlaqədar bir sıra Qərb Universitetlərində islam mənəviyyatını öyrənmək üçün elmi mərkəzlər yaradılmışdır. Sufizmin elmi şəkildə öyrənilməsi XIX əsrin əvvəllərindən başlanır. Bu dövrdə islamşünaslıq mərkəzlərindən başqa sufişünaslıq məktəbləri yaranır. Almaniyada, İngiltərədə, Fransada, Rusiyada, Hollandiyada sufişünaslıq elmi inkişaf etməyə başlayır.
Fridrix Rükkert (1788-1866) Almaniyada Berlin Universitetində şərq ədəbiyyatı üzrə professor vəzifəsində çalışmış, şərq ədəbiyyatına dair bir sıra əsərləri alman dilinə tərcümə etmişdir.
Annemarie Şimmel (1922-2003) alman dinşünası, ərəbşünas və islam mistisizminin böyük tədqiqatçılarından olmuşdur. O, Marburq Universitetinin professoru olmuş, sonralar Harvard Universitetində, sonralar Tehran, London, Ankara, Edinburq universitetlərində çalışmışdır. A.Şimmelin əsərləri Sərq ölkələrində geniş yayılmışdır.
A.Şimmel göstərirdi ki, “Sufilik o qədər geniş anlayışıdır ki, onu bir kəlmə ilə izah etmək mümkün deyildir. Onu bütünlüklə qavramaq heç kəsin həddi deyil !” [2, s.13].
A.Şimmel qeyd edirdi ki, sufizm çoxşaxəli mənəvi, fəlsəfi, ədəbi, psixoloji, sosial aspektlərə malikdir. O, yazırdı ki, müsəlman xalqlarının təfəkkür tərzini öyrənmədən sufi fikrini dərk etmək mümkün deyildir.
İngilis müsəlman alimi Martin Linqs təsəvvüf haqqında geniş araşdırmalar aparmışdır.
Avropa sufizmində iki müxtəlif mənəvi istiqamət mövcuddur:

  1. qnoseoloji baxımdan ayrılmış ənənəvi istiqamət (Rene Genon, Yulios Evol, Friut of Şuon);

  2. Qərb ekzistensializminin rəngarəngliyini özündə birləşdirən alman filosofu Haydegger və Yunger tərəfindən təqdim edilən radikal-ontoloji istiqamət.

Bu istiqamətlər arasında əsas ziddiyyət metafizika və ontologiyaya olan münasibətdən ibarətdir. Əgər ənənəvi məktəb üçün ontologiya metafizikaya nisbətdə ikinci dərəcəlidirsə , radikal-ontoloji məktəb üçün metafizika ontologiya üçün düşməndir. Bu iki istiqamətin bir-birinə zidd mövqedə olması Avropada sufizmin inkişafına zəmin yaratdı. Avropalılar arasında ilkin sufi versiyası genonizm olmuşdur ki, bununla da Rene Genon öz istiqamətini müəyyən etmiş və Şaziliyyə təriqətinə qoşulmuşdur. Sonralar Mişel Valsan , Mişel Xodkeviç , Martin Linqs, Titus Burkxardt onun ardınca getmişlər və genonistlər adlandırılmışlar. Qərbdə genonistlərin fəaliyyəti ilə sufizmin yayılması, həmin təlimin Avropaya nüfuz etməsinə səbəb olur.
Rene Genon (1886-1951) fransız filosofu və ənənəçidir. Əvvəllər riyaziyyata və fələsəfəyə maraq göstərmişdir. Tezliklə onu əhatə edən cəmiyyətdən üz döndərmiş və 1907-ci ildə Parisə köçmüşdür. Burada gizli təşkilatlara qoşulmuşdur. Filosof-neotomist Jak Maritenin tələbəsi olmuşdur. Hinduizm, qnostisizm, okkultizm kimi təlimləri tədqiq etmişdir. 1912-ci ildə islam dinini qəbul etmişdir. Sonralar Abdul Vahid Yahya adı ilə tanınmışdır.1920-ci illərdən etibarən bir sıra əsərlərin müəllifi olmuş və həmin illərdən mənəviyyatın kasad olması və düzgün yol tutmamasına görə Qərb mədəniyyətini tənqid etmişdir. 1930-cu ildə o, Qahirəyə köçmüş və dünyasını orada dəyişmişdir. Qahirədə o, sufi həyatı yaşamış və Şaziliyuyə təriqətinə mənsub olmuşdur. Qərbdə ənənəçiliyin müxtəlif sahələrinə dair əsərlərini çap etdirmişdir.
Rene Genonun əsərləri müasir dünyanın fundamental tənqidinə həsr edilmiş və intellektual islahata çağırış olmuşdur. O, metafizikanı, ənənəvi elmləri, mənəvi reallığı yeni formada təqdim etməyə çalışmış, eyni zamanda irrasionalizmin müxtəlif formalarını və psixoloji təcrübənin kəskin tənqidini ifşa edirdi.
Rene Genonun ardıcılı olmayan avropalılar sufi şeyxlərindən bəzi biliklər alır və ənənəvi islam elmini öyrənməyə başlayırlar. Belə təqdirdə ənənəvi avropa sufiləri arasında mədəni, intellektual assimlyasiya baş verir, islam elmi ənənəsinə keçir və avropa elmindən uzaqlaşırlar. Belə müstəvidə genonistlər qalib olmuş avropalı islam nümayəndələri kimi görünürdülər. Genonistlərdən sonra şotland əsilli sufi şeyxi Əbdülqədir Əs-Sufi (doktor Yan Dallas) və onun çoxsaylı avropalı tələbələri “Murabitun” adlı qrup yaradırlar.
Doktor Yan Dallas qədim Şotland nəslinin nümayəndəsi olmuşdur. O, Britaniya dramaturqu, Qərb elitasından olan Fellin və Edit Piafla yaxindan tanış olmuşdur. 1967-ci ildə Mərakeşdə islam dinini qəbul etmiş, sonralar Mərakeş şeyxi və islam alimi Məhəmməb ibn Həbiblə görüşmüş və onun tələbəsi olmuşdur. Sonralar şeyx Məhəmməd Əl-Fayturi Həmud tərəfindən Şaziliyyə-Dərkaviyyə-Qadiriyyə təriqətinin şeyxi adını alır. Genonistlərdən fərqli olaraq Əbdülqədir Əs-Sufi və onun ardıcılları islam elmini və əxlaqını öyrənirlər. Əsasən də islam hüququnu, ortodoksal islam inanclarını, malikilər məktəbinin qanunlarını mənimsəyirlər. Digər Avropa əsilli sufilərdən fərqli olaraq, onlar nəinki Avropa mədəniyyətindən, elmi ənənələrindən uzaqlaşır, əksinə islamı Qərb elminə daxil etməyə çalışırdılar.
Şeyx Əbdülqədir Əs-Sufi qeyd edirdi ki, şəriətin məhv olduğu bir şəraitdə sufizm və ya təriqəti təcrübədən keçirmək olmaz, çünki sufizm və şəriət ruh və bədən kimi vəhdət təşkil edir.
Ona görə də ənənəvi islam sufizmi İslam şəriətinin bir hissəsi kimi qəbul edilirdi.
Fransız şərqşünasları Anri Masse, Lui Massin’on və Karro de Bo sufizmin
meydana gəlməsi haqqında müxtəlif fikirlər irəli sürmüşlər.
Sufizmin islam dini ilə sıx bağlı olub-olmaması məsələsi bu günə qədər şərqşünas alimlər və müsəlman ilahiyyatçıları arasında mübahisə predmeti olaraq qalmaqdadır. Sufizmin islamda meydana gəlməsi və yayılması necə baş vermişdir ? İslam öz inkişafında mistikanı sərbəst şəkildə yaratmışdır və yaxud bu mistika Şərqin qədim dinlərinin (iudaizm, xristianlıq , buddizm , iranın qədim dinləri və s.) təsiri nəticəsində yaranmışdır.
Qərb şərqşünas alimləri təsdiq edirlər ki, islamda mistisizm digər dinlərin və fəlsəfi təlimlərin təsiri nəticəsində yaranmışıdır. Bu mübahisəli fikirlər üç məşhur fransız şərqşünas alimlərinin (Anri Masse, Lui Massin’on və Karro de Bo) fikirlərində öz əkisini tapmışdır.
Anri Masse “İslam. Tarixi oçerk” əsərində sufizm haqqında yazır: “Sufizmin islam zəminində yaranmasına baxmayaraq , onda xristian, İran və hind təsirinin izləri duyulur” [1, s.183].
Sufiliyə meyl göstərən İbn Səbinə (XIII əsr) adlı bir ərəb filosofunun verdiyi tərifə görə, qədim filosoflar özlərini Allaha bənzətmək istədikləri halda, sufilər Allaha qovuşmaq istəyirdilər. Zahidlikdən başlayan sufilik XIII əsrin ortalarında monizmə gəlib çıxdı. Bu monizmə sonralar sufizmin görkəmli nəzəriyyəçisi İbn Ərəbi tərif vermişdir [1, s.184].
İslam tarixinin tədqiqi rus şərqşünasları L.İ.Klimoviç, V.Rozen, N.Mednikov, V.Bartold, A.Şmidt, İ.Kraçkovskinin adları ilə bağlıdır.
L.İ.Klimoviç yazırdı ki, islamın ilk çağlarında sufizmin inkişafına quldarlıq quruluşu dövrünə aid olan dini – idealist görüşlərinin, neoplatonizmin, həmçinin xristianlığın və hind dinlərinin böyük təsiri olmuşdur. Sufizmin eklektik xüsusiyyətinə görə bəzi müəlliflər “sufizm mistik təlimdir”, “hər hansı bir inkişafa qarşı düşmən mövqedə duran ehkamdır”, “təbiəti etibari ilə islamla heç bir bağlılığı yoxdur” kimi müxtəlif mülahizələr irəli sürmüşlər. L.İ.Klimoviçin fikrincə isə bu təlimin eklektik xüsusiyyətə malik olmasına baxmayaraq islamda bir cərəyan kimi məşhurdur [7, s.157].
Görkəmli ərəbşünas və islamşünas, SSRİ Akademiyasının xarici üzvü Lui Massin’on 50 ildən artıq müsəlman Şərqinin tədqiqi ilə məşğul olmuşdur. Əsas diqqətini X əsr böyük mistik - panteist Mənsur Həllacın dünyagörüşünün tədqiqinə yönəltmişdir. Mənsur Həllacın şəxsiyyəti və təlimi haqqında tədqiqat Lui Massin’onun ən sevimli mövzusu olmuşdur.
Lui Massin’onun “Müsəlman mistisizminin texniki leksik xülasəsi” əsəri sufizm terminologiyasına həsr edilmişdir. Sufizm terminologiyasını tərtib edərkən o, bu və ya digər terminin sadəcə izahını verməmiş , eyni zamanda onları sufizmin meydana gəlməsi mənbəyi ilə əlaqələndirmişdir.
Fransız şərqşünas alimi Karra de Vo təsdiq edir ki, sufizm formasına görə islamdan, əsasına görə xristianlıqdan qaynaqlanmışdır.
Ingilis şərqşünası R.Nikolson, alman şərqşünas alimləri F.Toluk və F.Kremer iddia edirdilər ki, sufizm heç bir digər təsirlər olmadan islam dini zəminində meydana gəlmiş və inkişaf etmişdir. Onlara zidd mövqedə duraraq macar şərqşünas alimi İ.Qoldsier isə göstərirdi ki, islam sufizmində xristian rahibliyinin, buddizmin, maniliyin və zərdüştiliyin təsiri vardır.
Sufilər özləri isə belə araşdırmalara xüsusi diqqət yetirmir, sufizmin müxtəlif zamanlarda müxtəlif ölkələrdə meydana gəldiyi fikri ilə razılaşırlar.
Buxaralı sufi Rəis Çaqmaq-zadə sufizmin yaranma tarixi haqqında deyir: “Sufizm həmişə mövcud olub. Sufizmin sahəsi geniş və çoxşaxəlidir”. Sufizmin İslamın batini əhəmiyyəti olub-olmadığı məsələyə münasibət bildirərək göstərirdi ki, sufizm insanın özünü dərk edərək əbədiyyətə nail olmasına zəmin yaradan elmdir. Sufizm hər hansı bir ad altında hər hansı bir vasitə ilə öyrədə bilər. Müxtəlif dini vasitələr tarix boyu müxtəlif adlar altında çıxış etmişdir.
Sufi ideoloqları təsdiq edirlər ki, təsəvvüf Quranın və hədislərin özəyidir. Onlar öz görüşlərini Quran surələri və hədislərlə bağlamağa çalışırlar. Linqvistik nöqteyi-nəzərincə “sufizm” termini “suf” və “təsəvvüf” sözlərinin mənasını verir. Ərəb dilində “suf” sözündən müxtəlif mənalı sözlər əmələ gəlmişdir:
Yun – “suf”
Yun alverçisi – “savvaf”
Sufi olmaq – “təssəvəfə”
Sufi – “mütəsəvvif”
Sufizm – “əs-sufiyyə”
Ingilis termini “sufizm” latinca “sufizmus” sözündən əmələ gəlmişdir. 1821-ci ildə bu söz alman alimi tərəfindən latınlaşdırılmışdır. Bu gün artıq ingilis və fransız dillərində tamamilə təbiiləşmişdir. “Sufizm” sözündən əvvəl “təsəvvüf” anlayışı işlədilmişdir ki, bu da sufinin halı, təcrübəsi və vəziyyəti mənasını verir. Sufilər öz təlimlərini sabit bir adla adlandırmamışlar. Onlar bu təlimi elm, incəsənət, bilik adlandırırlar.
Əkbəriyyə Avropada yaranmış yeganə sufi ordeni olmuşdur. Əkbəriyyəni klassik anlamda orden adlandırmaq çətindir, belə ki, şeyx Əl-Əkbər Muhiyiddin ibn Əl-Ərəbi (1165-1240) özündən sonra əsaslı bir təcrübə qoyub getməmiş və avropalılar da yenidən onu işləməmişlər. Bu, bütün dövrlərə aid böyük sufilərin idayalarına və nəzəriyyələrinə əsaslanan mistik cəmiyyət olmuşdur.
Əkbəriyyə ordeninin əsasını 1911-ci ildə Parisdə İsveç rəssamı və dövlət xadimi İvan Aqueli (əsl adı Yon Qustaf Aqeli; İslamda – şeyx Abdulhadi əl-Ahili əl-Maliki (1869-1917)) qoymuş və Avropada Şaziliyyə sufi qardaşlığının “müqəddimlər” titulunu qazanmışdır.
Şeyx Əl-Əkbər ibn əl-Ərəbinin xəttini davam etdirən Əkbəriyyə ordeni bir neçə əsrdən sonra “Vəhdət əl-bücud” doktrinasını əxz etmiş və Avropa islam ziyalılarının bütün intellektual resuslarını praktiki olaraq zənginləşdirmişdir. Rene Genon (şeyx Əxili Rene Genona Qahirədə Əkbəriyyə təriqətini yaymağa icazə vermişdir), Mustafa Mişel Valsan, Ataullah Boqdan Kopanski, Fritof Şuon və bir çox ənənəçilərə Əkbəriyyəyə aid yüksək pillələr verilmişdir.
Ibn əl-Ərəbi irsini ingilis dilinə tərcümə etmiş Mişel Xodkeviç Əkbəriyyənin gizli üzvlərindən olmuşdur. Bu ordenin başlıca məqsədi şeyx Əl-Əkbər ibn əl-Ərəbinin təlimini digər təriqətlər (əsasən də Şaziliyyə təriqəti tərəfindən) və sufi-malamilər vasitəsilə yaymaqdan ibarət olmuşdur. Əkbəriyyə xətti çoxsaylı müasir şaziliyyə ehkamlarına söykənir.

Download 1,05 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   24   25   26   27   28   29   30   31   ...   39




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish