Beynəlxalq Valyuta Fondu vəsaitləri hesabına maliyyələşmə və kreditləşmə mexanizmləri
Mexanizm növü
|
Maliyyələşmə şərtləri
|
1
|
2
|
Adi mexanizmlər
|
Ehtiyat payı
|
Ölkə öz ilk tələbi ilə öz ehtiyat mövqeyi həddində xarici valyuta ala bilər. Ehtiyat payı ölkənin öz vəsaiti olduğundan, ondan istifadə kreditləşdirmə deyil – ölkə buna görə borc qaytarmır və milli valyutasını almaq məcburiyyətində deyil.
|
Kredit payı
|
Ölkə öz kvotasının 125% və ya daha çox məbləğdə ehtiyat payından əlavə xarici valyutada vəsait əldə edə bilər. Bu payda kreditlər mərhələli verilir və onun kvotasının 25%-i təşkil edir. Onu almaq üçün ölkə ödəmə balansındakı problemləri həll etməyə hazır olduğunu göstərə bilməlidir. Hər bir növbəti paya keçərkən Beynəlxalq Valyuta Fondu daha sərt kreditləşmə şərtləri irəli sürür. İkinci kredit payından başlayaraq vəsait ayrılması praktiki olaraq stand-by kreditləri şərtləri ilə baş verir.
|
Stand-by kreditləri barədə razılaşma
|
Ardıcıl olmayan və ya dövri xarakter daşıyan ödəmə balansı kəsrinin maliyyələşməsinə yardım üçün Beynəlxalq Valyuta Fondu üzvlərinə qısamüddətli (adətən 1-2 illik) yardım üçün nəzərdə tutulur. Ölkəyə milli valyuta qarşılığında razılaşdırılmış həddə və müəyyən şərtlərə əməl etmək şərti ilə razılaşdırılmış müddətlə xarici valyutanı mərhələli şəkildə əldə etmək imkanı qarantiya edilir. Şərtlərə əməl edilməməsi halında dövlət növbəti krediti almaqdan imtina edə bilər. Kreditləşmə müddəti bitəndə milli valyutanı geri almaq tələb olunur.
|
Kreditin genişləndirilməsi mexanizmi
|
Ölkə ciddi makroiqtisadi və struktur problemləri yaradan ödəmə balansını maliyyələşdirməkdə ciddi çətinliklər çəkəndə tətbiq olunur. Genişləndirilmiş kreditləşdirmə çərçivəsində ölkəyə milli valyuta qarşılığında razılaşdırılmış şərtlərlə onun kvotasına nisbətən kredit payı mexanizmində olandan böyük həcmdə 3-4 il müddətinə valyuta verilir. Valyuta müəyyənləşdirilmiş hissələrdə (tranşlarda) müəyyən aralıqlarla verilir. Müddət bitdikdən sonra milli valyuta geri alınmalıdır.
|
Xüsusi mexanizmlər
|
Sistemli yenidənqurmanın maliyyələşdirilməsi mexanizmi (1993-1995-ci illərdə tətbiq olunub)
|
Bazar qiymətlərindən kənar beynəlxalq dövlət ticarətindən bazar qiymətli bazar münasibəti əsaslı çoxtərəfli ticarətə keçən ölkələrin (keçmiş MDB ölkələri kimi) bununla əlaqədar ödəmə balansında yaranan kəsiri örtmək üçün Beynəlxalq Valyuta Fondu üzvlərinə maliyyə yardımı edilirdi. Bu mexanizm çərçivəsində ölkə yarımillik aralıqlarla iki bərabər ölçüdə, kvotasının 50%-ə qədər vəsait cəlb edə bilərdi.
|
Kompensasiya və fövqəladə maliyyələşdirmə mexanizmi
|
Fövqəladə xarici faktorlarla əlaqədar ödəmə balansında kəsir yaranan ölkələrin kreditləşdirilməsi üçün istifadə olunur (təbii fəlakət, dünya bazarlarının gözlənilməz dəyişməsi və sair). Yuxarı kreditləşmə həddi ölkənin kvotasının 30% həcmindədir və uzunmüddətli pay və digər fövqəladə maliyyələşdirmə növləri istifadə olunanda kvotanın 95%-ə qədər.
|
Bufer ehtiyatını maliyyələşdirmə mexanizmi
|
Dünya bazarında qiymətlərin sabitləşdirilməsi məqsədi ilə ölkənin xammal ehtiyatının yaradılmasında iştirakı ilə əlaqədar ödəmə balansında yaranan çətinlikləri maliyyələşdirmək üçün istifadə olunur. Bu mexanizm çərçivəsində ölkə kvotasının 35%-ə qədər borc götürə bilər.
|
Əlavə ehtiyatların maliyyələşdirilməsi mexanizmi
|
Dünya valyuta sisteminin sabitliyinin pozulmasına gətirə biləcək milli valyutaya inamın kəskin azalması, ölkədən kapital axını və qızıl ehtiyatlarının müvafiq surətdə azalması ilə əlaqədar ödəmə balansında kəskin kəsir olduqda üzv dövlətlərin ehtiyatlarını artırmaq üçün nəzərdə tutulur. Bu mexanizm çərçivəsindəki kreditləşdirməyə limit qoyulmur və ölkələrin stand-by və ya kreditləşmənin genişlənməsi razılaşmaları ilə aldıqları vəsaitlərə əlavə verilir. Kreditlər bir qayda olaraq ilyarıma verilir və ölkələr buna görə artırılmış faiz dərəcəsi ödəyirlər.
|
Güzəştli əsaslarla maliyyələşdirmə mexanizmləri
|
Struktur yenidənqurmasının maliyyələşdirilməsi mexanizmi (1986-1993-cü illərdə tətbiq olunub)
|
Tədiyyə balansı üzrə xroniki çətinliklər çəkən və adambaşına gəlirin aşağı olduğu ölkələrə kömək etmək üçün tətbiq olunurdu. Ortamüddətli makroiqtisadi stabilləşdirmə və struktur yenidənqurması proqramlarının dəstəklənməsi üçün müstəsna olaraq güzəştli şərtlərlə borc şəklində verilirdi. Maksimal məbləğ ölkənin kvotasının 50%-ni təşkil edə bilər.
|
Struktur yenidənqurmasının geniş maliyyələşdirilməsi mexanizmi
|
İqtisadiyyatın ciddi struktur yenidənqurmasını həyata keçirən, adambaşına gəlirin aşağı olduğu ölkələrə əlavə yardım kimi nəzərdə tutulub. Maksimum məbləği ölkənin kvotasının 190%, müstəsna hallarda isə 255% təşkil edir. Borc 3 ilə, mərhələli verilir.
|
Fövqəladə yardım
|
Beynəlxalq Valyuta Fondu üzvlərinə fövqəladə hallarla əlaqədar ödəmə balansındakı kəsri örtmək üçün valyutanın birbaşa satın alınması formasında edilir. Yardımın həcmi bir kredit payına bərabər məbləğlə məhdudlaşır və yalnız müstəsna hallarda daha iri məbləğdə ayrıla bilər.
|
Maliyyələşmənin adi mexanizmləri borclu dövlətin ödəmə balansındakı problemlərin ümumiyyətlə həlli üçün istifadə olunur. Xüsusi mexanizmlər Beynəlxalq Valyuta Fondu üzvlərinə tədiyyə balansında yaranan xüsusi problemlərin həlli üçün istifadə olunur. Bu, əlavə yardım xarakteri daşıyır, yəni ölkənin ehtiyat xətti və ya kredit payı üzrə ala biləcəyi adi yardım məbləğinə təsir etmir. Lakin ödəmə balansının maliyyələşdirilməsində bu və ya digər problemin həlli üçün ölkə yalnız maliyyələşdirmə mexanizmlərindən biri üzrə yardım ala bilər.
Güzəştli əsasda maliyyələşdirmə mexanizmi adambaşına gəlirin aşağı olduğu ölkələrə nisbətən uzunmüddətli yardım etmək üçün yaradılıb. Belə yardım üçün Beynəlxalq Valyuta Fondunun ümumi ehtiyatları deyil, yaradılan alternativ, xüsusi fondlarından istifadə olunur.
Beynəlxalq Valyuta Fondu iqtisadi siyasət və texniki yardım üzrə tövsiyələrini öz səlahiyyətlərinə daxil olan müəyyən ixtisaslaşmış sahələr üzrə təqdim edir. Bunlara daxildir: büdcə-vergi və pul-kredit siyasətinin formalaşdırılması və realizə edilməsi, təşkilati-hüquqi strukturun formalaşdırılması (xüsusilə, Mərkəzi Bankın, xəzinənin, vergi və gömrük orqanlarının yaradılması), audit fəaliyəti, mühasibat uçotunun təşkili, rəsmi statistikanın yığılması və tərtibi. Yardım yalnız o halda təqdim olunur ki, ölkə özünün kadrlarının olmaması səbəbindən lazımi bilik vermək və kadrlar hazırlamaq üçün mütəxəssis göndərməsi üçün Beynəlxalq Valyuta Fonduna müraciət edir.
Belə yardıma ehtiyac xüsusilə yeni müstəqil ölkənin yarandığı 1960-1970-ci illərdə və Şərqi Avropa və MDB ölkələrinin bazar iqtisadiyyatına qədəm qoyduğu 1990-cı illərdə böyük idi.
İxtisaslı kadrların hazırlanmasına kömək etmək üçün 1964-cü ildə Vaşinqtonda Beynəlxalq Valyuta Fondu İnstitutu yaradıldı. Orada işi Beynəlxalq Valyuta Fondunun fəaliyyəti ilə bağlı olan işçilər təhsil alır. Kadrların hazırlanmasına yardım valyuta və maliyyə statistikasının, həmçinin tədiyyə balansı barədə məlumatların toplanması və təqdimatında metodların beynəlxalq standartlaşmasına xidmət edir.
İqtisadi siyasət və texniki yardım üzrə tövsiyələri ilə Beynəlxalq Valyuta Fondu ölkələrin iqtisadiyyatlarının idarəetməsini yaxşılaşdırmağa kömək edir. Xüsusilə də, dövlət sektorunun şəffaflığını artırmağa (büdcənin, milli bankın və ümumilikdə dövlət sektorunun maliyyə əməliyyatlarının şəffaflığı), qərar verilməsində səhvlərə yol verilməsinin qarşısının alınması, korrupsiya ilə mübarizəyə xidmət edir. Bu məqsədlə Beynəlxalq Valyuta Fondu qiymət formalaşdırılmasında liberallaşdırma, valyuta və ticarət məhdudiyyətlərinin aradan qaldırılması, kreditdən birbaşa istifadədən imtina, xərclərə nəzarət və sair tərəfdarıdır. Dövlət sektorunun hesabatlılığının artırılması özəl sektorun ona inamını artırır və bu da iqtisadi inkişafa xidmət edir.
Texniki yardımın əhəmiyyətli hissəsi məsləhət missiyaları vasitəsilə edilir. Bundan əlavə, bu və ya digər ölkədə islahat aparılmasında tövsiyə verilməsinə yardım etmək üçün Beynəlxalq Valyuta Fondu ora öz mütəxəssislərini altı aydan iki ilədək ezam edir. Texniki yardım əvəzsiz, Beynəlxalq Valyuta Fondu vəsaiti hesabına, həmçinin Birləşmiş Millətlər Təşkilatının inkişafı Proqramı çərçivəsində razılaşma ilə, Dünya bankı, Avropa İttifaqı və digər donorlarla birgə həyata keçirilir.
Son illər Beynəlxalq Valyuta Fondunun texniki yardımına ehtiyac çox böyükdür. Texniki yardımın miqyası, çətinliyi və layihələrin müddəti nəzərə alınır. Belə bir fikir möhkəmlənir ki, səmərəli texniki yardımın vaxtında edilməsi stabilləşdirmə proqramlarının uğurla həyata keçirilməsinin əhəmiyyətli faktorlarındandır. Buna görə də, nəzarətlə yanaşı və stabilləşdirmə proqramlarıın işlənməsi və maliyyələşdirilməsi ilə birgə, iqtisadi siyasət və texniki yardım üzrə tövsiyələr Beynəlxalq Valyuta Fondunun fəaliyyətində əsas istiqamətlərdən sayılır.
Beynəlxalq Valyuta Fondu, həmçinin üzvlərinin statistika nəşrlərinin toplanması ilə də məşğuldur. Statistik məlumatların verilməsi hər bir ölkənin Beynəlxalq Valyuta Fondu ilə konstruktiv əməkdaşlığının vacib şərtidir. Beynəlxalq Valyuta Fondu əksər ölkələrin statistik məlumatlarına malik olduğundan, dövlətin maliyyə, pul, kredit və valyuta sistemləri, ödəmə balansı, hər bir ölkənin iqtisadiyyatının real sektorunun inkişafını səciyyələndirən və digər məlumatlara çıxışı vardır. Bütün bunlar əldə olan məlumatı dünya ictimaiyyəti üçün açıq etməyə imkan verir.
Beynəlxalq Valyuta Fondu üzvlərinin maliyyə vəziyyətini əks etdirən materialları, hesabatları və digər sənədləri dərc edir; dövri nəşrlə buraxır (statistik bülletenlər), iqtisadi və maliyyə məcmuələri dərc edir.
Statistik xarakterli nəşrlərlə yanaşı Beynəlxalq Valyuta Fondu öz siyasətini izah edən məcmuələr buraxır, əsaslı təhlillərin nəticələrini göstərən jurnallar dərc edir, dünya maliyyə sisteminin hüquqi, institusional və iqtisadi aspektləri barədə kitablar buraxır.
Dünya Bankı. Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təsisatıdır və fəaliyyəti yoxsulluğun azaldılması, həyat səviyyəsinin artırılmasına yönəldilib, həmçinin inkişaf etməkdə olan və keçid dövrünü yaşayan ölkələrin iqtisadiyyatlarının sabit inkişafına yardım etmək məqsədi daşıyır. Dünya Bankı bu ölkələrə digər mənbələrdən yardım almağın çətin olduğu sahələrdə maliyyə yardımı edir. Xüsusilə də, kənd təsərrüfatının inkişafı, ətraf mühitin mühafizəsi, təhsil və səhiyyənin inkişafı, elektrik enerjisi istehsalının artırılması, rabitə xətlərinin artırılması və sair sahələrdə maliyyə yardımı edir.
Dünya Bankı qrupu ilə Dünya Bankı fərqlidir. Dünya Bankı qrupuna sıx bağlı hökumətlərarası maliyyə-kredit təşkilatları aiddir: Dünya Yenidənqurma və İnkişaf Bankı (DYİB), Dünya İnkişaf Assosiasiyası (DİA), İnvestisiyaların Təminatı üzrə Beynəlxalq Agentlik (İTBA) və İnvestisiya Mübahisələrinin Tənzimlənməsi üzrə Beynəlxalq Mərkəz (İMTBM). DYİB və onun törəməsi olan DİA Dünya Bankını təşkil edir.
Dünya Bankı dünyada ən iri investisiya institutudur və dünyada 40 bölməsi var. İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının maliyyələşdirilməsi ilə məşğul olur və digər banklardan fərqli olaraq, vəsaitlərin səmərəli cəlbi barədə dövlətlərə məsləhət verir, onlara iqtisadiyyatlarının yenidən strukturlaşdırılması və inkişafı barədə texniki və məsləhət yardımı edir və həmçinin kreditləşdirilən iqtisadiyyata xarici özəl investisiyanın cəlbinə kömək edir.
Dünya Bankı Beynəlxalq Valyuta Fondu kimi 1944-cü ildə, Bretton-Vudsdakı beynəlxalq valyuta-maliyyə konfransının qərarı ilə yaradılıb. Bu təsisatların ümumi məqsədi dünya iqtisadiyyatının inkişafına kömək etməkdir. Onların fəaliyyətləri bir-birlərini tamamlayır. Dünya Bankı uzunmüddətli iqtisadi inkişaf şərtlərinin yaradılmasına və həyat səviyyəsinin artırılmasına yardım üçün orta və uzunmüddətli kreditlərin verilməsinə yardım edir. Dünya Bankı Beynəlxalq Valyuta Fondu ilə bir çox sahələrdə əməkdaşlıq edir və son vaxtlar bu əməkdaşlıq xüsusilə sıxlaşmışdır.
Yalnız Beynəlxalq Valyuta Fondu üzvləri Dünya Bankı üzvü ola bilər. Hər bir üzv dövlət Dünya Bankının fonduna ödəniş edir və bu onun Beynəlxalq Valyuta Fondundakı kvotasından asılıdır.
Dünya Bankının idarəetmə orqanları İdarəedicilər Şurası, İcraçı Direktorlar Şurası və onun sədrindən ibarətdir. Dünya Bankının ali idarəetmə orqanı İdarəedicilər Şurası ona üzv bütün ölkələrin nümayəndələrindən ibarətdir (adətən bu, hökumətin yuxarı rütbəli vəzifəliləri olur). İdarəedicilər Şurası ildə bir dəfə bankın fəaliyyəti ilə əlaqədar strateji məsələləri həll etmək üçün toplanır: banka yeni üzvlərin qəbul edilməsi, onların qəbul şərtlərinin müəyyən olunması, üzvlüyün müvəqqəti dayandırılması, və ya səhmdar kapitalda dəyişiklik edilməsi və s.
Dünya Bankının gündəlik həyatını idarə edən və cari məsələlər üzrə qərar verən iyirmi dörd üzvdən ibarət İcraçı Direktorlar Şurasıdır. İcraçı Direktorlar Şurası adətən həftədə iki dəfə iclas keçirir və iclasda əsasən bankın borc və təminatları təsdiq olunur, ölkələrlə əməkdaşlığın yeni strategiyaları müzakirə edilir və bankın fəaliyyəti ilə əlaqədar olan digər məsələlərə baxılır.
İcraçı Direktorlar Şurasının başçısı Dünya Bankı qrupunun prezidentidir. O, beşillik müddətə seçilir və yenidən seçilə bilər. Prezident İcraçı Direktorlar Şurasının iclaslarına rəhbərlik edir və Dünya Bankının fəaliyyətinə görə ümumilikdə məsuliyyət daşıyır.
Dünya Bankının fəaliyyətinə, həmçinin İnkişaf Komitəsi rəhbərlik edir. Bu, Dünya Bankı ilə Beynəlxalq Valyuta Fondunun birgə orqanıdır.
Dünya Bankının fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:
-
Üzv dövlətlərə borc verilməsi. Borc verilən ölkələrdə bazar iqtisadiyyatı islahatları Dünya Bankının meyarları ilə həyata keçirilir;
-
Birgə maliyyələşdirmə. Bu prosesdə konkret layihələrin və ya proqramların həyata keçirilməsi prosesində Dünya Bankının vəsaiti digər kreditorların və donorların vəsaitləri ilə birləşdirilir. Birgə maliyyələşdirmə razılaşmalarında Dünya Bankının ortaqları qismində hökumətlər, hökumətlərarası və digər çoxtərəfli maliyyə təsisatları, ixrac krediti verən təşkilatlar, kommersiya bankları, digər xüsusi kredit-maliyyə təsisatları. Birgə maliyyələşdirmə birləşdirilmiş və ya paralel ola bilər. Birləşdirilmiş maliyyələşdirmə zamanı layihə üzrə bütün xərcləri ilkin razılaşma əsasında ortaqlar aralarında proporsional bölürlər. Paralel maliyyələşdirmə zamanı Dünya Bankı və ortaqları razılaşma əsasında layihənin müxtəlif hissələrini maliyyələşdirirlər.
-
Qrant verilməsi. Ölkələrin iqtisadiyyatları üçün əhəmyyətli olan layihələrin həyata keçirilməsinə və Dünya Bankının ən kasıb üzvlərinin borcunun azaldılmasına yönəldilən əvəzsiz maliyyə yardımı, kredit alanlara texniki yardım və sair. Qrant dəstəyi zamanı trast fondları strukturlarından istifadə olunur. Dünya Bankı həmin trast fondlarından onlara pul yardımı edən donorların tapşırığı ilə istifadə edir.
-
Üzv dövlətlərdə layihələrin həyata keçirilməsi üçün özəl kreditorlara qarantiyaların verilməsi. Bu qarantiyalar verilir ki, özəl kreditorları layihəni həyata keçirməyə tərəddüd etdirən risklər azaldılsın. Dünya Bankı qarantiyaları ilə əhatə olunan risklərə daxildir: milliləşdirmə riskləri, müharibə, vətəndaş mühasibəsi və üsyan riskləri, hökumətin müqaviləni pozması riski, pul vəsaitlərinin xaricə köçürülməsinə olan maneələr və sair.
-
Texniki yardım; üzv dövlətlərə edilən məsləhət, ekspertiza, ölkənin iqtisadi vəziyyətinin (müxtəlif sektorların) təhlili və müvafiq hesabatların hazırlanması, milli kadrların hazırlanması, seminar və konfranslar kimi yardımlar.
Dünya Bankı Qrupunun fəaliyyətinin əsas istiqamətlərindən biri borc verilməsidir. Borcların əsas növləri aşağıdakı cədvəl 22.3-də göstərilib.
Dünya Bankı Qrupunun borclarının əsas növləri
Borc növü
|
Borc verilməsinin məqsədləri
|
1
|
2
|
İnvestisiya Borcu
|
İqtisadiyyatın müxtəlif sektorlarının və ya istehsalın müxtəlif sahələrinin müasirləşdirilməsi və texniki yenidən qurulması və ya onların infrastrukturlarının yeniləşdirilməsi üçün investisiya layihələrinin maliyyələşdirilməsi
|
O cümlədən:
|
|
Xüsusi İnvestisiya Borcları
|
Yeni istehsal güclərinin yaradılması və iqtisadi, sosial və institusional infrastrukturların formalaşdırılması
|
İqtisadiyyatın sektorlarının inkişafı üçün borclar
|
|
Maliyyə vəsitəçilərinə borclar
|
|
Texniki yardım borcları
|
|
Adaptasiya proqramları borcları
|
Uzunmüddətli inkişaf proqramlarının mərhələli yerinə yetirilməsinin maliyyələşdirilməsi üçün
|
Təcrübə-innovativ borclar
|
İri olmayan təcrübi proqramların maliyyələşdirilməsi; lakin bu təcrübələr ölkə üçün vacibdir (borcların məbləği beş milyon ABŞ dollarını keçmir)
|
Korrektə edilə bilən qarşılıqlı borc proqramları
|
Uzunmüddətli inkişaf proqramlarının, xüsusilə də sosial sahədəki proqramların həyata keçirilməsinin dəstəklənməsinə yönəldilən iri olmayan borcların məcmusu
|
Struktur yenidənqurmasında məqsədli borclar
|
İrimiqyaslı islahatların maliyyələşdirilməsi, makroiqtisadi xarakterli çətinliklərin aradan qaldırılması, islahatların sosial nəticələrinin yumşaldılması. Bir qayda olaraq, Dünya Bankının tranşlarla verilən borclarından ən irimiqyaslısıdır.
|
O cümlədən
Strukrur yenidənqurması borcları
|
İqtisadi siyasətin və institusional islahatların həyata keçirilməsinin dəstəklənməsi.
|
Sektorun struktur yenidənqurması borcları
|
İqtisadiyyatın ən əhəmiyyətli sektorlarıdakı islahatların maliyyələşdirilməsi.
|
Reabilitasiya borcları
|
İqtisadiyyatın özəl sektorunun inkişafına yönəlmiş dövlət siyasətinin maliyyələşdirilməsi.
|
Borcun azaldılması və borcun ödənilməsi üzrə borclar
|
Ən yüksək xarici borcu olan dövlətlərə yardım
|
Avans borclar
|
İri boclar üzrə hazırlıq mərhələsində borclulara maliyyə və texniki yardım göstərilməsi. Maliyyələşdirmənin obyektlərinin seçilməsi, işlərin həcminin müəyyənləşdirilməsi, texniki sənədləşdirmənin hazırlanması və mütəxəssislərin hazırlanması üçün istifadə olunur.
|
Dünya Bankı borcları verərkən layihələrin məqsədləri və hazırlanmasında ölkələrə kömək edir, amma onların hazırlanmasına görə əsas məsuliyyəti borc alan daşıyır. Layihənin hazırlanması başa çatdıqdan sonra və onun borcalanla qiymətləndirilməsi edildikdən sonra, yekun hüquqi sənədləşmə aparılır. Belə razılaşmaya adətən aşağıdakılar daxildir: şərt və tələblərin maliyyələşdirilməsi, Dünya Bankının maliyyələşdirəcəyi xərc maddələrini göstərən cədvəl; planlaşdırılan satınalma metodları; layihənin həyata keriçilməsinə nəzarət şərtləri, audit yoxlaması şərtləri, təşkilati dəyişikliklər və xüsusi diqqət tələb edən digər maddələr.
Borc verilməsi qərarını Dünya Bankının icraçı direktorları verir. Danışıqlar başa çatdırdan sonra onlara borc verilməsi barədə hesabat verilir. Təsdiqdən sonra borc verilməsi barədə sənədlər imzalanır.
Borcalan layihənin həyata keçirilməsinə görə məsuliyyət daşıyır və maliyyələşdirilən tədbirlərin gedişi barədə Dünya Bankına mütəmadi, razılaşdırılmış aralıqlarla məlumat verir. Öz növbəsində, Dünya Bankı icraya nəzarət edir və pul vəsaitlərinin məqsədəuyğun istifadə olunub-olunmaması barədə mütəmadi təhlil aparır. Layihə başa çatdıqdan sonra əldə olunan nəticələr verilən dəstəyin səmərəliliyinin müəyyən olunması üçün qiymətləndirilir.
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB). Dünya Bankının ixtisaslaşmış institutudur. Səhmdar cəmiyyəti kimi təşkil olunub və nizamnamə kapitalı üzv dövlətlərin verdiyi payla formalaşır (hansılar ki, eyni zamanda Beynəlxalq Valyuta Fondunun üzvləridir). Amma Bank istifadə etdiyi əsas vəsaitləri istiqrazlar buraxmaq və yerləşdirməklə beynəlxalq borc bazarındakı borclar vasitəsilə cəlb edir.
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı bazar faizləri ilə olan borcları qaytarmaq bacarığı olmayan inkişaf etməkdə olan ölkələrə borc verir. Bank bu ölkələrə kommersiya banklarının verdiklərindən daha aşağı faizlə borc verir. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı hökumətlərə, hökumət təşkilatlarına və özəl müəssisələrə borc verir (vəsaitin qaytarılacağı barədə hökumət təminatı ilə).
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının borcları adətən 12-20 il müddətinə verilir və güzəştli müddət 3-5 il təşkil edir. Faiz dərəcələri bankın cəlb etdiyi ehtiyatların dəyərindən asılıdır, amma 0.5% keçmir.
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının verdiyi kreditlər adətən maliyyələşdirilən layihənin 30%-ə qədərini əhatə edir və bu vəsaitlər ilk növbədə valyuta məsrəflərini örtmək üçün nəzərdə tutulub. Ona görə ki, inkişaf etməkdə olan ölkələrdə xarici valyutanın kəskin kəsiri vardır. Maliyyələşmənin yerdə qalan hissəsini milli maliyyə mənbələri hesabına həyata keçirmək lazımdır.
Hazırda Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı üç növ borc verir:
-
Valyuta məkanı əsasında borc – dollar ekvivalentində qəbul edilən çoxvalyutalı borc öhdəliyi; bu borc üzrə hər bir borclunun öhdəliyi valyuta məkanı pay təşkil edir və valyuta məkanı əsasındakı digər borclarla eyni valyuta tərkibinə malikdir. Borc faizinin stavkası dəyişkəndir.
-
LİBOR73 stavkası üzrə birvalyutalı borc – borcalanın seçdiyi valyutada verilən və qaytarılan borclar (adətən milli ehtiyat valyutası və avroda olur). Bu borclar üzrədə də faiz stavkası dəyişkəndir.
-
Fiksasiya edilmiş faiz dərəcəli birvalyutalı borclar – borclunun seçdiyi valyutada verilən və qaytarılan borclardır (adətən milli ehtiyat valyutası və avroda olur).
Beynəlxalq İnkişaf Assosiasiyası (BİA). Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının 1960-cı ildə yaradılmış törəmə təşkilatıdır. Onların heyəti eynidir və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının prezidenti həm də Beynəlxalq İnkişaf Assosiasiyasının prezidentidir. Hər iki institutun fəaliyyəti inkişaf layihələrinin maliyyələşdirilməsinə yönəldilsə də, ehtiyatların yaradılması və borc verilməsi şərtləri fərqlənir.
Beynəlxalq İnkişaf Assosiasiyasının ehtiyatları Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının gəlirlərindən köçürmələr, inkişaf etmiş ölkələrin ianələri (bir qayda olaraq, üç ildən bir yeni ehtiyatlar əlavə olunur), həmçinin kreditlərin qaytarılması hesabına formalaşdırılır.
Beynəlxalq İnkişaf Assosiasiyasının borclarından ən kasıb ölkələr və gəlir səviyyəsi çox aşağı olan az kredit qabiliyyətli ölkələr yararlana bilər. Kreditlərin əksəriyyəti illik adambaşına gəlirin 800 ABŞ dollarından aşağı olduğu ölkələrə verilir.
Beynəlxalq İnkişaf Assosiasiyasının kreditləri yalnız üzv olan ölkələrə verilir. Onların müddəti 35-40 il olur və onun qaytarılmasına onillik güzəşt müddətindən sonra başlanır. Kreditlər maliyyələşdirilən ölkənin milli valyutasında verilir. Bu borclar üzrə faiz ödənmir, sadəcə inzibati xərcləri qarşılamaq üçün komissiya tutulur.
Beynəlxalq İnkişaf Assosiasiyasının ehtiyatları hesabına maliyyələşdirilən layihələr Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının maliyyələşdirdiyi layihələrin standartlarına cavab verməlidir. Maliyyələşdirilən hər bir layihə siyasi-iqtisadi ekspertizadan keçir. Belə ekspertizaların məqsədi ayrılan vəsaitlərdən ən səmərəli istifadə edilməsini təmin etməkdir.
Beynəlxalq Maliyyə Korporasiyası (BMK). Bu təşkilat 1956-cı ildə yaradılıb və məqsədi istehsal sahəsində sahibkarlığın inkişafını stimullaşdırmaqla üzv dövlətlərdə iqtisadi inkişafa yardım etməkdir. Onun fəaliyyətində əsas diqqət özəl sahibkarlığın dəstəklənməsinə və kreditləşdirilən ölkəyə özəl xarici investisiya axınının stimullaşdırılmasına ayrılır.
Beynəlxalq Maliyyə Korporasiyasının ehtiyatları əsasən üzv dövlətlərin onun nizamnamə kapitalına pay qoyuluşu, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının kreditləri, gəlirdən ayırmalar, qaytarılan kredit vəsaitləri, beynəlxalq maliyyə bazarındakı borclar hesabına formalaşdırılır.
Özəl sahibkarlığı inkişaf etdirmək üçün Beynəlxalq Maliyyə Korporasiyası aşağıdakıları həyata keçirir:
-
Özəl layihələrin maliyyələşdirilməsi – borc verilməsi və özəl müəssisənin səhmdar kapitalına vəsait qoyulması yolu ilə. Bu halda, Beynəlxalq Maliyyə Korporasiyası katalizator rolu oynamaqla, yəni kredit qoyulan ölkədə investisiyanın gəlirliliyini nümayiş etdirməklə özəl investorları, o cümlədən qeyri-rezidentləri maliyyələşməyə cəlb edir.
-
Özəl şirkətlərin risklərinin idarə edilməsi: valyuta məzənnələri və faiz dərəcələri üzrə və həmçinin hedc fondlarından istifadə mexanizmləri üzrə SVOP əməliyyatlarının keçirilməsi ilə.
-
Texniki yardım və məsləhət verilməsi: hökumətlərə və özəl müəssisələrin rəhbərlərinə restrukturizasiya, özəlləşdirmə, birbaşa xarici sərmayə, sahibkarlıq fəaliyyətinin planlarının işlənməsi, layihələrin hazırlanması və qiymətləndirilməsi, maliyyələşdirmə üçün ehtiyatların səfərbər edilməsi və sair üzrə.
Beynəlxalq Maliyyə Korporasiyası kredit verərkən hökumət təminatı tələb etmir və buna görə də yalnız yüksək rentabelli müəssisələri maliyyələşdirir. Beynəlxalq Maliyyə Korporasiyasının kreditləri layihələrin 25%-dən çoxunu əhatə etmir və onlar orta hesabla 7-8 müddətinə, orta bazar faizləri ilə verilir.
Sərmayələrin Təminatı üzrə Çoxtərəfli Agentlik74 1988-ci ildə yaradılıb və məqsədi inkişaf etməkdə olan ölkələrdəki istehsal yönümlü xarici sərmayələrin qeyri-kommersiya risklərindən sığortalanması yolu ilə dəstəklənməsi üçün yaradılıb.
Sərmayələrin Təminatı üzrə Çoxtərəfli Agentlik ölkəyə əlverişli sərmayə mühitini yaratmağa kömək edir və sərmayəçiləri qeyri-kommersiya risklərindən qoruyur. Belə risklərə aid ola bilər: pulun xaricə çıxarılması üçün yerli valyutanın xarici valyutaya konvertasiya edilə bilinməməsi; ölkə hökumətinin sərmayə edilən vəsaiti milliləşdirmək və ya müsadirə etmək cəhdi; müharibə və hərbi çevrilişlər; ölkə hökumətinin müqavilə öhdəliklərinin icrasından imtinası.
Sərmayələrin Təminatı üzrə Çoxtərəfli Agentlik xarici maliyyələşdirmə mənbələrinə onun üzvlərinin verdikləri vəsaitlər hesabına formalaşdırılan kapital daxildir.
Sərmayələrin Təminatı üzrə Çoxtərəfli Agentlik onun üzvü olan ölkəyə sərmayə edən sərmayəçiyə qarantiya verir. Təminatın müddəti 15-20 ildir və sərmayənin ümumi məbləğinin 90%-ə qədərini əhatə edir. Sərmayələrin Təminatı üzrə Çoxtərəfli Agentlik qarşılıqlı sığorta və təkrar sığorta üzrə də əməliyyatlar edir. Bunlar milli sığorta sistemindən əlavə edilir və bu halda öz fəaliyyətini yerli sığorta şirkətləri ilə koordinasiya edir.
Təminat və sığortalarla bərabər, Sərmayələrin Təminatı üzrə Çoxtərəfli Agentlik texniki yardım və məsləhət verməklə inkişaf etməkdə olan ölkəyə xarici investisiya cəlb etmək şərtlərində kömək edir. Bu məqsədlər üçün, hökumət və potensial investorlar arasında görüşlər, təlimlər keçirilir və tanışlıq səfərləri təşkil olunur.
Bundan əlavə, Sərmayələrin Təminatı üzrə Çoxtərəfli Agentlik investisiya imkanları haqqında məlumat yaymaq üçün və inkişaf etməkdə olan və keçid iqtisadiyyatı ölkələrində sərmayə qoyulmasına yardım etmək üçün reklam xidmətləri göstərir.
İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz 1966-cı ildə yaradılıb və xarici investorlar və borclu ölkələr arasındakı mübahisələrin həlli üzrə beynəlxalq arbitr rolunu oynayır.
İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz bunun üçün tərəflər arasında razılaşdırma və arbitraj çəkişməsi təşkil edir. Hazırda İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzə müraciət etmə şərtləri beynəlxalq investisiya razılaşmaları və müqavilələrinin standart müddəasıdır.
Do'stlaringiz bilan baham: |