Valyuta klirinqi. Xarici iqtisadi əqdlər üzrə ödənişləri etmək üçün iki və ya daha çox klirinq əsasında hesablaşmaları həyata keçirmək üzrə razılaşma imzalayırlar. Belə hesablaşmalara ehtiyac əsasən milli valyutaları dönərli olmayan, qızıl valyuta ehtiyatı məhdud olan ölkələrdə yaranır.
Valyuta klirinqi – beynəlxalq tələb və öhdəliklərin qarşılıqlı əvəzləşdirilməsidir və hökumətlərarası razılaşma ilə həyata keçirilir. Bu razılaşmalarla müəyyənləşdirilir: klirinq hesabları sistemi, klirinq hesablaşmalarının həcmi (mal mübadiləsi üzrə bütün ödənişlər və ya bir qismi), tərəflərin razılaşdırdığı valyuta hesablaşması olan valyuta klirinqi; yol verilən borclanma saldosu (texniki kredit həddi), klirinq hesabının saldosunun tənzimlənməsi metodu; hökumətlərarası razılaşmanın müddəti bitdikdə yekun əvəzləşdirmə metodu.
Qarşılıqlı tələblər və öhdəliklərin əvəzləşdirilməsini klirinq bankları həyata keçirə bilər. Valyuta qismində həmin banklar istənilən milli və ya kollektiv valyutadan istifadə edə bilər. Klirinq üzrə ödəniş sistemi klirinq bankına idxal-ixrac üzrə bütün əməliyyatları milli valyutada həyata keçirməyə imkan verir: idxalçı çatdırılan malın ödənişi üçün banka öz milli valyutasını təqdim edir, ixracatçı isə gəlirini milli valyutasında götürür.
Tənzimləmə metodundan asılı olaraq, klirinq hesabı saldosu üç növ saldonu fərqləndirir:
Sərbəst dönərli saldo: klirinq hesabının həddən yuxarı saldosu sərbəst dönərli valyutada ödənir;
Dönərsiz klirinqdə klirinq hesabının həddən yuxarı saldosu çatdırılan əmtəə ilə ödənir;
Məhdud dönərli saldoda klirinq hesabının həddən yuxarı saldosu tərəflərin təyin etdiyi həddi keçməmişdirsə və ya əvvəlcədən müəyyən olunan müddətdə ödənməmişdirsə sərbəst dönərli valyutada ödənir.
Əgər tərəflər arasında klirinqin növünə dair müqavilə varsa, hesablaşma ona əsasən aparılmalıdır. Lakin ixracatçı üçün belə sistem əlverişli deyil. İlk əvvəl, valyuta klirinqinin əsas çatışmazlığı alınan valyuta gəlirini ixracatçı yalnız ixrac olunan malın satışı ölkədən mal almaq üçün istifadə edə bilər. İkinci, konvertasiya edilən valyuta əvəzinə onlar milli valyutada gəlir alırlar.
18.2. Beynəlxalq kredit
Beynəlxalq kredit münasibətlərinin inkişafının obyektiv əsası: istehsalın milli çərçivədən kənara çıxması, təsərrüfat münasibətlərinin beynəlmiləlləşməsinin güclənməsi, əməyin beynəlxalq bölgüsünün dərinləşməsi, kapitalın beynəlxalq ümumiləşməsi, istehsalın xüsusiləşməsi və əməkdaşlığa əsaslanmasıdır. Beynəlxalq kredit – valyuta və əmtəə ehtiyatlarının ödənmə, müddətlilik, ödənişin təminatı, məqsədyönlülük, maddi təminat şərtləri ilə verilməsi ilə əlaqədar borc kapitalının beynəlxalq iqtisadi münasibətlərdə hərəkətidir.
Kredit münasibətlərinin subyektləri dövlətlər (hökumətlər), banklar, beynəlxalq və regional valyuta-kredit və maliyyə təşkilatları, müxtəlif hüquqi şəxslərdir. Beynəlxalq kredit dövlət, bank, firma, müəssisə, beynəlxalq valyuta-kredit və maliyyə təşkilatlarında toplanan kollektiv borc fondları hesabına verilir.
Beynəlxalq kredit xarici dövriyyədə əmtəənin, xidmətin və kapitalın iştirakını təmin edir. Ona aşağıdakı səbəblərdən tələb yaranır: kapitalın hərəkəti ilə əlaqədar, istehsal və realizə şərtləri, xarici iqtisadi əqdlərin həcmi və müddətlərindəki fərqlər, istehsalın artırılması üçün birdəfəlik iri kapital qoyuluşlarının vacibliyi. Beynəlxalq kapital istehsalın genişləndirilməsi ehtiyacları ilə əlaqədar ölkələr arasında borc kapitalının yenidən bölüşdürülməsini təmin edir və kapitalın təmərküzləşməsinə şərait yaradır. Xarici kapitalın cəlb edilməsi ilə əlaqədar milli kapital toplanma sərhədləri genişlənir. Bir ölkənin təsərrüfat subyektlərinin kapitalı digər ölkələrdən cəlb olunan vəsait hesabına çoxalır.
Kredit münasibətləri ölkədə və xaricdə istehsalın genişlənməsi prosesinə birbaşa təsir edir. İstehsal məqsədi ilə kredit verilməsi o deməkdir ki, yaranan əlavə məhsulun bir hissəsi toplanma kapitalı formalaşdırır və kreditorun ölkəsinin milli iqtisadiyyatından borclunun ölkəsinə axır. Kreditor üçün bu, malın istehsalına daxili tələbatın kəskin artmasına görə onun təminatının kredit hesabına təmin olunması ehtiyacının nəticəsi, ya da bunun üçün əvvəldən toplanan ehtiyatdan - əmtəə və pul - istifadə olunmasının nəticəsidir. Borclu üçün kredit istehsalın artırılmasına əlavə imkan deməkdir. Belə iqtisadi manevr etməklə ölkələr maddi və maliyyə ehtiyatlarını dəyişdirir və həm borclunun, həm də kreditorun maraqlı olduğu istehsalın daha səmərəli təşkili üçün maddi və maliyyə ehtiyatlarını daha rasional istifadə oluna biləcək yerə keçirilməsidir. Nəticədə qarşılıqlı kreditlər əməkdaşlıq edən ölkələr arasında iqtisadi fərqlərin aradan qaldırılmasına kömək edir və əməyin beynəlxalq bölgüsünü dərinləşdirir.
Beynəlxalq kreditin müsbət cəhəti odur ki, təkrar istehsal prosesinin müntəzəmliyi və genişlənməsi yolu ilə istehsal qüvvələrinin inkişafı güclənir. Kredit ölkələrin xarici iqtisadi fəaliyyətini stimullaşdırır, xarici ticarətin səmərəliliyini artırır, xarici investisiya üçün əlverişli şərtlər yaradır, beynəlxalq hesablaşmaların və valyuta əməliyyatlarının fasiləsiz aparılmasını təmin edir, ölkələr arasında borc kapitalını yenidən bölür.
Beynəlxalq kreditin mənfi aspektləri: yenidən qeyri-mütənasib ictimai istehsal yarana bilər, kreditor ölkələrin dünya bazarındakı mövqeləri güclənir, həmin ölkələrin borclu ölkələrə siyasi və iqtisadi təsiri artır və sair. Beynəlxalq kredit ölkələrin aşağıdakılar üzrə rəqabətini kəskinləşdirir: xammal, kapital qoyma sahəsi, satış bazarı, elmi-texniki tərəqqidə üstünlük, borclu ölkələrdən gəliri cəlb etmək və s. Aparıcı kreditor ölkələrin bankları, hökumətləri, beynəlxalq valyuta-kredit və maliyyə təşkilatları mövqelərini möhkəmləndirmək üçün onlara əlverişli olmayan iqtisadi strategiya və siyasət aparan ölkələrə münasibətdə kredit ayrı-seçkiliyi (kredit alınması, istifadəsi və qaytarılması və faizlər üzrə ağır şərtlər) və kredit blokadası (kredit verməkdən imtina) siyasəti aparırlar.
Çoxistiqamətli beynəlxalq iqtisadi münasibətlər müxtəlif kredit siyasətləri ilə nəticələnir və beynəlxalq kredit növlərinin formalaşmasına təsir edir. Onlar müxtəlif formada təsnifləşdirilə bilərlər.
Kommersiya krediti birbaşa xarici ticarət və xidmətlə bağlıdır. Bu, əsasən əmtəə kreditidir və bir ölkənin ixracatçısı digər ölkənin idxalçısına əmtəə əməliyyatları üzrə hesablaşmalarda möhlət kimi verilir. Kommersiya kreditinin müddəti müxtəlifdir və dünya bazarının konyunkturasından, malın növlərindən və digər şərtlərdən asılıdır.
Beynəlxalq kreditlərin təsnifatı
Təsnifat meyarı
|
Kredit növü
|
Təyinatı
|
Kommersiya
Maliyyə
|
Növü
|
Əmtəə
Valyuta
|
Kredit valyutası
|
Kreditorun valyutası
Borclunun valyutası
Üçüncü ölkə valyutası
Beynəlxalq kollektiv valyuta
|
Təminatı
|
Təminatlı
Blank
|
Verilmə texnikası
|
Nağd
Nağdsız
Konsorsial
Aksept
Digər
|
Kreditorun mövqeyi
|
Özəl
Bank
Hökumət
Beynəlxalq Təşkilat
Qarışıq
|
Müddəti
|
Qısamüddətli
Ortamüddətli
Uzunmüddətli
|
Beynəlxalq kommersiya (firma) kreditinin üstünlükləri: dövlət orqanlarının kommersiya əqdinə qarışmaması; kredit həcmini birbaşa tərəflər razılaşdırır. Çatışmazlıqlarına aid ola bilər: kreditləşmənin həcmi və müddətinin azlığı; idxalçının müəyyən ixracatçı ilə bağlı olması; idxalçı üçün malın qiymətinin artması (kredit faizi kimi); bankla yenidən-maliyyələşdirmənin lüzumlu olması.
Maliyyə krediti – istənilən məqsəd üçün, o cümlədən: kapital qoyuluşu, obyektlərə sərmayə, qiymətli kağızların əldə edilməsi, xarici borcun bağlanması.
Pul formasında kredit verilərkən (valyuta krediti) borc obyekti beynəlxalq alıcılıq vəsaitləridir (xarici valyuta, beynəlxalq kollektiv valyuta).
Təminat baxımdan təminatlı və blank kreditləri fərqləndirilir. Beynəlxalq kreditlərin təminatı mal, qiymətli kağızlar, daşınmaz əmlak, kommersiya əmtəə kağızları və sair ola bilər. Blank kreditdə sadəcə borclu krediti müəyyən müddətə qaytarmağa təminat verir (solo-veksel). Kontokorrent və overdraftlar da bura aiddir.
Beynəlxalq kreditlər nağd və nağdsız, aksept və konsorsial, öhdəlik borcu, depozit sertifikatı və sair formalarda ola bilər. Onlar müxtəlif formalarda təqdim oluna bilər, məsələn:
-
Kredit məbləği tamamilə borclunun hesabına köçürülür və oradan göndərilən əmtəəyə görə və görülən işlərə və xidmətə görə ödənişlər edilir;
-
Kredit kompensasiya əqdləri üzrə verilir. Kompensasiya əsasında əməkdaşlıq borclunun ərazisində xarici kreditdən istifadə etməklə obyektlər inşa etməyə imkan verir və həmin obyektdən ixrac hesabına əldə olunan gəlirlə kredit qaytarılır. Kommersiya əsaslı kredit münasibətləri uzunmüddətli xarici iqtisadi münasibətlər qurmağa və əlavə valyuta mənbələrinin yaranmasına imkan verir;
-
Layihə maliyyələşməsi ilə investisiya mərhələləri üzrə kompleks kreditləşdirmə həyata keçirilir.
Kreditorun mövqeyindən asılı olaraq dövlətlərarası/hökumətlərarası kreditlər verilir. Belə kreditlərdə kredit münasibətlərinin subyektləri müxtəlif dövlətlər çıxış edir və yenidən bölüşdürmə obyekti milli gəlir olur. Dövlətlərarası/hökumətlərarası kreditlər müxtəlif ölkələr arasındakı ödənişləri balanslaşdırmaq, dövriyyəni artırmaq, borclunun iqtisadiyyatını qurmaq və sair istifadə oluna bilər. Beynəlxalq valyuta-kredit və maliyyə təşkilatlarının kreditləri və borclu ölkələrin birgə kreditləşdirilməsi də fərqləndirilir.
Beynəlxalq bank krediti ölkələrarası beynəlxalq iqtisadi münasibətlər genişləndikcə daha çox təşəkkül tapır. Bu onunla səciyyələnir ki, kredit münasibətlərində tərəfin biri bankdır. Bank kreditləşməsi idxal-ixrac münasibətlərini, vekseli, investisiya kreditlərini, kompensasiya əqdləri üzrə uzunmüddətli krediti, maliyyə kreditini əhatə edir. İxrac krediti ixracatçının ölkəsindəki bank tərəfindən idxalçının ölkəsindəki banka maşın və avadanlıq çatdırılması üçün verilə bilər. Kreditin bank maliyyələşməsi adətən mal çatdırılması ilə əlaqədar deyil və aşağıdakılar üçün verilə bilər: xarici borcun ödənməsi, valyuta məzənnəsinin saxlanması, xarici valyutada hesab (avuar) açılması.
Müddətlərinə görə beynəlxalq bank kreditləri bölünür: qısamüddətli (1 illik), ortamüddətli (1-5 il) və uzunmüddətli (5-7 ildən çox). Qısamüddətli kreditlər adətən verilir: borclunun dövriyyə kapitalını təmin etmək və xarici ticarətdə istifadə etmək, beynəlxalq ödəniş dövriyyəsində, qeyri-ticarət əməliyyatlarında, sığorta əqdlərində. Ortamüddətli kreditlər sərmayə mənbəyi qismində çıxış edir. Adətən uzunmüddətli kreditlər borc qismində verilir: dövlət və özəl müəssisələri dünya bazarında qiymətli kağızlar satmaqla banklardan borc almış olurlar.
Borcun ödənilməsi və faizin ödənilməsi əldə olunur: əmtəə ixracının artırılması ilə gəlirin artırılması ilə; borclunun adi ixrac çeşidi üzrə mal təchizatı ilə; inşası üçün borc verilən obyektin məhsulu ilə və kredit müqaviləsində nəzərdə tutulan digər vasitələrlə.
Xarici borc – bütün maliyyə vasitələri üzrə borcları əhatə edir, o cümlədən: qiymətli kağızlar (səhmlərdən başqa), ticarət və digər kreditlər, depozit və digər borclar. Ölkənin xarici borcu ölkə rezidentlərinin müəyyən müddətə qeyri-rezidentlərdən aldığı və qaytarmadığı borcları əhatə edir, o cümlədən əsas borc və ödənməmiş faizlər.
İstənilən ölkənin xarici borcunun vəziyyətinin təhlili ümumi planın parametrlərinə baxmaqda başlayır: borcun ümumi həcmi, adambaşına düşən borc, netto-borcun həcmi. Onların dinamikası, strukturu, müddəti, valyutası, yaranma mənbələri müqayisə olunur. Sonra onların nisbi göstəriciləri təhlil olunur. Borclanmanın mütləq həcmi ölkənin inkişaf göstəriciləri ilə əlaqələndirilir. Məsələn, xarici borcun ümumdaxili məhsulun həcminə nisbəti, büdcənin gəlirlərinə və ixracın həcminə nisbəti. Nəticədə ixrac gəlirlərinin hansı hissəsinin borcun ödənməsinə yönəldilə biləcəyi və neçə ilə xarici borcun ödənəcəyi aşkar olur.
Borcun xidmət norması vacib göstəricidir. O, ödəniş məbləğinin xarici borcun ödənməsinin ixracın həcminə münasibətində alınır və həmin müddətdə gəlirin hansı hissəsinin ölkə iqtisadiyyatından çıxarıldığını və nə ehtiyat toplamağa, nə də istehlaka xərclənə biləcəyini göstərir.
Burada ölkənin “borc təhlükəsizliyini” xarakterizə edən münasibət, həmçinin xalis xarici borcun illik ixraca nisbətini göstərir (borcun həcmi ilə ölkənin valyuta ehtiyatları arasındakı fərq kimi hesablanır).
Ölkənin beynəlxalq valyuta-maliyyə vəziyyəti təhlil edilərkən cari ödəmə balansının vəziyyəti, valyuta ehtiyatlarının qarşılıqlı münasibəti və idxalın həcmi və bir sıra digər göstəricilər nəzərə alınır.
Azərbaycanda xarici kredit iqtisadi islahatları dəstəkləmək, bazar iqtisadiyyatına keçmək, iqtisadiyyatın yenidən qurulması nəticəsində yaranan çətinliklərin həlli, istehsal və kənd təsərrüfatının texniki cəhətdən yenidən təchizi, müasir texnologiyanın tətbiqi, ixrac potensialının artırılması, daxili bazarın təminatı, biznesin inkişafı üçün cəlb olunur.
Dövlət xarici borclarının alınması və dövlət təminatının verilməsi qərarını Azərbaycan Respublikası Hökuməti verir. Belə kreditlər milli ehtiyatların artırılması üçün Mərkəzi Bankla birgə verirlər.
Xarici kredit üzrə vəsaitlər mülkiyyət formasından asılı olma
yaraq bütün Azərbaycan rezidentlərinə verilir. Xarici kreditlərin cəlbi və ödənməsi əməliyyatları beynəlxalq sazişlərdə, banklararası sazişlərdə və fərdi kredit sazişlərində göstərilən şərtlərlə həyata keçirilir.
Xarici dövlət kreditləri hökumətlərarası və hökumətlərlə beynəlxalq təşkilatlararası sazişlərlə cəlb olunur. Adi təsərrüfat subyektləri ilə xarici dövlət və banklar arasındakı sazişlərlə digər növ kreditlər cəlb olunur.
Azərbaycan bir sıra beynəlxalq maliyyə-kredit təşkilatlarının üzvüdür: Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və sair.
Azərbaycanda kredit məsələsində qərar əsasən islahat proqramının iqtisadi keyfiyyətindən, dünya standartlarına uyğunluğu və həyata keçirilməsinin gedişindən asılıdır. Beynəlxalq kredit yardımı əhəmiyyətli olsa da, o, sadəcə ölkənin işlərinə əlavə ola bilər və infrastruktur sərmayələri, iqtisadiyyatın istehsal sahəsinin genişlənməsi və istehsaldankənar büdcə xərclərinin azalmasından da çox şey asılıdır. Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı valyuta aktivliyi son illərdə yüksək deyil. Beynəlxalq Valyuta Fondundan kreditor şərtləri ilə kredit xəttinin alınması iqtisadi islahatlarla, borclunun digər tədbirləri ilə, xüsusilə ödəmə balansının möhkəmləndirilməsinə, xarici borcun azaldılmasına, valyuta ehtiyatlarının artırılmasına, valyuta məzənnəsinin möhkəmləndirilməsinə yönəldilən tədbirlərlə dəstəklənməlidir. Beynəlxalq Valyuta Fondu üzvünün qeyd-şərtsiz ala biləcəyi yeganə kredit “çevik” kreditdir. Bu kredit fondun kredit payı (tranş) çərçivəsində ayrılır. Beynəlxalq Valyuta Fondu kreditləri ödənişli və şərtlidir. Ən geniş yayılan forması qısamüddətli kreditlərdir – stand-by. Beynəlxalq Valyuta Fondunun Azərbaycana maliyyə sistemini yenidən qurmaq üçün kreditlər vermişdir: 1993-cü ilin iyulunda ilk tranş, 1995-ci ilin yanvarında ikinci tranş, 1995-ci ilin sentyabrında ehtiyat tranşı (stand-by).
Azərbaycan 1992-ci ildə Beynəlxalq Valyuta Fondunun tamhüquqlu üzvü oldu və ondan aldığı əsas borclara daxildir:
-
İnstitusional borc (1993-cü ilin iyulunda 8.3 milyon ABŞ dolları); Texniki yardımın təminatı, əməkdaşlara təlimat, əsas iqtisadi idarələrin yeni avadanlıqlarla təminatına xərcləndi.
-
Reabilitasiya borcu (1993-cü ilin noyabrında 120 milyon ABŞ dolları); ölkənin ödəmə balansının dəstəklənməsi, Azərbaycan manatının stabilləşdirilməsi və təsərrüfat və əhali üçün əhəmiyyətli olan malların alınmasına xərcləndi.
-
Meşə təsərrüfatının inkişafı üçün (1995-ci ilin mayında 41.9 milyon ABŞ dolları); texniki bazanın yenidən qurulması və bu sahənin bazar iqtisadiyyatı şərtlərində səmərəli və sərfəli sahəyə çevrilməsi üçün;
-
Sosial sahədəki obyektlərə enerji təminatı layihəsinin hazırlanması üçün kredit avansı (2000-2001-ci illərdə 1 milyon ABŞ dolları).
Dünya Bankı ilə müqavilə əsasında Azərbaycan sosial sahə obyektlərinin təkmilləşdirilməsi üçün kredit almağa ümid edir – məktəb və xəstəxanalarda, uşaq evlərində, əlillər evində enerjiyə qənaət edən sistemlərin quraşdırılması. Obyektlərin yenidən qurulması beş il çəkəcək. Borc bütünlüklə 12 ilə qaytarılacaq.
Azərbaycanın kreditləşdirilməsi üzrə Dünya Bankı qrupunun strategiyası artıq başlanmış layihələrə diqqətin cəmlənməsi və kredit proqramlarının genişləndirilməsi məsələlərinə baxılmasıdır. Genişmiqyaslı kredit proqramlarının şərtləri ölkənin bazar iqtisadiyyatı şərtlərində yenidən qurulması, özəlləşdirmənin sürətləndirilməsi, rəqabətin gücləndirilməsi, Azərbaycan Mərkəzi Bankının kredit siyasətinin sərtləşdirilməsi və maliyyə siyasətinin aparılmasında onun müstəqilliyinin təmin olunmasıdır.
Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda fəaliyyəti texniki əməkdaşlığa yönəlib, lakin hökumət layihələri həyata keçirilərkən Avropa Yenidənqurma və İnkişaf Bankı rolu layihə maliyyələşdirməsində artır.
Avropa Yenidənqurma və İnkişaf Bankı çox ölkələrdə özəl sektorun maliyyələşdirilməsini prioritet sahə sayır, amma Azərbaycanda əsas etibarilə dövlət sektorunu maliyyələşdirir. Avropa Yenidənqurma və İnkişaf Bankının 1992-ci ilin iyulunda imzaladığı sazişi göstərmək olar. Həmin sazişlə Avropa Yenidənqurma və İnkişaf Bankı rabitə obyektlərini, xüsusilə hüquqi şəxslər arasından abonentləri rəqəmli rabitə ilə təmin edən və dünya rabitəsinə birbaşa çıxış verən obyektləri maliyyələşdirdi. 1993-cü ilin dekabrında Avropa Yenidənqurma və İnkişaf Bankı Orşan elektrik stansiyasının müasirləşdirilməsi üçün kredit sazişi imzaladı. Bununla da, bahalı elektroenerjidaşıyıcılarının idxalından asılılıq azaldı və səmərəli, ekoloji təmiz texnologiya ilə yerli enektroeneji almaq mümkün oldu.
Topdansatışın inkişafı üçün Avropa Yenidənqurma və İnkişaf Bankı köhnə tərəvəz bazasının müasir bazar kompleksi ilə əvəzlənməsinə kredit verdi. Bazar 1996-cı ilin avqustunda açıldı və alıcı və satıcılar üçün rəqabət mühiti yaranmasına, malı keyfiyyətinə və sanitar vəziyyətinə nəzarət etməyə kömək etdi.
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycana sərmayəsinin bir hissəsini bank sahəsinin inkişafına yönəldir (bank səhmlərinin alınması, kiçik və orta biznesin inkişafı üçün kreditləşdirmə). 2002-ci ilin ortalarına Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda kiçik və orta biznesin inkişafı üçün 40-dan çox layihə həyata keçirdi, mikromaliyyələşdirmə üzrə isə kiçik kreditlərə ehtiyacı olan fərdi şəxs və şirkətlər üçün 160 layihə icra olundu (500 ABŞ dollarından 10.000 ABŞ dollarınadək).
Xarici borcun idarə olunması sisteminin əsas vəzifələri: milli iqtisadiyyatın optimal inkişafını təmin etmək üçün onun xarici mənbələrdən maliyyələşməsini təmin etmək, həmin vəsaitlərdən səmərəli istifadəyə nəzarət etmək və xarici borcun səviyyəsinin ölkə iqtisadiyyatının real səviyyədə saxlanması.
18.3. Beynəlxalq maliyyə və kredit institutları
Beynəlxalq maliyyə və kredit təşkilatları beynəlxalq razılaşma ilə dünya iqtisadiyyatının stabilliyinin təmin olunması üçün valyuta-kredit və maliyyə münasibətlərinin idarə olunması üçün yaradılıb.
Dünya təsərrüfatının qloballaşması prosesinin inkişafı və dünya valyuta sisteminin və dünya maliyyə bazarlarının qeyri-sabitliyinin güclənməsi beynəlxalq maliyyə-kredit institutlarının yaranmasını şərtləndirirdi. Onlar əsasən İkinci Dünya müharibəsindən sonra yarandı və hazırda ölkələrin valyuta-kredit və maliyyə sahəsində əməkdaşlığının və bu münasibətlərin dövlətlərarası səviyyədə tənzimlənməsində əhəmiyyətli rol oynadı.
Beynəlxalq maliyyə-kredit institutlarına daxildir: Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Hesablaşmalar Bankı və Asiya, Amerika və Afrikanın regional inkişaf bankları.
Beynəlxalq Valyuta Fondu. Qeyd edildiyi kimi, beynəlxalq valyuta tənzimlənməsinin bu orqanı 1944-cü ildən Bretton-Vudsda (ABŞ) keçirilən beynəlxalq valyuta-maliyyə konfransında təsis olunmuşdu. Onun nizamnaməsi 1945-ci ilin dekabrında qüvvəyə mindi. 1946-cı ilin iyulunda Beynəlxalq Valyuta Fondu fəaliyyətə başlayanda 39 üzvü vardı. Hazırda 183 üzvü var.
Beynəlxalq Valyuta Fondu Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatıdır və fəaliyyətinin əsas məqsədləri bunlardır: beynəlxalq valyuta əməkdaşlığına, dünya valyuta sisteminin və valyuta məzənnələrinin satbitliyinə yardım, dünya ticarətinin balanslı inkişafına səmərəli şərait yaratmaq, Beynəlxalq Valyuta Fondu üzv-dövlətləri arasında cari əməliyyatlar üzrə çoxtərəfli hesablaşma sisteminin yaradılmasına yardım, beynəlxalq ticarətə mane olan halların aradan qaldırılması, xarici ticarət və hesablaşmalarda məhdudiyyət tətbiq etməmək şərtilə ödəniş balansını yaxşılaşdırmaq üçün üzvlərinə müvəqqəti maliyyə yardımı edilməsi, üzv-dövlətlər arasında ödəniş balansının kəsirinin ardıcıllığını və miqyasını azaltmağa yardım etmək.
Beynəlxalq Valyuta Fonduna hökumətlərarası valyuta-maliyyə təşkilatı olaraq istənilən dövlətin üzvlüyünə açıqdır, amma üzvlük müddətini və şərtlərini Beynəlxalq Valyuta Fondu müəyyən edir. Məcburi şərtlər: kvotanı ödəmək, beynəlxalq ticarət hesablaşmaları üzrə valyuta əməliyyatları rejimini razılaşdırmaq və ölkənin valyuta və maliyyə vəziyyəti üzrə məlumat vermək.
İmza kvotası (üzvlük kvotası) ölkənin dünya ticarətindəki iqtisadi əhəmiyyəti ilə müəyyən edilir. Kvota hesablanarkən makroiqtisadi göstəricilər əsas götürülür: ÜDM, ölkənin qızılvalyuta ehtiyatlarının orta səviyyəsi, cari əməliyyatlar üzrə beynəlxalq gəlirlər və ödəmələr. Kvotanın 25%-ə qədəri ehtiyat valyutasında ödənməlidir, digər hissəsi isə milli valyutada ödənir (adətən adi veksel şəklində). Kvotaya hər 5 ildən bir yenidən baxılır və ölkə iqtisadiyyatındakı dəyişikliklər nəzərə alınmaqla və Beynəlxalq Valyuta Fondunun vəzifələrini icra etmək üçün olan ehtiyatların həcmindən asılı olaraq korrektə edilir. Hazırda Beynəlxalq Valyuta Fondunun kapitalı 212 milyard SDR-dir.
Kvotanın həcmi ölkənin Beynəlxalq Valyuta Fondu ilə münasibətlərində vacib rol oynayır: ölkənin Beynəlxalq Valyuta Fondunun rəhbər orqanlarındakı səs sayı bundan asılıdır; ölkənin Beynəlxalq Valyuta Fondundan ala biləcəyi maliyyənin həddi bununla ölçülür; kvotanın həcminə mütənasib olaraq SDR bölüşdürülür.
Beynəlxalq Valyuta Fondu Ehtiyatları ölkələrin maliyyələşməsinin əsas mənbəyi olan öz ehtiyatları ilə yanaşı götürdüyü borcu da əhatə edir. Beynəlxalq Valyuta Fondu yardımına olan ehtiyac Beynəlxalq Valyuta Fondunun ehtiyatlarını keçəndə borca ehtiyac yaranır. Məsələn, ölkələrin ödəmə balansında ardıcıl və əhəmiyyətli çətinlik olarsa və onu aradan qaldırmaq üçün Beynəlxalq Valyuta Fondunun vəsaitini müvəqqəti olaraq əhəmiyyətli şəkildə artırması lazım ola bilər. Hesab olunur ki, bu halda kvotanı artırmaq yox, borc götürmək lazımdır, Beynəlxalq Valyuta Fondunun ehtiyatlarına müvəqqəti əlavə olunsun.
Beynəlxalq Valyuta Fondu borcunun mənbələri, şərtləri və metodlarını seçmək hüququna malikdir. Lakin indiyədək Beynəlxalq Valyuta Fondu yalnız dövlət strukturlarındaın borc götürmüşdür (üzv-dövlətlər və onların mərkəzi bankları). 1970-ci illərədək Beynəlxalq Valyuta Fondu müstəsna olaraq Borclanma haqqında Baş Razılaşma çərçivəsində borc götürürdü. Bu, 11 müxtəlif inkişaf etmiş ölkə və ya onların mərkəzi bankları ilə açılan və hər 5 ildən bir yeniləşən kredit xətləridir. Beynəlxalq Valyuta Fondu bu xətlər üzrə borcu bazar şərtləri ilə götürür və əsasən ölkələrə iri kredit vermək üçün istifadə edir – dünya valyuta sisteminin sabitləşdirilməsi üçün.
Beynəlxalq Valyuta Fondu ikitərəfli əsasda kredit götürməyə başladı ki, bu da ona neft qiymətlərinin kəskin artması nəticəsində ödəmə balansına xüsusilə mənfi təsir etmiş üzv dövlətlərə əhəmiyyətli kredit verməyə imkan verdi. Kreditor qismində Beynəlxalq Valyuta Fondu əvvəlcə neft ixrac edən ölkələrdən istifadə etdi, daha sonralar bura bir sıra inkişaf etmiş dövlətlər də qoşuldu.
Beynəlxalq Valyuta Fondu səhmdar bank qismində təşkil edilib. Beynəlxalq Valyuta Fondunun idarəetmə orqanları strukturuna daxildir: (1) idarəetmə heyəti, Müvəqqəti Komitə, İnkişaf Komitəsi, (2) icraçı-direktorlar şurası (icraçı şura), (3) bölüşdürücü-direktor.
İdarəetmə heyəti ən yüksən idarəetmə orqanıdır. Ona hər bir üzv-dövlətdən beş ilə təyin olunan bir idarəçi və onun müavini daxildir. Bir qayda olaraq, bunlar ya maliyyə nazirləri ya da mərkəzi bankların başçıları olur və buna görə də hökumətlərini təmsil etmək səlahiyyətində olurlar. Adətən idarəetmə şurası ildə bir dəfə yeni üzvlərin qəbulu, kvotaların təsdiqi ya yenidən baxılması, üzv-dövlətlərin valyutalarının paritetində dəyişikliklər və sair məsələlərə baxmaq üçün yığışır. İdarəetmə şurasının bir çox funksiyaları icraçı direktorlara verilə bilər.
Müvəqqəti komitə (beynəlxalq valyuta sistemi məsələləri üzrə idarəçilər şurasının müvəqqəti komitəsi) Beynəlxalq Valyuta Fondunun 24 idarəedicisindən ibarətdir (nazirlər və ya müvafiq bərabər dərəcəli vəzifə) və ildə iki dəfə iclas keçirir. İcraçı direktorlar şurasına rəhbərlik edir, idarəedici şuraya beynəlxalq valyuta sisteminin idarəetməsi və fəaliyyəti üzrə hesabatlar, Beynəlxalq Valyuta Fondunun razılaşma maddələrinə dəyişikliklər barədə təkliflərini verir.
Sərəncamverici direktoru İcraçı direktorlar şurası beşillik təyin edir və yenidən seçilmək məhdudiyyəti yoxdur. O, icraçı şuraya başçılıq edir, Beynəlxalq Valyuta Fondunun gündəlik fəaliyyətini idarə edir və təşkilat heyətinin başçısıdır. Beynəlxalq Valyuta Fondunda dünyanın müxtəlif ölkələrindən 2,500 nəfər işləyir: iqtisadçılar, statistiklər, alimlər, dövlət maliyyə və vergiqoyma məsələləri üzrə ekspertlər, köməkçi heyət. İşçilərin əksəri Vaşinqtondakı (ABŞ) mənzil-qərargahda yerləşir. Bir hissəsi Paris, Cenevrə və Nyu-Yorkdakı şöbələrdə və ya Beynəlxalq Valyuta Fondunun üzv-ölkələrdəki nümayəndəliklərində çalışır.
-
Beynəlxalq Valyuta Fondunun fəaliyyətinin əsas istiqamətləri:
-
Dünya valyuta sisteminə nəzarət;
-
SDR buraxılması yolu ilə likvid vəsaitlərin yaradılması;
-
Üzvlərin maliyyələşdirilməsi;
-
İqtisadi siyasət və texniki yardım üzrə tövsiyələrin hazırlanması;
-
Statistikanın toplanması və nəşri.
Beynəlxalq Valyuta Fondunun nizamnaməsinə əsasən, dünya valyuta sisteminə nəzarət və onun səmərəli işləməsini təmin etmək Beynəlxalq Valyuta Fondunun öhdəliklərinə daxildir. Beynəlxalq Valyuta Fondu dünya maliyyə sisteminə, xüsusilə üzv-dövlətlərin valyuta məzənnəsi siyasətinə nəzarət edir və həmin siyasəti müəyyənləşdirərkən dövlətlərin rəhbər tutmalı olduğu konkret prinsipləri müəyyən edir. Beynəlxalq Valyuta Fondu valyuta məzənnələrinin real böyüklüyünü müəyyən etməli, ölkələrin iqtisadi qiymətləndirilməsində obyektiv olmalı və bunu bütün ölkələrə təqdim edir.
Nəzarət funksiyalarını həyata keçirərkən Beynəlxalq Valyuta Fondu ölkənin iqtisadi vəziyyətinin, onun iqtisadi siyasət sahəsindəki strategiyasının hərtərəfli təhlilini aparır. Beynəlxalq Valyuta Fondunun mövqeyi belədir ki, ardıcıl və səmərəli iqtisadi siyasət ölkədə milli valyutanın məzənnəsini və dünya maliyyə sistemini sabit saxlamağa imkan verir, dünya iqtisadiyyatının inkişafını təmin edir.
Beynəlxalq Valyuta Fondu ölkələrin götürdükləri öhdəlikləri necə yerinə yetirməsinə nəzarət edir. Belə öhdəliklərə daxildir: iqtisadi inkişafa və məşğulluğun sabit saxlanmasına imkan yaradan iqtisadi və maliyyə siyasətinin aparılması, tədiyyə balansındakı kənarlaşmaları tənzim etək üçün və digər dövlətlər üzərində haqsız üstünlük yaratmaq məqsədi daşıyan valyuta məzənnələri ilə kənarlaşma edilməsindən imtina.
Nəzarəti həyata keçirmək üçün Beynəlxalq Valyuta Fondu müntəzəm və xüsusi məsləhətləşmələr aparır. Müntəzəm məsləhətləşmələr hər il bütün üzv ölkələrlə aparılır və nəticədə Beynəlxalq Valyuta Fondu öz üzvlərinin valyuta siyasəti və ümumi iqtisadi vəziyyəti barədə məlumatlanır. Əgər ölkə ağır iqtisadi vəziyyətdədirsə və ya onun digər ölkələrə çətinlik yaradan siyasət apardığı şübhəsi varsa, səlahiyyətverici direktorun qərarı ilə əlavə məsləhətləşmə aparılır.
Müntəzəm məsləhətləşmələri Beynəlxalq Valyuta Fondunun ekspertlər qrupu aparır. Onlar valyuta məzənnəsinə təsir edən amillər olan idxal-ixrac, əmək haqqı səviyyəsi, qiymətlər, əhalinin məşğulluğu, maliyyə bazarının konyunkturası, investisiyalar, pul, maliyyə və digər göstəricilər barədə statistik məlumatları toplayır. Daha sonra hökumətin vəzifəli məmurları ilə hökumətin iqtisadi siyasəti barədə və dövlətin valyutasının dövriyyəsinin məhdudlaşdırılmasına qarşı gördüyü tədbirlərin məqsədəuyğunluğu barədə müzakirələr aparılır.
Müzakirələrin nəticəsində Beynəlxalq Valyuta Fondu ekspertləri İcraçı Şuraya təqdim etmək üçün ətraflı hesabat hazırlayırlar. Ölkə rəhbərliyinə isə ekspertlər öz nəticələrini təqdim edirlər. Orada adətən iqtisadi siyasətin səmərəliliyini artırmaq üçün Beynəlxalq Valyuta Fondunun tövsiyələri olur.
Xüsusi məsləhətləşmələri Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatına öncül mövqe tutan və iqtisadi siyasəti dünya iqtisadiyyatına mühüm təsir göstərən inkişaf etmiş ölkələrlə aparır. Məsləhətləşmələrdə məqsəd dünyadakı iqtisadi vəziyyəti müzakirə etmək və iqtisadi inkişafın perspektivlərini araşdırmaqdır. Bu məsləhətləşmələrin nəticələri dərc edilir ki hökumətlər siyasətlərini ona uyğunlaşdırsınlar.
SDR buraxılması ilə likvid vəsaitlərin yaradılması dünya valyuta sisteminin stabilliyinə kömək etməli və beynəlxalq hesablaşmaların maneəsiz aparılmasına imkan verməlidir. Beynəlxalq Valyuta Fondu beynəlxalq miqyasda likvidliyin vəziyyətinə, yəni üzv-dövlətlərin qızıl-valyuta ehtiyatlarının səviyyəsinə və tərkibinə xüsusi diqqət yetirir. Buna görə də, Beynəlxalq Valyuta Fondunun vacib vəzifələrindən biri üzvlərinə likvidliyin təminatı üçün SDR-in paylanmasıdır, hansı ki, beynəlxalq ehtiyat aktivlərinə əlavə uzunmüddətli tələbatı ödəmək üçün emissiya olunur. Öz nizamnaməsinə əsasən, Beynəlxalq Valyuta Fondu
SDR-in dünya valyuta sistemində əsas aktiv olmasına çalışmalıdır.
Kollektiv valyuta olan SDR qızılla və milli valyutalarla yanaşı ehtiyat aktiv rolunu oynayır. Bu rəsmi aktivdir və onun emitenti və istifadəçisi yalnız Beynəlxalq Valyuta Fondu, üzvləri və müəyyən olunmuş rəsmi iştirakçılar71 ola bilər. Kommersiya bankları “özəl SDR” yarada bilər, lakin o rəsmi ehtiyat aktivi deyil, sadəcə SDR-də ifadə olunan maliyyə vasitəsidir.
Beynəlxalq Valyuta Fondu ölkələrin kvotalarına mütənasib şəkildə onlara SDR təqdim edir. Yalnız Beynəlxalq Valyuta Fondu SDR-in dünya valyuta sistemindəki lazımi miqdarını və onun artırılmasını müəyyən edir. SDR-ın təqdim edilməsi məsələsi beşillik müddətlərə müəyyənləşdirilir və bu zaman dünya iqtisadiyyatının iqtisadi durğunluq və izafi tələb və inflyasiyanın qarşısını almaq üçün əlavə ehtiyat aktivlərinə ehtiyacları nəzərə alınır. SDR-in yeni bölgüsü öz təklifini Beynəlxalq Valyuta Fondunun səlahiyyətli direktoru İcraçı Şurasının razılığı və İdarəedicilər Şurasının təsdiqi ilə verir.
SDR 1970-1972-ci illərdə və 1979-1981-ci illərdə bölünübdür. Ümumi emissya bu zaman 21 milyarddan çox olub. Beləliklə, dünya ehtiyat valyutasında SDR-in payı 2% təşkil edir. 1997-ci ildə nizamnaməsinə edilən dəyişikliklə Beynəlxalq Valyuta Fondu 1981-ci ildən sonrakı üzvlərin ehtiyat valyutasını artırmaq üçün əlavə 21.4 milyard SDR buraxa bilər.
Beynəlxalq Valyuta Fondu üzvlərinin maliyyələşdirilməsi fondun fəaliyyətində xüsusi istiqamətdir. Beynəlxalq Valyuta Fondu bank deyil və əmanətçilərlə vəsait alıcıları arasında vasitəçi deyil. Buna görə də, Beynəlxalq Valyuta Fondunun bütün üzvləri kredit qabiliyyətindən asılı olmayaraq Beynəlxalq Valyuta Fondunun yardımından istifadə etmək hüququna malikdir. Beynəlxalq Valyuta Fondunun üzvlərinə maliyyə yardımı etməsinin əsas məqsədi ödəmə balansındakı disbalansı ticarət və ödəniş məhdudiyyətləri tətbiq etmədən aradan qaldırmağa yardım etməkdir. Bu halda ölkələrin Beynəlxalq Valyuta Fondu ehtiyatlarına bərabər çıxışı tələbinə əməl edilir. Beynəlxalq Valyuta Fondu kreditinin alınması həm də həmin ölkənin əlavə özəl və dövlət investisiyalarına zəmin yaradır.
Beynəlxalq Valyuta Fondunun istənilən ehtiyatlarından istifadə etmək üçün ölkə öz tədiyyə balansını maliyyələşdirməli olduğunu əsaslandırmalıdır. Maliyyələşmənin vacib olması meyarları kimi ölkənin tədiyyə balansının vəziyyəti, beynəlxalq ehtiyatlarının saldosu və ölkənin ehtiyat mövqeyinin dinamikasını72 Beynəlxalq Valyuta Fondu nəzərə alır. Həmçinin, ödəmə balansındakı bərabərsizliyi aradan qaldırmaq üçün dövlətin tədbirləri də nəzərə alınır.
Ödəmə balansının kəsrini maliyyələşdirməyin zəruriliyi təsbit edildikdən sonra, Beynəlxalq Valyuta Fondu həmin ölkənin öz borcunu ödəyə bilmək qabiliyyətini təhlil edir. Qaytarılmanın təminatı kimi ölkədəki iqtisadi siyasət çıxış edir (stabilləşdirmə proqramının həyata keçirilməsi).
Beynəlxalq Valyuta Fondu üzvlərinə maliyyə ehtiyatlarını həmin ölkənin iqtisadi stabilliyi stimullaşdırıcı, yəni vəsaitləri qaytarmağa xidmət edən tədbirlər şərti ilə verir (ödəmə balansının kəsrinin idarə olunan həcmdə azaldılması, iqtisadi yüksəlişə nail olunması, məşğulluq və maliyyə sabitliyinin artması; iqtisadiyyatın strukturca yenidən qurulması və sair). Belə olan halda gözlənilir ki, struktur məsələlərinin həlli və ödəniş balansının sağlamlaşdırılması və stabilləşdirmə təbdirləri bir-birinə kömək edir.
Beynəlxalq Valyuta Fondu ehtiyatları onun üzvlərinin sərəncamına ən müxtəlif yanaşma və mexanizmlərlə verilə bilər və əsasən tədiyyə balansının maliyyələşdirilməsi probleminin həll olunması üsuluna görə və Beynəlxalq Valyuta Fondunun şərtlərinin məzmununa görə fərqlənir.
Do'stlaringiz bilan baham: |