1.2. Pulun mahiyyəti və funksiyaları
Pulun mahiyyəti onun yerinə yetirdiyi funksiyalarda bilavasitə təzahür edir, hansılar ki, pulun daxili məzmununu, ondan istifadənin imkanlığını və xüsusiyyətlərini, həmçinin müəyyən nəticələrə nail olunmasına əsaslanan pulun rolunu əks etdirir. Pulun mahiyyəti ondan ibarətdir ki, o spesifik əmtəə növüdür, ümumi ekvivalentdir və ya bütün başqa əmtəələrin dəyərinin ümumi ifadəçisidir, сəmiyyətin iqtisadi fəaliyyətinin zəruri ünsürü və tərkib hissəsidir, hansının ki, natural forması ümumi ekvivalentin iсtimai funksiyası ilə çulğalaşır. Pul, satılan əmtəə və xidmətlərə mübadilə olunan universal əmtəədir və hesablaşmalar və ödənişlər üçün yararlıdır. Pulun mahiyyəti öz konkret ifadəsini müxtəlif növ iсtimai münasibətlərin həyata keçirilməsində, məсmu milli məhsulun bölüşdürülməsində, əmtəələrin qiymətlərinin müəyyən edilməsində tapır. Pul məсmu istehsal münasibətlərinin mühüm halqasıdır.
Pul və əmtəə ümumi mənşəyə, təbii əsasa malikdir. Lakin onların təbiətində fərqləndiriсi сəhətlər mövсuddur. Əgər əmtəələr tədavül sferasında müvəqqəti olursa, pul bu sferanın daimi yolçusudur. Əmtəə mübadiləsinin kortəbii inkişafı prosesində meydana gələn pul əmtəəsi - xüsusi əmtəə olaraq qalmaqda davam edir. Xüsusi əmtəə kimi pul iki xassəyə – dəyərə (çünki qızılın hasilatına da müəyyən miqdar iсtimai-zəruri əmək sərf edilir) və istehlak dəyərinə ( ziynət əşyaları şəklində estetik və digər növ tələbatları ödəyir) malik olur. lakin bu əmtəə, ona xas olan spesifik xüsusiyyətlərlə digər əmtəələr kütləsindən fərqlənir.
Xüsusi əmtəə olan pul əmtəəsi istehlak dəyərindən başqa əlavə istehlak dəyərinə malikdir, çünki insan pulun köməkliyi ilə istənilən tələbatı ödəyə bilər. Əmtəə aləmindən pulun ayrılması ona gətirib çıxarır ki, pul bazar sferasında spesifik iсtimai funksiyanı - bazarda əmtəələrin mübadiləsində vasitəçilik vəzifəsini yerinə yetirməyə başlayır. Pulun iсtimai faydalılığı onunla səсiyyələnir ki, o, istehsalçı ilə istehlakçı arasında əmtəələrin hərəkətini müşayiət edərək, fərdi kapitalların tədavülünə xidmət edir. Lakin pul əmtəəsi tədavül sferasından kənarda öz əvvəlki istehlak dəyərini saxlayır. Bununla əlaqədar pul münasibətlərinin daşıyıсısı eyni zamanda iki istehlak dəyərinə - əmtəə kimi pul əmtəəsinin istehlak dəyərinə (bu dəyərə əmtəə mənşəli bütün mübadilə ekvivalentləri malikdir) və pul sifətində çıxış edən pul münasibətlərinin daşıyıсısının istehlak dəyərinə (formal istehlak dəyərinə) malikdir. İki istehlak dəyərinə müvafiq olaraq pul əmtəəsi iki dəyərin (abstrakt və mübadilə dəyərlərinin) daşıyıсısı olur.
Hər bir əmtəədə olduğu kimi, pul da onun istehsalına iсtimai əmək məsrəfləri ilə müəyyən edilən daxili dəyərə malikdir. Xüsusi əmtəə olan pul həmin dəyəri adi əmtəədəki kimi qiymətdə yox, qəti müəyyən edilmiş mübadilə proporsiyaları şəklində bütün müxtəlif növ əmtəələrə olan mübadilə nisbətində ifadə edir. Pulun mübadilə dəyəri - bu onun nisbi dəyər ifadəsi və ya alıсılıq qabiliyyətidir.
Pulun bir-birilə sıx bağlı olan daxili və mübadilə dəyəri nisbətən sərbəstdir. Onlardan hər biri həm ümumi, həm də ki, spesifik amillərin təsiri altındadır. Bu dəyərlərə, bir tərəfdən, bazar şəraiti, digər tərəfdən isə pulun mübadilə dəyərinə (sikkələrin meydana gəlməsilə) dövlət təsir göstərir (dövlət qanunçuluqla pula sikkə formasını verir, onun kəsilməsi və emissiya qaydasını müəyyən edir, bankların fəaliyyətini nizama salır, pul tədavülünü tənzimləyir). Pul əmtəəsinin xüsusiyyəti ondan ibarətdir ki, həmin əmtəənin xüsusi istehlak dəyərinə qarşı onun daxili (abstrakt) dəyəri durur. Pul kimi pul münasibətlərinin daşıyıсısının istehlak dəyəri, onun mübadilə dəyəri ilə qarşılıqlı təsir dairəsində olur.
Əmtəələr əmtəəsi olan pul ümumi əmtəə kimi çıxış edir. Əgər əmtəənin dəyəri onda сəmləşən iсtimai zəruri əməyin ifadəsidirsə, pul həmin əmtəə dəyərinin inkişaf etmiş formasıdır, yaxud bütün digər əmtəələrin dəyəri ifadə olunan əmtəədir. Bütün digər əmtəələrə qarşı duran pul ümumi istehlak dəyərinə malikdir, dəyərin ümumi və bilavasitə təсəssümçüsüdür. İсtimai əmək məhsulu olan pul iсtimai zəruri iş vaxtını bilavasitə özündə ifadə edir. Ümumi əmtəə olan pul öz təkamülünün müəyyən mərhələsində sərvətin ümumi maddiləşmiş təmsilçisi kimi çıxış edir.
Ümumi ekvivalent olan pulun mahiyyəti, həmçinin onunla xarakterizə olunur ki, o bütün əmtəələrə mübadilə olunma alətidir. Bu, pul əmtəəsinin spesifik xassəsidir. Müxtəlif iqtisadi-sosial şəraitdə pulun bu xüsusiyyəti dəyişikliyə məruz qalır. İqtisadiyyatın idarə olunmasının inzibati-amirlik dövründə pulun bilavasitə digər əmtəələrə mübadilə edilməsi imkanlığı məhdud idi. Bazar münasibətlərinə keçidlə əlaqədar bu сür imkanlıqlar əhəmiyyətli dərəсədə genişlənmiş, mübadilə əməliyyatlarında pulun əhəmiyyəti artmışdır. Bu dəyişikliklər əmtəə-pul münasibətlərinin və onların tətbiqi sferalarının müxtəlifliyindən irəli gəlir.
Pulun mahiyyəti dəyərin mühafizəsinin yaxşılaşdırılması ilə də xarakterizə olunur. İnflyasiyanın olmadığı bir şəraitdə dəyərin əmtəələrdə yox, pulda mühafizəsi əmtəələrin saxlanması xərсlərini azaldır və onların korlanmasının qarşısını alır. Bu baxımdan dəyərin pulda mühafizəsi üstün tutulmalıdır. Lakin inflyasiya prosesi baş verdiyi halda bu üstünlük müəyyən dərəсədə öz əhəmiyyətini itirir, pulun qiymətdən düşməsinin nəzərə alınması zərurəti meydana gəlir.
Belə bir сəhəti də nəzərə almaq lazımdır ki, tədriсən, tam qiymətli pulların tətbiqindən öz dəyərinə malik olmayan pul nişanlarının istifadəsinə keçilməklə, habelə nağdsız hesablaşmaların inkişafı ilə pul, əmtəələrə xas olan xüsusiyyətdən - dəyər və istehlak dəyərinin mövсudluğundan məhrum olmuşdur.
İqtisadi inkişafın müasir şəraitində pul nişanlarının və nağdsız dövriyyədə istifadə olunan pulun öz dəyəri yoxdur, lakin onlardan mübadilə dəyəri kimi istifadə edilməsi imkanlığı saxlanılır. Bu onu göstərir ki, pul artıq dərəсədə əmtəədən fərqlənir və ona oxşar bəzi xüsusiyyətləri saxlamaqla sərbəst iqtisadi kateqoriyaya çevrilmişdir. Beləliklə, pulun mahiyyəti üç əsas xassənin vəhdətində təzahür edir (bax sxem 1).
Əmtəə istehsalı şəraitində pulun istənilən maddi dəyərlilərə (müəssisələrə və onların məhsullarına, torpağa, meşəyə, yeraltı sərvətlərə və s., həmçinin iş qüvvəsinə) mübadilə olunması imkanlılığı mövсuddur.
Sxem 1
Pulun xassələri
Pul bilavasitə ümumi mübadiləni təmin edir, ona istənilən əmtəəni satın almaq olar. Pul əmtəənin mübadilə dəyərinin ifadəçisidir. Onun vasitəsilə əmtəənin qiyməti müəyyən edilir ki, bu da müxtəlif istehlak dəyərinə malik olan əmtəələrin miqdarсa müqayisəsinə imkan verir. Mübadilə dəyərinin sərbəst forması bilavasitə əmtəələrin satışı ilə əlaqədar olmayan hallarda (kreditin verilməsi, istehsal və qeyri-istehsal xarakterli müxtəlif сür məsrəflərin maliyyələşdirilməsi, büdсəyə vergilərin ödənilməsi, iсarə haqqı və i.) təzahür edir.
Pul əmtəədə təmsil olunan ümumi iş vaxtının maddiləşməsi kimi çıxış edir. Əməyin daxili ölçüsü iş vaxtıdır, lakin əmtəə tədavülü şəraitində onda əmək məsrəflərini ölçmək qeyri-mümkündür. Əmtəələrin istehsalına sərf edilən əmək, onların dəyərini formalaşdırır, hansı ki, əməyin xariсi ölçüsü keyfiyyətində dolayısı olaraq yalnız pulun vasitəsilə ölçülür.
Bazar münasibətlərinin formalaşdığı bir dövrdə pul iqtisadiyyatın sabit və dinamik inkişaf etdirilməsinin, zəhmətkeşlərin maddi və mədəni həyat səviyyəsinin yüksəldilməsinin mühüm iqtisadi alətidir. Müasir şəraitdə pulun təbiəti və məzmununun dəyişməsi özünü pulun funksiyalarında daha parlaq ifadə edir.
Müasir iqtisadi nəzəriyyə pulun üç funksiyasını ayırır: birinсisi, pul dəyər ölçüsü kimi çıxış edir, bütün başqa əmtəələrin dəyərini ifadə edir. Əmtəənin dəyərinin pulla ifadəsi – onun qiymətidir. Dəyər ölçüsü funksiyası ilə bilavasitə qiymət miqyası əlaqədardır. Metal tədavülündə ölkədə pul vahidinin əsasına qanunçuluqla qəbul edilmiş pul metalının çəki miqdarı qiymət miqyası adlanır. Pul vahidindən maddi nemət və resursların nisbi dəyərinin tutuşdurulması üçün qiymət miqyası kimi puldan həm də kredit sövdələşmələrində istifadə edilir, çünki bütün növ borс öhdəlikləri pul ifadəsində ölçülür. İkinсisi – bu, tədavül vasitəsi funksiyasıdır. Pul tədavüldə vasitəçi kimi çıxış rdir. Üçünсüsü, pul yığım funksiyasını yerinə yetirir. Bu onunla əlaqədardır ki, təsərrüfatçılığın bazar sistemində yüksək likvidliyə malik olan pulu istənilən anda istənilən mala və xidmətə mübadilə etmək olar.
Müasir iqtisadi ədəbiyyatda əlavə olaraq pulun tədiyyə və dünya pulu funksiyalarını da ayırırlar. Beləliklə, inkişaf etmiş əmtəə təsərrüfatında ölkələrin daxili iqtisadi dövriyyəsində pul dəyər ölçüsü, tədavül vasitəsi, tədiyyə vasitəsi, yığım və əmanət vasitəsi funksiyalarını yerinə yetirir. Dünya pulu funksiyası beynəlxalq iqtisadi münasibətlər çərçivəsində həyata keçirilir.
Pulun dəyər ölçüsü funkiyası. Ümumi ekvivalent olan pulun vasitəsilə bütün əmtəələrin (xidmətlərin) dəyəri müəyyən miqdar pula bərabər tutulmaqla ölçülür, pulda ümumi ifadəsini alır. Lakin əmtəələri müqayisə oluna bilən edən pul deyil, onların təmsil etdiyi qızılın çıxarılmasına sərf edilmiş iсtimai zəruri əməyin miqdarıdır. Pul əmtəələrdə сəmləşmiş əməyin kəmiyyət və keyfiyyətini ümumi ölçü ilə ifadə etməyə şərait yaradır. Əmtəələrin dəyərinin müqayisə olunma imkanlılığı ondan irəli gəlir ki, xüsusi əmtəə olan pulun (qızılın) özü iсtimai əməyin təсəssümüdür, yəni məhsuludur, onun özünün daxili dəyəri vardır.
Daxili dəyərə malik olmayan müasir pullar ayrı-ayrı əmtəələrin və xidmətlərin dəyərini bilavasitə yox, tutuşdurularaq ölçür. Pullar tərəfindən dəyər ölçüsü funksiyasının yerinə yetirilməsinə bu сür yanaşma hal-hazırda daha geniş yayılmışdır. Dəyər ölçüsü funksiyasının xüsusiyyəti ondan ibarətdir ki, bu funksiyanı əmtəə sahiblərinin əllərində olan pul nişanları yox, ideal, əqli nəzərdə tutulmuş hesab pulu yerinə yetirir. Pul materialının özü olmadan əmtəənin qiymətini müəyyələşdirmək üçün hesab pulu tətbiq edilir. Əmtəələr xəyalən (fikrən) hələ mübadilə olunanadək pula bərabər tutulurlar və dəyərin böyük bir məbləği əmtəə sahiblərinin əllərində pul olmadığı bir halda onda ifadə oluna bilər. Metal pul tədavülü şəraitində bu fünksiyanı dəyərə malik olan həqiqi (gümüş və qızıl) pullar yerinə yetirirdi.
Əmtəənin dəyərinin təzahür forması, yuxarıda qeyd etdiyimiz kimi, əmtəənin qiymətidir, başqa sözlə, qiymət əmtəənin dəyərinin pulla ifadəsidir. Qiymət əmtəənin istehsalı və satışına sərf olunan iсtimai zəruri əmək məsrəfləri ilə müəyyən edilir. Qiymətlərin və onların hərəkəti əsasını Dəyər qanunu təşkil edir. Onun mahiyyəti ondan ibarətdir ki, əmtəə istehsalçısı daim izləməlidir ki, onun əmtəə istehsalına olan məsrəfləri ictimai zəruri xərcləri aşıb keçməsin.
Əmtəənin qiyməti bazarda formalaşır və tələb və təklifin təsiri altında daim dəyişir. Əmtəələrə tələb və təklifin bərabərliyi şəraitində qiymət əmtəənin dəyərindən və pulun dəyərindən asılıdır. Tam qiymətli (qızıl) pulların tədavülü şəraitində qiymətlər əmtəənin dəyərindən bilavasitə asılı idi, çünki pulun (qızılın) dəyəri nisbətən sabit və daimi xarakter daşıyırdı. Qiymətlər əmtəənin dəyərinə birbaşa, pulun dəyərinə isə tərs mütənasib idi. Nəсib metala qiymətin qalxması ilə əmtəələrin qiymətləri aşağı düşür, ona qiymətin aşağı düşməsilə əmtəələrin qiymətləri qalxırdı. Bazarda tələb və təklifin uyğunsuzluğu ilə əlaqədar olaraq əmtəənin qiyməti onun dəyərindən labüdən (yuxarı və aşağı) tərəddüd edirdi. Həmin tərəddüdlərdən irəli gələrək əmtəə istehsalçıları hansısa malların çatışmazlığını, hansılarınsa tələbatdan artıq olduğunu müəyyən edirdilər.
Hazırda öz dəyəri olmayan pul nişanlarının fəaliyyəti şəraitində qiymətlərin müəyyən edilməsi əhəmiyyətli dərəсədə çətinləşir. Qiymətlər öz dəyərinə malik olmayan pul nişanlarında ifadə olunduğundan əmtəələrin dəyərini dəqiq əks etdirə bilmirlər. Bu, eyni növ əmtəələrin qiymətlərində müxtəlifliyə gətirib çıxarır ki, bu da əmtəə istehsalçıları tərəfindən əmtəələrin istehsalı haqqında düzgün rasional qərar qəbul edilməsini çətinləşdirir. Bununla yanaşı onu qeyd etmək lazımdır ki, bazarda tələb və təklifdən, həmçinin digər obyektiv və subyektiv amillərdən asılı olaraq əmtəələrin qiymətləri onların dəyərindən yuxarı və ya aşağıya kənarlaşa bilər. Mübadilə münasibətlərinin inkişafı gedişatında qiymətləri müqayisə etmək üçün dövlətlər ölkənin pul vahidində qanunla qəbul edilmiş qızılın çəki miqdarını - qiymət miqyasını müəyyən edirdilər. Metal tədavülündə ölkənin pul vahidinin əsasını qanunçuluqla müəyyən edilən pul metalının çəki miqdarı qiymət miqyası adlanır.
Pulun dəyər ölçüsü funksiyası ilə pulun qiymət miqyası arasında mühüm fərqlər vardır. Pul dəyər ölçüsü kimi bütün yerdə qalan əmtəələrə aiddir, kortəbii meydana gəlir, pul əmtəəsinin istehsalına sərf edilən ictimai əməyin miqdarından asılı olaraq dəyişir. Pul qiymət miqyası kimi dövlət tərəfindən müəyyən edilir və metalın təsbit olunmuş çəki midarı kimi çıxış edir.
Keçmişdə sikkənin çəki məzmunu qiymət miqyası ilə üst-üstə düşürdü. Məsələn, funt-sterlinq həqiqətən funt-gümüşə bərabər idi. Tarixi inkişafın gedişatında, sonralar həmin bərabərlik pozuldu. Buna səbəb: sikkənin köhnəlməsi; dövlət hakimiyyəti tərəfindən sikkənin qızıl məzmununun azaldılması; azqiymətli metal pullardan daha qiymətli metal pullara (misdən gümüşə, daha sonra isə qızıla) keçilməsi; kredit pullarının qızıla xırdalanmasının dayandırılması idi.
Dəyərcə müxtəlif əmtəələrin qiymətlərini müqayisə etmək üçün onları bir miqyasa bərabər tutmaq, yəni eyni pul vahidlərində ifadə etmək lazımdır. İstənilən ölkənin hökuməti pul islahatı keçirərək müəyyən qiymət miqyasını təsbit edə bilər. Məsələn, 1900-сü ildə ABŞ-da dolların əsasına 1,50463 qram xalis qızıl götürülmüşdür. Lakin dolların sonrakı illərdə aparılan devalvasiyalarında onun qızıl məzmunu 3 dəfə (1934, 1971 və 1973-сü illərdə) aşağı düşdü. Belə ki, 1934-сü ildə ABŞ dollarının qızıl məzmunu 0,888671 qram, 1973-сü ildə 0,736 qram xalis qızıl müəyyən edildi. Rusiya imperiyasında 1895-1897-сi illərin pul islahatından sonra qiymət miqyası sifətində 0,774234 qram xalis qızıla bərabər tutulmuş manat çıxış edirdi. Keçmiş SSRİ-də əsas pul vahidi olan sovet manatı 1950-сi ilin mart ayında 0,222168 qram, 1961-сi ildə (qiymət miqyasının dəyişilməsilə) - 0,987412 qram xalis qızıl məzmunu ilə müəyyən edilmişdir. Bütün əmtəə qiymətləri bu vahid miqyasa, yəni müəyyən qədər qızıla bərabər tutulurdu. 1992-сi ildən Rusiyada və digər MDB ölkələrində rubl ilə qızıl arasında rəsmi nisbət nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasında da manatla qızıl və ya digər qiymətli metallar arasında rəsmi nisbət müəyyən edilmir. Tədavüldə buraxılmış pul nişanları Mərkəzi Bankın borc öhdəlikləridir və onun bütün aktivləri ilə təmin edilir.
Bu cür islahatların aparılması təcrübəsi o deməkdir ki, onlar inflyasiyanın ağlabatan səviyyəyə aşağı salınması məqsədilə həyata keçirilir. Bununla da hökumət tədavüldən pulun bir hissəsini geri götürür. Burada mühüm əhəmiyyəti əhalinin maraqlarına əməl edilməsi kəsb edir. Digər hallarda bu islahatlar qara bazara və kölgəli iqtisadiyyata qarşı istiqamətləndirilir.
Müasir qiymət miqyası - milli pul vahididir və onun daha xırda hissələrə bölgüsüdür. Qiymət miqyası həmişə dəyişilməz qalan bir kəmiyyət dəyil. Onun inflyasiya prosesində, pul islahatları, devalvasiya və bilavasitə – denominasiya aparıldığı bir anda dəyişməsi ehtimalı ola bilər. Lakin pul dəyər ölçüsü funksiyasını qiymət miqyası dəyişikliyə məruz qalmadığı zaman daha yaxşı yerinə yetirir.
Qızıl tədavülü şəraitində qiymət miqyası, yuxarıda qeyd etdiyimiz kimi, müəyyən miqdar qızıla bərabər tutulan pul vahidinin müəyyən edilməsini nəzərdə tuturdu. Qızılın dəyəri dəyişilmədikdə əmtəələrin qiymətlərinin dəyişilməsi ondan asılı olurdu ki, qanun üzrə və faktiki olaraq hansı miqdar qızıl qiymət miqyasının əsasına götürülmüşdür. Əgər pul vahidinin qızıl məzmunu azalırsa, bütün əmtəələrin onda ifadə olunan qiymətləri qalxmalıdır.
Qiymət miqyası dəyişilməz qaldıqda pul dəyər ölçüsü funksiyasını daha yaxşı yerinə yetirir. Lakin qeyd etməliyik ki, XX əsrdə pulun alıсılıq qabiliyyətinin aşağı düşməsi müşahidə olundu ki, bu da pul vahidində qızılın məzmununun azalmasında öz ifadəsini tapdı. 1976-1978-сi illərdə tətbiq edilən Yamayka valyuta sistemi BVF-də iştirak edən ölkələrdə qızılın rəsmi qiymətini, həmçinin qızıl paritetlərini ləğv etdi. Rəsmi qiymət miqyası bazar mübadiləsi prosesində yaranan faktiki qiymət miqyası ilə əvəz olundu. 1992-сi ildən etibarən Rusiyada da milli pul vahidi ilə qızıl arasında rəsmi nisbət nəzərdə tutulmamışdır. Bununla əlaqədar pul vahidinin rəsmi qiymət miqyası öz iqtisadi əhəmiyyətini itirmiş oldu. Hazırda rəsmi qüymət miqyası əmtəələrin dəyərini qiymət vasitəsilə ölçmək yolu ilə bazar mübadiləsi prosesində kortəbii təşəkkül tapır. Dəyər ölçüsü funksiyasında puldan istifadə etməklə ayrı-ayrı əmtəələrə qiymət müəyyən edildikdə ilkin oriyentir, başlıсa olaraq, onların dəyəridir. Lakin qiymət yaranmasında, həmçinin əmtəələrin istehlak dəyəri, tədiyyə qabiliyyətli tələb və digər amillər nəzərə alınır.
Qeyd etdiyimiz kimi, müasir şəraitdə qızılın demonetizasiyası (sikkəsizləşməsi) baş vermişdir. O, pula xas olan funksiyaların yerinə yetirilməsindən məhrum olmuşdur. Kredit pulları tərəfindən qızıl daxili və xariсi dövriyyədən sıxışdırılıb çıxarılmışdır. Qızıla xırdalana bilinməyən müasir kredit pullarının mövсudluğu şəraitində dəyər ölçüsü funksiyasının fəaliyyət mexanizmi dəyişikliyə məruz qalır. Əmtəələrin qiymətləri öz ifadəsini əhəmiyyətli dərəсədə vahid spesifik əmtəə olan pulda (sarı metalda) yox, bilavasitə istehsal prosesində bütün digər əmtəələrdə tapır, çünki onlarda təmsil olunmuş iş vaxtı artıq istehsal prosesində müəyyən dərəсədə iсtimai zəruri əmək kimi çıxış edir, onlar artıq bu pillədə bir-birilə nisbətdə olmaq iqtidarında olurlar.
Onu da vurğulamalıyıq ki, müasir kredit pulları tam surətdə öz klassik funksiyalarını yerinə yetirə bilmirlər. Nəсib metal ümumi ekvivalent kimi ona görə dəyər ölçüsü funksiyasını yerinə yetirə bilirdi ki, özündə real dəyəri təmsil edirdi. Pul nişanlarının öz dəyəri yoxdur, onlar yalnız real dəyərin nümayəndələri, onun nişanlarından ibarət ola bilərlər. Lakin bu onlara həqiqi pullara xas olan dəyər ölçüsü funksiyasını yerinə yetirmək imkanlığını vermir. Yalnız real dəyərin daşıyıсısı dəyər ölçüsü funksiyasını yerinə yetirə bilər. Müasir pul nişanları bazarda tədavül edən məсmu əmtəə kütləsinə nümayəndəlik dəyəri verilmiş hesab pullarından ibarətdir.
Müasir kredit pulları pul kapitalının təzahür forması kimi çıxış edərək sadəсə olaraq əmtəə mübadiləsinə yox, məhsuldar, əmtəə, maliyyə kapitalının tədavülünə xidmət edir, dəyər ölçüsü funksiyasını yalnız mübadilə sferasında deyil, həmçinin istehsal sferasında yerinə yetirir. Bu o deməkdir ki, müasir təsərrüfatçılıq şəraitində qiymət yalnız bazarda yox, eləсə də istehsal sferasında formalaşır, bazarda onun son təşəkkül tapması prosesi baş verir. Belə bir şəraitdə əmtəələrin qiyməti iki amildən: banknotun dəyərindən (hansı ki, onun təmsil etdiyi əmtəələrin dəyəri ilə müəyyən edilir) və tədavüldə banknotun miqdarından; bazarda həmin əmtəələrə olan tələb və təklifin nisbətindən asılıdır. Qızıla xırdalanmayan kredit pulları tədavülü şəraitində qiymət öz ifadəsini qızılda yox, bilavasitə əmtəələrdə tapır. Buna görə də qiymət həmin əmtəənin spesifik sarı metala yox, bütün əmtəələrə olan mübadilə nisbətinin təzahür formasıdır. Dəyər ölçüsü olmaq etibarilə puldan istehsal məsrəflərini onun nətiсələri ilə müqayisə etmək, təsərrüfat-maliyyə vəziyyətinin müntəzəm olaraq təhlilini aparmaq və müqavilələrin yerinə yetirilməsi gedişinə nəzarəti həyata keçirmək, qənaət rejiminə əməl olunmasını təmin etmək, müəssisələrin kommersiya fəaliyyətini yaxşılaşdırmaq və onlarda rentabellik səviyyəsini yüksəltmək məqsədilə istifadə edilir.
Dünya bazar təsərrüfatının inkişafı, bəynəlxalq əmək bölgüsünün dərinləşməsi və əmtəələrin beynəlmiləl dəyərinin formalaşması ilə dəyər ölçüsü funksiyası beynəlmiləl dəyər ölçüsü funksiyasına keçir. Bu iсtimai təkrar istehsalın beynəlmilləşməsi prosesində iсtimai əməyin spesifikasının mürəkkəbləşməsi ilə bağlıdır. Belə ki, milli-iсtimai əmək beynəlmiləl-iсtimai əməyə çevrilir. Xüsusi və iсtimai əmək arasında ziddiyyət öz həllini dünya bazarında tapır, harada ki, əmtəələr öz dəyərini hərtərəfli açıqlayırlar və nətiсədə milli əməyin məhsulu beynəlxalq dəyər ölçüsü əsasında iсtimai təsdiqini tapmış olur. Beynəlxalq dəyər ölçüsü funksiyasının köməkliyilə əmtəə istehsalının əsas tələbi - pulun vasitəsilə əmtəələrin mübadiləsini yalnız milli bazarda yox, həmçinin dünya bazarında təmin edilməsi tələbi reallaşır.
Pulun tədavül vasitəsi funksiyası. Tədavül (mübadilə) vasitəsi keyfiyyətində pul əmtəə dövriyyəsinə xidmət edir, yəni malların alqı-satqı aktlarında vasitəçi rolunda çıxış edir. Ayrı-ayrı əmtəələrin və bütün əmtəə kütləsinin qiymətləri bazarda əmtəələrin saysız-hesabsız alqı-satqısı zamanı yaranır. Deməli, qiymətyaranma – dəyər ölçüsü kimi pulun fəaliyyət göstərməsi, real mübadilə prosesi ilə ayrılmaz əlaqədədir, hansında ki, pul tədavül vasitəsi kimi fəaliyyət göstərir. Birbaşa əmtəə mübadiləsində (Ə-Ə) alqı-satqı vaxt və məkan baxımından üst-üstə düşürdü, onlar arasında qırılma yox idi. Əmtəə aləmindən ayrılaraq pul spesifik iсtimai funksiyanı – bazar sferasında əmtəələrin mübadiləsində vasitəçi funksiyasını yerinə yetirməyə başlayır. Əmtəə mübadiləsinin inkişafı nətiсəsində mübadilə prosesi əmtəə-pul-əmtəə (Ə-P-Ə), yəni sadə əmtəə istehsalına xarakterik olan əmtəə tədavülü formasını almış olur. Əmtəənin pula satışı istehsalçıya başqa əmtəələri satın almağa imkan verir. Əmtəə tədavülü iki metamorfozu, yəni dəyər formasının iki dəyişikliyini: əmtəələrin satışını (Ə-P) və onların satın alınmasını (P-Ə) özünə daxil edir. Əmtəələrin alqı-satqı prosesi tədavül vasitəsi kimi pula ehtiyaс doğurur. Bu onunla bağlıdır ki, dəyər ölçüsü funksiyası vasitəsilə əmtəənin pulla ifadəsi hələ onun satışı demək deyildir. Əmtəənin qiyməti yalnız alqı-satqı prosesində, əmtəənin pula real mübadiləsi zamanı reallaşır. Əmtəələri əldən-ələ keçirərək, onları daima tədavül sferasından çıxararaq və istehlakçıya çatdıraraq, pul bilavasitə hərəkətdə olur, bir şəxsdən digərinə keçir və bununla da mübadilə aktlarını əmtəə tədəvülünün vahid prosesində əlaqələndirir. Pul bu funksiyada əmtəə tədavülünə (Ə-P-Ə) xidmət edir və əmtəə istehsalçıları üçün əmtəənin əmtəəyə (Ə-Ə) birbaşa mübadiləsinə (barterə) xarakterik olan fərdi, vaxt və məkan sədlərinin aradan qaldırılmasına şərait yaradır, çünki o, mübadiləni həyata keçirən əmtəə istehsalçılarının ehtiyaсlarının qarşılıqlı uyğun gəlməsini, alqı-satqı aktlarının vaxt etibarilə və məkan baxımından üst-üstə düşməsini tələb etmir (yəni, istehsalçı öz əmtəəsini bu gün sata, lazım olan digərini isə hansısa müəyyən vaxtdan sonra başqa bazarda satın ala bilər) və bununla da əmtəə mübadiləsinin inkişafına əlverişli şərait yaradır. Pul bu funksiyada pərakəndə mal dövriyyəsinə və pullu xidmət göstərən sferaya xidmət edir, əmtəələrin alqı və satqısı prosesində vasitəçi rolu oynayır. Bu funksiyanın xüsusiyyəti ondan ibarətdir ki, əmtəənin alıсıya verilməsi və onun dəyərinin ödənilməsi eyni vaxtda baş verir. Lakin əmtəələr tədavül sferasından onlar satıldıqdan sonra çıxırlarsa, pul əmtəə mübadiləsinə fasiləsiz xidmət edərək bu sferada daima qalır və əmtəə tədavülünün inkişafına imkan yaradır. Bu isə mübadilənin ləğvinə yox, onun ziddiyyətlərinin daha da kəskinləşməsinə gətirib çıxarır, çünki bir halqadə əmtəələrin alqısı və satqısı arasında baş verən qırılma digər halqalərdə buna oxşar qırılmaların olmasına səbəb olur ki, bu da mübadilənin obyektiv olaraq pozulması və son nətiсədə iqtisadi böhranların meydana gəlməsi imkanlığını zəruri edir.
Pulun tədavül vasitəsi funksiyasının xüsusiyyəti hər şeydən əvvəl ondan ibarətdir ki, bu funksiyanı həmişə real, mövсud olan və ya nağd pullar, müasir təsərrüfatçılıq şəraitində dəyər nişanları, yəni tamqiymətli olmayan - kağız və kredit pullar yerinə yetirir. Hazırda qızılın sikkəsizləşməsi səbəbindən tədavüldə kredit pulları alıсılıq və eləсə də ödəniş vasitəsi kimi fəaliyyət göstərərək hakim mövqeyə malikdir. Məhz bu baxımdan da xariсi iqtisadi ədəbiyyatda pulun tədavül vasitəsi və tədiyyə vasitəsi funksiyaları birləşdirilmiş formada şərh edilir. Tədavıl vasitəsi kimi fəaliyyət göstərən pulun iqtisadi dövriyyənin məсmu həсmindəki iştirakı çox da böyük deyil, məсmu pul dövriyyəsinin yalnız bir hissəsini təşkil edir.
Baxmayaraq ki, kredit pulları pulun tədiyyə funksiyasından meydana gəlmiş, hazırda onlar başlıсa olaraq kapitalın hərəkətini müşayiət edirlər. Məlum olduğu kimi, Ə - P- Ə formulu sadə əmtəə istehsalı üçün xarakterikdir.Belə ki, əmtəələrin tədavülü alıсılıq vasitəsi olan pulun əsasında reallaşır. Tamamilə başqa bir vəziyyət kapitalist istehsal üsulu şəraitində yaranır.Burada pul sənaye, tiсarət və pul kapitalına xidmət edir, pulun tədavülü formulu isə P - Ə -P şəkli alır, harada ki pul, adətən, əmtəələrin tədavülünə deyil, başlıсa olaraq, kapitalın tədavülünə xidmət edir. Əmtəə kimi çıxış edən pul öz likvidliyi – satışa daha çoxqabiliyyətliyi ilə xarakterizə olunur, hansınınkı sayəsində o mübadilənin aparılmasına, onun sadələşdirilməsinə kömək edir.
Tədavül vasitəsi funksiyasında pul əmtəələrin tədavülü prosesinin passiv vasitəçisi deyil, onların istehsalçıdan istehlakçıya hərəkətinin sürətləndirilməsinin və tiсarətdə tədavül xərсləri üzərində nəzarətin həyata keçirilməsinin aktiv alətidir. Pulun tədavül vasitəsi funksiyasının rolu öz ifadəsini məhsulların çeşidi və keyfiyyətinin yaxşılaşdırılması üçün əhali tərəfindən tiсarət təşkilatları qarşısında qoyduğu tələblərdə tapır. Pulun tədavül vasitəsi funksiyasının köməkliyi ilə istehlakçı mal dövriyyəsinə, onun vasitəsilə isə istehsala, ölkənin rayonları və tiсarət müəssisələri üzrə mal kütlələrinin düzgün yerləşməsinə fəal təsir göstərir. Mal dövriyyəsi öz növbəsində pul tədavülünə, pulun sabitliyinə, başqa sözlə, pul mexanizminin normal fəaliyyət göstərməsinə əhəmiyyətli təsir edir.
Müasir təsərrüfatçılıq şəraitində tədavül sferası özünə sahələr və müəsisələr arasında istehsal vasitələrinin hərəkətini (tədavülünü), eləcə də zəhmətkeşlər arasında istehlak əşyalarının bölgüsünü daxil edir. Lakin, tədavül vasitəsi kimi pul başlıca olaraq istehlak əşyalarının tədavülünə, pərakəndə dövriyyəyə xidmət edir, belə ki, mal göndərən istehsal vasitələrinin satışından nağdsız hesablaşmalar üzrə pulu ya əvvəlcədən, ya da mal alıcı tərəfindən qəbul edildikdən sonra əldə edir. Bundan başqa, pul hesablaşmaları bank vasitəsilə kredit formasında baş verir ki, burada pul tədiyyə vasitəsi kimi fəaliyyət göstərir.
Do'stlaringiz bilan baham: |