Titul siyahısı 200….. il üçün
Kapital xərcləri və obyektlərin adı
|
Tikinti başlayıb
ay və il
|
Smeta dəyəri
|
İlin əvvəlinə smeta dəyərinin qalığı
|
Kapital qoyuluşu planı
|
İstehsal güclərinin və əsas fondların istifadəyə verilməsi
|
cəmi
|
o cümlədən tikinti-quraşdırma işləri
|
cəmi
|
o cümlədən tikinti-quraşdırma işləri
|
cəmi
|
o cümlədən tikinti-quraşdırma işləri
|
işə salınmış istehsal gücləri (adı)
|
ölçü vahidi
|
miqdarı
|
işə salınmış əsas fondların maya dəyəri
|
işə salınma müddəti
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|
10
|
11
|
12
|
13
|
1. Cari ildə tikiləcək obyektlər
1) ……..
2) ……..
3) ……..
Cəmi
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
2. Cari ildə tikintisi qurtarmayan obyektlər
1) ……..
2) …….
o cümlədən:
başlanıb-qurtarmayan obyektlər …..
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sifarişçi __________________
(imza, vəzifəsi) Razılaşdırılıb:
Baş podratçı _____________
(imza, vəzifəsi)
Tikintinin titul siyahıları əsasında obyektlər üzrə «daxili titul siyahısı» tərtib olunur. Daxili titul siyahıları sifarişçi tərəfindən baş podratçı ilə razılaşma əsasında tərtib edilir.
Daxili titul siyahılarına daxil edilmiş obyektlər üç qrupa bölünür:
-
cari ildə istifadəyə veriləcək obyektlər – buraxılış obyektləri;
-
başlama və qurtarma müddətləri növbəti ilə keçən obyektlər;
-
tikintisinə cari ildə başlanıb, istismara verilməsi növbəti illərdə nəzərdə tutulmuş obyektlər – zadel.
Daxili titul siyahıları podrat müqavilə bağlanması və kapital qoyuluşunun maliyyələşdirilməsini rəsmiləşdirən əsas sənədlərdəndir.
12.8. Yerinə yetirilmiş işlər üzrə sifarişçi və podratçı arasında
hesablaşma qaydaları
Mövcud qaydalara görə hüquqi şəxslər arasında sahibkarlıq fəaliyyəti ilə əlaqədar hesablaşmalar, bir qayda olaraq, nağdsız formada həyata keçirilir. Bununla belə hesablaşmaların nağd formada aparılması da mümkündür.
Nağdsız hesablaşma banklar vasitəsilə, müştərilərin açdıqları hesablardan icra edilir. Kommersiya bankları nağdsız hesablaşmaları Mərkəzi Bankın müəyyən etdiyi qaydalara müvafiq hesablaşmaların aparılması qaydalarını xüsusi təlimatlarla müəyyənləşdirir. Burada həm nağdsız hesablaşmaların formaları, həm də onların yerinə yetirilməsi müddəti göstərilir. Nağdsız hesablaşmalar etibarlı olmaqla bərabər, həm də daha az dəyişikliklərə məruz qalır. Nağdsız hesablaşmaların etibarlılığı onların səhvsiz, müəyyən edilmiş vaxtda yerinə yetirilməsidir. Sifarişçi və mal satan əmin olmalıdır ki, vəsait vaxtında bir bank hesabından digərinə maneəsiz köçürüləcəkdir. Bu proses xüsusilə mal satan-podratçı üçün vacib hesab edilir ki, o, digərləri ilə hesablaşmalarda, habelə öz fəaliyyətini davam etdirmək üçün xammal-material almaqda vəsaitə ehtiyacı olmasın.
Nağdsız hesablaşmanın vacib keyfiyyət xüsusiyyətlərindən biri də onun səmərəliliyidir. Bu belə olmasa bu prosesin iştirakçıları daha səmərəli və ucuz hesablaşma formasını seçməyə can atarlar. Nağdsız hesablaşma sistemi bəzi prinsiplərə əsaslanır. İqtisadi ədəbiyyatda bu prinsiplərin əsas şərti kimi bütün müəssisə və təşkilatların mülkiyyət formasından asılı olmayaraq bank hesablarının mövcud olmasıdır. Təşkilatların pul vəsaitləri müstəsna olaraq bu hesablarda saxlanılır.
Digər prinsip ondan ibarətdir ki, nağdsız hesablaşmada vəsait sahibinin sərəncamı və razılığı ilə digər tərəfin hesabına köçürülə bilər. Nağdsız hesablaşmada digər prinsip tərəflərin sərbəst olaraq hesablaşma formasını seçmələridir. Bu sifarişçi və podratçının müstəqil qərar qəbul etmələrini, banklara isə yalnız vasitəçilik rolunun verildiyinə əyani sübutdur.
Nağdsız hesablaşmalarda bir vacib prinsip də ödəmələrin təcililiyidir. Başqa sözlə, hesablaşma əvvəlcədən müəyyən edilmiş vaxtda həyata keçirilir. Bu prinsip müştərilərin öz pul vəsaitlərindən daha məqsədəuyğun istifadə etmələrinə, pul dövriyyəsini təkmilləşdirməyə imkan verir. Beləliklə, nağdsız hesablaşmanın istənilən formasının qəbulundan asılı olmayaraq, bu tərəflərin marağına uyğun olmaqla, hesablaşmaların vaxtında həyata keçirilməsini təmin etməlidir.
Kapital qoyuluşunun maliyyələşdirilməsi prosesində sifarişçi ilə podratçı arasında yerinə yetirilmiş podrat işlər üzrə, eləcə də avadanlıq, tikinti materialları və məmulatların haqqının ödənilməsi üzrə hesablaşmalar həyata keçirilir. Bu hesablaşmalar aşağıdakı şərtlərin olmasını tələb edir.
- təsdiq edilmiş smeta-layihə sənədləri və tərəflər arasında bağlanmış podrat müqavilə;
- tikintisi qurtarmış obyektlərin qəbulu aktları və ya yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin müəyyən edilmiş formalarda banka təqdimi;
- işin dəyərinin ödənilməsi üzrə tərəflərin seçdiyi hesablaşma formasının banka verilməsi.
Mövcud qanunvericiliyə müvafiq sifarişçi yerinə yetirilmiş işlərin dəyərini podrat müqaviləyə və obyektin smeta-layihə sənədinə uyğun olaraq podratçı təşkilata ödəməlidir. Mövcud qaydalara görə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinin maliyyələşdirilməsi obyektlərin təsdiq edilmiş layihə-smeta sənədlərində, eləcə də tərəflər arasında bağlanmış illik podrat müqavilələrdə öz əksini tapmalıdır. Bir qayda olaraq yerinə yetirilmiş işlər:
- aylıq və ya rüblük yerinə yetirilmiş işlərin həcminə görə;
- mərhələlər üzrə yerinə yetirilmiş işlərə görə;
- obyekt tam qurtarıb istifadəyə verildikdən sonra hesablaşma üçün banka təqdim edilir.
Podratçı təşkilatın maliyyə vəziyyəti zəif olduqda, onun digər təşkilatlarla hesablaşmalarında problem olacağı təqdirdə, həmçinin tikilən obyektin texniki cəhətdən mürəkkəb olduğu şəraitdə aylıq və ya rüblük yerinə yetirilmiş işlər üzrə tərəflər arasında hesablaşma aparıla bilər. Hesablaşma 2, 2a, 2b və digər formalarda ola bilər. Bunun üçün podratçı təşkilat tərəfindən tikintiyə məsul şəxs (buna iş icraçısı, prorab və s. deyilir) yerinə yetirilmiş işlərin adı, miqdarı və məbləği haqqında ümumi məlumatları, eləcə də «üstəlik xərclər» və «plan yığımı» haqqında məlumatları hesablayaraq öz imzası və təmsil etdiyi təşkilatın dəyirmi (rəsmi) möhürü ilə təsdiqləyərək, həmin obyekt üzrə sifarişçi təşkilatın nümayəndəsinə (buna «texnadzor» deyilir) razılaşdırmaq və ödəməni təmin etmək məqsədilə verir. Sifarişçi təşkilatın nümayəndəsi sənəddə göstərilən bütün işləri bir daha yerində yoxlamaqla müvafiq dəyişikliklər (lazım gələrsə) etdikdən sonra onu öz imzası və təmsil etdiyi sifarişçi təşkilatın dairəvi möhürü ilə təsdiqləyərək hesablaşmanı həyata keçirmək məqsədilə «ödəmə tapşırığı» formasında özlərinə xidmət edən banka təqdim edilir. Nəzərə alınmalıdır ki, bu sənədlərin yalnız 1-ci nüsxələri (originalı) banka təqdim edilməlidir. Yerinə yetirilmiş işlər üzrə hesablaşma forması təxmini belə olur.
Forma 2a
Sıra №
|
İşlərin adı
|
Ölçü vahidi
|
Miqdarı
|
Vahidinin qiyməti (mal)
|
Məbəlği (man.)
|
|
1.
|
Divar işi
|
m2
|
100
|
15
|
1500
|
|
2.
|
Beton işi
|
m3
|
350
|
120
|
|
|
3.
|
Suvaq işi
|
|
|
|
|
|
4.
|
Qaynaq işi
|
|
|
|
|
|
5.
|
……….
|
|
|
|
|
|
|
Cəmi düzünə birbaşa xərclər
|
-
|
-
|
-
|
150.000
|
|
Üstəlik xərclər (20%)
|
-
|
-
|
-
|
30000
|
|
|
Smeta maya dəyəri
|
-
|
-
|
-
|
180.000,0
|
|
Plan yığımı (10%)
|
-
|
-
|
-
|
18000,0
|
|
|
Smeta dəyəri
|
|
|
|
198000,0
|
|
Bu o deməkdir ki, sifarişçi təşkilat podratçıya 198,0 min manat ödəməlidir. Baxmayaraq ki, yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri 150,0 min manat təşkil etmişdir. Digər sahələrdən fərqli olaraq tikintidə podratçı təşkilat öz fəaliyyətini təsdiq edilmiş layihə-smeta sənədləri əsasında həyata keçirir. Yəni maddi istehsalın digər sahələrindən fərqli olaraq bu sadə hazır məhsul ancaq «smeta dəyəri» ilə reallaşdırılır. Başqa sözlə, tikinti təşkilatında çalışan mühəndis-texniki işçilərin əməkhaqqı «üstəlik xərclər» hesabına, təşkilatın gəliri isə «plan yığımı» hesabına formalaşır. Sifarişçi təşkilatla podratçı arasında yerinə yetirilmiş işlərə görə hesablaşmanın bir forması da «mərhələlər üzrə» yerinə yetirilmiş işlərə münasib olur. Obyektlərin sadə və mürəkkəbliyindən, böyük və kiçikliyindən, həmçinin digər xüsusiyyətlərindən asılı olaraq layihə-smeta sənədləri tərtib edilərkən podratçı təşkilatla hesablaşma hansı mərhələlər üzrə aparılacaqsa, o əvvəlcədən müəyyənləşdirilir. Təcrübədə belə işlər 3 mərhələyə bölünür:
-
Yeraltı kommunikasiya işlərinin yerinə yetirilməsi ±0 səviyyəsi.
-
Karkasın quraşdırılması – orta və kiçik obyektlərdə bu bir mərhələdə, nisbətən iri obyektlərdə bir neçə mərhələdə ola bilər, məsələn, hər 3-4 mərtəbədən bir və s.
-
Obyekt üzrə daxili tamamlama işləri yerinə yetirildikdən sonra.
Podratçı təşkilat müqaviləyə müvafiq ayrı-ayrı mərhələləri yerinə yetirildikdən sonra, onu aktlaşdıraraq hesablaşma aparmaq üçün maliyyələşdirən banka təqdim etməlidir. Bütün hallarda «üstəlik xərclər» və «plan yığımı» nəzərə alınmalıdır.
Sifarişçi ilə podratçı təşkilat arasında yerinə yetirilmiş işlər üzrə hesablaşmanın bir forması da «obyekt tam qurtarıb sifarişçiyə təhvil verildikdən sonra» olanıdır. Belə hesablaşmalar nisbətən kiçik və sadə obyektlər üzrə həyata keçirilir ki, onların da inşa müddəti 2-3 ay çəkir. Belə obyektlərə kənd yerlərində məktəb, uşaq bağçası, ticarət və rabitə qovşağı obyektləri və digər iaşə obyektləri aid edilir. Belə obyektlər tikilib qurtardıqdan sonra müvafiq qaydada istismara qəbul edilir və hesablaşma üçün sənədlər sifarişçi təşkilata xidmət edən banka təqdim olunur.
Hesablaşmanın bütün formalarında banklar müvafiq nəzarəti həyata keçirməlidir. Nəzərə almaq lazımdır ki, sifarişçi ilə podratçı arasında baş verə biləcək iş birliyinə aid sənədlərin bir nüsxəsi və bir çox hallarda 1-ci nüsxəsi (təsdiq edilmiş layihə-smeta sənədi, daxili titul siyahısı, illik podrat müqavilə və s.) sifarişçiyə xidmət edən banka verilir. Bank hesablaşma üçün təqdim edilmiş aktları, özündə olan sənədlərlə yoxladıqdan sonra əməliyyatın aparılmasına sərəncam verir. Odur ki, həmin hesablaşmaların düzgünlüyünə banklar da məsuliyyət daşıyır.
Əsas məsələlərdən biri də tərəflər arasında hesablaşmaların təkmilləşdirilməsidir. Elə etmək lazımdır ki, obyekt sifarişçiyə təhvil verilənədək «aralıq» hesablaşmaların sayı mümkün qədər az olsun. Bu isə ilk növbədə podratçı təşkilatın maliyyə durumundan asılı olan məsələdir. Əgər podratçının maliyyə durumu güclüdürsə, o öz işçilərinin əmək haqqını vaxtında verə bilərsə, xammal-materialı ala bilirsə, nəqliyyat, enerji, yanacaq və digər qiymətlilərin alınmasında çətinlik çəkmirsə, bu halda yerinə yetirilmiş işlərin hesabını tez-tez yox, bir və ya iki dəfəyə apara bilər ki, bu da artıq söz-söhbətə səbəb olmaz, vəsaitdən daha səmərəli istifadə etməyə geniş imkanlar açar.
Bunlardan başqa, maliyyələşdirən banklar seçmə yolu ilə (burada əsasən iri obyektlər nəzərdə tutulur) vaxtaşırı tikilən obyektlərdə «nəzarət yoxlamaları» həyata keçirə bilər. Bunun üçün bankın işçiləri (mühəndis və kredit əməliyyatçısı) obyekt üzrə layihə-smeta sənədini banka təqdim edilmiş hesablaşma sənədlərini götürərək yerində yoxlamalar aparırlar. Bununla da hesablaşmanın faktik yerinə yetirilmiş işlərə uyğun olub-olmamasına nəzarət edirlər.
Bu gün respublikamızda, xüsusilə də Bakı şəhərində tikinti sektorunda baş verən xoşagəlməz söz-söhbətin bir səbəbi də bankların bu əməliyyatlarda iştirakının zəif olması və ya olmamasıdır. Buradan da vergidən yayınma halları, ikili hesabat, müxtəlif fondlara ayırmaların aparılmaması və s. məsələlər meydana gəlir.
Ümumiyyətlə, respublikamızda hesablaşma forması Mərkəzi Bankın təlimatı və mövcud qanunvericiliyə müvafiq müəyyən edilir. Mərkəzi Bankın təlimatına müvafiq olaraq respublika ərazisində aşağıdakı nağdsız hesablaşma formaları tətbiq edilir:
- ödəmə tapşırığı ilə hesablaşma;
- akkreditiv hesablaşma;
- çeklərlə hesablaşma;
- ödəmə tələbnamə-tapşırığı ilə hesablaşma;
- ödəmə tələbnaməsi ilə hesablaşma;
- inkasso hesablaşma forması.
Nağdsız hesablaşma forması bankın müştəriləri tərəfindən – bağlanmış müqavilədə əks olunmaqla sərbəst seçilir.
Ödəmə tapşırığı ilə hesablaşma hazırkı şəraitdə daha geniş yayılmışdır. Ödəmə tapşırığını sifarişçi təşkilat-vəsait sahibi tərəfindən yazaraq müvafiq qaydada rəsmiləşdirildikdən sonra özünə xidmət edən banka təqdim edir. Ödəmə tapşırığı qanunla müəyyən edilmiş vaxtda icra olunmalıdır.
Sifarişçinin hesabında tapşırığa müvafiq ödəmə üçün kifayət qədər vəsait olmadıqda bank ödəmə tapşırığını icra etməyə qəbul etmir. Əgər bank işçisinin günahı üzündən hesablaşma sənədi banka qəbul edilibsə, onun ödənişi hissə-hissə olmaqla, müvafiq kartotekaya köçürülərək tədricən həyata keçirilir. Ödəmə tapşırığı vasitəsilə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin, nəqliyyat və digər xidmətlərin, tikinti materiallarının, avadanlıq və əmtəələrin haqqı ödənilir, büdcəyə və digər təşkilatlara köçürmələr edilir.
Hesablaşmanın xarakteri və obyektindən asılı olaraq onlar əmtəə və qeyri-əmtəə hesablara bölünür. Əmtəə hesabları – yerinə yetirilmiş iş və xidmətlər avadanlıq və materiallar, eləcə də digər qiymətlilər üzrə hesablaşmalarda istifadə olunur. Bu halda ödəmə tapşırığına əlavə olaraq banka hesab-faktura (qaimə) da təqdim edilir. Büdcəyə ödəmələrdə, vergi ödəmələri, təhsil və digər xidməti ödəmələrdə ödəmə tapşırığına heç bir əlavə edilmədən, sadəcə hesablaşmanın məqsədi göstərilir. Bu qeyri-əmtəə hesablaşma adlanır.
Nağdsız hesablaşmaların geniş yayılmış formalarından biri də akkreditiv formada hesablaşmadır. Akkreditiv emitent – bank tərəfindən malalanın – sifarişçinin şərti pul öhdəliyini öz üzərinə götürməsidir. Bu halda malsatan müvafiq hesablaşma sənədlərini banka təqdim etməklə pul vəsaitini ala bilər.
Akkreditiv hesablaşma forması müxtəlif ölkələr və şəhərlərdə fəaliyyət göstərən təşkilatlar arasında aparılır.
Akkreditiv hesabı açımaq üçün malalan (sifarişçi) özünə xidmət edən banka müəyyən edilmiş formada ərizə ilə müraciət edərək, malsatan təşkilata xidmət edən bankda, onun adına akkreditiv hesabının açılmasını xahiş edir. Ərizədə akkreditivin forması, şərtləri, alınacaq əmtəənin adı akkreditivin müddəti, məbləği və digər məlumatlar verilməlidir. Malsatan təşkilat akkreditiv razılaşmasına müvafiq tələb edilən avadanlığı sifarişçi təşkilata yola saldıqdan sonra, nəqliyyat sənədlərilə birlikdə özünə xidmət edən banka təqdim edir. Bank təqdim edilən hesablaşma sənədlərini yoxladıqdan sonra tələb olunan vəsaiti akkreditiv hesabından malsatan təşkilatın hesabına köçürür. Akkreditivlər geri çağrılan və geri çağrılmayan ola bilər. Geri çağrılan akkreditiv formasında emitenet bank malalanın – sifarişçinin göstərişi ilə malsatan təşkilat və ona xidmət edən bankla məsləhətləşmədən akkreditivin şərtlərini dəyişdirə və ya onu ləğv edə bilər.
Geri çağrılmayan akkreditiv formasında, malsatan təşkilatın razılığı olmadan akkreditiv şərtləri dəyişdirilə bilməz.
Akkreditiv hesabı razılaşdırılmış müddət başa çatdıqdan sonra bağlanılır. İstifadə edilməyən vəsait qalarsa, o sifarişçi-malalan təşkilatın hesabına qaytarılır. Çeklər vasitəsilə hesablaşma nağdsız hesablaşmanın bir formasıdır. Çek qiymətli kağız olub, heç nə ilə şərtlənməyən çek sahibinin göstərişi ilə həyata keçirilən hesablaşma formasıdır. Çek verən hüquqi və fiziki şəxs olub, bankda hesabı və vəsaiti olmalıdır. Bank, vəsait sahibinin xahişi ilə həmin vəsiatin bir hissəsinin çek vasitəsilə istifadə edilməsinə görə müştəriyə çek kitabçası verir.
Çek kitabçaları «limitli» və «limitsiz», eləcə də «adlı» və «təqdim edənə» ola bilər. Ölkəmizdə çeklər vasitəsilə hesablaşma geniş yayılmamışdır. Çeklər vasitəsilə hesablaşma əsasən poçt-teleqraf xərclərini, dəftərxana xərclərini, nəqliyyat-xidmət xərclərini və s. ödəməkdə istifadə olunur. Çeklər yazıldığı gündən 10 gün ərzində banka təqdim edilə bilər. Ödəmə-tələbnamə tapşırığı vasitəsilə hesablaşma malsatan təşkilatın geniş istifadə etdiyi nağdsız hesablaşma formasıdır. Ödəmə-tələbnamə tapşırığı yola salınmış məhsullar, yerinə yetirilmiş işlər, göstərilən xidmətlər və başqa hesablaşmaları aparmaq məqsədilə istifadə olunur. Ödəmə-tələbnamə tapşırığı müəyyən edilmiş blank-formada mal göndərən təşkilat tərəfindən hazırlanaraq özünə xidmət edən banka təqdim edilir. Bu hseablaşma forması həm eyni şəhərdə, həm də müxtəlif şəhərlərdə fəaliyyət göstərən müştərilərə xidmət edir. Ödəmə-tələbnamə tapşırığı malalan təşkilata xidmət edən banka daxil olduğu vaxtdan 3 iş günü ərzində icra olunmalıdır. Mal alan təşkilat ödəmə-tələbnamə tapşırığından tam və ya qismən imtina edə bilər. Hər iki halda banka yazılı imtinanın səbəbləri göstərilməklə xəbərdarlıq edilməlidir.
İnkasso formasında hesablaşma bank əməliyyatı olub, emitent-bank tərəfindən müştərinin tapşırığı və vəsaiti hesabına malgöndərənin hesablaşma sənədlərini ödəməsidir. İnkasso hesablaşma forması, ödəmə tapşırığı vasitəsilə həyata keçirilir. Ödəmə tapşırığı emitent bankda qeydiyyatdan keçir və tam ödənildikdən sonra sifarişçinin hesabından silinir.
İnkasso tapşırığı, vəsaitin mal alan təşkilatın hesabından silinməsi mütləq olan hesablaşma sənədidir. İnkasso tapşırığı aşağıdakı hallarda tətbiq edilir:
-
pul vəsaitinin qanunvericilik qaydasında silinməsi;
-
icra sənədləri üzrə (məhkəmə qərarı, müxtəlif köçürmələr) vəsaitin silinməsi;
-
müqavilə şərtlərinə görə, malalan təşkilatın özünə xidmət edən banka onunla razılaşmadan vəsaitin silinməsi tapşırığı verdiyi hallarda.
Bank üç gün ərzində inkasso tapşırığını icra etməlidir. İnkasso tapşırığının qanunvericiliyə uyğun və düzgünlüyünə vəsaitə iddiaçı təşkilat (malsatan) məsuliyyət daşıyır.
Sovetlər sistemi dağılanadək tikintidə qiymət və qəbul edilən smeta normativləri o vaxtkı qaydalara müvafiq uzun müddətə nəzərdə tutulmuş pərakəndə qiymətlər, enerji və nəqliyyat daşımaları, tarifləri və digər normativlərə əsaslanırdı. Müasir şəraitdə, müstəqil dövlətlərin bazar iqtisadiyyatına keçmələri, inflyasiyanın mövcudluğu və digər amillərin təsirindən tikintidə qiymətlər mərhələlər üzrə müəyyənləşdirilir.
Birinci mərhələdə texniki-iqtisadi əsaslandırma nəticəsində tikiləcək obyektin dəyəri təxmini olaraq, məhsul vahidinə kapital qoyuluşu normativinə müvafiq müəyyən edilir. Obyektin yekun smeta dəyəri isə, növbəti mərhələdə layihə-smeta sənədlərinin tərtibi və təsdiqi nəticəsində müəyyənləşdirilir. Bu mərhələdə lokal və obyektlər üzrə smeta dəyəri, ayrı-ayrı işlərin dəyəri və bütövlükdə obyektin ümumi smeta dəyəri təyin edilir.
Obyektin smeta dəyəri – birbaşa (düzünə) xərclərdən, üstəlik xərclərdən və plan yığımından ibarətdir. Beləliklə, tikinti məhsulunun smeta qiymətini belə yazmaq olar:
Sq = Dx + Üx + Py
burada:
Sq – smeta qiyməti;
Dx – düzünə xərcləri;
Üx – üstəlik xərcləri;
Py – plan yığımını göstərir.
Smeta dəyəri – tikiləcək obyekt üçün tələb edilən kapital qoyuluşunun məbləği və oybektin qiymətidir. Tikinti-quraşdırma işlərinin dəyərinə müvafiq sifarişçi ilə podratçı arasında «baş podrat müqavilə» və «illik podrat müqavilə» bağlanır. Baş podrat müqavilə bütövlükdə obyekt üzrə tikinti-quraşdırma işlərinə, illik podrat müqavilə isə cari il üçün nəzərdə tutulmuş tikinti-quraşdırma işlərinə bağlanır. Bu müqavilələr baş podratçı təşkilatla bağlanır. Öz növbəsində baş podratçı təşkilat obyekt üzrə xüsusi işlərin (daxili tamamlama elektrik, istilik, qaz və s.) yerinə yetirilməsi üçün ixtisaslaşmış tikinti təşkilatlarını dəvət edərək onlarla subpodrat müqavilə bağlayaraq, həmin işlərin yerinə yetirilməsini onlara həvalə edir. Subpodratçı təşkilatın yerinə yetirdikləri işlərin keyfiyyətinə və onlarla hesablaşmanı baş-podratçı təşkilat aparır.
Bütövlükdə sifarişçi ilə podratçı təşkilat arasında yerinə yetirilmiş işlər üzrə hesablaşma müxtəlif formalarda – rüblük yerinə yetirilən işlərə görə, mərhələlərlə yerinə yetirilmiş işlər üzrə, eləcə də obyekt tam istifadəyə verildikdən sonra aparıla bilər. Hesablaşma forması layihə-smeta sənədində göstərilməklə, podrat müqavilədə də əks olunur. Tərəflər müqavilə şərtlərinə əməl etməklə yerinə yetirilmiş işlər üzrə vaxıtnda hesablaşma aparmalıdır.
Do'stlaringiz bilan baham: |