SÖZLÜ KAYNAKLAR
• Kaynak kişi 1. Adı: Hüseyin, Soyadı: Yeşil, Doğum yeri, yılı: Iğdır 1955, Eğitimi: Lise ve Necef Medreseleri
• Kaynak kişi 2. Adı: Gülter, Soyadı: Beder, Doğum yeri, yılı: Kars 1956, Eğitimi: Kars Öğretmen Okulu
• Kaynak kişi 3. Adı: Murat Ali, Soyadı: Aras, Doğum yeri, yılı: Iğdır 1983, Eğitimi: üniversite
• Kaynak kişi 4. Adı: Eyüp, Soyadı: Ulusöz, Doğum yeri, yılı: Iğdır 1981, Eğitimi: Kum Medresesi
• Kaynak kişi 5. Adı: Servet, Soyadı: İlbeyi, Doğum yeri, yılı: Iğdır 1981, Eğitimi: Yüksek Okul
• Kaynak kişi 6. Adı: Yavuz, Soyadı: Beder, Doğum yeri, yılı: Iğdır 1945, Eğitimi: Kars Öğretmen Okulu
Ələddin Eyvazov
«Kİtabİ - Dədə Qorqud» dastanları
və Qafqaz Ərazİsİ
Резюме
В докладе дается информация о событиях, произошедших в эпосе «Китаби Деде Коркуд», будучи самым большим «Огузнаме» и образцом жизни Огузов, их места проживания, друзья и враги упомянуты здесь на фоне этих событий. Ученые утверждают, соглашаясь с идеями В.Жирмунского, А.Кононова, акад. Бартольда, что возможно отделить этот эпос от Кавказа. русский тюрколог Л.Гумилев сказал, что все тюркские племена обосновались на территории Кавказа от Алтая до запада.
Ключевые слова: эпос, «»Китаби-Деде Коркуд», Кавказ
Abstract
In this subject the information is given about the events occurred in “Kitabi-Dede Gorgud” epos being the biggest “Oghuznama” and the mode of life of oghuz, their living places? neighbors, friends and enemies in the background of these events are mentioned here, the ideas of world turkologists on “Epos” are enumerated and to whom its belonging is mentioned.
Keywords: epos, “Kitabi-Dede Gorgud”, Caucasis
“Kitabi-Dədə-Qorqud” dastanı qiymətli bir abidə kimi həmişə aktualdır. Dastan bizim üçün Azərbaycan dilinin ən qədim milli-mədəni və tarixi abidəsidir. Epos müxtəlif “Oğuznamə”lərdən öz həcmi ilə fərqlənir. Prof. Ə. Dəmircizadə yazır:.... ”Dədə Qorqud” dastanlarının bizə mə”lum olan əlyazma nüsxələrindən Drezdən nüsxəsinin üstündə yazılmış əla lisan-taifeyi-Oğuzan- -yəni “oğuz tayfaları dilində” ifadəsinə əsaslanaraq bu dastanların bir qəbilə dilində-oğuz qəbiləsi dilində olması haqqında mülahizə söylənilmişdir.
“Kitabi-Dədə Qorqud” adına sonrakı tədqiqatçılar “dastan” və ya “dastanları” sözünü də də artırmışlar. J.Seyidov bu haqda yazır: “Kitabi-Dədə Qorqud” dastanı”, “Kitabi-Dədə Qorqud” dastanları”. Birinci halda boylar bütöv halda bir dastanın qolları kimi alınır, ikinci halda hər boy bir dastan kimi qəbul edilir. Bu, tədris işində də bir qədər çətinlik əmələ gətirir. Fikrimizcə, “Kitabi-Dədə Qorqud” dastanı” kimi işlətmək daha uyğundur.” 71 s.
“Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqının qədim dövlətçilik qayda-qanunlarını, ərazisini, adət-ən”ənələrini, əxlaqını, milli psixologiyasını əks elətdirən qiymətli abidədir. Dastanın boylarında ən yığcam, rəngarəng hadisələr təsvir olunmuşdur ki, bu hadisələr xalqımızın uzaq keçmişindən bu günə qədər gələn tarixi nəsihətləri, ulu əcdad vəsiyyətləridir. Bütün bu hikmətli nəsihətlər və vəsiyyətlər oğuz elinin bilicisi Dədə Qorqudun dili ilə söylənilir. “Dastanı”ın tədqiqi dünən, bu gün və gələcəkdə daim yeni sirləri açmaqla, mühüm əhəmiyyətə malikdir. Burada oğuz tayfalarından səkkizi xatırlanır. Bunlar: bayat, qayı, bayındır, Salur, düyər, Qınıq, Qanlı, Bəngdüz tayfalarıdır. Prof. M.Yusifov yazır: “ Qədim Oğuzlara məxsus qəbilə-tayfa birləşmələrinin adları orta əsr tarixçilərinin və alimlərinin əsərlərində də qeydə alınmışdır. Məsələn, Fəzlullah Rəşidəddinin “Cami ət-təvarix” / Cəmi tarixlər /, Yazıçı oğlu Əlinin” Tarixi Ali Səlcuq”/ Səlcuq ailəsinin tarixi/, Əbül Qazi xanın / Xivəli-E.Ə./ “Şəcəreyi tərakimə”/ Türklərin tarixi nəsilləri/ əsərlərində qədim oğuzların 24 qəbilə-tayfa birliklərinin adı göstərilir. Mahmud Kaşqarının “divan”ında isə bunların 22-sinin adı sadalanır. Boy kimi verilən bu adlar əslində qədim Oğuzaların daxili dövlətçilik quruluşu ilə bağlı olmuşdur. “Kitabi-Dədə Qorqud” dastanı da boy adlandırılır. Ancaq bu dastan 12 boy şəklindədir. Oğuzların 24 boydan ibarət olmasını nəzərə alsaq, dastanın ən azı 24 boydan ibarət olduğu fikrini irəli sürmək mümkündür 2.
“Kitabi-dədə Qorqud” dastanı çox geniş tədqiqat obyektidir. Dastan dilçi, ədəbiyyatçı, tarixçi, etnoqrafçı, coğrafiyaçı, hətta riyaziyyatçı alimlərin tədqiqatı üçün geniş imkanlar verir. Xalqımızın milli-azadlıq mübarizəsi, qalaları, şəhərləri, çayları, gölləri və digər obyektləri dastanda xatırlanır ki, bu adların çoxu indi də yaşamaqdadır. Qazan xanın adı ilə bağlı yurdlar, qalalar, yaylaqlar Azərbaycanda, Gürcüstanda, Ermənistanda, hətta hər hansı bir ərazinin müxtəlif yerlərində diqqəti cəlb edir. Bu adlar çox dərin tarixi qaynaqlardan xəbər verir, çox mətləbləri özündə mühafizə edir.
“Dastan” müxtəlif istiqamətlərdə Azərbaycanda, digər türk dilli ölkələrdə, hətta əcnəbi türkoloqların tədqiqatlarında mühüm yer tutmuşdur. “Dastan” ın dilinin bugünkü Azərbaycan dilinə bir daha yaxın olmasını nümayiş etdirən bu tədqiqat sübut etməyə çalışacaqdır ki, “Dastan” türk xalqları içərisində istər dil, istər coğrafi baxımdan məhz ilk öncə Azərbaycan xalqına məxsusdur. “Dastan”ın dilində bugünkü Azərbaycan dili faktları ilə üst-üstə düşən dil faktları bunu sübut edir.
XI-XIV əsrlərdə uyğur əlifbası ilə yazılmış bir “Oğuznamə”də isə türk tayfalarının inamları və Oğuz Qağanla bağlı yürüşləri öz bədii ifadəsini tapmışdır. Burada Oğuz Qağanın işıq şüasından doğulduğu, üzünün mavi, ağzının qırmızı, gözünün ala, tüklərinin qara olması göstərilir. Oğuzun ayaqları öküz ayağına, beli qurda, kürəkləri samur kürəyinə, döşü ayı döşünə bənzəyirdi. Boz qurd Oğuza həmişə kömək olur. Onlar birlikdə şər qüvvələrə qarşı vuruşurlar.
Qədim “Oğuznamə”lərin ən böyüyü və məşhuru “Kitabi-dədə Qorqud”-dur.
Bartolddan başqa rus alimlərindən Jirmunski V.M /, A.H. Kononovla birlikdə 1962-ci ildə Bartoldun hazırladığı materialları rus dilində çap edir. Kitaba üç məqalə də salınır. Məqalənin biri Bartolda məxsusdur. Bartold “Turetskiy epos i Kavkaz” adlanan əsərində/ məqalə / 112,109-120/ dastanı türkmənlərə aid edir. Lakin sonda bu qənaətə gəlir ki, dastanı Qafqazdan təcrid etmək mümkün deyil. Kitabda verilən ikinci məqalə “Kitabi-Qorqud” və onun erkən orta əsr türkmən cəmiyyətinin öyrənilməsində rolu” adlı A.J. Jakubovskinin əsəridir. Müəllif bu məqaləsində oğuz eposunun islam dinindən əvvəl yarandığını hesab edir. “Kniqa moeqo deda Korkuda” kitabinda üçüncü məqalə V.M. Jirmunckinin “Oğuz qəhramanlıq eposu və “Qorqudun kitabi” adlanır. Jirmunski “Kitabi-Dədə Qorqud” dastanı haqqında çap olunan əsərləri saf-çürük edir, öz münasibətini bildirir. Müəllifə görə IX-Xəsrlərdə dastan meydana çıxsa da bəzi boylar lap qədimlərə gedib çıxır / Domrul və b.
Jirmunski boyları digər türk dastanları ilə müqayisəli şərh edir. Məsələn “Bamsı Beyrək” və “Alpamış” dastanı haqqında “Türk qəhrəmanlıq eposu” əsərində geniş izahlar vardır.
“Kitabi-Dədə Qorqud” 1972-ci ildə Amerikada / Texasda /, 1974-cü ildə Londonda ingilis, 1958-ci ildə Sürixdə alman və 1978-ci ildə Təbrizdə fars dilində çapdan buraxılmışdır (67,40). Yazıçı-jurnalist Ə.Fərzəli “Dədə Qorqud” dastanları ilə bağlı lirik-elmi mülahizələrini toplayaraq iki kitab çap etdirmişdir. Burada əsas elmi leytmotiv kimi OD tədqiqatın mərkəzində dayanmışdır.
“Kitabi-Dədə Qorqud” dastanları haqqında xeyli əmək sərf edən və nəhayətdə böyük bir elmi məqalə və gözəl bədii əsər / povest, sonra kino senari / yazmış Xalq yazıçısı Anarın xidməti böyükdür. Nəzərə almaq lazımdır ki, Anar elmi fikirlərini bədii yazısından həcmçə artıq etmişdir. 7 (125-216), 14 (203-260). Məqalə 109 səhifə, povest isə 77 səhifədir/ Müəllif digər tədqiqatçılardan irəli gedərək həm qədim mənbələri, həm də onun xahişi ilə “Kitabi-Diyarbökriyyəni”/ müəllifi Əbubəkr Tehrani XVI əsr/ tərcümə edən tarixçi Oqtay Əfəndiyevə təşəkkürünü bildirir. Burada maraqlı bir şəcərə vardır. Bayandur xan Ağqoyunlu hökmdarı Uzun həsənin 53-cü babası kimi göstərilir. Bu yarıreal, yarı əfsanə şəçərə 60-cı nəsildə gedib Nuh peyğəmbərə çatır. Nuhun oğlu.
Nəvəsi və nəsli aşağıdakı sırada gəlir: Yafəs, Əbülçə xan, dib Vaquy, Qaraxan, Oğuz, Günxan, Bayandur xan. Deməli, bu şəçərəyə görə Bayandur xan Gün xanın oğlu, Oğuzun nəvəsidir. Bayandurdan Uzun həsənə qədər keçən nəsillər arasında Bükdüz xan, Bayat xan, Salur xan, Biləkən və bəzi başqa adlar maraq doğurur / məsələn Biləkən adı yer-toponim kimi bu günkü Beyləqanda yaşayır və “Orxon-Yeniseyddə Bilgə Gağanı yada salır/. Anar yazır: “Kitabi-Diyarbəkriyyənin məzmunuyla və bu şəçərəylə məni tanış edən tarixçi Oqtay Əfəndiyevə təşəkkürümü bildirirəm. O.Əfəndiyevə görə 69 addan ibarət bu şəçərədə müəyyən adamların real tarixi şəxsiyyət olmaları qəti təsdiq edilə bilər. Məsələn Uzun həsənin 16-cı babası Şöktur xan Xəlifə Məmin və Əmin dövründə / VIII-IX əsrlər / yaşamışdır. 17-ci babası Qıpcaq xan VIII əsrdə Əlincədə döyüşmüş, 24-cü babası Sunqur bəy VI-VII əsrlərdə / islamdan qabaq / Alagöz / indiki Ermənistanda dağ-Araqats-E.Ə/ və Göyçə dənizinə gəlib çıxmışdır. Sonra Anar yazır: “Kitabi-Diyarbəkriyyədə verilən məlumatda “Padşah Bayandur xan/ “Kitabi-Dədə Qorqud”da da Bayandır xanı padşah adlandırırlar / İran, Turan, Rum, Şam, Misir, İfrənç, Xəta, Döşti, Qıpçağı istila etdi. Qarabağ qışlağı və Göyçə dəniz yaylaqlarında böyük qurultay çağırdı”.
Dastanla bağlı adları bəzi mənbələr də göstərmişlər. Məsələn, akad. Z.Bunyadovla Husaməddin Məmmədovun 21 iyun 1985-ci ildə “Ədəbiyyat və incəsənət” qazetində çap olmuş məqalədə müəlliflər maraqlı və əhəmiyyətli adlara fikir verir. 1728-ci ildə tərtib edilmiş “Vergi” dəftərində Qazaxda Alpout, Baysunqar, Qutkənd kimi kənd, Qorqud, Bayandır, Öküz, Uğur, Tərxan kimi şəxs adlarının olduğu göstərilir. Müəllifə görə digər yer adları da tarixi körpü əhəmiyyətini saxlayır. Quşçə, Quşçular / habelə İsmayıllıda Quşençə-Quşyengiçə, bəzi alimlərə görə hun qəbilələrindən olan Quşanlarla və məşhur Quşan dövlətiylə əlaqələndirilir / Onqon müxtəlif Oğuz qəbilələrinin rəmzi olan müqəddəs quşlardır. Qorqud personajlarıyla bağlı adlar: Dədə Günəş / Şamaxı /, Dədəli / Ağsu, Füzuli, Xaçmaz /, Bayandurulu / Mirbəşir/, Dondar Azaplı, Dondar Quşçu / Tovuz /, Dondarlı / Quba, Tovuz /, Saler / Şamxor /, Qamqam / Qam xan oğlu Bayandır /. Ulaşlı / Quba /, Ulaşlı Şıxlı / Göyçay-Ulaş oğlu Qazan /, Qazanbulaq, Qazançı / Qasım İsmayılov, Zəngilan, Xocavənd, Culfa /. Biliçi Qorqan / Biliçi Qorqud /-Dəvəçi /, Xatın bulaq / Füzuli /, Xatınçalı / Tovuz /, Xatınbəyli / Xocavənd /, Qıpçaq /Qax /, Quzanlı /Ağdam-Okçı Quzan / və s.
Boy ifadəsinin əlamətini Qazaxda Poylu kəndinin adında, Cəlilabadda Boyxanlı / kənd /, Boyəhmədli / Culfa, Ağdam /, Lerikdə Boykəndil və s. misallar çəkilir. Burada belə bir sual yarana bilər: Dastanla bağlı yer adları Azərbaycanda, yoxsa Türkiyədə daha çoxdur?!
Digər müəlliflər T. Hacıyev, K. Vəliyev “Azərbaycan dilinin tarixi” monoqrafiyasında bölgülər verərək dilimizi “tarixi qrammatika” və “ədəbi dil tarixi” mərhələləri üzrə-əlverişli üsulla öyrənməyə başlamışlar. Burada bütün tədqiqatlar tarixi abidələr üzərində aparılmışdır.
Deməli, Azərbaycan ərazisində yerli tayfalar, yəni türk tayfaları daimi məskun olduqları ərazidə bu proseslərə müəyyən münasibət bildirmişlər. Müəllif yazır: “Yəni bu zonada müxtəlif etnosların mühacirəti və ya “buraya gəlməsi həmişə” / spiralvari / olmuşdur. Bu fikir tarix ədəbiyyatında həmişə təkrarlanır. Söhbət isə yerli əhalidən gedir. Bəs yerli əhali kimlər idi? Rus alimi İ.M. Seçenovun elmi mülahizələrinə görə, Asiya türklərinə məxsus fizioloji quruluş dünyanın ilk antropoloji tiplərindəndir. Ona görə də türk etnosları, güman etmək olar ki, bu ərazinin ən qədim sakinlərindəndir (48, 15). Bu fikri L.N.Qumilev belə ifadə edir: “Türküt yenicə yaranırdı, ancaq türk dilləri Altaydan qərbə doğru quzların, kanqlı və peçeneqlərin, qədim bulqar və hunların yaşadığı əraziləri / Zaqafqaziya və bütövlükdə Qafqaz nəzərdə tutulur / əhatə edirdi” (57, 16). XII əsr ərəb tarixçisi Cürhumi göstərir ki, Azərbaycan qədimdən türklər ölkəsi sayılır, türklər çoxdan burada məskundurlar” (48, 16). Yeni eradan əvvəl IX əsrdə Kiçik Midiya satrapı Atropatın dövründə Makedoniyalı İsgəndərin yürüşündən danışan N. Gənçəvinin:
Se guh-e Xəzər ta be dərya-ye Çin həme tork, por tork binəm zəmin-Xəzər dağlarından Çin dəryasına qədər türkdür, hər yani türk alıb başına-misalı da həmin fikri təsdiqləyir (48, 17).
Bütün bu araşdırmaların kökü “Kitabi-Dədə Qorqud” da özünü açıq-aydın göstərir. Belə ki bu günkü Azərbaycan ədəbi dili dastanın dili ilə tamamilə uyğundur. Bunu bütün tədqiqatlar təsdiqləyir. İkincisi həmin dil oğuzların dilidir. Oğuzlar isə yerli və gəlmə oğuzlardır. Hətta onların arasında toqquşmalar da faktdır (Beyrək öldürüldüyü boy). Bundan başqa Qıpçaq Meliyin düşmən mövqeyində olması da dilin “assimilyasiya” ideyasına uyğun gəlmir və oğuzların 24 və ya 26 sancaq bəyliyi də “Qeyri-tayfa- qeyri-dil” anlayışını rədd edir. Lakin dilin sözalma və sözvermə xüsusiyyəti də bütün dünya dilləri üçün xarakterikdir və tarixi prosesdə bu özünü göctərməlidir. Oğuz dilinin bu günkü Azərbaycan dilindən bu qədər təcrid olunması səhv və yanlışdır. Bizcə, əgər bu məsələdə dilimizin bu günkü vəziyyəti ilə “Kitabi-Dədə Qorqud” dastanındakı vəziyyət az fərqlənirsə / bu tədqiqatçıların çoxunun əsərlərində təsdiq olunmuşdur / onda, Oğuz dilinin “ölü dil” şəklində gözdən salınması nə deməkdir?! Düzdür, həmin mənbədə / böyük Sovet Ensiklopediyası (13, 130). Oğuz dilindən müasir türk, Azərbaycan, türkmən və Qaqauz dillərinin törənməsi yazılmışdır, belə olduğu halda oğuz dili “ölü dil” kimi təqdim olunmamalıdır.
Ümumi fikrə gələrək belə deməyə haqqımız vardır ki, “Kitabi-Dədə Qorqud” un dili bu günkü Azərbaycan dilinin əsasıdır, bu ərazilərdə yaşayan bu günkü xalqın doğma dilidir, bizim xalqımızın ən qədim müdrik kəlamları, aforizmləri, zərb-məsələləri-sabit söz birləşmələri dastanda yaşamaqdadır. Bu günkü müasir Azərbaycan dili məhz bu oğuz dilindən ibarətdir. Bu məsələ ilə əlaqədar tədqiqatçıların əsərlərinə bir daha diqqətlə yanaşmaq daha vacibdir. Məsələn, prof. Ə.Dəmirçizadənin müddəalarının özündə həm müəyyən qədər tərəddüd, həm də məntiqi cəhətdən qırıqlıq vardır. O, yazır: “Nəzərə almaq lazımdır ki, bu dastanların dilində danışan oğuzlar hələ XII-XIII əsrlərdən əvvəl Orta Asiyada köçəri həyat sürən, müxtəlif tayfalarla o qədər də qaynayıb-qarışmamış olan, nisbətən daha saf qəbilə halında yaşayan əvvəlki oğuzlardan fərqlənən oğuzlardır... / sitatın sonrası var / Sual olunur: Bu “əvvəlki oğuzlar” kimlərdir? Müəllif sonra yazır:... bu oğuzlar hələ XI-XII əsrlərdən, bəlkə də daha əvvəllərdən Qafqaza gəlmiş, həm türk dilli, həm digər dilli yerlilərlə, həm də təqribən
Həmin dövrlərdə köçüb gələn digər türk dilli qəbilə və tayfalarla qaynayıb-qarışaraq dəyişən və yeni keyfiyyəti ilə azərbaycanlıların tərkib hissəsinə çevrilmiş olan oğuzlardır (39, 104). Göründüyü kimi bu deyilişdə “Qafqaza gəlmiş” ifadəsi dastandakı oğuzlara aiddirsə, “təqribən həmin dövrlərdə köçüb gələn” ifadəsi isə sonradan gələn oğuzlar mənasında işlənmişdir. Beləliklə, Müəllif burada həm “daş”, həm də “iç” oğuzların hamısını “Qafqaza gəlmiş” kimi qəbul edir ki, bu da əlbəttə qəbul edilə bilməz. İkinci hal isə / spiralvari” hal / tədqiqatçılar tərəfindən qəbul olunmuş variantdır. Bunun səbəbi isə ondan ibarətdir ki, böyük kaşğar ərazisindən ən azı Qafqaza qədər türklər üçün maneəsiz ərazilər olmuşdur və onlar istədiyi yerdə yaşamışlar. Əslində, dastanın özündə bu məsələlərin hamısının cavabı vardır. İ.M.Dyakonov Midiya ərazisindən, Həmədan yaxınlığından tapılan və e.ə. III minilliyə aid olan saqqallı kişi (şah) heykəlinin də belə tipə malik olduğunu söyləyir. Yampolski və Petruşevski isə bu fikirdə olmuşlar ki, XV əsrə qədər Azərbaycan ərazisinə gələnlər, Azərbaycan ərazisi tərəfindən assimilyasiya olunmuşdur. Yampolski Azərbaycanın şimalında və cənubunda üç türk etnosunun – turke /turuxi, turukki/, katariylər /keturlar/ və marların adını çəkir. Pomponi Mela və Pliniy, türklərlə yanaşı sarmatları da midiyalıların nəsilləri hesab edirlər . Azərbaycan ərazisində, Azərbaycan türklərinin yerləşməsi və formalaşması ilə bağlı X əsr akınlarını əsas götürənlər onu bilməlidir ki, e.ə. XIV əsrdə Turu vilayətində (Urmiya gölü ətrafında) turukkilərin yaşadığı faktdır və bu Urartu Kalaqaran yazılarında öz əksini tapmışdır (yenə orada). Bu fikirlə bağlı Q.Qeybullayev faktlar əsasında, e.ə. II minillyin zamanında Azərbaycanda kas, manqa (mana), maday, kaspi, alban, e.ə. I minilliyin I yarısında kimmer, iskutay, sak, sarmat, dondar və s. etnosları qeyd edir (2, s. 31).
«Kitabi Dədə –Qorqud» dastanında Qafqazda gedən siyasi çəkişmələr qonşu dövlətlərin münasibətləri öz əksini tapmışdır. Boylarda oğuzların dava və müharibələri əsasən türk tayfaları ( qıpçaq Məlik şöklü Məlik) və Gürcüstan dövləti). Tez-tez Dərbənd xatırlanır ki, bu da Qazan xanın əsasən şəhəridir. Göründüyü kimi «Kitabi Dədə-Qorqud» digər dövlətlərlə heç bir müharibələr aparmamışdır.
Bu gün tarixi saxtalaşdıran məlum qüvvələr iddia etməsinlər ki, onlar vxtilə Qafqazda hakimliyə sahib olmuşdular.
Do'stlaringiz bilan baham: |