Amea folklor institutu


Folk Pedagogy Of Azerbaijanis In Georgia



Download 40,44 Mb.
bet80/295
Sana21.02.2022
Hajmi40,44 Mb.
#16416
1   ...   76   77   78   79   80   81   82   83   ...   295
Folk Pedagogy Of Azerbaijanis In Georgia
(Based Collected of Valeh Hajilar's)
ABSTRACT: Georgia Azerbaijanis education, pedagogical heritage root of folk s pedagogy - oral folk literature of the samples collected in the region based on the. Examples of common folk began in region Borchaly specific components related to education, people's diplomacy, and national pedagogy see specific examples. These cloths more patriotic, the native home of love, faithfulness, kindness, forgiveness, courage, respect for parents is brought up as a noble moral qualities. Bayaties Borchali products of folk art, songs, children songs, children's games, family words, tales, legends, riddles, minstrel music, lyrics from this point of view, has a significant importance. As a resource, i.e. the first published compilation of Valeh Hajilar's “Azerbaijan Folklore: Borchaly-Qarapapaq” book to review samples.
Key Words: Borchaly, folk pedagogy
1. ÖN SÖZ
Gürcüstanda Azərbaycan milli mədəniyyətinin önəmli bir qolu var olmaqdadır, milli söz folklorumuz, ədəbiyyatımız da gəlişimini sürdürməkdədir.
Gürcüstan azərbaycanlılarının, başqa deyişlə, Borçalı Qarapapaqlarının söz folklorunun təməl özəllikləri və özgünlüklərini bəlirləyərsək; bu sahənin araşdırıcısı Valeh Hacıların (Hacıyevin) qənaəti səciyyəvidir: “Borçalı qədim Türk etnik-mədəniyyət sisteminin elmi-nəzəri cəhətdən şərhi üçün dəyərli materiallarla zəngin olan bir ərazidir” [6: 11].
Deməli:
• Borçalı-Qarapapaq folkloru qədim köklərə sahibdir;
• Borçalı-Qarapapaq folkloru Türk etnik mədəniyyətinin ayrılmaz tərkib hissəsidir;
• Borçalı-Qarapapaq folklorunun materialları elmi-nəzəri şərh üçün dəyərlidir;
• Borçalı-Qarapapaq folkloru zəngindir.
2. XALQ PEDAQOJİSİNİN VƏ XALQ TƏRBİYƏSİNİN ELMİ TANIMI XÜSUSUNDA
Dilçilikdə xalq dili, ədəbiyyatşünaslıqda xalq ədəbiyyatı, fəlsəfədə xalq fəlsəfəsi, hətta siyasətdə xalq diplomatiyası və bənzəri istilahlar işləndiyi kimi, pedaqogikada da xalq pedaqojisi və xalq tərbiyəsi terminlərindən istifadə olunur. Bu, elmi pedaqogikaya qarşılıq anlam daşıyır. Xalq pedaqojisinin, başqa deyişlə, etnik pedaqojinin nəzəri məsə­lələri Gürcü pedaqogika elmində Anton Xintibidze, Vasil Elaşvili, Nani Mamuladze və başqalarının, Azərbaycan pedaqogika elmində Əliheydər Həşimov, Fərahim Sadıqov, Əkbər Bayramov, Əjdər Ağayev, Əmrulla Paşayev, Fərrux Rüstəmov, Əsmər Bədəlova və başqalarının tədqiqatlarında ayrıntılı şəkildə araşdırılmaqdadır [9] [4] [7] [1] [8] [8] [11] [3] [10].
Modern musiqi üçün xalq musiqisi ana qaynaq olduğu kimi, elmi-akademik peda­qogika üçün də xalq pedaqojisinin qaynaq rolu oynadığı göz ardı edilməzdir. Xalq tər­biyəsinin tarixi elmi pedaqogikanın tarixinə nisbətdə müqayisə edilməz dərəcədə qə­dimdir. Xalq pedaqojisi rəmzi olaraq akademik pedaqogikanın ulu babası hesap edilir.
Dolayısıyla, xalq pedaqojisi vəya xalq tərbiyəsi xüsusunda ümumi bilgiləri belə özətləyə bilərik:
Xalq pedaqojisi təlim-tərbiyənin məzmunu, məqsədi, vasitələri, üsulları, təşkili vs məsələləri haqqında kütlələrin tarix boyu gündəlik müşahidələrinin nəticəsi kimi əldə etdikləri baxış, fikir, bilik, təcrübə və adət-ənənələrin məcmusudur, toplusudur.
Xalq tərbiyəsi metodoloji cəhətdən xalq hikmətinə, xalq fəlsəfəsinə əsaslanır.
Xalq pedaqojisinin mövzusu tərbiyədir.
Xalq pedaqojisində tərbiyə obyekti ümumiyyətlə insandır, o cümlədən də uşaqdır.
Xalq tərbiyəsinin təşkili formaları müxtəlif növ oyunlar, uşaq və gənclərin əmək birləşmələri, ailə-məişət işlərində, bayram və toy şənliklərində uşaqların iştirakı vb ünsürlərdir.
Xalq tərbiyəsinin amacı insanı ərsəyə, kamala çatdırmaqdır, yəni ideal insan yetişdirməkdir.
Xalq tərbiyəsinin vəzifəsi insanın fiziki inkişafını, sağlamlığını təmin etməkdən, onu iş fəaliyyətinə hazırlamaqdan, ona ədəb-ərkan qaydalarını aşılamaqdan, insanın ağlını artırmaqdan və zövqünü inkişaf etdirməkdən ibarətdir.
Xalq pedaqojisisnin amilləri özünün bütün cism və hadisələriylə birlikdə doğma təbiət, zəhmət, xalq incəsənəti örnəkləri, canlı söz, məişət qayda-qanunlarıdır.
Xalq pedaqojisi təbiətə uyğunluq prinsipinə söykənir. Xalq tərbiyəsi həmişə təbiətlə, həyatla, zəhmətlə əlaqədə olur.
Zaman boyu xalq pedaqojisi geniş xidmət sahəsinə, əhatə dairəsinə sahibdir. Xalq pedaqojisi çoxluğun, kütlələrin pedaqojisidir. Onun ərsəyə çıxmasında müdrik insanlar, xalq filosofları, adsız pedaqoqlar, psixoloqlar, aşıqlar vs iştirak edirlər.
Xalq tərbiyəsinin mənbələri ailələrin tərbiyə təcrübəsi, didaktik məzmuna və pedaqoji yönə malik olan folklor örnəkləri, musiqi əsərləri, tərbiyəvi adət-ənənələr, xalq idmanı növlərində, tarixi və etnoqrafik materyallarda şəxsiyyətin formalaşması məsələsinə dair bu və ya digər şəkildə əks edilmiş təcrübə, fikir, baxış və ideyadır.
Görüldüyü üzrə, xalq pedaqojisinin, xalq tərbiyəsinin mənbələrindən, həm də önəmli mənbələrindən (həmçinin vasitələrindən) biri sözlü folklordur.
Gerçəkdən, folklor örnəkləri xalq hikmətinin, demək ki, həm də xalq peda­qojisinin ana qaynağıdır, zəngin xəzinəsidir. Bu vəsiləylə, şifahi xalq ədəbiyyatı haqlı olaraq tərbiyə məktəbi, xalq pedaqojisinin əvəzsiz qaynağı adlandırılır.
Dəyərli əxlaqi fikirlər üzərində köklənən zəngin folklor irsi – atalar sözləri, zərb-məsəllər, tapmacalar, nağıllar, bayatılar, yanıltmaclar böyüməkdə olan nəslin əxlaqi özəlliklərinin biçimlənməsində tərbiyəvi önəm daşıyır. Bu janrlardakı əsərlər uşaqların, böyüyən nəslin şüuruna, təfəkkürünə güclü təsir göstərir.
Tanınmış folklorşünas Vaqif Vəliyev: “Azərbaycan folklorunun elə bir janrı yoxdur ki, orada gənc nəslin tərbiyəsinə xüsusi yer verilməsin. Bayatılarda, atalar sözü və məsəllərdə, nağıl və dastanlarımızda, ümumiyyətlə, folklorumuzun bütün lirik və epik növlərində tərbiyə mövzusu yüksək sənətkarlıq, xüsusi qayğı və məhəbbətlə işlənmişdir” [12: 219]. Xalq pedaqojisi hakknda kitabların müəllifi Əliheydər Həşimov folkloru mənəvi tərbiyənin qida mənbəyi hesab edərək yazmışdır: “İnsanlarda nəcib hisslər oyatmaq, onları dostluq, yoldaşlıq, mərdlik və vətənpərvərlik ruhunda tərbiyələndirmək üçün kəsərli vasitə axtarırsınızsa, folklordan istifadə edin” [8].
Bu baxımdan milli folklorumuzun zəngin və çoxşaxəli qollarından olan Borçalı folkloru da xalq pedaqojisi, xalq tərbiyəsi üçün zəngin və qiymətli vasitədir fikrindəyik.
3. BORÇALI FOLKLORUNDA XALQ PEDAQOJİSİ MOTİVLƏRİ
Bölgədən toplanmış şifahi xalq ədəbiyyatı örnəkləri Gürcüstan azərbaycan­lılarında təhsilin, tərbiyə mirasının köklərinin – xalq etno-pedaqojsinin qaynağıdır. Həm də burada söhbət qə­dimlərdən Gürcüstan ərazisində məskunlaşan, özlərini Azərbaycan Türklərinin etnik boyu olaraq Borçalılılar-Qarapapaqlar adlandıran yarım milyonluq bir topluluqdan getdiyi dolayı­sıyla sadəcə xalq pedaqojisi deyil, daha doğru olaraq, xalq-etnik pedaqojisi terminini işlədirik.
Ünlü folklorşünas alim Valeh Hacıların toplamalarını içərən “Azərbaycan Folkloru Antologiyası, 22-ci kitab – Borçalı-Qarapapaq Folkloru” (Nurlan nəşriyyatı, Bakı 2011, 444 s.) kitabı [2: 67–74], adından da görüldüyü kimi, Borçalı-Qarapapaqların sözlü folklor çələngidir.
Antologiyada yer almış, Borçalıda yaranıb yayılmış özünəxas folklor örnəkləri arasında təlim-tərbiyəylə bağlı parçaları, xalq etno-diplomatiyasının, xalq etno-pedaqo­jisinin səciyyəvi örnəklərini də müşahidə edirik. Borçalı xalq yaradıcılığının məhsulları olan mövsüm və mərasim nəğmələri, miflər və əfsanələr, inanclar-inamlar, atalar sözləri, məsəllər, deyimlər, rəvayətlər, alqışlar, elat dodaqqaçdıları, andlar, nağıllar, tapmacalar, bayatılar, aşıq lirikası, dastanlar, uşaq folkloru bu baxımdan mühüm önəmə sahibdir. Bu parçalarda daha çox vətənpərvərlik, doğma yurda sevgilər, doğruluq, xeyirxahlıq, halallıq, mərdlik, ata-anaya ehtiram kimi nəcib əxlaqi keyfiyyətlər aşılanır.
Atalar sözlərindən:
Evin yaraşığı uşaq, süfrənin yaraşığı qonaqdır.
Xeyir dilə qonşuna, xeyir gəlsin başına.
Övlad gərək gədə tərbiyəsi yox, dədə tərbiyəsi görə.
Yedin dadındı, verdin adındı, yığdın yadındı. [2: 67–74]
(Qeyd: Bu misallar xalq pedaqojisinin müşahidə, müsahibə, örnək, sınaq üsullarının da göstəriciləridir).
Alqışlardan:
Balan bərxudar olsun.
Uşaqların axırı aydın olsun. [2: 94]
Bayatılardan:

Dağda bitər kəkotu,

Download 40,44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   76   77   78   79   80   81   82   83   ...   295




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish