Ahılkələkli Taşdemir yurd duyğulu şeirlər yazmış, türkülər söyləmişdir. 1830-cu illər Rus işğalçı ordusu tərəfindən Ərzurum və Qarsın fəlakətə düçar olmasını ağrı-acı kimi qarşılamışdır.
Kanlı yaş tökerek söyliyim halın:
Nicoldu ulusun, hanıya elin?
Bozulmuş gülşanın, nettin bülbülün
Bundan bele oda yan Ahılkelek
Keçiptir çırağın, sön Ahılkelek.
Aşıq Məmməd Səfili (Məmməd Yusufzadə Kuşoyev) 1870-ci ildə (bəzi mənbələrdə 1882) Gürcüstanın Adıgün rayonunun Pulate kəndində dünyaya göz açıb. Uzun boylu və yaraşıqlı bir köy xocası idi. "İyi saz vururmuş", Həyatı məhrumiyyətlər içərisində keçib. Qanlı-qadalı 1937-də molla adı ilə ona divan tutulub. Naməlum ünvana sürgün edilib. Vəfatı və dəfn olunduğu yer bəlli deyil. Lakin alınan məlumatlara görə Orta Asiyaya aparılıb. Sır-Dərya rayonunun Slavyan kəndindəki körpünün tikintisində Aşıq Məmmədin çalışdığı müəyyənləşdirilib. Körpünün daşları üzərində onun ad-familiyası yazıldığı aşkarlanıb.
…Aşıq Məmməd dövrünün savadlı, dərin bilikli ziyalılarından olub. Mükəmməl dini təhsil görüb, şəriət qanunlarını dərindən mənimsəyib. Eyni zamanda, el-obada istedadlı aşıq kimi tanınıb. Şeirlərinin çoxunu "Molla", "Cindar" və "Səfili" təxəllüsləri ilə yazıb.
El yığnaqları, məclisləri onsuz keçməzmiş. Aşıq "Mən kiməm" adlı şerində belə deyir:
Bən elə bir kitabəm ki, gəzərəm əldən-ələ,
Oxunduqca artar ziyam, düşərim dildən-dilə.
Bən elə bir arıyam ki, uçarım kecə-günüz,
Zəhmətim getməz hədər, qonarım güldən-gülə.
Səfili millətinin qədir-qiymətini bilənləri həmişə sevmiş, onlarla təmasda olmağa can atmışdır. Hacı Zeynalabdin Tağıyevlə aşığın əlaqəsi də təsadüfi deyil. O, Hacıya dərin hörmət bəsləmiş, hətta milyonçunun yanında bir müddət aşıqlıq da etmişdir. Hacı da öz növbəsində el aşığının hörmət-izzətini saxlamışdır.
"Koroğlu" dastanının mahir ifaçılarından biri də M.Səfili olmuşdur. Bakıda-Əlyazmalar İnstitutunda onun dilindən söylənmiş dastan indiyədək durur. 1929-cu ildə Vəli Xuluflu tərəfindən buraxılmış "Koroğlu" kitabındakı iki qoldan biri M. Səfilinin dilindən yazıya alınmışdır.
1925-ci ildə aşığın qardaşı Maqsud Xoca Posova qaçıb gələrək Badele (Türkgözü) köyündə yerləşmiş və burada imam olmuşdu. Ağabəyisinin əlyazısı ilə yazılı bir deyişlər (deyişmələr) toplusunu 1937-ci ildə Maqsud Xocada görən M.Fahrettin Kırzıoğlu onun sürətini çıxarmışdır.160
M.Səfili müasirlərindən Murad Zarzamlı, Aşıq Bezgün Sakunetli, Aşıq Sümməni, Şəhri Əfəndi, Əhməd Pepinov, Aşıq Bəsir və adları məlum olmayan neçə-neçə söz ustaları ilə deyişmiş və onları bağlamışdır.
Maraqlı bir fakt: Bir dəfə altı aşıq Səfilinin üstünə düşür ki, sən gərək bizim hər birimizə bir bağlama deyəsən, kim bu bağlamanı açmasa, sazını sənə verəcək. Aşıq Məmməd cavab verir ki, birinci siz deyin. Razılaşmırlar. Baxır ki, olmayacaq, özü başlayır. Elə bu vaxt görür ki, bir gəlin altı dənə təmizlənmiş balığı bir siniyə qoyub, üstünə də ağ parça atıb gəlir. Bunu görən aşıq görək nə deyir:
Aşığın məşhur bağlamaları məlumdur:
Səfili der, sində gördüm,
Zülfünü sində gördüm.
Alti məftə bir kəfəndə.
Onu da sinda gördüm.
Dövrün aşıqları bu bağlamanı aça bilmirlər.
Nə qədər eləyirlər bağlamanı aça bilmirlər, uduzduqlarını boyunlarına alıb sazlarını M.Səfiliyə təhvil verirlər.
Ümumiyyətlə, aşığın əldə olunan əsərləri onun yaradıcılığı haqqında yüksək fikirlər söyləməyə imkan verir. Səfilinin zəngin irsini toplayıb çap etdirməklə onun ruhu qarşısında borcumuzu yerinə yetirmiş olardıq.
Bu günə kimi aşıq Səfilinin əlyazmalarını nəvəsi İlim Şahverdiyev qoruyub saxlayır. Bu əlyazmalar içərisində insan qəlbini riqətə gətirən qoşmalar, gəraylılar, cığalı təcnislər, qəzəllər, deyişmələr, bağlamalar və dastanlar çoxdur. Dünyanın ən böyük dərdi olan vətənsizlik dərdindən aşığın dastanları, deyişmələri, qoşmaları, gəraylıları, maniləri, qəzəlləri, türkü və şarkıları və s. doğdu. 1927- ci ildə yaşadığı ərazidəki bütün türk kəndlərini gəzdikdən sonra 168 misradan ibarət bir dastan qələmə almışdır. Sənətkarın dastanlarından biri "Aşıq Səfili ilə dəyirmançının dastanı"dır.
Do'stlaringiz bilan baham: |