İlhamə Qəsəbova
AMEA Folklor İnstitutu
QAZAX VƏ BORÇALI (türkdilli gürcü) AŞIQLARININ
YARADICILIĞINDA DEYİŞMƏ
“Дейишме” (состязание) в творчестве Казахских и Борчалинских (грузинских тюркоязычных) ашугов
Ашугское стихотворное творчество Кавказа ХХ века славиться своими мастерами саза и слова. Как известно, в творчестве мастеров этого искусства особое место занимает состязание. Свое умение ашуг часто демонстрировал на ашугских собраниях, представлявших собой состязания между ашугами. В этих состязаниях принимали участие как минимум два соперника. Состязание начиналось с того, что один из присутствующих (в основном это были признанные ашуги) читал четверостишие, которое должны были продолжить соискатели, предлагавшие, в свою очередь, соперникам продолжить новое четверостишие. Если один из состязающихся не мог продолжить начатое другим четверостишие, он признавался потерпевшим поражение, и состязание на этом заканчивалось.
В докладе на обширном материале изучаются состязания между ашугами Казахского махала и Борчалинского региона. В основном, рассматривается творчество Ашуга Шивги (Лука Беридзе), Ашуга Айдына, Ашуга Бахрама и т.д.
Deyishma (competition) in creativity Kazakh and Borchali (Georgian Turkic) аshugs
Ashug poetic creativity of the Caucasus XX centuries was famous with the master of saz and words. It is known that in creativity of masters of this art the special place occupies competition. The ability ashug often showed at the ashug meetings representing competitions between ashugs. At least two rivals took part in these competitions. Competition began with that one of present (generally it were recognized ashug) read a quatrain which the competitors suggesting, in turn, to rivals to continue a new quatrain should continue. If one of the competing couldn't continue the quatrain begun by another, he admitted injured defeat, and competition on it came to an end.
In the report on an extensive material competitions between Kazakh and Borchaly ashugs are studied. Creativity Ashug Shivga (Luka Beridze), Ashug Aydyn, Ashuga Bakhram etc. is generally considered.
Dünyanın ən unikal poetik sənət hadisələrindən olan aşıq sənəti 30 sentyabr 2009-cu il tarixində YUNESKO-nun Qeyri-maddi-mədəni irsin qorunması üzrə Komitəsinin yekun qərarına əsasən YUNESKO-nun Qeyri-maddi-mədəni irs siyahısına daxil edilmişdir. Bu qərarla Azərbaycan aşıq sənətinin mədəni irsin ən qədim nümunələrindən biri olduğu beynəlxalq səviyyədə bir daha təsdiqlənmişdir. Aşıq sənəti sinkretizmi ilə sənətkarlığın ən bariz göstəricisi sayılır. Özündə söz, musiqi və hərəkəti harmonik şəkildə birləşdirən aşıq sənəti çoxəsrlik zəngin tarixə, əsrlərlə cilalanıb təkmilləşən zəngin ənənəyə malikdir. Əsrlər keçdikcə nəsildən-nəslə ötürülərək bu günümüzə gəlib çıxan aşıq sənəti xalqın ruhunu, zövqünü oxşayır, dövrün ictimai siyasi həyatını və ruhi dünyasını özündə əks etdirir.
Azərbaycan aşıq sənətində XX əsr Qazax aşıqlarının və el şairlərinin yaradıcılığı xüsusi yerlərdən birini tutur. XX əsrin əvvəllərindən başlayaraq Qazaxda aşıq yaradıcılığı sürətlə inkişaf etmiş, özündə Göyçə və Borçalı aşıq ənənəsinin bütün yaxşı tərəflərini qoruyaraq özünəməxsus sənət yolu keçmişdir. Qazax aşıq sənətinin məşhur aşıqları, məsələn Mirzə Səməd, Aşıq Məmmədyar, Canallı Aşıq Məmməd və başqaları özlərindən sonra neçə-neçə aşığın və el şairlərinin yetişməsində müstəsna rol oynamışlardır. O baxımdan Qazaxda daim canlı tutulan aşıq sənəti hətta klassik mənada aşıq-şəyird münasibətlərini də qoruyub saxlaya bilmişdir.
Aşıq sənətinin bütün qanunlarına riayət edən XX əsr Qazax aşıqlarının yaradıcılığı janr və mövzu baxımından çoxspektrlidir. Bu yaradıcılıqda aşıq şeir şəkillərindən məharətlə istifadə edilmiş, bununla yanaşı, deyişmələrə də geniş yer verilmişdir. Ümumiyyətlə, deyişmə aşıq yaradıcılığında özünəməxsus yerlərdən birini tutur. Aşıq yaradıcılığında bu və ya digər mövzuya həsr olunmuş qoşma, gəraylı və digər bu kimi janrlarda söz qoşmaqdan fərqli olaraq deyişmə aşıqdan xüsusi istedad, improvizə qabiliyyəti tələb edir. Deyişmədə iştirak etmək, ələlxüsus deyişmədən qalib çıxıb, sazını əlindən aldırmamaq hər sənətkarın işi deyildir. Prof. Paşa Əfəndiyev deyişmənin ilkin nümunələrinə “Kitabi-Dədə Qorqud” dastanlarında rast gəlindiyini göstərərək yazır: “Aşıq poeziyamızın geniş yayılmış şəkillərindən biri də deyişmədir. Deyişmələrin də ilk nümunələrinə biz Dədə Qorqud dastanlarında rast gəlirik. Doğrudur, bunlar əsasən təhkiyə səciyyəsi daşıyır.... Deyişmə aşıqların sənətkarlıq bacarığını, istedadını, dünyagörüşünü, biliyini nümayiş etdirmək üçün mühüm vasitələrdən biridir. Deyişmə zamanı aşıqlar müxtəlif şeirlərdən istifadə edirlər. Məsələn, hərbə-zorba, qıfılbənd, təcnis, ustadnamə, dodaqdəyməz təcnis və s.” (1, 249).
Deyişmənin genezisi barədə ən geniş məlumata folklorşünas Azad Nəbiyevin tədqiqatlarında rast gəlirik. A.Nəbiyev deyişməni dramatik ənənənin dərin qatlarından süzülüb gələn dialoq formasından baş aldığını, epik ənənədə yeni yaradıcılıq mərhələsi keçirdiyini göstərmişdir: Deyişmənin “dramatik və epik təfəkkürdə modern qəlibləri mövcuddur... Lirik ənənədə deyişmə təkamül mərhələsi keçmiş və müxtəlif tiplilik yaratmışdır. Bütün bu əski formalar isə aşıq yaradıcılığında mükəmməl şəklə düşmüşdür. Onlardan biri, aşığın məşuqəsi ilə söhbətini nəzmə çəkməsidir. Buradakı məqam daha incədir. Aşıq ilk öncə sevgilisi ilə dialoqunu yaddaşa köçürür, sonra isə “dedim-dedi” formasında poetik düşüncəyə çevirir” (2, 247). Aşıq Sadıq Avdıoğlu bu poetik formanı düşüncəyə çevirərək belə yazır:
Dedim ayaq saxla,dedi bulaqda,
Dedim tələsmirsən? Söylədi yox-yox.
Dedim gəl danışaq, dedi nə haqda,
Dedim inciməzsən? Söylədi yox-yox.
Dedim güclü nədir? Dedi həqiqət,
Dedim uca nədir? Dedi məhəbbət.
Dedim al qəlbimi, dedi ver xəlvət,
Dedim aşkar olmaz? Söylədi yox-yox.(3,594)
Dedim-dedi formasında qurulan deyişmə əslində güllü qafiyə olub XVIII əsrdən aşıq yaradıcılığında görünməyə başlayır. Aşıq yaradıcılığında deyişmənin mənşəyi barədə maraqlı fikirlərdən biri də prof.Mürsəl Həkimov tərəfindən söylənmişdir: “İstər mövzusu, istərsə də məzmunu ilə tarixin ən qədim dövrləri ilə səsləşən bahar mərasimlərində cavan qızların bəxti sınaq mahnılarından bir neçə nümunəyə diqqət yetirmək fikrimizcə faydalı olardı... Burada qızların bir-birinə cavab verməsi və xorun həmin cavabı yekunlaşdırması deyişmənin ilkin formasına misal ola bilər” (4, 452).
Azərbaycan aşıq yaradıcılığında deyişmənin tipləri də fərqləndirilmişdir. Məsələn, prof. M.Həkimova görə deyişmə əyani və qiyabi şəkildə aparılır. Birinci formada aşıqlar məclislərdə üz-üzə deyişirlər, ikinci – qiyabi formada isə bir-birlərinə bir sıra aşıq şeir formaları üzərində qıfılbənd göndərib cavabını istəyirlər.
A.Nəbiyev deyişməni tiplərinə görə təsnif etmiş və göstərmişdir ki, “birincisi, aşığın özü, könlündə tutduğu xəyali obraz və ya sevgilisi, yaxud əli yetmədiyi bir adamla deyişməsidir.... İkinci tip deyişmə isə hansısa sənətkara, aşiqə bir neçə bənd qıfılbənd yollayıb onlardan cavab istəməkdir. Deyişmənin üçüncü tipi isə məclislərdə, yığnaqlarda iki aşığın bir-birini deyişməyə dəvət etməsidir” (5, 248). Üçüncü tip deyişmələr bir neçə mərhələdən ibarət olur ki, folklorşünaslıqda bu mərhələlərin sayı fərqli göstərilir. Prof. M.Həkimov deyişməni dörd mərhələyə bölür və ardıcıllığı bu şəkildə göstərir: “Deyişmənin birinci mərhələsi dəvət xarakterindədir.... Çağırış-dəvətin özündə də qəhrəmanlıq, cəsarətlilik, özünə etibarlıq kimi məsələlər diqqəti cəlb edir. Deyişmənin ikinci mərhələsində aşıqlar üz-üzədir. Bu el aşıqları arasında “Hərbə-zorba” adlanır”. M.Həkimova görə, üçüncü mərhələdə aşıqlar şeir texnikasını nümayiş etdirirlər. Deyişmənin dördüncü mərhələsi konfliktin kulminasiyasını təşkil edir. Buna qıfılbənd deyilir.
Qazax mahalının aşıq məclıslərində mütəmadi iştirak edən şairlərindən biri də Paşa Salahlıdır. O, dövlət qulluğunda çalışmasına baxmayaraq saza-sözə vurğun bir qələm sahibi də olub. Onun dostlarının çoxu söz sərrafları olub. Bu sərraflardan biri də bu gün də dillər əzbəri olan, həm aşıqlığı, həm də şairliyi ilə tədqiqat obyektinə çevrilən Məzahir Daşqındır. Hər iki söz sərrafını bir araya sazın sözün sehri, qüdrəti gətirib. Məzahir daşqın 1961-ci ildə şair dostu Paşa Salahlını Göygölə qonaq dəvət edir və bu dəvəti şeirlə bəzəmək üçün belə yazıb göndərir.
Bu məktubu alan tək,
Biz tərəfə bir baş çək.
Çiçəyi çağırır çiçək,
Naz eyləyir gülgülə
Göy-gölə gəl, Göygölə.
Həmin vaxt Ucar rayonunda prokuror vəzifəsində çalışan P.Salahlı bu təklifi qəbul edir və Məzahir Daşqına belə cavab yazır:
Dilican dərəsində bir Göygöl də var,
Ətrafında bülbül də var, gül də var.
Orda hər nə varsa, bax bu eldə var,
Damcılıya bulağa gəl, bulağa.
Bu deyişmə M. Həkimovun göstərdiyi kimi deyişmənin birinci mərhələsi olan dəvət xarakterindədir.(6,110)
Deyişmənin genezisi və təsnifatına etdiyimiz bu qısa ekskursdan sonra XX əsr Qazax aşıqlarının yaradıcılığındakı deyişmə nümunələrinə nəzər salaq. Qazax aşıq mühitinin dəyərli təmsilçilərindən olan Aşıq Məmmədyarın, Aşıq Avdının, Dərya Məhəmmədin, Aşıq Bəhrəmin, Aşıq Cəlalın, Aşıq Yəhyanın, Aşıq Sadıqın, Hacı Qaracayevin poetik irsi deyişmənin maraqlı nümunələri ilə zəngindir.
Qazax mahalının Qaymaqlı kəndində anadan olmuş, sazın və sözün sirlərinə Sadıq Sultanov kimi ustadın yanında bələd olan Aşıq Avdının yaradıcılığında deyişmələr xüsusi yer tutur. Onun deyişmələri əsasən A.Nəbiyevin qeyd etdiyi ikinci tipə, M.Həkimovun fərqləndirdiyi birinci formaya uyğun gəlir. Yəni bu deyişmələr konkret aşıqlarla dialoq formasında aparılır. Məsələn, onun Aşıq Məhəmmədlə, Aşıq Əsədlə, Muğanlı Ələddinlə deyişmələri məşhurdur. Sonuncu aşıqla deyişməsində klassik deyişmələrə xas hərbə-zorbanı, sual-cavabı görmək mümkün deyil. Bu poetik incilər əsasən şəyirdin ustada ehtiramı, hörməti ifadə etməsi şəklindədir, verilən suallar isə daha çox ritorik xarakter daşıyır:
Do'stlaringiz bilan baham: |