Amea folklor institutu


Calendrical rites of spring in Caucasus



Download 40,44 Mb.
bet87/295
Sana21.02.2022
Hajmi40,44 Mb.
#16416
1   ...   83   84   85   86   87   88   89   90   ...   295
Calendrical rites of spring in Caucasus
in Aziza Jafarzadeh’s research
In the system of rites of the Azerbaijani people calendrical rites of spring have deep roots a wide geographic distribution. Calendrical rites of spring take an important place in various researches of well-known writers and folklorists. In this article the author examines various aspects of the spring holiday Khydyr Nabi according to the opinion of Aziza Jafarzadeh occur on the 25-28th of February.
Key words: holiday, Caucasus, ceremonies, Khydyr Nabi, folklore
Qafqazda yaşayan hər bir xalqın özünəməxsus milli bayramları vardır. Azər­baycanlılar isə digər Qafqaz xalqlarından fərqli olaraq yazın gəlişini daha təmtəraqlı və rəngarəng formada keçirirlər.
Azərbaycan folklorşünaslığının tanınan nümayəndələrindən professor Əzizə xanım Cəfərzadənin folklorşünaslıq fəaliyyətində mərasim və mövsüm nəğ­mə­lərinin, xalq bayramlarının tədqiqi də mühüm yer tutur. Əzizə xanım ardıcıl olaraq elmi icti­maiyyətə təqdim etdiyi məqalə və kitab­larında dövrünün aktual problemlərini dərindən təhlil etmiş, yaşanılan proses­lərə fəlsəfi şərhini vermişdir. Şifahi xalq ədəbiyyatına dair əsərlərində Əzizə xanım Cəfərzadə etnosun strateji inkişaf proqramını, milli ideyasını, dövlətin və millətin mövcudluğunun həmişəyaşarlığının mənası, inkişafın məqsədi və prinsipləri isti­qamətində analitik fikir formalaşdırmışdır. Alim davamlı olaraq xalq ədəbiyyatının problemlərini öz əsərlərində təhlil edərək elmi ictimaiyyətə yeni-yeni töhfələr vermişdir. O, etnopsixoloji düşüncə ilə bağlı yaranan janrlar – yuxu­lar, göstərmələr, gözəgörünmələr, qarabasma və s. haqqında maraqlı məqalələri ilə həmişə yenilikçi olmuşdur.
Azərbaycan uşaq folkloru, xalq oyunları, xalq ədəbiyyatında dramatik üslub­lar və bu üslublardan törəmələr haqqında professorun geniş mülahizə-ləri mövcud­dur. Onun yaradıcılığında mərasim və mövsüm folkloru mühüm yer tutur. Profes­sorun Çillə, Xızır Nəbi, Novruzla bağlı məqalələri mərasim folklorunun sistemli şəkildə öyrənilməsinə istiqamət və təkan vermişdir.
Əzizə Cəfərzadə xalqın mövcud olmasına və inkişaf etməsində əsas amil kimi mədəniyyətin irəliləməsində gen yaddaşının, adət-ənənə, mərasim və bay­ramların çoxçeşidli olduğunu, lakin bəsit və sadə olmadığını qeyd edərək, bayram və mərasimləri yaranma zamanına görə təsnif etmiş və bu-rada ən qədim dövrlərin ibtidai görüşləri ilə bağlı adətlər, ənənələr olduğu kimi, orta əsrlərin ictimai-siyasi və dini-fəlsəfi baxışları ilə əlaqədar, habelə çağdaş dövrümüzün yaratdığı adət, ənənə və mərasimlərin də olduğunu gös-tərmişdir. Müəllifin qənaətinə görə erkən düşüncədə mövsüm ilə əlaqədar mərasim nəğmələri geniş yayılmışdır. “Əslində onlar ilin son qış aylarından başlayıb Novruza qədərki dövrü əhatə edərdi. Bu baxımdan “Şum mərasi-mi”, “Saya mərasimi” və onları bəzəyən nəğmələr diqqəti daha çox cəlb edir. Xalq arasında “Novruzqabağı nəğmələr” adı ilə tanınan nəğmələr üç yerə ayrılırdı – “Çillə nəğmələri”, “Çərşənbələr” və “Xıdır Nəbi” nəğmələri.
Alim “Xıdır Nəbi” bayramı haqqındakı məqaləsində bayramın ritual əsasları və mərasim formasından bəhs edərək yazır: “Çox-çox uzaq keçmiş-lərdə Xıdır Nəbi bayramı keçirilərmiş Azərbaycanımızda, kiçik çillənin qur-tardığı son gündə. Yəni 25-28 fevral günlərində keçirilər və bir növ Novruza hazırlıq xarakteri daşıyırmış. Bu bayramın özünəməxsus adətləri, oyunları, yeməkləri olub. Əvvəlcə bilmək la­zım­dır ki, axı bu Xızır Nəbi, Xızır İlyas, Xıdır Nəbi, Xıdır-əlləz adlandırılan əfsa­nə­vi şəxsiyyət kimdir, onun haq-qında nə bilirik? Birinci rəvayətə görə Xızırın əsl adı İlyas olmuş, yaşıllıq mənasına gələn “xızır” sözü onun ləqəbidir, çünki hara qə­dəm bassa o yerlər göyərər, yaşıl dona bürü­nərmiş. Bu bayram taxılın yerdən bir­cə buğum baş göstərdiyi vaxta təsadüf edir. “Nəbi” isə peyğəmbər mənasını da­şı­yır, onun əfsanəvi 124 min peyğəmbərdən biri olduğuna işarədir. Rəvayətə görə Xızır Nəbi həyat, dirilik, su gətirir çöllərə. Xilaskar ərəndir”. (10,162).
Bütün xalqların özünəməxsus bayramları vardır. Mənəvi mədəniyyə-timizin ayrılmaz hissəsi olan milli bayramlarımız xalqımızın həyatında mü-hüm yer tutur. Tədqiqatlar göstərir ki, məişətimizdə mövcud olan müasir bayramların bir çoxunun başlanğıcı eramızdan əvvəlki minilliklərə gedib çıxır.
Adı göstərilən məqalədə müəllif “Xızır Nəbi” və ya “Xıdır İlyas” bayramı­nın tarixi barədə bilgi verir. Qədim tarixə malik olan və el arasında geniş yayılmış bayramlardan biri də Xızır Nəbi və ya “Xıdır İlyas” adlanan mərasimdir. Bu bayram bir-birindən az fərqlənən və demək olar ki, Azər-baycanın bütün bölgələrində keçi­rilir. Xızır Nəbi (Şirvanda belə adlanır, di-gər bölgələrdə Xıdır Nəbi, Xıdır İlyas kimi adlanır) təbiətin oyanması üçün qəyyum edilib. O, təbiətin oyanması, bit­kilərin cücərməsi, suların təmiz-lənməsi və s. bu kimi təbii proseslərlə müşayiət edi­lir. Folklor mətnlərində də Xızır Nəbi suyun və yelin hamisi kimi təqdim olu­nur.
Xıdır İlyas bayramının təsadüf etdiyi günlər haqqında tədqiqatçılar arasında müxtəlif fikirlər vardır. Onlardan bəziləri bu bayramın böyük çillədən dörd və kiçik çillədən üçü gün olmaqla yeddi gün davam etdiyini bildirir. Görkəmli folk­lorçu Əhliman Axundov isə həmin mərasimin kiçik çillənin onuncu günündə qeyd edildiyini göstərir. Folklorşünas alim Bəhlul Abdullanın fikrincə, kiçik çillənin “Xıdır Nəbi” adlanan birinci ongünlüyü fəslin ən sərt, çovğunlu, dondurucu çağı sayılır. Xıdır Nəbinin şərəfinə icra olunan ayinlər Xıdırın yaşıllıq, su hamisi sayılan Xızırla əlaqəsini göstərir. Digər bir tədqiqatçı, professor Məhərrəm Qasımlı “Xıdır Nəbi” bayramının hər il qış yarı olanda Böyük çillə ilə kiçik çillə arasında keçirildiyini bildirir. Professor, Azərbaycanın xalq yazıçısı Əzizə Cəfərzadə “Xıdır İlyas” məra-siminin kişik çillənin qurtardığı son üç gündə – təxminən fevralın 25-28-i arasında keçirildiyini göstərir.
Müəllifin fikrincə Xızır Nəbi susuz evlərə su, unsuz evlərə un verərdi. Gəl­diyi qapıya xeyir-bərəkət gətirərdi. Yollarda aza ”Anam Xızır İlyas haqqında bir ne­çə rəvayət danışardı, özü də elə danışırdı ki, sanki bu hadisələrin iştirakçısı olub. Deyərdi ki, Xızır Nəbi, Xızır İlyas bütün dara düşənlərin imdadına çatır. Doğum vaxtı zahı çox əzb çəkərsə, üzü nurlu bir ağbirçək əllərini göyə qaldırıb bu “ovsunu” oxuyar:
Xızır Nəbi, Xızır İlyas,
Bəndəni, bəndədən xilas.
Anam deyərdi ki, Xızır Nəbi ac-susuz evlərə yardım edər.”(10,162)
Bir kişi də Xızırı çox arzulayırmış. Bir gün bostanda bellə yer şumlayar-kən Xızır onun gözünə görünür: “Kişi, məni neynirdin?”. “Sən kimsən?” “Mən Xızı­ram”. Kişinin baxtı çönən gün imiş, inanır, deyir: “Əşi, qoy işimizi görək, Xızıra bax!”. Xızır, yenə təkidlə Xızır olduğunu söyləyir: “Kişi, bir dilək dilə, gör Xızıram, ya yox”. Onda kişi ayrı söz tapmır, istehza ilə, axqla deyir: “Hə, əgər Xızırsan, qoy bu belim dönüb kürək olsun”, söz onun ağzından çıxan kimi, kişinin əlindəki dəmir ağızlı bel, dönüb taxta kürəyə çevrilir. o hara, bu hara. Kişi vay de-yib başını qaldıranda Xızır artıq gözdən itmişdi. Siz də rast gələn, tanımadığınız adama şübhəylə yanaşmayın, əvvəl düşünün, sonra danışın. (10,163).
Əzizə Cəfərzadənin verdiyi mətndən də göründüyü kimi, sıravi insanlar inanır ki, Xızır cır-cındır geyimində qoca qiyafəsində birisi olaraq adamlara rast gəlir, onları sınayır, ona hörmətlə əsl müsəlmandan tələb olunduğu şəkildə yanaşan insanlar xeyir tapır, qoca və yolçu sanıb diqqətsiz yanaşanlar isə itkiyə uğrayırlar. Ona görə də hamıya diqqətlə yanaşmaq zərurətini müsəlman əxlaqı ehtiva edir. “Hər gecəni Qədr bil, hər gələni Xızır bil” məsəli də bu mətnlər daxilində yaran­mışdır.
“Bakıdan Dəvəçiyə gedən yolun solunda Xızır zində dağı var. Əfsanəyə görə Xızır burada qey olub, ölüb basdırılmayıb haaa! Məhz qeyb olub; odur ki, Xızır türbəsi, Xızırın məzarı və s. demir. Başqa ərənlərin əqbirləei, pirlərin məzarı kimi deyil, onu məhz “Xızır zində”, yəni diri, yaşayan Xızır adlandırırlar. Bu dağdakı müqəddəs yerin ətraf kəndlərində yaşayanlar “Xızır zində” piriylə bağlı müxtəlif əfsanələr yaradıblar. Danışırlar ki, guya bunlar üç qardaş imiş, (bəzi rəvayətlərdə hətta örd qardaş kimi; bəzilərinə görə altı qardaş/lər: Xızır, İlyas və Nəbi adında. Bu üç qardaş çox gözütox, xeyirxah, hamıya əl uzadan igidlərmiş. Onların pak ürə­yini imtahana çəkmək üçün onlara dənizdən xəlbirlə su daşıtdırıb, həmin dağın təpəsinə qaldırmağı tələb etmişlər. Qardaşlar bu imtahandan çıxıb. Biri Xəzərə, biri göyə çəkilib, Xızır isə həmni dağda qeyb olub, orada yaşayır, zindədir – həyat­dadır. olduğu yerdə quyu var. O quyu şəfa bulağıdır. Dilək üçün gələnlər oradan keçməlidir, kimin ürəyi təmiz, əməli paksa keçə bilir, pak olmayanlar quyuya düşür, həlak olur. Övladı olmayanlar “Xızır zində”yə xüsusi niyyətlə gəlirlər. Qurban kəsir, nəzir paylayırlar”. (10,165)
Əzizə xanım mətndən çıxış edərək Mövlanın da bu görüşləri bölüşdüyünü göstərir: “Canlıya üz tutan nəbit Xızır kimi abi-həyat qaynağından içər (Məsnəvi. VII cild, 127 s.).
“Xızır günlərində “Səməni halvası” da bişirərdilər. Buna bəzi yerlərdə “ədvalı halva”, bəzi yerlərdə “İsfahan halvası” və sairə də deyirlər. Bu halva qışda zəifləmiş orqanizmə qüvvət verən bir məcun idi. Kişilər üçün xüsusi ədviyyəli, qozlu növü hazırlanardı. Həmin səməni rişələrindən alınmış nişastalı şirədə bərk xəmir yoğrulur, iri tiyanlara ara-sıra yağ vurmaqla çevrilərdi. Uzun bel sapı uzunluğunda ağacın ucuna ərsinə bənzər, amma “qalaq” adlandırılan möhkəm də­mir ucluq bağlanar və bu “ərsin-qalaqla” qolu güclü cavanlar uzun müddət həmin xəmiri çevirərdi, çevirdikcə altına yağatılardı ki, yanmasın, nəinki tünd mi­xəyi ol­duqda, bişmiş hesablanardı. Qoz ləpələri, bal (bəzi yerlərdə bəkməz-doşab) və bol ədviyya tökülərdi: darçın, zəncəfil, istiot, quluncan, badyan, hil, mixək, mustaq cevizi və sair. Bütün bunlar yaxşıca qarışdı­rıldıqdan sonra oddan götürülər və istiykən əllərə yağ vurulub ya yastı qoğal və ya da küftə şəklində salardı. Üstünə qoz ləpəsi yapışdırılardı. Ondan süzülən yağa yaşlı kişilər həvəslə çörək batırıb yeyir və ya qaşıqla içərdilər. Xızırəlləz haqqında xalqımızın müxtəlif zonalarında müxtəlif rəvayətlər, əfsanələr söylənir, kiçik bir məqalədə hamısını toplamaq mümkün deyil. Hər yerdə onun müxtəlif çeşidli yeməkləri, oyunları, ayinləri vardır. Əlbəttə, bunlar toplan­malı, xalqa çatdırmalıdır”. (10,167).
Xızır-Əlləz bayramı xalqımızın ən ulu, ən qədim bayramlarından biridir. O xalqın qışdan, qar-çovğundan, borandan, çillədən çıxıb yaza qovuşamq eşqilə bağ­lı­dır. Novruz bayramının ekiz qardaşı, onun başlanğıcıdır. Xızır-İlyasdan sonra dərhal çərşənbələr gəlir. Novruza hazırlıq başlanır. Nüma Xızır-Əlləz hələ qışın tamamilə qurtarmadığı, soyuq çillə günlərini bəzəyən özgə gündür. Bütün xalqların bir çox bayramı var. Ola bilməzdi ki, bizim bircə, bütün Yaxın Şərqlə müştərək Novruzdan başqa heç bir milli bayramımız olmasın. Dünya öz keçmişinə, öz əski “mən”inə qayıdan vaxtda, biz də qədim adət və ənənələrimiz içərisindən, qədim bayramlarımı içərisindən yaxşı nə varsa, hamısını arayıb, tapıb xalqımıza qaytar­malıyıq. (10,167).
“Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac xan boyu”nda Dirsə xanın öz oğlu Buğacı yaralayıb Qazlıq dağında qoyub getdiyi səhnəsində oxuyuruq: “Oğlan orada yıxılanda Boz atlı Xızır oğlanın yanında hazır oldu. Üç dəfə yarasını əliylə sığallayıb: “Oğlan, qorxma, sənə bu yaradan ölüm yoxdur. Dağ çiçəyi ilə ananın südü sənin yarana məlhəmdir” – deyib yox oldu”.
Xızır Nəbi bayramının nə vaxtdan bəri keçirildiyi tam məlum olmasa da, onun türk xalqları arasında geniş yayıldığına şübhə yoxdur. Xızır Nəbi bayramı yuxarıda dediyimiz kimi Novruz bayramından əvvəl keçirilir. Əslində isə bütün Novruz bayramı ərəfəsi çərşənbələrlə birlikdə Xızır peyğəmbərin adı ilə bağlıdır. Xızırın yazın gəlişi, dörd ünsür – su, od, torpaq, hava ilə bağlılığına inanan xalq onu o qədər ilahiləşdir­mişdir ki, həyatın başlanğıcı kimi götürülən ünsürləri məhs onun adı ilə bağlayır.
Xalqın Xızır peyğəmbərə olan inamı o həddə malikdir ki,bu ad insanların and yerinə çevrilmişdir. “Xızır İlyas haqqı”, “Xızıra and olsun”, “Xıdır Zindi babaya and olsun” və bu səpkili digər andlar xalqın məhəbbət və inamından doğmuşdrur. Bəzi alqışlar da məhs Xızır peyğəmbərin adı ilə bağlıdır. Məsələn, “Xıdırın diləyi üstündə olsun”, “Xıdır Nəbi köməyin olsun”, “Xıdır Nəbi hayına yetsin”, “Xıdır Nəbi kömək əlini üstündən əksik eləməsin”, “Xızır köməyinə yetsin”, “Xızır səni dardan qurtarsın”, “Xızır səni yolda qoymasın”, “Xızıra rast gələsən”, “Xızır payını versin”, “Xıdır Zində diləyini qəbul etsin”, “Xıdır Zində diləyini xeyirə yazsın”, “Xıdır Zindəyə apardığın qurban sənin arzunu versin”. (Mərasimlər, adətlər, alqışlar. 1993)
Azərbaycan folklorunda Xızırla bağlı inamlar da sayca üstünlük təşkil edir. Eyni zamanda həmin inamları çoxşaxəli də adlandırmaq olar. Məsələn, “Tut ağacını qurumamış kəsmək günahdır”. Deyilənə görə bu ağacı Xızır peyğəmbər ehsanlıq üçün əkib. (9,40). Yaxud “Xızır gecəsi” peyğəmbər hansı qapıdan öz buğda payını apararsa, həmin il o evin ruzisi artar, min bərəkəti olar.

Download 40,44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   83   84   85   86   87   88   89   90   ...   295




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish